Məhkəmə qərarları › İş №2(067)-381/2024

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-381/2024

15.02.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-381/2024 15.02.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, cavabdeh X5 iştirakı ilə, İddiaçı Dilvər qızının cavabdeh X7 qarşı torpaq sahəsində və yaşayış evində ölçmə işləri aparılmasına törədilən maneələrin aradan qaldırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Dilvər qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Xaçmaz şəhəri, İlqar Fərzəliyev küçəsi, 28A ünvanda yerləşən mülkiyyət hüququ ilə ona məxsus 0.03 ha torpaq sahəsinin və onun üzərində inşa etdirdiyi yaşayış evinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mütəxəssisi tərəfindən müayinə edilməsinə törədilən maneələrin aradan qaldırılması və cavabdehə bu cür maneələrin törədilməsinin qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Dilvər qızı iddiasını onunla əsaslandırmışdır ki, Xaçmaz şəhəri, İlqar Fərzəliyev küçəsində yerləşən 0.03 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən bir mərtəbəli, üç otaqlı, 48,7 kv.m yaşayış, 28,7 kv.m köməkçi sahədən ibarət 28A nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə ona məxsusdur. Həmin daşınmaz əmlaklara dair mülkiyyət hüququnu təsdiq edən qeydiyyat tarixi xx.xx.2008-ci il, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi 302013TJÖ6168-10301, MH seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və 18 fevral 2008-ci il tarixli, reyestr nömrəsi **********68-10301 olan daşınmaz əmlakın texniki pasportu mövcuddur. Sözü gedən yaşayış evi 1976-cı ildə inşa edildiyindən köhnəlmiş, ona görə də o, 2021-ci ildə həmin evin yarısını sökərək boşaldılmış ərazidə yeni iki mərtəbəli yaşayış evi inşa etdirmişdir. Hazırda yeni inşa edilmiş evdə cavabdeh olan oğlu Əlibaba ailəsi ilə birlikdə yaşayır, o, isə köhnə evin sökülməmiş qalan hissəsində yaşayır. Yeni tikilmiş yaşayış evinə dair hüquqlarının dövlət reyestrində qeydə alınıb həmin evə çıxarışın və texniki pasportun hazırlanması üçün o, rəsmi ərizə ilə İqtisadiyyat Nazirliyi yaninda Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə mürcaiət etmiş, həmin idarənin nümayəndəsi yaşadığı ünvana gələrək torpaq sahəsini və evi müayinə etmək istədikdə (ölçüləri götürmək) cavabdeh olan oğlu Cavabdeh və arvadı buna mane olmuşlar və nümayəndəni evin içərisinə buraxmamışlar. Ona görə də 5 saylı Xaçmaz Ərazi İdarəsinin rəisi Fikrət Nuşiyev xx.xx.2023-cü il tarixli, 3-21-3-34/2-M-0612-8/2023 saylı məktubla cavab vermişdir ki, onun Xaçmaz şəhəri ərazisində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və texniki pasportun hazırlanması üçün Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə daxil olmuş xx.xx.2023-cü il tarixli ərizəsinə və həmin daşınmaz əmlaka dair sənədlərə baxılmış, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyatına alınması ilə bağlı müraciət etdiyi fərdi yaşayış evinə dair müayinə işlərinin aparılmasına şərait yaradılmamışdır və nəticədə daşınmaz əmlakın müayinəsi baş tutmamışdır. Ona görə də ərizəsinin icrası mümkün olmamışdır. Beləliklə, cavabdehin 5 saylı ünvan 2 ünvanda yerləşən mülkiyyət hüququ ilə ona məxsus 0.03 ha torpaq sahəsinin və onun üzərində inşa etdirdiyi yaşayış evinin müayinə edilməsinə törədilən maneələr nəticəsində o, həmin daşınmaz əmlaka dair hüquqlarını dövlət reyestrində qeydiyyata aldıra bilmir. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, məhkəmə hazırlıq iclasında verdiyi izahatlarında əlavə olaraq bildirmişdir ki, Xaçmaz şəhəri, İ.Fərzəliyev küçəsində yerləşən 0,03 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən bir mərtəbəli üç otaqlı 28A nömərli yaşayış evi mülkiyyət hüququ əsasında nümayəndəsi olduğu anası İddiaçı məxsusdur. Ata yurdları İlqar Fərzəliyev küçəsi 28A olub. Onun şəxsiyyət vəsiqəsində İlqar Fərzəliyev küçəsi 28 ünvanı göstərilib. Yeni yaşayış evinə dair hüquqlarının dövlət reyestrində qeydə alınıb həmin evə çıxarış və texniki pasportun verilməsi üçün anası rəsmi qaydada müraciət etmiş, reyestr xidmətinin nümayəndələri torpaq sahəsini və evi müayinə etmək istədikdə cavabdeh Əlbaba Məmmədov buna mane olur. ünvan 3 ünvanda 3 sot zəbt torpaq sahəsi bələdiyyə torpağıdır. Torpaq sahəsini bir hissəsi yeni tikilən evə, bir hissəsi ata evinin arxa hissəsinə düşüb. Anasının məhkəməyə şikayəti həmin ünvanla bağlı deyil. O hissədə bacı üçün köməkləşib ev tikmişlər. Bələdiyyə nümayəndəsi gəlib baxış keçirdikdə bildirmişdir ki, zəbt torpaq sahəsini ya bu torpaq sahəsini alıb adınıza sənədləşdirməlisiniz, ya da ki, kiməsə satmalısınız. Sonra bacısı həmin torpaq sahəsini sənədləşdirmişdir. Onlar əvvəlki vaxtlarda bu torpaq sahəsini alarkən ünvan 28A olmuş, onlar bunu bilməmişlər. Buna dair sənədləri də vardır. Lakin şikayətləri ünvanlara görə deyil. Bələdiyyə küçə ünvanı verəndə bu ünvana İlqar Fərzəliyev küçəsi 28 ünvanı verib. Onların bütün sənədlərində 28 ünvanı gedib, əslində lap əvvəldən ünvan 28A olub. Onlar qardaşlarını evdən qeydiyyatdan çıxarmırlar, bu barədə qardaşı Əlbabanın dediyi həqiqətə uyğun deyil. Sadəcə onlar istəyirlər ki, qardaşı ilə anası tikən evin arxa hissəsinə hardasa bir sot yarım bələdiyyə torpaq sahəsi düşüb, həmin yer sənədləşmədiyinə görə oranı sənədləşdirmək istəyirlər. Anası istəyir ki, bələdiyyə torpağını da adına keçirsin. Reyestrin nümayəndəsi gələndə cavabdeh buna etirazını bildirmişdir. Onlar cavabdehi evdən çıxarmaq istəmirlər, bu yalan söhbətdir. Sadəcə anası əmlakı adına rəsmiləşdirmək istəyir. O, ünvan 4 ünvanda qeydiyyatda qalmaq istəyir. Sumqayıt İnzibati məhkəməsi də qərarında göstərib ki, ünvan düzgün deyil, ünvan yerinə qaytarılmalıdır. İddaçı tərəf onu 28 ünvanından çıxarıb 28A ünvanına qeydiyyata salmaq istəyir. O, 28 ünvanındadır axı. Orada ata evinin yarsını söküb yaşayış evi tikmişdir. Onlar onun qeydiyyatını bacısı üçün tikdiyi ünvana vermək istəyirlər. İş üzrə cavabdeh X12 məhkəmə iclasında iddianı qəbul etməyərək, məhkəmə hazırlıq iclaslarında verdiyi izahatlarında göstərmişdir ki, xx.xx.1979-ci ildə Xaçmaz şəhərində doğulmaqla valideynlərinə məxsus ünvan 6 ünvanda daimi pasport qeydiyyatında olmaqla həmin ünvanda yaşayır. Həmin ev 1976-cı ildə inşa edilmiş evdir və evin nömrəsi onun şəxsiyyət vəsiqəsində göstərildiyi kimi Xaçmaz şəhəri, İ.Fərzəliyev küçəsi 28-dir. Qeydiyyatda olduğu ünvan 6 ünvanda yerləşən 1976-cı ildə tikilmiş yaşayış evinin sol tərəfdən bir hissəsi sökülməmişdən əvvəl torpaq sahəsində küçə istiqamətindən həyətə girdikdə sağ tərəfdə bacısı X8 üçün yaşayış evi inşa edilmişdir. Köhnə evin birci hissəsi söküldükdən sonra həyətə girdikdə sol tərəfdə o, özü üçün yaşayış evi inşa etmişdir. Ailəsi ilə birlikdə yeni inşa etdiyi evdə yaşayır. Eyni ilə bacısı X8 da yeni inşa edilmiş digər evdə yaşayır və hazırda anası İddiaçı bacısı Nəzakətlə birlikdə yaşayır. Köhnə evin sökülməmiş hissəsində isə kirayəçi yaşayır. Onun inşa etdiyi yaşayış evinin bir hissəsi anasının mülkiyyətində olan 0.03 ha torpaq sahəsindən kənara çıxmaqla bələdiyyə torpağında yerləşir. Evin inşa edildiyi torpaq sahəsinin bir hissəsi bələdiyyə torpağında yerləşdiyinə görə həmin torpağa mülkiyyət sənədi almaq mümkün deyildir. Hazırda anası İddiaçı ona qarşı iddia qaldırdıqdan sonra məlum olmuşdur ki, 1976-cı ildə inşa etdirmiş, bir hissəsi sökülmüş yaşayış evinə anası İddiaçı adına xx.xx.2008-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli **********8-10301 reyestr nömrəli seriya MH № ******* saylı çıxarış işlənmiş, çıxarışda həmin evin ünvanı 28A göstərilmişdir. Halbuki həmin tikili 1976cı ildə inşa edilmiş, bacısı X3 adına həyətə girdikdə sağ tərəfdə inşa edilmiş yeni tikilinin ünvanı isə 28 göstərilmişdir. Göründüyü kimi çıxarışlar işlənilərkən səhvə yol verilmiş, 1976-cı ildə tikilmiş köhnə tikilinin ünvanı ünvan 7.Fərzəliyev küçəsi, 28A göstərilmiş, bacısının adına işlənmiş çıxarışda isə onun ünvanı səhvən ünvan 8alideynlərinə məxsus evdə qeydiyyatda olsa da, hazırda belə anlaşılır ki, güya bacısı X4 məxsus yeni tikilmiş yaşayış evində daimi pasport qeydiyyatındadır. Halbuki bacısının adına tikilmiş yeni yaşayış evi 2010-cu ildən sonra tikilmiş və daha sonra adına çıxarış işlənmişdir. Təbii ki, o, həmin evə pasport qeydiyyatına düşə bilməzdi. Adına verilmiş şəxsiyyət vəsiqəsindən də görünür ki, o, ünvan 6 ünvanda, yəni valideynlərinə məxsus 1976-cı ildə inşa edilmiş yaşayış evində daimi pasport qeydiyyatındadır. Anası tərəfindən tikilməsi göstərilən sonradan tikilmiş bir mərtəbəli zirzəmili yaşayış evini anasının razılığı ilə o, inşa etmişdir, anası evin iki mərtəbəli olmasını göstərmişdir. Torpaq sahəsi anasının adına olduğuna görə o, vəziyyətdən sui-istifadə edərək evin özü tərəfindən tikildiyini göstərmişdir. Halbuki anasının elə bir qazancı yoxdur ki, hazırda dəyəri 80-100 min manat olan yaşayış evi tikdirsin. Həmin ev onun tərəfindən tikdirilmişdir və tikildiyi vaxtdan o, ailəsi ilə birlikdə orada yaşayır. İddiaçı tərəfin məqsədi onu həmin ünvandan qeydiyyatdan çıxarmaqdır. O, reyestr işçilərinə ölçmə işləri aparmağa maneçilik törətməmişdir. İ.Fərzəliyev küçəsi 28 saylı ünvan onun ata yurdudur. Orada doğulmuş, orada böyüyüb boya-başa çatmışdır. O, həmin yerdə evin yarısını söküb ev tikmişdir. Sumqayıt İnzibati məhkəməsinin qərarında ünvanların səhv yazılması göstərilmişdir. Onun şəxsiyyət vəsiqəsində də İ.Fərzəliyev küçəsi 28 saylı ünvan göstərilib, 28A göstərilməyib. O, həmin yerdə evin yarısın söküb ev tikmiş, sol hissəsində də bacısına yer verib və bacısı üçün də ev tikmişlər. Onun tikdiyi evin yarısı bələdiyyə torpağına düşüb. Bələdiyyə torpağı da ata evlərinin arxa hissəsindədir. Evə dair çıxarış anasının adındadır. Mülkiyyətçi yalnız anasıdır. İndi onu 28 saylı ünvandan qeydiyyatdan çıxmağa məcbur edirlər. O, anasının nə etmək istədiyini bilmir, yəqin evi satmaq istəyir. Amma həmin evi o, tikmiş, şahidləri də, ustaları da var. 28A ünvanını ata yurduna vermək istəyirlər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə sübutları araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(118)-5087/2023 saylı qərardadından müəyyən olunur ki, X1 rayon Polis şöbəsinə qarşı hüquqların Dövlər qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli, **********07- 10301 reyestr nömrəli çıxarışa əsasən mülkiyyət hüququ ilə iddiaçıya məxsus ünvan 10 ünvandakı evindən ailə üzvləri olmayan Cavabdeh və onun övladları 1.04.2015-ci il təvəllüdlü X10 və xx.xx.2016-cı il təvəllüdlü X2 pasport qeydiyyatından çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi mümkün hesab edilməmişdir. Həmin qərardadda qeyd olunmuşdur ki, iddiaçı ilə üçüncü şəxslər fərqli ünvanlarda yaşasalar da, qeydiyyat ünvanları eyni göstərilir. Bu isə mənzillərə ünvan verilən zaman və ya qeydiyyat aparılan zaman qeyri müəyyənliyə yol verildiyini göstərir. İş materiallarında olan MH seriyalı ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, Xaçmaz şəhəri, İ.Fərzəliyev küçəsində 0,03 ha həyətyanı torpaq sahəsində yerləşən bir mərtəbəli üç otaqlı 28A nömərli fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 7 nömrəli reyestr kitabının 165 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2008-ci il tarixli fərdi yaşayış evinin daşınmaz əmlakın texniki pasportundan müəyyən olunur ki, ünvan 11 ünvandakı evə texniki pasport işlənmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin iddiaçı X6 ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-21-3-34/2-M-0612-8/2023 saylı məktubundan müəyən olunur ki, iddiaçının Xaçmaz şəhəri ərazisində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və texniki pasportun hazırlanması üçün Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə daxil olmuş xx.xx.2023-cü il tarixli ərizəsinə və həmin daşınmaz əmlaka dair sənədlərə baxılmış, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyatına alınması ilə bağlı müraciət etdiyi fərdi yaşayış evinə dair müayinə işlərinin aparılmasına şərait yaradılmamışdır və nəticədə daşınmaz əmlakın müayinəsi baş tutmamışdır. Ona görə də ərizəsinin icrası mümkün olmamışdır. İş materiallarında olan cavabdeh X5 İddiaçı Dilvər qızının ona qarşı torpaq sahəsində və yaşayış evində ölçmə işləri aparılmasına törədilən maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsinə qarşı etirazından müəyyən olunur ki, cavabdeh iddianı qəbul etməyərək, etirazında qeyd etmişdir ki, tikdiyi evin bir hissəsi bələdiyyə mülkiyyətində olan torpaq sahəsinə düşmüş, əsas hissəsi isə anasının adına olan torpaq sahəsinə düşmüşdür. Torpaq sahəsi anasının adına olduğuna görə o, vəziyyətdən suiistifadə edərək, evin özü tərəfindən tikildiyini göstərmişdir. Halbuki onun elə bir qazancı yoxdur ki, hazırda dəyəri 80-100 min manat olan yaşayış evi tikdirsin. Həmin ev onun tərəfindən tikilmişdir və tikildiyi vaxtdan ailəsi ilə birlikdə orada yaşayır. Göstərilənlərə əsasən qərar qəbul edilərkən ərizəsində qeyd olunanların nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-nin 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasınında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqlarının və X9 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar Mülki Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.2.-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66.2-ci maddəsinə əsasən torpaq üzərində hüquqlar (müddəti 11 aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydata daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Məcəllənin 67.4-cü maddəsinə əsasən torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və içarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması qanunla qadağan olunur. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşları mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torppaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən həyata keçirilir. «Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 fevral 2003-cü il tarixli 2 №-li Qərarının 3-cü bəndində qeyd edilmişdir ki, torpaq sahəsi ilə əlaqədar mübahisələrə baxıldıqda hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməli, buna müvafiq olaraq müdafiə tədbirləri seçilməlidir. İşlər məhkəmə baxışına hazırlandıqda torpaq sahəsinin hüquqi statusunu müəyyən edən sənəd, ilk növbədə həmin sənədin əsli tələb edilməlidir. Həmin Qərarın 6-cı bəndinə əsasən torpaq sahəsi üzərində hüquqlar həmin hüquqları təsbit edən müvafiq sənədlərlə (torpağa mülkiyyət hüququna dair dövlət aktı, torpaqdan daimi istifadə hüququna dair dövlət aktı, torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə, torpağın mülkiyyətə verilməsinə dair şəhadtnamə) rəsmiləşdirilir.Bu sənədlər olmadan torpağa yiyələnmək torpağı özbaşına tutma kimi qiymətləndirilir. Dövlət aktı və şəhadətnamə ilə əldə edilmiş hüquqlar müvafiq icra hakimiyyəti orqanında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçdikdən sonra yaranmış hesab edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərkən müəyyən olunmuşdur ki, tam mülkiyyət hüququ ilə İddiaçı Dilvər qızına məxsus olan Xaçmaz şəhəri, İlqar Fərzəliyev küçəsində 0.03 ha həyətyanı torpaq sahəsində yerləşən bir mərtəbəli, üç otaqlı, 48,7 kv.m yaşayış, 28,7 kv.m köməkçi sahədən ibarət 28A nömrəli fərdi yaşayış evinin bir hissəsi sökülərək, həmin ərazidə yeni iki mərtəbəli yaşayış evi tikilmişdir və bu hal cavabdeh tərəfindən də etiraf olunduğuna görə, işin mübahisəsiz halı hesab edilir. Cavabdeh qeyd olunun yeni yaşayış evinin onun tərəfindən inşa edildiyini qeyd etsə də, bununla bağlı məhkəməyə yazılı etirazını versə də, buna dair heç bir mötəbər sübutunu məhkəməyə təqdim etməmişdir. Yeni tikilmiş yaşayış evinə dair hüquqlarının dövlət reyestrində qeydə alınması və həmin evə çıxarışın və texniki pasportun hazırlanması zəruri olduğundan, bununla bağlı torpaq sahəsində və yaşayış evində ölçmə işləri aparılmasına maneələrin törədilməsi iddiaçının mülkiyyətçi kimi hüquqularının pozulmasına səbəb olur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, MH seriyalı ******* nömrəli hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı Dilvər qızına məxsus Xaçmaz şəhəri, İlqar Fərzəliyev küçəsi, 28A ünvanda 0.03 ha torpaq sahəsində və onun üzərində yerləşən yeni tikilmiş fərdi yaşayış evində ölçmə-baxış işlərinin keçirilməsinə cavabdeh X12 tərəfindən törədilən maneələrə son qoyulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. MH seriyalı ******* nömrəli hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı Dilvər qızına məxsus Xaçmaz şəhəri, İlqar Fərzəliyev küçəsi, 28A ünvanda 0.03 ha torpaq sahəsində və onun üzərində yerləşən yeni tikilmiş fərdi yaşayış evində ölçmə-baxış işlərinin keçirilməsinə cavabdeh X12 tərəfindən törədilən maneələrə son qoyulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nərmin Abiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar