Məhkəmə qərarları › İş №2(067)-370/2021

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-370/2021

01.02.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-370/2021 01.02.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi X10 iştirakı ilə, X1 iştirakı ilə, X1 Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair mülki işə Xaçmaz şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : X2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus olan ünvan 1i ünvanında yerləşən yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. X2 iddia ərizəsini onunla əsaslandırmışdır ki, onun xüsusi mülkiyyətində Xaçmaz rayonunun Qobuqıraq kəndində 0,1049 ha həyətyanı torpaq sahəsi var. Həmin torpaq sahəsində yaşayış evi var və o, orada yaşayır. Lakin ərazidən yüksək gərginlikli elektrik xətti keçdiyinə görə evi mülkiyyət kimi qeydə almırlar. Cavabdeh onun qızı olsa da, 6-7 ildir ki, başqa yerə köçüb gedib. O, Xaçmaz rayonunun Bəyqışlaq kəndində yaşayır, Lakin onun evində pasport qeydiyyatında qalıb. Bu səbəbdən o, evi üzərində mülkiyyət hüququnu reallaşdıra bilmir. Hesab edir ki, Cavabdeh uzun müddətdir evində yaşamadığına görə, onun həmin evdən istifadə hüququna xitam verilməlidir. Ona görə də məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında X2 iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, cavabdeh olan qızı 6-7 ildir evindən çıxıb, amma hər ayda 1-2 dəfə gəlib narahat edir və deyir ki, “hamını çıxar evdən, özü gəlib yaşayacaq. Həmin evin heç bir mülkiyyət sənədi yoxdur, cavabdehin isə evə hansı qaydada qeydiyyata düşdüyünü bilmir. İddiası ilə bağlı məhkəməyə təqdim edəcəyi əlavə sübutu yoxdur. Göstərilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məhkəmə bildirişləri göndərilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106-cı maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İş materiallarında olan DƏDRX-nin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin Çıxarışından və AA seriyalı 368853 saylı Torpaq sahəsinin planı və ölçüsündən müəyyən olunur ki, Xaçmaz rayonunun Qobuqıraq kəndində 0,1049 ha həyətyanı torpaq sahəsi X4 mülkiyyətindədir. İş materiallarında olan AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsindən müəyyən olunur ki, X3 rayonunun Qobuqıraq kəndində qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli sorğuya cavab məktubundan müəyyən olunur ki, Cavabdeh Xaçmaz rayonunun Qobuqıraq kəndində qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar 10 (on) manat dövlət rüsumu köçürülmüşdür. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşin hallarından müəyyən olunur ki, Xaçmaz rayonunun Qobuqıraq kəndində 0,1049 ha həyətyanı torpaq sahəsində inşa edilmiş ev iddiaçının mülkiyyətində deyil. Ona görə də, məhkəmə hesab edir ki, hazırkı mübahisəyə xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin normaları tətbiq edilməlidir. Belə ki, mübahisəli hüquq münasibətlərinin yarandığı zaman, yəni xx xxxxxxx 2009-cu il tarixə kimi qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsində göstərilir ki, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi 6 ay saxlanılır. -İcarədar və ya onun ailə üzvləri üzürlü səbəblərə görə altı aydan artıq müddətə başqa yerə getdikdə, bu müddət başqa yerə gedənin ərizəsi üzrə kirayədar tərəfindən, mübahisə yarandıqda isə, məhkəmə tərəfindən uzadıla bilər. - Şəxsin, müəyyən etdiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 1999-cı il tarixli qərarından görünür ki, ailə üzvünün daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməsi və ya həmin yaşayış məntəqəsindən digər bir yaşayış sahəsinə köçməsi yaşayış sahəsinə olan hüququnun itirilməsi üçün əsasdır. xx xxxxxx 1997-ci il tarixdən qüvvədə olan «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 1-ci hissəsinə əsasən şəxsin yaşayış yeri kimi tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Məhkəmə iclasında iddiaçı onun xüsusi mülkiyyətində Xaçmaz rayonunun Qobuqıraq kəndində 0,1049 ha həyətyanı torpaq sahəsi olduğunu, həmin torpaq sahəsində yaşayış evi olduğunu, orada yaşadığını göstərmişdir, lakin ərazidən yüksək gərginlikli elektrik xətti keçdiyinə görə evin mülkiyyət kimi qeydə alınmadığını qeyd etmişdir. Həmçinin iddiaçı bildirmişdir ki, 6-7 əvvəl yaşamaq üçün başqa yerə köçüb getməsinə baxmayaraq, hər ayda 1-2 dəfə gəlib onu narahat edir və evdə yaşamaq istədiyini bildirir. Qeyd edilən hal iddiaçının daimi yaşamaq üçün evdən çıxıb başqa yaşayış sahəsinə getmədiyini, onun mübahisəli evdə yaşamaq niyyətində olduğunu göstərir. X15 Məhkəməsi “O.X12rşı” iş üzrə ərizənin qəbul edilənliyi barədə və “X5rşı” işi üzrə xx xxxxxx 1986-cı il tarixli qərarlarında qeyd etmişdir ki, şəxs qaldığı yerin 8-ci maddədə nəzərdə tutulan mənada “mənzil” sayılması üçün həmin yerlə yetərli və davamlı əlaqələrinin olduğunu sübut etməlidir. X15 Məhkəməsi “Gillounun işi”nə dair qərarında göstərmişdir ki, həmin işdə ərizəçilər evlərində 1958-ci ildə məskunlaşmış, işləmək üçün xaricə getməzdən əvvəl orada iki il yaşamış və evdə olmadıqları müddətdə mebellərini evdə saxlamışlar. Xaricdə olarkən onlar Birləşmiş Krallığa qayıtdıqdan sonra həmin evdə yaşayacaqları barədə niyyətlərini ifadə etmişdilər. Sonralar 1979-cu ildə geriyə qayıtdıqdan sonra onlar yenidən həmin evdə məskunlaşmış və onların Konvensiyanın 8-ci maddəsində nəzərdə tutulmuş hüquqlarına müdaxilə baş verənə qədər bir neçə ay orada yaşamışdılar. Məhkəmə müəyyən etmişdir ki, həmin işdə ərizəçilər sözügedən evdə özlərinə “mənzil” qurmuşdular və onların həmin mənzillə kifayət qədər davamlı əlaqələri vardı. (Bax: Valentina Akimova Azərbaycana qarşı 1985/03 saylı ərizənin qəbul edilənliyinə dair X15 Məhkəməsinin xx.xx.2006-cı il tarixli qərarı, 3-cü bənd, 3 və 4-cü abzaslar)”. Bu baxımdan məhkəmə hesab edir ki, cavabdehin tez-tez mübahisəli evə gələrək orada yaşamaq niyyətini ifadə etməsi nəzərə almaqla, onun yaşayış sahəsindən istifadə hüququnun itirlməsi “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 8-ci maddəsinin tələbləri baxımından iddiaçının mənzil hüququna müdaxilə kimi qiymətləndirilməli və onun pozulmuş hüquqları bərpa edilməlidir. Məhkəmə hesab edir ki, cavabdehin mübahisəli evə qayıtmaq niyyətini bildirməsi onun həmin evdə yaşamaq niyyətinin olduğunu göstərir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 8-ci maddəsinə əsasən hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. Qeyd edilənlərə əsasən məhkəmə iddianın təmin edilməməli olduğunu hesab edir. Azərbaycan Respublikasının MPM-nin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə nəzərə almışdır ki, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : X1 Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar