Məhkəmə qərarları › İş №2(067)-386/2021

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-386/2021

01.02.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-386/2021 01.02.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi X24 iştirakı ilə, İddiaçı və iddiaçının vəkili X7 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI : İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum atası X8 miras qalmış Xaçmaz şəhəri, Qara Qarayev küçəsi 4 saylı ünvanda yerləşən mülkə (torpaq sahəsinə və yaşayış evinə) münasibətdə mirasın onun tərəfindən qəbul edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(067)-327/2010 saylı qətnaməsi ilə onun X2 qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması tələbinə dair iddiası təmin olunaraq mərhum atası X9 adına qeydiyyatda olan Xaçmaz şəhəri Q.Qarayev küçəsində yerləşən 4 saylı evin və evin yerləşdiyi 0,045 ha həyətyanı torpaq sahəsinin mərhumə Talıbova Qızanaya məxsus ½ hissəsində payına münasibətdə mirasın qanun üzrə vərəsəlik qaydasında onun tərəfindən qəbul edilməsi faktı müəyyən edilmiş və həmin evə və evin yerləşdiyi 0,045 ha həyətyanı torpaq sahəsinin ½ hissəsinə mülkiyyət hüququ tanınmışdır. X29 vəfatından sonra onun övladlarından yalnız onun mirası qəbul etməyi, digər övladlarının isə qəbul etməməsi qeyd olunan qətnamə ilə sübuta yetirilib. Ona görə o, hesab edir ki, miras qoyan Qızana Talıbovadan miras qalmış Xaçmaz şəhəri Q.Qarayev küçəsində yerləşən 4 saylı evin və evin yerləşdiyi 0,045 ha həyətyanı torpaq sahəsinin ½ hissəsində olan payı vərəsəlik açıldığı vaxtdan miras əmlakı faktiki surətdə idarə etməklə və mirasa yiyələnməklə onun tərəfindən qəbul edildiyindən, qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan ona məxsus hesab edilməlidir. Həmçinin, qətnamədə qeyd olunur ki, miras qoyan X3 şəhəri Qara Qarayev küçəsi 4 saylı ünvanda yerləşən yaşayış evinə dair oğlu Cavabdeh adına vəsiyyətnamə saxladığından həmin evdə və həyətyanı torpaq sahəsində miras qoyanın payına düşən ½ hissə açıq saxlanılmalı, lakin həmin evdə və həyətyanı torpaq sahəsində digər miras qoyan X13 payına düşən ½ hissəyə dair vərəsəlik isə qanun üzrə vərəsəlik qaydasında həyata keçirilməlidir. Qeyd olunan məhkəmə qətnaməsi ilə müəyyən olunub ki, valideynlərinin ölümündən sonra miras əmlak bütövlükdə onun tərəfindən idarə olunur. xx.xx.2011-ci il tarixli **********73-10301 reyestr nömrəli MA seriyalı ******* saylı Çıxarışa əsasən qeyd olunan mülkün ½ hissəsinə onun hüququ qeydə alınıb, qalan ½ hissə mərhum X14 adına açıq saxlanılmışdır. Açıq saxlanılmış ½ hissəyə cavabdehin adına vəsiyyətnamə olsa da, miras cavabdeh tərəfindən qəbul edilməyib. O, açıq saxlanılmış ½ hissəyə vərəsəlik haqqında şəhadətnamə almaq üçün Xaçmaz rayon 1 saylı Notariat ofisinə müraciət etmişdir, lakin cavabdehin adına vəsiyyətnamə olması səbəbindən ona məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Ona görə o, hazırkı iddianı qaldırmışdır. Məhkəmə iclasında dindirilmiş İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, cavabdeh onun qardaşıdır. O, 1982-ci ildə Rusiya Federasiyasına köçüb, orada ailə qurub və həmin vaxtdan onunla əlaqələri yoxdur. Bütövlükdə miras əmlaka vərəsəlik açıldıqdan sonra qanunda nəzərdə tutulmuş müddətdə və qaydada mirası o, qəbul etmişdir və o, idarə edir. Miras əmlak hazırda da onun sahibliyindədir, o, miras evi əvvəllər də kirayəyə vermişdir, hazırda da kirayə müqaviləsinə əsasən o, miras evi X1 vermişdir. Məhkəmə iclasında iddiaçının vəkili X17 iddianın tamamilə əsaslı olduğunu və işin halları ilə öz təsdiqini tapdığını göstərərək, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək və təqdim olunmuş sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, mülki işə əlavə edilmiş 28.11.19-cu il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı Xaçmaz şəhəri Q.Qarayev küçəsində yerləşən 4 saylı ünvanda yaşayır. O, Xaçmaz şəhəri A. Məmmədov küçəsi ev 46, mənzil 17-də qeydiyyatdadır. Mülki işə əlavə edilmiş İddiaçı tərəfindən 1 saylı notariat kontoruna verilən ərizədən müəyyən olunur ki, o, notariat kontoruna ünvan 1 saylı ünvanda yerləşən mülkə (torpaq sahəsinə və yaşayış evinə) şəhadətnamə almaq üçün müraciət etmişdir. Mülki işə əlavə edilmiş Xaçmaz rayonu 1 saylı notariat ofisinin xx.xx.2020-ci il tarixli məktubundan müəyyən olunur ki, İddiaçı miras əmlakı qəbul etmək üçün Xaçmaz rayonu 1 saylı notariat ofisinə rəsmi müraciət etmiş, lakin ona Cavabdeh adına vəsiyyətnamə olması səbəbindən məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Mülki işə əlavə edilmiş AZ-İ seriyalı 354287 saylı ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X21 xx.xx.1997-ci il tarixdə vəfat etmişdir. Mülki işə əlavə edilmiş AZ seriyalı 002544 saylı ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X25 xx.xx.1999-cu il tarixdə vəfat etmişdir. Mülki işə əlavə edilmiş xx.xx.2020-ci il tarixli arayışdan müəyyən olunur ki, X9 vərəsələri İddiaçı, Cavabdeh, X11r, X9 vəfatından sonra onun evi və təsərrüfatının qalan hissəsini İddiaçı idarə edir. Mülki işə əlavə edilmiş xx.xx.1993-cü il tarixli vəsiyyətnamədən müəyyən olunur ki, X22 ona məxsus olan bütün əmlakını, o cümlədən Xaçmaz şəhəri, Qara Qarayev küçəsi 4 saylı ünvanda yerləşən evini oğlu Cavabdeh vəsiyyət etmişdir. Mülki işə əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş MA seriyalı, 018467 saylı, **********73-10301 reyestr nömrəli çıxarışdan müəyyən olunur ki, Xaçmaz şəhəri Q.Qarayev küçəsində yerləşən 4 saylı ev və evin yerləşdiyi 0,045 ha həyətyanı torpaq sahəsinin ½ hissəsi İddiaçı mülkiyyətindədir. Mülki işə əlavə edilmiş xx.xx.2020-ci il tarixli kirayə müqaviləsindən müəyyən olunur ki, Xaçmaz şəhəri Q.Qarayev küçəsində yerləşən 4 saylı ev hazırda İddiaçı sahibliyindədir, o, miras evi kirayə müqaviləsinə əsasən X1 vermişdir. Mülki işə əlavə edilmiş Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(067)- 327/2010 saylı qətnaməsi ilə İddiaçı X2 qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması tələbinə dair iddiası təmin olunaraq mərhum atası X9 adına qeydiyyatda olan Xaçmaz şəhəri Q.Qarayev küçəsində yerləşən 4 saylı evin və evin yerləşdiyi 0,045 ha həyətyanı torpaq sahəsinin mərhumə X18 məxsus ½ hissəsində payına münasibətdə mirasın qanun üzrə vərəsəlik qaydasında onun tərəfindən qəbul edilməsi faktı müəyyən edilmiş və həmin evə və evin yerləşdiyi 0,045 ha həyətyanı torpaq sahəsinin ½ hissəsinə mülkiyyət hüququ tanınmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar 20 (iyirmi) manat dövlət rüsumu köçürülmüşdür. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 2000-ci ilin sentyabr ayınadək qüvvədə olmuş Nikah və Ailə Məcəlləsinin 23-cü maddəsinin 1-ci hissəsinə əsasən ər-arvadın nikah müddətində qazandıqları əmlak onların ümumi birgə mülkiyyətidir. Əmlakın ər və ya arvadın qazancı hesabına əldə edilibedilməməsindən asılı olmayaraq ər-arvad bu əmlaka bərabər sahiblik, istifadə və sərəncam hüququna malikdirlər. Həmin maddənin 2-ci hissəsinə əsasən ər-arvadın ikisindən biri ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğu və digər üzürlü səbəbə görə onun müstəqil qazancı olmadıqda da, onlar əmlak üzərində bərabər hüquqlara malikdirlər. Həmin maddənin 3-cü hissəsinə əsasən nikah müddətində qazanılmış əmlakın ərarvaddan birinin adına yazılmasından asılı olmayaraq, həmin əmlak üzərində onların hər ikisinin hüquqları vardır. Həmin Məcəllənin 28-ci maddəsinin 1-ci hissəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyəti olan əmlak bölündükdə onların payları bərabər hesab edilir. İş materiallarından müəyyən olunur ki, miras qoyanlar X26 ilə X25 xx xxxxx 1948-ci ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar və miras qalmış yaşayış evini və evin yerləşdiyi həyətyanı torpaq sahəsini 1955-ci ildə birgə nikah dövründə əldə etmişlər. İşin araşdırılmış hallarından müəyyən edilir ki, miras qoyan X8 miras qalmış Xaçmaz şəhəri, Qara Qarayev küçəsi 4 saylı ünvanda yerləşən mülkə (torpaq sahəsinə və yaşayış evinə) münasibətdə ½ hissədə Cavabdeh adına vəsiyyətnamə olmasına baxmayaraq, o, mirası qanunla müəyyən edilmiş qaydada qəbul etməmişdir və hazırda həmin miras əmlak iddiaçı tərəfindən idarə olunur. 2000-ci ilin sentyabr ayınadək qüvvədə olmuş Azərbaycan Respublikas Mülki Məcəlləsinin 528-ci maddəsinə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi ilə, yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı miras qoyan şəxsin öldüyü gün hesab olunur. İş materiallarından göründüyü kimi miras qoyan X14 xx xxx 1997-ci il tarixdə, digər miras qoyan X13 xx xxxx 1999-cu il tarixdə vəfat etmələri ilə onlardan miras qalmış əmlaka dair vərəsəlik açılmışdır. Həmin Məcəllənin 529-cu maddəsinə əsasən vərəsəliyin açıldığı yer miras qoyanın sonuncu daimi yaşayış yeri hesab edilir. İş materiallarından göründüyü kimi miras qoyan şəxslər X26 və X4 şəhərində vəfat etdikləri və vəfat etdikləri günədək Xaçmaz şəhərində yaşadıqlarından vərəsəliyin açıldığı yer onların daimi yaşadıqları yer hesab edilir. Həmin Məcəllənin 532-ci maddəsinə əsasən qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri birinci növbəli vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaqlar da birinci növbəli vərəsələr sırasına daxildirlər. 2000-ci ilin sentyabr ayınadək qüvvədə olmuş Azərbaycan Respublikas Mülki Məcəlləsinin 527-ci maddəsinə əsasən vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. Həmin Məcəllənin 537-ci maddəsinə əsasən hər bir vətəndaş öz əmlakının hamısını və ya onun bir hissəsini qanun üzrə vərəsələr dairəsinə həm daxil olan və həm də daxil olmayan bir və ya bir neçə vətəndaşa, habelə dövlətə və ayrı-ayrı dövlət kooperativ və sair ictimai təşkilatlara vəsiyyət üzrə verə bilər. İş materiallarından müəyyən olunur ki, miras qoyan X5 şəhəri, Qara Qarayev küçəsi 4 saylı ünvanda yerləşən yaşayış evinə dair oğlu Cavabdeh adına vəfat etdiyi günədək vəsiyyətnamə saxlamış, həmin vəsiyyətnamə dəyişdirilməmiş və hazırda da qüvvədədir, digər miras qoyan X25 isə vəfat etdiyi günədək özündən miras qalmış əmlaka dair hər hansı vərəsəsinin və ya digər şəxsin adına vəsiyyətnamə saxlamamışdır. 2000-ci ilin sentyabr ayınadək qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 552-ci maddəsinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab edilir. Həmin Məcəllənin 555-ci maddəsinin 1-ci hissəsinə əsasən vərəsə digər vərəsələrin gəlməsini gözləmədən, miras əmlakına sahiblik etməyə və ya onu idarə etməyə başlaya bilər. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, miras qoyan X14 vəfatından sonra onun birinci növbəli vərəsələrindən yalnız qızı- İddiaçı miras əmlakı faktiki surətdə idarə etməklə və mirasa yiyələnməklə mirası qəbul etmiş, digər birinci növbəli vərəsələr- X6, X19 (Məmətqulu) qızı, X20 (Məmətqulu) qızı və Cavabdeh (Məmətqulu) oğlu isə istər qanunla müəyyən edilmiş müddət ərzində vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verməklə, istərsə də mirası faktiki surətdə idarə etmək və ona yiyələnməklə mirası qəbul etməmişlər. Ona görə də məhkəmə hesab edir ki, miras qoyan X8 miras qalmış ünvan 1 saylı ünvanda yerləşən yaşayış evi və evin yerləşdiyi 0,045 ha həyətyanı torpaq sahəsi vərəsəlik açıldığı vaxtdan miras əmlakı faktiki surətdə idarə etməklə və mirasa yiyələnməklə İddiaçı tərəfindən qəbul edildiyindən qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan İddiaçı məxsus hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi hazırki əsaslarla təmin edilməklə mərhum X14 adına qeydiyyatda olan, Xaçmaz şəhəri, Qara Qarayev küçəsində yerləşən 4 saylı yaşayış evinin və evin yerləşdiyi 0,045 ha həyətyanı torpaq sahəsinin İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və AR MPM-nin 214, 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDI : İddia təmin edilsin. Xaçmaz şəhəri, Qara Qarayev küçəsi 4 saylı ünvanda yerləşən mülkə (torpaq sahəsinə və yaşayış evinə) münasibətdə mirasın İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. İddia ərizəsi verilərkən ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar