Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-386/2025 21.02.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi X8, ərizəçi X2 iştirakı ilə, ərizəçi X2 mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi barəsində mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi Ərizəçi X5 ərizə ilə məhkəməyə müraciət edərək Quba rayonu Təngəaltı kəndində yerləşən JN 0032, 30329068 nömrəli dövlət aktına əsasən X3 məxsus olmuş torpaq sahəsinə münasibətdə mirasın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi X5 ərizəni müdafiə edərək göstərmişdir ki, atası Nöhbala, doğma anası Nazxanım olub. Onların 6 övladları olmuşdur. O, qardaşları Əkrəm, Fizuli və Firdovsi, bacıları Bibixanım və Bahar. Qardaşı Əkrəm ölmüşdür. Anası Nazxanım 1984-cü ildə ölmüş, 1985-ci ildə atası ikinci dəfə Zenfira ilə evlənmiş, 1989-cu ildə nikahını rəsmiləşdirmişdir. Zenfira 2011-ci ildə ölmüşdür. Nöhbala 1999-cu ildə ölmüşdür. Zenfiranın adına olan 0,54 ha torpaqdan 0,18 ha torpaq sahəsi qalıb. 0,36 ha Cəllada satılmışdır. Baharın 0,18 ha hissədə payı açıq saxlanılmışdır. Maraqlı tərəf maraqlı tərəf Quba Regional ASAN Xidmət Mərkəzinin Notariat ofisinə məhkəmə iclasının vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş üzrə X6 nümayəndəsi X12 iddiaya qarşı etiraz məzmunlu şikayət ərizəsini məhkəməyə göndərərək vəkil Heybətov Azadın ona qarşı törətdiyi qeyri-qanuni hərəkətlərinin qarşısının alınması, mərhum Ağakişiyev Zənfıranın ona satdığı pay torpağının qeyri-qanuni məhkəmə oyunları ilə əlindən almaq, şəxsən Rusiya vətəndaşı olan X4 adına verilən vərəsəlik şəhadətnaməsi verilməsinə dair heç bir məhkəmə qətnaməsi və ya qərarı kimi hər hansı bir sənədin qəbul edilməməsini xahiş etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.10-cu maddəsinə görə hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edilərsə, məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 360.4-cü maddəsinə görə xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. X1 mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbi ilə əlaqədar mübahisə mövcud olduğundan, həmin tələblə əlaqədar işə xüsusi icraat qaydasında baxıla bilməz. Belə olan halda ərizəçinin tələbi baxılmamış saxlanılmaqla, ümumi əsaslarla iddia vermək hüququ izah olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı X2 mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Ərizəçiyə izah olunsun ki, qeyd olunan tələbi ilə bağlı ümumi əsaslarla məhkəmədə iddia qaldırmaq hüququ vardır. Qərardaddan rəsmi qaydada verildiiyi gündən 10 gün müddətində Xaçmaz rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-386/2025
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-386/2025
21.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver