Məhkəmə qərarları › İş №2(067)-4/2021

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-4/2021

31.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-4/2021 31.05.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi X1 ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X3, Cavabdeh1 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və borc tələbinin ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə-011R********** saylı kredit razılaşması üzrə 153568,94 ABŞ dolları məbləğində kredit borcu, 26396,70 ABŞ dolları məbləğində faiz borcu və 51285,50 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 231251,14 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün tərəflərindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönləndirilməsi barədə bildirişin qeydə alınlası üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 63 manat xidmət haqqının tutulması, tələbin Xaçmaz şəhəri, X8 küçəsində xüsusi mülkiyyətdə olan 0.06 ha torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 61.6 kv.m yaşayış, 17.1 kv.m yardımçı, 78.7 kv.m ümumi sahədən ibarət 8 nömrəli fərdi yaşayış evinə tərkibindəki həyətyanı tikili və qurğulara; Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsində xüsusi mülkiyyətdə olan 0.0265 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 66.8 kv.m yaşayış, 21.0 kv.m yardımçı, 87.8 kv.m ümumi sahədən ibarət 92 nömrəli fərdi yaşayış evinə; Xaçmaz şəhəri, Qaçaq Nəbi küçəsində mülkiyyətdə olan 0.04 ha torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 54.4 kv.m yaşayış, 37.2 kv.m yardımçı sahədən ibarət 5 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evlərinin və torpaq sahələrinin açıq hərracdan satılması və cəmi 231251,14 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün tərəflərindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönləndirilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 63 manat xidmət haqqının hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-nə ödənilməsi. Hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan borcun Cavabdeh1 və Cavabdeh2 ümumi qaydada tutulması, Xaçmaz şəhəri, X8 küçəsində xüsusi mülkiyyətdə olan 0.06 ha torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 61.6 kv.m yaşayış, 17.1 kv.m yardımçı, 78.7 kv.m ümumi sahədən ibarət 8 nömrəli fərdi yaşayış evinə həyətyanı tikili və qurğulara tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 və Cavabdeh3 həmin fərdi yaşayış evinə istifadə hüquqlarının itirilməsinə, onların həmin evdən çıxarılması, evin və torpaq sahəsinin boşaldılması və alıcıya təhvil verilməsi, Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsində xüsusi mülkiyyətdə olan 0.0265 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 66.8 kv.m yaşayış, 21.0 kv.m yardımçı, 87.8 kv.m ümumi sahədən ibarət 92 nömrəli fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh2 və Cavabdeh4 həmin fərdi yaşayış evinə istifadə hüququnun itirilməsi, onların həmin evdən çıxarılması, evin və torpaq sahəsinin boşaldılması və alıcıya təhvil verilməsi, Xaçmaz şəhəri, Qaçaq Nəbi küçəsində mülkiyyətdə olan 0.04 ha torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 54.4 kv.m yaşayış, 37.2 kv.m yardımçı sahədən ibarət 5 nömrəli fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh2 və Cavabdeh4 həmin fərdi yaşayış evinə istifadə hüququnun itirilməsi, onların həmin evdən çıxarılması, evin və torpaq sahəsinin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 22.04.2008-ci il tarixli 11L000000215 saylı kredit xətti müqaviləsinə əsasən 60 ay müddətinə 100000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Tərəflər arasında imzalanmış 11.04.2013-cü il tarixli 215 saylı sazişə əsasən kredit xətt müqaviləsinə əlavələr edilmiş, kredit xəttinin məbləği müddəti artırılaraq, müvafiq olaraq, 500000 ABŞ dolları və 179 ay müəyyən edilmişdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 01.12.2014cü il tarixli 011R********** saylı kredit razılaşması əsasında 60 ay müddətinə, aylıq faiz dərəcəsi 1.4167 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 180000 ABŞ dolları məbləğində kredit verilmişdir. Tərəflərin imzaladıqları sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış və kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 25.12.2015-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 26431,06 ABŞ dolları ödəmiş, onun 153568,94 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.3cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmanın 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 23.11.2016-cı il tarixə 334 gün üçün hesablanmış faiz borcu 26396,70 ABŞ dolları təşkil edir. Kredit müqaviləsinin 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kreditin qalığının 0,5 % məbləğində cərimə ödəməlidir. 23.11.2016-cı il tarixə 334 gün üçün hesablanmış cərimə 51285,50 ABŞ dolları təşkil edir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 11.04.2013-cü il tarixli 11S000003650 saylı zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən yuxanda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında borclu Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə ipoteka verən Cavabdeh1 ilə bank arasında bağlanılmış 27.11.2014-cü il tarixli 011M**********02 saylı ipoteka müqaviləsi (Xaçmaz rayon 1 saylı NK-nun notariusu F.S.Məmmədov tərəfindən təsdiq edilib) əsasında Xaçmaz şəhəri, X8 küçəsində xüsusi mülkiyyətdə olan 0.06 ha torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 61.6 kv.m yaşayış, 17.1 kv.m yardımçı, 78.7 kv.m ümumi sahədən ibarət 8 nömrəli fərdi yaşayış evini iddiaçının xeyrinə ipoteka ilə yüklü etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən 33 №-li reyestr kitabının 20 №-li vərəqində qeydiyyata alınmış və RX 0524054№-li çıxarışa əsasən Xaçmaz şəhəri, X8 küçəsində xüsusi mülkiyyətdə olan 0.06 ha torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 61.6 kv.m yaşayış, 17.1 kv.m yardımçı, 78.7 kv.m ümumi sahədən ibarət 8 nömrəli fərdi yaşayış evinin tərkibindəki həyətyanı tikili və qurğularla Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. Xaçmaz şəhəri, X8 küçəsində xüsusi mülkiyyətdə olan 0.06 ha torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 61.6 kv.m yaşayış, 17.1 kv.m yardımçı, 78.7 kv.m ümumi sahədən ibarət 8 nömrəli fərdi yaşayış evi tərkibindəki həyətyanı tikili və qurğularla İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ipoteka müqaviləsi əsasında ipoteka qoyularkən Cavabdeh3 ipoteka müqaviləsinin rəsmiləşdirildiyi notariat kontoruna ərizə təqdim edərək həmin fərdi yaşayış evinin və onun yerləşdiyi torpaq sahəsinin ipoteka ilə yüklü edilməsinə razı olduğunu bildirmiş və həmin əmlaka yönəldiyi təqdirdə qeyri-şərtsiz tərk edəcəyi barədə öhdəlik götürmüşdür. İpoteka saxlayan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfındən cavabdeh-ipoteka verənə İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 36.2-ci bəndinə uyğun olaraq 11.11.2016-cı il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmiş, 12.11.2016-cı il tarixdə qəbul edilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında həmin bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə 18.11.2016-cı il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşmmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə təqdim olunmuşdur və həmin idarədə qeydə alınmışdır. İddiaçı QSC ipoteka bildirişinin Azərbaycan Xidmətinin 5 saylı Ərazi İdarəsində qeydiyyata alınması üçün 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqı ödəmişdir. Bundan başqa, Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh – ipoteka verən Cavabdeh2 ilə bank arasında bağlanılmış 27.11.2014-cü il tarixli 011M**********01 saylı ipoteka müqaviləsi (Xaçmaz rayon 1 saylı NK-nun natariusu F.S.Məmmədov tərəfinddn təsdiq edilib) əsasında Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsində xüsusi mülkiyyətdə olan 0.0265 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 66.8 kv.m yaşayış, 21.0 kv.m yardımçı, 87.8 kv.m ümumi sahədən ibarət 92 nömrəli fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən 24 №-li reyestr kitabmın 21 №-li vərəqində qeydiyyata alınmış və RX 0524035№-li çıxarışa əsasən Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsində xüsusi mülkiyyətdə olan 0.0265 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 66.8 kv.m yaşayış, 21.0 kv.m yardımçı, 87.8 kv.m ümumi sahədən ibarət 92 nömrəli fərdi yaşayış evinin Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsində xüsusi mülkiyyətdə olan 0.0265 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 66.8 kv.m yaşayış, 21.0 kv.m yardımçı, 87.8 kv.m ümumi sahədən ibarət 92 nömrəli fərdi yaşayış evi İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ipoteka müqaviləsi əsasında ipoteka qoyularkən Cavabdeh4 ipoteka müqaviləsinin rəsmiləşdirildiyi notariat kontoruna ərizə təqdim edərək həmin fərdi yaşayış evinin və onun yerləşdiyi torpaq sahəsinin ipoteka ilə yüklü edilməsinə razı olduğunu bildirmiş və ipoteka predmetinə tutma yönəldiyi təqdirdə həmin əmlakı tərk edəcəyi barədə öhdəlik götürmüşdür. İpoteka saxlayan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfındən cavabdeh-ipoteka verənə İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 36.2-ci bəndinə uyğun olaraq 11.11.2016-cı il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmiş, 12.11.2016-cı il tarixdə qəbul edilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında həmin bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə 18.11.2016-cı il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə təqdim olunmuşdur və həmin idarədə qeydə alınmışdır. İddiaçı QSC ipoteka bildirişinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsində qeydiyyata alınması üçün 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqı ödəmişdir. Bundan başqa, Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh – ipoteka verən Cavabdeh2 ilə bank arasında bağlanılmış 11.04.2013-cü il tarixli 011M000000244 saylı ipoteka müqaviləsi (Xaçmaz rayon 1 saylı NK-nun notariusu F.S.Məmmədov tərəfindən təsdiq edilib) əsasında Xaçmaz şəhəri, Qaçaq Nəbi küçəsində mülkiyyətdə olan 0.04 ha torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 54.4 kv.m yaşayış, 37.2 kv.m yardımçı sahədən ibarət 5 nömrəli fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən 7 №-li reyestr kitabının 31 №-li vərəqində qeydiyyata alınmış və RX 0159870№-li çıxarışa əsasən Xaçmaz şəhəri, Qaçaq Nəbi küçəsində mülkiyyətdə olan 0.04 ha torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 54.4 kv.m yaşayış, 37.2 kv.m yardımçı sahədən ibarət 5 nömrəli fərdi yaşayış evinin Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. Xaçmaz şəhəri, Qaçaq Nəbi küçəsində mülkiyyətdə olan 0.04 ha torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 54.4 kv.m yaşayış, 37.2 kv.m yardımçı sahədən ibarət 5 nömrəli fərdi yaşayış evi İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ipoteka müqaviləsi əsasında ipoteka qoyularkən Cavabdeh4 ipoteka müqaviləsinin rəsmiləşdirildiyi notariat kontoruna ərizə təqdim edərək həmin fərdi yaşayış evinin və onun yerləşdiyi torpaq sahəsinin ipoteka ilə yüklü edilməsinə razı olduğunu bildirmiş və ipoteka predmetinə tutma yönəldiyi təqdirdə həmin əmlakı tərk edəcəyi barədə öhdəlik götürmüşdür. İpoteka saxlayan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfındən cavabdeh-ipoteka verənə İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 36.2-ci bəndinə uyğun olaraq 11.11.2016-cı il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmiş, 12.11.2016-cı il tarixdə qəbul edilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında həmin bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə 18.11.2016-cı il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə təqdim olunmuşdur və həmin idarədə qeydə alınmışdır. İddiaçı QSC ipoteka bildirişinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsində qeydiyyata alınması üçün 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqı ödəmişdir. 28 fevral 2020-ci il tarixdə keçirilən məhkəmə iclasında İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X5 bildirmişdir ki, Əmlak Ekspertiza Mərkəzinin 12.06.2017-ci il tarixli rəyindən müəyyən olunur ki, Xaçmaz şəhəri, X8 küçəsində xüsusi mülkiyyətdə olan 0.06 ha torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 61.6 kv.m yaşayış, 17.1 kv.m yardımçı, 78.7 kv.m ümumi sahədən ibarət 8 nömrəli fərdi yaşayış evinin 12.06.2017ci il tarixinə bazar qiyməti 64500 manat, Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsində xüsusi mülkiyyətdə olan 0.0265 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 66.8 kv.m yaşayış, 21.0 kv.m yardımçı, 87.8 kv.m ümumi sahədən ibarət 92 nömrəli fərdi yaşayış evinin bazar qiyməti 120500 manat, Xaçmaz şəhəri, Qaçaq Nəbi küçəsində mülkiyyətdə olan 0.04 ha torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 54.4 kv.m yaşayış, 37.2 kv.m yardımçı sahədən ibarət 5 nömrəli fərdi yaşayış evinin bazar qiyməti isə 84500 manat təşkil edir. Hesab edir ki, Əmlak Ekspertiza Mərkəzinin 12.06.2017-ci il tarixli rəyi ilə ipotekaya qoyulmuş daşınmaz əmlakların dəyəri ekspert tərəfindən yüksək qiymətləndirilmişdir və həmin qiymətlər hazırkı bazar qiymətləri ilə uzlaşmır. Qeyd olunanlarla əlaqədar ipoteka predmetləri olan Xaçmaz şəhəri X8 küçəsində xüsusi mülkiyyətdə olan 0.06 ha torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 61.6 kv.m yaşayış, 17.1 kv.m yardımçı, 78.7 kv.m ümumi sahədən ibarət 8 nömrəli fərdi yaşayış evinin, Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsində xüsusi mülkiyyətdə olan 0.0265 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 66.8 kv.m yaşayış, 21.0 kv.m yardımçı, 87.8 kv.m ümumi sahədən ibarət 92 nömrəli fərdi yaşayış evinin və Xaçmaz şəhəri, Qaçaq Nəbi küçəsində mülkiyyətdə olan 0.04 ha torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 54.4 kv.m yaşayış, 37.2 kv.m yardımçı sahədən ibarət 5 nömrəli fərdi yaşayış evinin təkrar qiymətləndirilməsi və qiymətləndirmənin aparılmasının başqa qiymətləndirici təşkilata həvalə edilməsini xahiş etmişdir. Hazırda keçirilən məhkəmə iclasında məhkəmə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 18.09.2020-ci il tarixli rəyini tərəflərə elan etdikdə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X5 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 18.09.2020-ci il tarixli rəyinə etirazı olmadığını, amma məhkəmə tərəfindən ipoteka predmetlərinin ipoteka müqavilələrində tərəflərin razılaşdıqları qaydada müəyyən edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. 28 fevral 2020-ci il tarixdə keçirilən məhkəmə iclasında Cavabdeh1 izahatında göstərmişdir ki, İddiaçı QSC ilə bağladığı 22.04.2008-ci il tarixli 11L000000215 saylı kredit xətti müqaviləsinə əsasən ona 60 ay müddətinə 100000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. 11.04.2013-cü il tarixli 215 saylı sazişə əsasən kredit xətt müqaviləsinə əlavələr edilmiş, kredir xəttinin məbləği və müddəti artırılaraq, müvafiq olaraq, 500000 ABŞ dolları və 179 ay müəyyən edilmişdir. Kredit xətti müqaviləsi üzrə ona İddiaçı QSC ilə bağladığı 01.12.2014-cü il tarixli 011R********** saylı kredit razılaşması əsasında 60 ay müddətinə, aylıq faiz dərəcəsi 1.4167 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərtİ ilə 180000 ABŞ dolları məbləğində kredit verilmişdir. O, götürdüyü kredit borcundan 26431,06 ABŞ dollarını ödəmişdir, 153568,94 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Kredit xətti müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə digər Cavabdeh2 11.04.2013-cü il tarixli 11S000003650 saylı zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. Həmçinin, kredit xətti müqaviləsi üzrə onun öhdəliklərinin icrasını təmin etmək məqsədilə bankla bağladığı 27.11.2014-cü il tarixli 011M**********02 saylı ipoteka müqaviləsi əsasında Xaçmaz şəhəri, X8 küçəsində xüsusi mülkiyyətdə olan 0.06 ha torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 61.6 kv.m yaşayış, 17.1 kv.m yardımçı, 78.7 kv.m ümumi sahədən ibarət 8 nömrəli fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilib. Bundan başqa kredit xətti müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 ilə bank arasında bağlanılmış 27.11.2014-cü il tarixli 011M**********01 saylı ipoteka müqaviləsi əsasında Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsində xüsusi mülkiyyətdə olan 0.0265 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 66.8 kv.m yaşayış, 21.0 kv.m yardımçı, 87.8 kv.m ümumi sahədən ibarət 92 nömrəli fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Bundan başqa, kredit xətti müqaviləsi üzrə onun öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 ilə bank arasında bağlanılmış 11.04.2013-cü il tarixli 011M000000244 saylı ipoteka müqaviləsi əsasında Xaçmaz şəhəri, Qaçaq Nəbi küçəsində mülkiyyətdə olan 0.04 ha torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 54.4 kv.m yaşayış, 37.2 kv.m yardımçı sahədən ibarət 5 nömrəli fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Ekspert rəyi ilə əmlaklar qiymətləndirilmişdir. Hesab edir ki, əmlaklar aşağı qiymətləndirilmişdir. İddiaçının nümayəndəsi əmlakların təkrar qiymətləndirilməni xahiş edirsə, buna etiraz etmir. Hazırda keçirilən məhkəmə iclasında Cavabdeh1 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 18.09.2020-ci il tarixli rəyinə və məhkəmə tərəfindən ipoteka predmetlərinin həmin rəyə uyğun müəyyən edilməsinə etirazı olmadığını bildirmiş, eyni zamanda izahatında göstərmişdir ki, iddiaçı bankla aralarında bağladıqları kredit müqaviləsi üzrə razılığa gəlmişlər və həmin razılığa əsasən o, artıq bir neçə aydır ki, ödənişlər də edir. Ona görə də hazırda iddianın rədd edilməsini xahiş edir. İş üzrə cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh1 ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış 22.04.2008-ci tarixli 11L000000215 saylı kredit xətti müqaviləsindən müəyyən olunur ki, həmin müqaviləyə əsasən Cavabdeh1 60 ay müddətinə 100000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan tərəflər arasında imzalanmış 11.04.2013-cü il tarixli 215 saylı sazişdən müəyyən olunur ki, kredit xətt müqaviləsinə əlavələr edilmiş, kredit xəttinin məbləği müddəti artırılaraq müvafiq olaraq, 500000 ABŞ dolları və 179 ay müəyyən edilmişdir. İş materiallarında olan tərəflər arasında bağlanmış 01.12.2014-cü il tarixli 11L********** saylı kredit razılaşmasından müəyyən olunur ki, Cavabdeh1 60 ay müddətinə aylıq faiz dərəcəsi 1.4167 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 180000 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan 11R**********S saylı sazişdən müəyyən olunur ki, tərəflərin imzaladıqları sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. İş materiallarında olan ipoteka verən Cavabdeh1 iddiaçı ilə bağladığı 27.11.2014-cü il tarixli 011M**********02 saylı ipoteka müqaviləsindən müəyyən olunur ki, Xaçmaz şəhəri, X8 küçəsində xüsusi mülkiyyətdə olan 0.06 ha torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 61.6 kv.m yaşayış, 17.1 kv.m yardımçı, 78.7 kv.m ümumi sahədən ibarət 8 nömrəli fərdi yaşayış evini iddiaçının xeyrinə ipoteka ilə yüklü etmişdir. İpoteka predmetinin dəyəri 56000 ABŞ dolları məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan RX 0524054№ li Çıxarışdan müəyyən olunur ki, Xaçmaz şəhəri, X8 küçəsində xüsusi mülkiyyətdə olan 0.06 ha torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 61.6 kv.m yaşayış, 17.1 kv.m yardımçı, 78.7 kv.m ümumi sahədən ibarət 8 nömrəli fərdi yaşayış evinin tərkibindəki həyətyanı tikili və qurğularla Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İş materiallarında olan ipoteka verən Cavabdeh2 iddiaçı ilə bağladığı 27.11.2014-cü il tarixli 011M**********01 saylı ipoteka müqaviləsindən müəyyən olunur ki, Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsində xüsusi mülkiyyətdə olan 0.0265 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 66.8 kv.m yaşayış, 21.0 kv.m yardımçı, 87.8 kv.m ümumi sahədən ibarət 92 nömrəli fərdi yaşayış evini iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka predmetinin dəyəri 80000 ABŞ dolları məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan RX 0524035№ li Çıxarışdan müəyyən olunur ki, Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsində xüsusi mülkiyyətdə olan 0.0265 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 66.8 kv.m yaşayış, 21.0 kv.m yardımçı, 87.8 kv.m ümumi sahədən ibarət 92 nömrəli fərdi yaşayış evi Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İş materiallarında olan ipoteka verən Cavabdeh2 iddiaçı ilə bağladığı 11.04.2013-cü il tarixli 011M000000244 saylı ipoteka müqaviləsindən müəyyən olunur ki, Xaçmaz şəhəri, Qaçaq Nəbi küçəsində mülkiyyətdə olan 0.04 ha torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 54.4 kv.m yaşayış, 37.2 kv.m yardımçı sahədən ibarət 5 nömrəli fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka predmetinin dəyəri 32953 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan RX 0159870№ li Çıxarışdan müəyyən olunur ki, Xaçmaz şəhəri, Qaçaq Nəbi küçəsində mülkiyyətdə olan 0.04 ha torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 54.4 kv.m yaşayış, 37.2 kv.m yardımçı sahədən ibarət 5 nömrəli fərdi yaşayış evi Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İş materiallarında olan cavabdehlər Cavabdeh3 və Cavabdeh4 Xaçmaz rayon Notariat kontoruna təqdim etdikləri ərizələrdən müəyyən olunur ki, banka ipotekaya qoyulmuş əmlaklara tutma yönəldildiyi təqdirdə və satıldıqda həmin fərdi yaşayış evini qeyd şərtsiz tərk edəcəkləri barədə öhdəlik götürmüşlər. İş materiallarında olan Cavabdeh2 ilə bağlanmış 11.04.2013-cü il tarixli 11S000003650 saylı zaminlik müqaviləsindən müəyyən olunur ki, Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh2 bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. İş materiallarında olan iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh1 İddiaçı Qapalı Səhmdar cəmiyyətinə 01.12.2014-cü il tarixli 11R********** saylı kredit razılaşması üzrə 153568,94 ABŞ dolları əsas kredit borcu, 26396,70 ABŞ dolları faiz borcu və 51285,50 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 231251,14 ABŞ dolları məbləğində borcu vardır. İş materiallarında olan Əmlak Ekspertiza Mərkəzinin 12.06.2017-ci il tarixli rəyindən müəyyən olunur ki, Xaçmaz şəhəri, X8 küçəsində xüsusi mülkiyyətdə olan 0.06 ha torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 61.6 kv.m yaşayış, 17.1 kv.m yardımçı, 78.7 kv.m ümumi sahədən ibarət 8 nömrəli fərdi yaşayış evinin 12.06.2017-ci il tarixinə baxar qiyməti 64500 manat, Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsində xüsusi mülkiyyətdə olan 0.0265 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 66.8 kv.m yaşayış, 21.0 kv.m yardımçı, 87.8 kv.m ümumi sahədən ibarət 92 nömrəli fərdi yaşayış evinin bazar qiyməti 120500 manat, Xaçmaz şəhəri, Qaçaq Nəbi küçəsində mülkiyyətdə olan 0.04 ha torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 54.4 kv.m yaşayış, 37.2 kv.m yardımçı sahədən ibarət 5 nömrəli fərdi yaşayış evinin bazar qiyməti isə 84500 manat təşkil edir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddianın həcminin artırılmasına dair ərizəsindən müəyyən olunur ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı QSC-nə 011R********** saylı kredit razılaşması üzrə 147589,94 ABŞ dolları məbləğində kredit borcu, 45456,21 ABŞ dolları məbləğində faiz borcu və 94727,08 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 287773,23 ABŞ dolları məbləğində borcu vardır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 13 sentyabr 2018-ci il tarixli 29086 saylı rəyindən müəyyən olunur ki, iş materiallarında olan sənədlərə əsasən Cavabdeh1 01 dekabr 2014-cü il tarixli 011R********** saylı kredit müqaviləsi üzrə banka 147589,94 ABŞ dolları məbləğində əsas borcu, 45456,21 ABŞ dolları məbləğində faiz borcu vardır. İş materiallarında olan xəbərdarlıq məktublarından müəyyən ki, cavabdehlərə kredit müqaviləsinin şərtlərini pozaraq kredit və faiz borcunun ödənilməsini gecikdirdiklərinə görə xəbərdarlıq edilmişdir. İş materiallarında olan “xxxx” MMC-nin 23.01.2020-ci il tarixli komisyon ekspertiza rəyindən müəyyən olunur ki, Xaçmaz şəhəri, X8 küçəsində xüsusi mülkiyyətdə olan 0.06 ha torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 61.6 kv.m yaşayış, 17.1 kv.m yardımçı, 78.7 kv.m ümumi sahədən ibarət 8 nömrəli fərdi yaşayış evinin 12.06.2017-ci il tarixinə baxar qiyməti 67000 manat, Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsində xüsusi mülkiyyətdə olan 0.0265 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 66.8 kv.m yaşayış, 21.0 kv.m yardımçı, 87.8 kv.m ümumi sahədən ibarət 92 nömrəli fərdi yaşayış evinin bazar qiyməti 120000 manat, Xaçmaz şəhəri, Qaçaq Nəbi küçəsində mülkiyyətdə olan 0.04 ha torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 54.4 kv.m yaşayış, 37.2 kv.m yardımçı sahədən ibarət 5 nömrəli fərdi yaşayış evinin bazar qiyməti isə 90500 manat təşkil edir. İş materiallarından müəyyən olunur ki, iddiaçı ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün 30 manat dövlət rüsumu və 63 manat xidmət haqqı dəmişdir. İş materiallarında olan ödəniş tapşırıqlarından müəyyən edilir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlərə qarşı iddia tələbi ilə əlaqədar 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 məhkəməyə təqdim etdiyi 31.05.2021-ci il tarixli ərizəsindən müəyyən olunur ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 hazırda kredit müqaviləsi üzrə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə 82189.79 ABŞ dolları əsas kredit borcu, 45456.21 ABŞ dolları faiz borcu, 94727.08 ABŞ dolları cərimə olmaqla, cəmi 222373 ABŞ dolları 08 sent məbləğində borcu mövcuddur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 18.09.2020-ci il tarixli rəyindən müəyyən olunur ki, **********92-10301 reyestr saylı, **********92-10301 reyestr saylı, **********30-10301 reyestr saylı fərdi yaşayış evlərinin 11.09.2020-ci il tarixinə bazar dəyəri, Xaçmaz şəhəri, Qaçaq Nəbi küçəsində 82.000,00 (səksən iki min), Xaçmaz şəhəri, X8 Sabir küçəsində 65 000,00 (altımış beş min), Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsində 110.000,00 (bir yüz on min) manat təşkil edir. Hazırki iş üzrə tətbiq ediləcək maddi-hüquq normaları aşağıdakılardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən girovsaxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.1-ci maddəsinə əsasən ipoteka müqaviləsində tərəflərin adı və yaşayış yeri, ipotekanın predmeti, ipoteka ilə təmin edilən öhdəliyin mahiyyəti, ölçüsü və icra müddəti göstərilməlidir. Həmin Məcəllənin 307.2-ci maddəsinə əsasən ipotekanın predmeti müqavilədə onun adı, olduğu yer göstərilməklə və eyniləşdirilməsi üçün yetərli olan təsviri verməklə müəyyənləşdirilir. Həmin Məcəllənin 307.3-cü maddəsinə əsasən ipoteka müqaviləsində ipotekanın predmeti olan əşyanın hansı hüquqa əsasən ipoteka verənə mənsub olduğu və ipoteka verənin bu hüququnu qeydə almış dövlət orqanı göstərilmişdir. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reystrində qeydə alınmalıdır. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetiriliməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Həmin Məcəllənin 739.1. və 739.2-ci maddələrinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş göstərməli və i.a ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə, lazımi şəkildə öhdəliyin şərtlərinə və bu məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər, olmadıqda isə işguzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2.1 və 445.2.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 449.4.-cü maddəsində nəzərdə tutulduğu kimi, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 460.1-ci maddəsinə görə öhdəliklərin icrası girov, dəbbə pulu və bu Məcəllədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Zaminlik öhdəliyin icrasının təmin edilməsi üsulu kimi kreditorla borclunun arasında mövcud olan öhdəlik münasibətinə müqavilə əsasında üçüncü bir şəxsin qatılması baş verir. Kreditorla bağladığı müqavilə arasında zamin adlanan həmin üçüncü şəxs borclunun kreditoru qarşısında onun öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Zaminlik müqaviləsi həm mövcud öhdəliyin, həm də gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün bağlana bilər. Zamin kreditorun qarşısında borclunun öhdəliyinin borcu ilə birlikdə öz əmlakı hesabına ödənilməsi vəzifəsini və bu vəzifəni pozduğu halda müəyyən məsuliyyəti öz üzərinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Başqasının öz öhdəliyini yerinə yetirəcəyinə təminat verən zamin durmaq son dərəcə məsuliyyətli bir hərəkətdir. Buna görə də şərh olunan maddədə belə bir təşəbbüslə çıxış edən zaminin məsuliyyəti tam dəqiqliyi ilə tənzimlənmişdir. Zaminlik müqaviləsinə əsasən zamin kreditor qarşısında borlcunun öz öhdəliyini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Girovdan fərqli olaraq zaminlikdə hər hansı bir əmlakın girov qoyulması tələb olunmur. əgər girov əmlak təminatlıdırsa, zaminlik şəxsi təminardır. Əsas öhdəlik icra etmədikdə və ya lazımınca icra etmədikdə, zamin borclu ilə yanaşı kreditorun qarşısında bir qayda olaraq birgə məsuliyyət daşıyır. Bu ümumi qaydadan istisna olaraq qanunda və zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutula bilər. Məlumdur ki, birgə məsuliyyətdən fərqli olaraq subsidiar məsuliyyət əsas borclunun məsuliyyətinə görə əlavə məsuliyyətdir. Zaminin subsidiar məsuliyyəti müəyyən edildikdə kreditor zaminə qarşı tələb irəli sürməzdən əvvəl əsas borcludan icranı tələb etməlidir. Borcludan icraya nail olmadıqda kreditor öz tələbini zaminə qarşı irəli sürə bilər. birgə məsuliyyətdə isə belə növbəlilik yoxdur. Kreditor öz tələbini öz seçimi ilə birbaşa zaminə qarşı və ya borcluya qarşı, yaxud da onların hər ikisinə qarşı irəli sürə bilər. MM-nin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, əsas fəaliyyət istiqaməti şəxslərə kreditlərin verilməsindən ibarət olan bank fəaliyyətinin gəliri qeyd olunan kreditlərin təqdim edilməsi nəticəsində əldə olunan faizlərdən ibarətdir. Öhdəliyin icrasının pozulması hallarına görə nəzərdə tutulan cərimə sahibkarlıq fəaliyyətinin gəlir mənbəyi olmamaqla, ancaq öhdəliyin icrasının pozulmasına görə nəzərdə tutulmuş maliyyə sanksiyasıdır və onun məbləği tənasübsüz qaydada yüksək ola bilməz. Əks halda bu kredit münasibətlərinin mahiyyətinin özünə zidd olardı. «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinə əsasən börclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predimetinə tutma yönəldilə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və eyni zamanda, həmin Qanunun 34.1.2-ci maddəsinə əsasən əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması nəticəsində ipoteka saxlayan ipoteka predmetinə tutmanı yönəltməklə, onun satılmasını, əldə edilmiş puldan kredit borcunun, hesablanmış faizlərin və cərimələrin, həmçinin, bununla bağlı çəkilmiş bütün xərclərin ipotekaya qoyulmuş əmlak hesabına ödənilməsinin tələb edə bilər. Həmin Qanunun 36-cı maddəsinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydiyyata alınmalıdır. Həmin Qanunun 41.2-ci maddəsinə görə, məhkəmənin qərarı əsasında ipoteka predmetinə tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Həmin Qanunun 47.5-ci maddəsinə əsasən, ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Həmin Qanunun 49.1-ci maddəsinə əsasən xüsusi mülkiyyətdə olan torpaq sahələri ipotekaya qoyula bilər. Həmin Qanunun 49.3-cü maddəsinə əsasən kənd təsərrüfatı təyinatlı torpaqların ipotekasına kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə torpaq qanunvericiliyinə uyğun olaraq bu kateqoriya torpaqların məqsədli istifadəsi ilə bağlı yaranan öhdəliklərin təmin edilməsi üçün yol verilir. «İpoteka Haqqında» Azərbaycan Respublikasının Qanunun 59.1-ci maddəsinə əsasən yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda ona tutma yönəldikdə və o satıldıqda bu qanunun 59.3.-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. «İpoteka Haqqında» Azərbaycan Respublikasının Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilinə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Bu şərtlə ki, ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə tutma yönəldikdə və o, satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. Məhkəmə iddiaçı Bankın 82189.79 ABŞ dolları əsas kredit borcu, 45456.21 ABŞ dolları faiz borcunun qalığına 94727.08 ABŞ dolları cərimə borcu hesablamasını bu borca mütənasib hesab etmir. Göstərilənlərə əsasən məhkəmə hesablanmış 94727.08 ABŞ dolları cərimə borcunun məbləğini azaldaraq 500 (beş yüz) ABŞ dolları müəyyən edir. Azərbaycan Respublikasının MPM-nin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərkən hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin olunmalı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ödəniş gününə olan məzənnə ilə 82189.79 (səksən iki min yüz səksən doqquz dollar, yetmiş doqquz sent) əsas borc, 45456.21 ABŞ (qırx beş min dörd yüz əlli altı dollar, iyirmi bir sent) faiz borcu və 500 (beş yüz) ABŞ dolları cərimə borcu tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməli, tələb ipoteka predmetləri olan Cavabdeh1 mülkiyyətində olan Xaçmaz şəhəri, X8 küçəsində xüsusi mülkiyyətdə olan 0.06 ha torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 61.6 kv.m yaşayış, 17.1 kv.m yardımçı, 78.7 kv.m ümumi sahədən ibarət 8 nömrəli fərdi yaşayış evinə, Cavabdeh2 mülkiyyətində olan Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsində xüsusi mülkiyyətdə olan 0.0265 ha torpaq sahəsi və onun üzərindəki 2 mərtəbəli, 4 otaqlı, 66.8 kv.m yaşayış, 21.0 kv.m yardımçı, 87.8 kv.m ümumi sahədən ibarət 92 nömrəli fərdi yaşayış evinə, Cavabdeh2 mülkiyyətində olan Xaçmaz şəhəri, Qaçaq Nəbi küçəsində yerləşən 0.04 ha torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 54.4 kv.m yaşayış, 37.2 kv.m yardımçı sahədən ibarət 5 nömrəli fərdi yaşayış evinə yönəldilməli, bu əmlaklar hərracda satılmalı və onların satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdehlər Cavabdeh1 və Cavabdeh2 01.12.2014-cü il tarixli 011R********** saylı kredit razılaşması üzrə borcu, iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 AZN, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 63 (altmış üç) AZN məbləğində pul tutularaq İddiaçı QSC-yə ödənilməli, ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətində olan Xaçmaz şəhəri, X8 küçəsində xüsusi mülkiyyətdə olan 0.06 ha torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 61.6 kv.m yaşayış, 17.1 kv.m yardımçı, 78.7 kv.m ümumi sahədən ibarət 8 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 65.000 (altmış beş min) manat məbləğində, Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsində Cavabdeh2 mülkiyyətində olan 0.0265 ha torpaq sahəsi və onun üzərindəki 2 mərtəbəli, 4 otaqlı, 66.8 kv.m yaşayış, 21.0 kv.m yardımçı, 87.8 kv.m ümumi sahədən ibarət 92 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 110.000 (yüz on min) manat, Cavabdeh2 mülkiyyətində olan Xaçmaz şəhəri, Qaçaq Nəbi küçəsində mülkiyyətdə olan 0.04 ha torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 54.4 kv.m yaşayış, 37.2 kv.m yardımçı sahədən ibarət 5 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 82.000 (səksən iki min) manat məbləğində müəyyən edilməli, Xaçmaz şəhəri, X8 küçəsində xüsusi mülkiyyətdə olan 0.06 ha torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 61.6 kv.m yaşayış, 17.1 kv.m yardımçı, 78.7 kv.m ümumi sahədən ibarət 8 nömrəli fərdi yaşayış evinə həyətyanı tikili və qurğulara tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 və Cavabdeh3 həmin fərdi yaşayış evinə istifadə hüquqlarının itirilməli, onlar həmin evdən çıxarılmalı, ev və torpaq sahəsi boşaldılaraq alıcıya təhvil verilməli, Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsində xüsusi mülkiyyətdə olan 0.0265 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 66.8 kv.m yaşayış, 21.0 kv.m yardımçı, 87.8 kv.m ümumi sahədən ibarət 92 nömrəli fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh2 və Cavabdeh4 həmin fərdi yaşayış evinə istifadə hüquqları itirilməli, onlar həmin evdən çıxarılmalı, ev və torpaq sahəsi boşaldılaraq alıcıya təhvil verilməli, Xaçmaz şəhəri, Qaçaq Nəbi küçəsində mülkiyyətdə olan 0.04 ha torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 54.4 kv.m yaşayış, 37.2 kv.m yardımçı sahədən ibarət 5 nömrəli fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh2 və Cavabdeh4 həmin fərdi yaşayış evinə istifadə hüquqları itirilməli, onlar həmin evdən çıxarılmalı, ev və evin yerləşdiyi torpaq sahəsi boşaldılaraq alıcıya təhvil verilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Həmçinin, xxxxnin ekspertiza xərclərinə dair bildirişə əsasən keçirilmiş məhkəmə ekspertizalarının dəyəri olan cəmi 300 (üç yüz) manat məbləğində pul İddiaçı QSC-dən tutularaq “xxxx” MMC-nin VÖEN **********, Hesab N AZN: AZ30GUNA********************, Bank: GUNAY BANK ASC, VÖEN: **********, Müxbir hesab: AZ25NABZ********************, KOD: 505594, SWİFT: GUNAAZ22 hesabına, “xxxx” MMC-nin ekspertiza xərclərinə dair bildirişinə əsasən keçirilmiş məhkəmə ekspertizasının dəyəri olan 270 (iki yüz yetmiş) manat məbləğində pul İddiaçı QSC-dən tutularaq “xxxx” MMC-nin VÖEN **********, Hesab N AZN: AZ15GUNA********************, Bank: GUNAY BANK ASC, VÖEN: **********, Müxbir hesab: AZ25NABZ********************, KOD: 505594, SWİFT: GUNAAZ22 hesabına, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX 5 saylı Xaçmaz Ərazi İdarəsinin 13.04.2021-ci il tarixli məktubuna əsasən yaşayış evlərinin bazar dəyərinin qiymətləndirilməsinə görə 720 (yeddi yüz iyirmi) manat pul İddiaçı QSC-dən tutularaq, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX 5 saylı Xaçmaz Ərazi İdarəsinin VÖEN **********, KapitalBank Xaçmaz filialı, Kod 20062, müxbir hesab: AZ37NABZ********************, VÖEN (bank)-**********, S.W.İ.F.T. BİK AİİBAZ 2x, Hesab № AZ40AİİB**********66002031 hesabına köçürülməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişinə əsasən keçirilmiş məhkəmə ekspertizasının dəyəri olan 145 (yüz qırx beş) manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab Az41NABZ******************** SWİFT BİK JTREAZ22 Hesab № AZ34JTRE******************** hesabına köçürülməlidir. Məhkəmə nəzərə almışdır ki, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ödəniş gününə olan məzənnə ilə 82189.79 ABŞ dolları (səksən iki min yüz səksən doqquz ABŞ dolları, yetmiş doqquz sent) əsas borc, 45456.21 ABŞ dolları (qırx beş min dörd yüz əlli altı ABŞ dolları, iyirmi bir sent) faiz borcu və 500 (beş yüz) ABŞ dolları cərimə borcu tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Tələb ipoteka predmetləri olan Cavabdeh1 mülkiyyətində olan Xaçmaz şəhəri, X8 küçəsində xüsusi mülkiyyətdə olan 0.06 ha torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 61.6 kv.m yaşayış, 17.1 kv.m yardımçı, 78.7 kv.m ümumi sahədən ibarət 8 nömrəli fərdi yaşayış evinə, Cavabdeh2 mülkiyyətində olan Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsində xüsusi mülkiyyətdə olan 0.0265 ha torpaq sahəsi və onun üzərindəki 2 mərtəbəli, 4 otaqlı, 66.8 kv.m yaşayış, 21.0 kv.m yardımçı, 87.8 kv.m ümumi sahədən ibarət 92 nömrəli fərdi yaşayış evinə, Cavabdeh2 mülkiyyətində olan Xaçmaz şəhəri, Qaçaq Nəbi küçəsində yerləşən 0.04 ha torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 54.4 kv.m yaşayış, 37.2 kv.m yardımçı sahədən ibarət 5 nömrəli fərdi yaşayış evinə yönəldilsin. Bu əmlaklar hərracda satılsın və onların satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdehlər Cavabdeh1 və Cavabdeh2 01.12.2014-cü il tarixli 011R********** saylı kredit razılaşması üzrə 82189.79 ABŞ dolları (səksən iki min yüz səksən doqquz dollar, yetmiş doqquz sent) əsas borc, 45456.21 ABŞ dolları (qırx beş min dörd yüz əlli altı dollar, iyirmi bir sent) faiz borcu və 500 (beş yüz) ABŞ dolları cərimə borcu, iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 AZN, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 63 (altmış üç) manat məbləğində pul tutularaq İddiaçı QSC-nə ödənilsin. İpoteka predmeti olan Cavabdeh1 mülkiyyətində olan Xaçmaz şəhəri, X8 küçəsində xüsusi mülkiyyətdə olan 0.06 ha torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 61.6 kv.m yaşayış, 17.1 kv.m yardımçı, 78.7 kv.m ümumi sahədən ibarət 8 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 65.000 (altmış beş min) manat məbləğində, Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsində Cavabdeh2 mülkiyyətində olan 0.0265 ha torpaq sahəsi və onun üzərindəki 2 mərtəbəli, 4 otaqlı, 66.8 kv.m yaşayış, 21.0 kv.m yardımçı, 87.8 kv.m ümumi sahədən ibarət 92 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 110.000 (yüz on min) manat, Cavabdeh2 mülkiyyətində olan Xaçmaz şəhəri, Qaçaq Nəbi küçəsində mülkiyyətdə olan 0.04 ha torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 54.4 kv.m yaşayış, 37.2 kv.m yardımçı sahədən ibarət 5 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 82.000 (səksən iki min) manat məbləğində müəyyən edilsin. Xaçmaz şəhəri, X8 küçəsində xüsusi mülkiyyətdə olan 0.06 ha torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 61.6 kv.m yaşayış, 17.1 kv.m yardımçı, 78.7 kv.m ümumi sahədən ibarət 8 nömrəli fərdi yaşayış evinə həyətyanı tikili və qurğulara tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 və Cavabdeh3 həmin fərdi yaşayış evinə istifadə hüquqları itirilməklə, onlar həmin evdən çıxarılsın, ev və evin yerləşdiyi torpaq sahəsi boşaldılaraq alıcıya təhvil verilsin. Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsində xüsusi mülkiyyətdə olan 0.0265 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 66.8 kv.m yaşayış, 21.0 kv.m yardımçı, 87.8 kv.m ümumi sahədən ibarət 92 nömrəli fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh2 və Cavabdeh4 həmin fərdi yaşayış evinə istifadə hüquqları itirilməklə, onlar həmin evdən çıxarılsın, ev və evin yerləşdiyi torpaq sahəsi boşaldılaraq alıcıya təhvil verilsin. Xaçmaz şəhəri, Qaçaq Nəbi küçəsində mülkiyyətdə olan 0.04 ha torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 54.4 kv.m yaşayış, 37.2 kv.m yardımçı sahədən ibarət 5 nömrəli fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh2 və Cavabdeh4 həmin fərdi yaşayış evinə istifadə hüquqları itirilməklə, onlar həmin evdən çıxarılsın, ev və evin yerləşdiyi torpaq sahəsi boşaldılaraq alıcıya təhvil verilsin. xxxxnin ekspertiza xərclərinə dair bildirişə əsasən keçirilmiş məhkəmə ekspertizalarının dəyəri olan cəmi 300 (üç yüz) manat məbləğində pul İddiaçı QSC-dən tutularaq “xxxx” MMC-nin VÖEN **********, Hesab N AZN: AZ30GUNA********************, Bank: GUNAY BANK ASC, VÖEN: **********, Müxbir hesab: AZ25NABZ********************, KOD: 505594, SWİFT: GUNAAZ22 hesabına, “xxxx” MMC-nin ekspertiza xərclərinə dair bildirişinə əsasən keçirilmiş məhkəmə ekspertizasının dəyəri olan 270 (iki yüz yetmiş) manat məbləğində pul İddiaçı QSC-dən tutularaq “xxxx” MMC-nin VÖEN **********, Hesab N AZN: AZ15GUNA********************, Bank: GUNAY BANK ASC, VÖEN: **********, Müxbir hesab: AZ25NABZ********************, KOD: 505594, SWİFT: GUNAAZ22 hesabına, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX 5 saylı Xaçmaz Ərazi İdarəsinin 13.04.2021-ci il tarixli məktubuna əsasən yaşayış evlərinin bazar dəyərinin qiymətləndirilməsinə görə 720 (yeddi yüz iyirmi) manat pul İddiaçı QSC-dən tutularaq, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX 5 saylı Xaçmaz Ərazi İdarəsinin VÖEN **********, KapitalBank Xaçmaz filialı, Kod 20062, müxbir hesab: AZ37NABZ********************, VÖEN (bank)-**********, S.W.İ.F.T. BİK AİİBAZ 2x, Hesab № AZ40AİİB**********66002031 hesabına köçürülsün. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişinə əsasən keçirilmiş məhkəmə ekspertizasının dəyəri olan 145 (yüz qırx beş) manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab Az41NABZ******************** SWİFT BİK JTREAZ22 Hesab № AZ34JTRE******************** hesabına köçürülsün. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar