Məhkəmə qərarları › İş №2(067)-418/2021

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-418/2021

27.01.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-418/2021 27.01.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, məhkəmə iclas katibi X6, İddiaçı iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «Yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbi»nə dair mülki işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 xx xxx 2007-ci il təvəllüdlü oğlu X7 ilə birlikdə və Cavabdeh2 ona məxsus Xaçmaz şəhəri, X9 küçəsi 2 saylı evin 10 saylı mənzilindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmiş, işə iştirakları olmadan baxılmasını xahiş etməmişlər. İş üzrə Cavabdeh1 hazırda yaşadığı Türkiyə Respublikasından məhkəməyə notarial qaydada təsdiq olunmuş razılıq ərizəsini göndərməklə anası İddiaçı mülkiyyətinə aid Xaçmaz şəhəri, X9 küçəsi 2 saylı evin 10 saylı mənzili üzərində sərəncam hüquqlarını həyata keçirməsi ilə bağlı razılığını bildirmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında dindirilən İddiaçı iddiasını müdafiə edərək izahatında göstərdi ki, Xaçmaz şəhəri, X9 küçəsi 2 saylı evin 10 saylı mənzili xüsusi mülkiyyət hüququ əsasında bütövlükdə onun mülkiyyətində olan əmlakdır. Həmin mənzildə hazırda o, oğlu Vüqar Nəsrullazadə ilə birlikdə yaşayır. Cavabdeh1 onun qızıdır. Qızı ona məxsus mənzildə pasport qeydiyyatında olsa da uzun müddətdir ki, xx xxx 2007-ci il təvəllüdlü oğlu X7 ilə birlikdə Türkiyəyə köçmüş və ona məxsus mənzildə yaşamır. Türkiyədə ailə quraraq ailəsi ilə birlikdə orada yaşayır. Digər Cavabdeh2 onun keçmiş gəlinidir. O, 2017-ci ildə oğlu Vüqardan boşandıqdan sonra ona məxsus mənzildə yaşamır. Onda olan məlumata əsasən Cavabdeh2 da Türkiyəyə köçüb orada yaşayır. Beləliklə də cavabdehlər uzun müddətdir ona məxsus mənzildə yaşamamalarına baxmayaraq ona məxsus məzildə formal olaraq pasport qeydiyyatında qalmışlar. Cavabdehlər hazırda ona məxsus mənzildə qeydiyyatda qaldıqlarına görə o, əlavə kommunal ödənişlər etmək məcburiyyətindədir, həmçinin cavabdehlərin ona məxsus mənzilə olan formal qeydiyyatları özünə məxsus əmlakdan istifadə etməyə, əmlakı üzərində sərəncam verməyə maneəçilik törədir. Hazırda cavabdehlərin ona məxsus mənzildə qeydiyyatda qalmaları mülkiyyət hüququnun pozulmasına səbəb olur. Cavabdehləri digər qaydada özünə məxsus mənzildən qeydiyyatdan çıxara bilmədiyindən hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Göstərilənlərə əsasən iddiasının təmin olunmasını, Cavabdeh1 xx xxx 2007-ci il təvəllüdlü oğlu X7 ilə birlikdə və Cavabdeh2 ona məxsus Xaçmaz şəhəri, X9 küçəsi 2 saylı evin 10 saylı mənzilindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən X2 göstərdi ki, İddiaçı tanıyır, uzun müddətdir ki, iddiaçı ilə qonşuluqda yaşayır. Xaçmaz şəhəri, X9 küçəsi 2 saylı evin 10 saylı mənzili İddiaçı məxsusdur. Həmin mənzildə hazırda İddiaçı oğlu Vüqar Nəsrullazadə ilə birlikdə yaşayır. Cavabdeh1 iddiaçının qızıdır. Cavabdeh1 iddiaçıya məxsus mənzildə pasport qeydiyyatında olsa da uzun müddətdir ki, xx xxx 2007-ci il təvəllüdlü oğlu X7 ilə birlikdə Türkiyəyə köçmüş və həmin mənzildə yaşamır. Türkiyədə ailə quraraq ailəsi ilə birlikdə orada yaşayır. Digər Cavabdeh2 iddiaçının keçmiş gəlini olmuş, sonuncu iddiaçının oğlu Vüqar Nəsrullazadədən boşandıqdan sonra həmin mənzildən çıxıb getmiş, onlarda olan məlumata görə o, Türkiyəyə köçərək daimi olaraq orada yaşayır. Beləliklə də cavabdehlər uzun müddətdir iddiaçıya məxsus mənzildə yaşamamalarına baxmayaraq iddiaçıya məxsus mənzildə formal olaraq pasport qeydiyyatında qalmışlar. Məhkəmə iclasında şahid qismində dindirilən X8 şahid X1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iddiaçının izahatını, şahidlərin ifadələrini dinləyib, mülki işin materiallarını hərtərəfli tədqiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan AZE seriyalı, 02033014 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iş üzrə İddiaçı Xaçmaz şəhəri, X9 küçəsi 2 saylı evin 10 saylı mənzilində qeydiyyatdadır. İş materiallarında olan RX seriyalı, ******* nömrəli, ********** qeydiyyat nömrəli, **********48-05101-093008 reyestr nömrəli, xx xxxxx 2017-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Xaçmaz şəhəri, X9 küçəsi 2 saylı evin 10 saylı mənzili xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan Xaçmaz rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx xxx 2017-ci il tarixli, AZ-İ seriyalı, 261381 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, iddiaçının oğlu X3 ilə iddiaçının keçmiş gəlini, iş üzrə cavabdeh İslamova (Nəsrullayeva) Sərmayə Mehman qızı arasındakı nikah xx xxx 2017-ci il tarixdə pozulmuşdur. İş materiallarında olan Xaçmaz rayon Polis Şöbəsinin xx xxxx 2020-ci il tarixli, 160- 14939-1220 saylı məktubundan görünür ki, iş üzrə Cavabdeh1, xx xxx 2007-ci il təvəllüdlü oğlu X7, eləcə də digər Cavabdeh2 İddiaçı məxsus Xaçmaz şəhəri, X9 küçəsi 2 saylı evin 10 saylı mənzilində qeydiyyatdadırlar. Məhkəmə araşdırması zamanı iddiaçının izahatı, habelə iş materialları ilə müəyyən olunmuşdur ki, Xaçmaz şəhəri, X9 küçəsi 2 saylı evin 10 saylı mənzili xüsusi mülkiyyət hüququ əsasında bütövlükdə İddiaçı mülkiyyətində olan əmlakdır. Həmin mənzildə hazırda İddiaçı oğlu Vüqar Nəsrullazadə ilə birlikdə yaşayır. Cavabdeh1 iddiaçının qızıdır. Cavabdeh1 iddiaçıya məxsus mənzildə pasport qeydiyyatında olsa da uzun müddətdir ki, xx xxx 2007-ci il təvəllüdlü oğlu X7 ilə birlikdə Türkiyəyə köçmüş və həmin mənzildə yaşamır. Türkiyədə ailə quraraq ailəsi ilə birlikdə orada yaşayır. Digər Cavabdeh2 iddiaçının keçmiş gəlinidir. Cavabdeh2 iddiaçının oğlu Vüqar Nəsrullazadədən 2017-ci ildə boşandıqdan sonra iddiaçıya məxsus mənzildə yaşamır, Türkiyəyə köçərək daimi olaraq orada yaşayır. Beləliklə də cavabdehlər uzun müddətdir iddiaçıya məxsus mənzildə yaşamamalarına baxmayaraq iddiaçıya məxsus mənzildə formal olaraq pasport qeydiyyatında qalmışlar. Cavabdehlər hazırda iddiaçıya məxsus mənzildə qeydiyyatda qaldıqlarına görə iddiaçı əlavə kommunal ödənişlər etmək məcburiyyətindədir, həmçinin cavabdehlərin iddiaçıya məxsus mənzilə olan formal qeydiyyatları özünə məxsus əmlakdan istifadə etməyə, əmlakı üzərində sərəncam verməyə maneəçilik törədir. Hazırda cavabdehlərin iddiaçıya məxsus mənzildə qeydiyyatda qalmaları mülkiyyət hüququnun pozulmasına səbəb olur. Cavabdehləri digər qaydada özünə məxsus yaşayış evindən qeydiyyatdan çıxara bilmədiyindən iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. xx xxxxxxx 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Reseublikasının Mənzil Məcəlləsinin 29.1-ci maddəsinə əsasən aşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. xx xxxxxx 1997-ci il tarixdən qüvvədə olan «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 1-ci hissəsinə əsasən şəxsin yaşayış yeri kimi tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 9-cu maddəsinin məzmununa əsasən şəxs yaşayış yerini dəyişdikdə- yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən, həmçinin yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydiyyatdan çıxarıla bilər. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, mülkiyyətindən məhrum edilə bilməz. X11 məhkəməsi «Sporrng və Lonnrotun İsveçrəyə qarşı» məhkəmə işi üzrə qərarında (A 52(1982) və bundan sonra qəbul etdiyi digər qərarlarında belə mövqe nümayiş etdirmişdir ki, mülkiyyət hüququnun məzmununa mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə etməsi, mülkiyyətdən məhrum edilməsinin yolverilməzliyi, habelə mülkiyyətindən istifadəyə nəzarət səlahiyyətləri də daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmn Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına və X11 Məhkəməsinin presedentlərinə görə mülkiyyətçinin iradəsinə zidd onun mülkiyyətindən istifadəyə yol verilmir. Məhkəmə araşdırması zamanı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı məxsus Xaçmaz şəhəri, X9 küçəsi 2 saylı evin 10 saylı mənzilində uzun müddətdir yaşamamaqla qeydiyyatlarının formal olması və yaşayış sahəsindən istifadə hüquqlarını itirmələri öz təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı məxsus Xaçmaz şəhəri, X9 küçəsi 2 saylı evin 10 saylı mənzilində qeydiyyatda qalmaları iddiaçının xüsusi mülkiyyətinə aid əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüquqlarını pozur. Ona görə də məhkəmə hesab edir ki, məhkəmə araşdırması zamanı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı xüsusi mülkiyyətinə aid Xaçmaz şəhəri, X9 küçəsi 2 saylı evin 10 saylı mənzilində yaşamamaqla qeydiyyatlarının formal olması öz təsdiqini tapdığından iddia təmin edilməklə Cavabdeh1 xx xxx 2007-ci il təvəllüdlü oğlu X7 ilə birlikdə və Cavabdeh2 iddiaçıya məxsus Xaçmaz şəhəri, X9 küçəsi 2 saylı evin 10 saylı mənzilindən formal xarakter daşıyan istifadə hüquqları itirilmiş hesab edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : İddia təmin edilsin. Cavabdeh1 xx xxx 2007-ci il təvəllüdlü oğlu X7 ilə birlikdə və Cavabdeh2 İddiaçı məxsus Xaçmaz şəhəri, X9 küçəsi 2 saylı evin 10 saylı mənzilindən istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər.zdür HAKİM XİDİR QULİYE Sədrlik edən Xıdır Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar