Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-407/2023 12.01.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qıznın sədrliyi , Məhkəmə iclas katibi X1, İddiaçı , Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mülkiyyətə qəsd edən hərəkətlərə son qoyulması tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, müəyyən etdi İddiaçı Cavabdeh qarşı mülkiyyətə qəsd edən hərəkətlərə son qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hazırlıq iclasında İddiaçı bildirmişdir ki, iddiasını müdafiə edir. Məhkəməyə təqdim edəcəyi əlavə sübutu yoxdur. Xanımla dəfələrlə şifahi qayda da danışıb.Ev onun evidir. 40 ildir ki, o evdə yaşayır. Xanıma rəsmi şəkildə müraciət etməmişdir. Məhkəmə hazırlıq iclasında cavabadeh Cavabdeh bildirmişdir ki, ağacın budağı qırılıb həyətlərinə düşmüşdü. İki budaq qırılmışdı. Biri onların həyətlərinə, biri isə onların həyətlərinə. Posildə də yazıb imza çəkib ki, onlar tərəfdə olan budağı kəsər. Amma hələ kəsməmişdir.İddiaçı ilə aralarında ədavət yoxdur. Bu məsələni iki qonşu kimi aralarında anlaşaraq həll edə bilərlər. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, iddia ərizəsinə əlavə edilmiş materiallardan görünür ki, tərəflərin mübahisəni qabaqcadan məhkəmədən kənar həll edilməsi qaydası nəzərdə tutulsa da, iddiaçı bu qaydaya əməl etməmişdir. İş materiallarında olan Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 321 saylı qərarıilə təsdiq edilmiş “Yaşıllıqların götürlüməsi Qaydası” vətəndaşlara məxsus xüsusi mülkiyyətdə olan həyətyani torpaq sahəsinə aid olmadığı üçün qonşunun xüsusi mülkiyyətində olan həyətyani torpaq sahəsində qəzalı vəziyyətdə olan ağacın İddiaçı evinə təhlükə yaratdığı üçün ilkin olaraq ağacın götürülməsi barədə ağacın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinə ( qonşuya) müraciət edilməli və əks halda isə Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq Məhkəmədə mülki qaydada iddia qaldıra bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.1-ci maddəsinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı İddiaçı Cavabdeh qarşı mülkiyyətə qəsd edən hərəkətlərə son qoyulması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsalə Qasımov
Məhkəmə qərarları › İş №2(067)-407/2023
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-407/2023
12.01.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver