Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-421/2021 18.03.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-nə qarşı işə bərpa və əmək haqqı tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh MMC-nin 254 nömrəli xx xxxxxxxx 2020-ci il tarixli əmri ləğv olunmaqla onun sürücü vəzifəsinə bərpa edilməsi, işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqının və 2020-ci ilin aprel, may, iyun, iyul, avqust, sentyabr aylarının əmək haqqısının Cavabdeh MMC-dən tutularaq onun yəni İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, Cavabdeh MMC-də 2015-ci ildən sürücü vəzifəsində çalışır. Aylıq gəliri təxminən 450 manat təşkil edir. Rəsmi əmək müddət ərzində hər hansı bir nöqsanı olmamış və barəsində əmək intizamının pozulması ilə bağlı heç bir intizam tənbehinə məruz qalmamışdır. Cavabdeh qurum ölkə üzrə şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti ilə məşğuldur. Məlum olduğu kimi, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın xx xxxx 2020-ci il tarixli Qərarına uyğun olaraq xx xxxx 2020-ci il tarixdən etibarən ölkə üzrə şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti dayandırılıb. Həmin tarixdən etibarən mövcud vəziyyətlə əlaqədar o, işə çıxmamışdır, lakin Prezidentin fərmanın uyğun olaraq orta aylıq əmək haqqı saxlanılmalı idi. O, dəfələrlə iş yerinə müraciət edib, əmək haqqı istədikdə hər dəfə müxtəlif bəhanələrlə ödəniş edilməsindən imtina olunmuşdur. Nəticədə o, ərizə ilə ƏƏSMN yanında X3 Xidmətinə xx.xx.2020-ci il tarixdə və xx.xx.2020-ci il tarixdə əmək haqqının ödənilməsini tələb etmək məqsədilə müraciət etmişdir. O, DƏMX-nə müraciət etdikdən sonra, Cavabdeh MMC xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubunu onun ünvanına göndərmişdir. Xəbərdarlıq məktubunda dəfələrlə onun Xaçmaz şəhəri, ünvan 1 20A ünvanına gəlməsi barədə telefon zəngi və şifahi xəbərdar edilməsinə baxmayaraq gəlmədiyi qeyd olunmuşdur və 3 gün müddətinə cavabdehin ünvanına gəlməsi xahiş olunmuşdur. Cavabdeh MMC növbəti dəfə xx.xx.2020-ci il tarixdə xəbərdarlıq məktubu göndərmişdir və cavabdehin ünvanına gəlmədiyi halda barəsində Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada tədbir görüləcəyi barədə xəbərdar edilmişdir. xx.xx.2020-ci il tarixdə o, işlədiyi quruma getmişdir, izahat yazmış, işə çıxması barədə heç bir söhbət olmamışdır. O, müəssisəni tərk etdikdən sonra barəsində xx.xx.2020-ci il tarixli saxta akt tərtib edilmişdir. Akta əsasən guya dəfələrlə rəsmi qaydada ona işə çıxması üçün rəsmi məktub göndərilmiş, lakin o, heç bir səbəb göstərmədən işə gəlməmişdir. Aktda həmçinin qeyd olunur ki, guya o, xx.xx.2020-ci il tarixdə cavabhin ünvanına gəlib şikayət etdiyini və işə çıxmayacağını bildirmişdir, ona avtobusu idarə etməsi bildirilmiş, lakin o, avtobusu idarə etməyəcəyini bildirirərək, çıxıb getmişdir. Akta diqqət yetirilərsə, ümumiyyətlə avtobusun idarə edilməsi ilə bağlı qeyd olunmuş cümlənin hansı mahiyyəti ifadə etməsinin aydın olmadığı məlum olur. Görünür, saxta aktı tərtib edərkən tələskənlikdən hansı formada şər-böhtanı atacaqlarım dəqiqləşdirə bilməmişlər. Sonda isə, onun əmək müqaviləsində nəzərdə tutulan funksional öhdəliklərini, icra intizamını kobud şəkildə pozaraq yerinə yetirməkdən boyun qaçırması qeyd olunmuşdur. Xüsusilə qeyd olunmalıdır ki, ona ümumiyyətlə işə çıxması təklif olunmamışdır. Lakin, işə çıxmayan bir işçinin əmək funksiyasını hansı formada pozduğu aydın olmamışdır. Aydındır ki, cavabdeh qurum iddiaçının şikayətlərindən sonra ödənilməyən əmək haqlarını pərdələmək üçün belə bir oyun qurmağa cəhd göstərmişdir. Cavabdehin onun şikayətlərindən sonra məktub göndərməyə başlaması da bu faktın əyani sübutudur. Əks halda, DƏMX-nə barəsində olan şikayətlə əlaqədar verməyə cavabı olmayacaqdı. xx.xx.2020-ci il tarixli ona ünvanlanan xəbərdalıq məktubunda Cavabdeh MMC iddiaçı barəsində xx.xx.2020-ci il tarixində akt tərtib edildiyini və əmək müqaviləsində nəzərdə tutulan əmək funksiyalarını kobud şəkildə pozduğuna görə bağlanılmış əmək müqaviləsinə xitam veriləcəyini qeyd etmişdir. O, ƏƏSMN yanında X3 Xidmətinə etdiyi müraciətlərlə əlaqədar Quba regional ərazi şöbəsinin xx.xx.2020-ci il tarixli məktubu ilə izahat verməsi məqsədilə xx.xx.2020-ci il tarixdə Quba regional ərazi şöbəsinə dəvət olunmuşdur. Lakin, telefon zəngi zamanı məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. ƏƏSMN yanında X3 Xidmətinin Quba regional ərazi şöbəsinin xx.xx.2020-ci il tarixli cavab məktubunda Cavabdeh MMCnin təqdim etdiyi məlumat əsasında guya üzrlü səbəb olmadan işə çıxmaması səbəbindən Cavabdeh MMC-nin xx.xx.2020-ci il tarixli 254 nömrəli əmrinə əsasən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verildiyi və hətta son haqqhesabın xx.xx.2020-ci il tarixdə nağd formada ödənildiyi qeyd edilmişdir. Cavabdeh tərəfınən xx.xx.2020-ci il tarixli məktub göndərilərək, əmək müqaviləsinə xitam veriləcəyi barədə xəbərdar olunur, həmin gün isə müqaviləyə xitam verilərək DƏMX-nə guya ödəmənin həyata keçirildiyi barədə yalan məlumat vermişlər. Lakin, ümumiyyətlə ona heç bir ödəniş həyata keçirilməmişdir. Hazırki ailə vəziyyəti və maddi durumları aşağı olduğu bir vaxtda o, işləmək və gəlir əldə etmək istəyir. Məlum olduğu kimi, dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların ölkədə makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xx xxxx 2020-ci il tarixli Sərəncamı ilə 1 milyard manat vəsait ayrılıb. Sərəncamla pandemiyanın biznes mühitinə fəsadlarının azaldılması, zərər çəkməsi ehtimal olunan sahibkarlıq subyektlərinə dövlət tərəfindən dəstəyin göstərilməsi, muzdlu işçilərin sosial müdafiəsi, məşğulluq tədbirlərinin gücləndirilməsi və s. nəzərdə tutulub. Sərəncamın icrası ilə əlaqədar İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası birgə işəgötürənlər üçün bildiriş yayıb. Bildirişdə qeyd edilir ki, milli sahibkarlığın davamlı inkişafı istiqamətində fəal siyasət həyata keçirən dövlətimiz indiki şəraitdə də hər bir sahibkarın yanında olmaqla, öz dəstəyini təmin edir. Bunun qarşılığında isə hər bir işəgötürən sosial həmrəylik və sosial məsuliyyət prinsiplərini yüksək tutaraq, xüsusilə hazırkı şəraitdə məşğulluq məsələlərinə həssaslıqla yanaşmalı, işçilərin əmək hüquqlarına etinasız münasibətə, onların işdən çıxarılması, ixtisarı hallarına yol verməməlidirlər. İşəgötürənlərin diqqətinə çatdırılmışdır ki, pandemiyanın biznes mühitinə mənfi təsirini azaltmaq üçün sahibkarlara dəstəyin göstərilməsi təmin olunmaqla yanaşı, eyni zamanda, mövcud şəraitdən sui-istifadə edərək işçilərin əsassız yerə işdən çıxarılması, ixtisarına yol verən işə götürənlərlə bağlı qanunvericiliyə uyğun ciddi tədbirlər görüləcək. Ona görə də, o,məhkəməyə müraciət etmək qərarına gəlmişdir və o, hesab edir ki, iddia tələbində haqlı olduğuna görə iddiası təmin edilməlidir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, onun işdən çıxarılmağından xəbəri olmayıb. 28 sentyabrda onu işdən çıxarıblar və ancaq nə əsasla çıxarıldığını bilmir. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndini rəhbər tutublar.Qeyd etmişdir ki, Bakı-Xaçmaz reys avtobusunda işləmişdir, karantin dövründən işləmirlər. Onu da qeyd etmişdir ki, xx xxxxxxxx 2020-ci il tarixdə cavabdehdən xəbərdarlıq məktubu almışdır. Ondan əvvəl xx xxxxxx 2020-ci il tarixdə məktub gəlib, üçüncü dəfə 28 sentyabrda məktub gəlib, o, Bakıda olub, Xaçmaz şəhərinə gəlməyə yol pulu olmayıb. Onun iddia tələbi ilə bağlı məhkəməyə təqdim edəcəyi əlavə sübutları yoxdur. Göstərilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilən Cavabdeh MMC-nin nümayəndəsi X2 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, ölkədə pandemiya ilə əlaqədar xəstələrin SDK ərazisindən regionlara aparılmasını həyata keçirirmişlər. Bu məqsədlə iddiaçıya zəng edib məlumat vermişlər və xəbərdarlıq məktubu da göndərmişlər, lakin o, gəlməmişdir. 2020-ci ilin mart ayından ictimai nəqliyyat işləmir, əgər iddiaçı gəlib işləsəydi nağd şəkildə pulunu ala bilərdi. Əmək müqaviləsinə əsasən iddiaçı hər gün işdə olmalıdır. İddiaçıya Xaçmaz- Xudat reysi üzrə işləməsi təklif olunub, lakin o, razı olmayıb. Həmçinin iddiaçı ilə məsələni məhkəmədən kənar həll etmək istəmişlər. Göstərilənlərlə əlaqədar nümayəndə iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarından müəyyən olunur ki, tərəflər arasında bağlanan xx xxxxxx 2015-ci il tarixli əmək müqaviləsinə əsasən İddiaçı Cavabdeh MMC-yə sürücü vəzifəsinə qəbul olunmuş və aylıq əmək haqqı 190 manat məbləğində müəyyən edilmişdir. Müqaviləyə əsasən işçi gündə 8 saatdan, həftədə 40 saatdan çox olmayaraq işləyir. İş vaxtı saat 9:00-dan saat 18:00-dək müəyyən edilmişdir. İş materiallarında olan əmək müqaviləsinə dəyişikliklər və əlavələr edilməsi barədə məlumatlardan müəyyən olunur ki, İddiaçı əmək haqqına dəyişikliklər edilmiş xx.xx.2019cu il tarixdə onun əmək haqqısı 270 manat təyin edilmişdir. xx xxxxxxxx 2020-ci il tarixli və xx xxxxxxxx 2020-ci il tarixli məktubların surətindən müəyyən olunur ki, Cavabdeh MMC tərəfindən İddiaçı Cavabdeh MMC-nin Xaçmaz şəhəri, Bakı prospekti 20 A ünvanında yerləşən ofisinə gəlmədiyi üçün xəbərdarlıq edilmiş və onun barəsində Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada tədbirlərin görüləcəyi bildirilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli aktdan müəyyən olunur ki, işəgötürən tərəfindən dəfələrlə rəsmi qaydada İddiaçı işə çıxması üçün rəsmi məktub göndərilmiş, lakin o, heç bir səbəb göstərmədən işə gəlməmişdir. xx.xx.2020-ci il tarixdə iddiaçı cavabdehin ünvanına gəlib şikayət etdiyini və işə çıxmayacağını bildirmişdir, ondan avtobusu idarə etməsi tələb edilsə də, iddiaçı avtobusu idarə etməyəcəyini bildirirərək, əmək vəzifələrini və icra intizamını pozmuşdur. Əmək müqaviləsinə xitam verilməsinə dair bildirişin surətindən müəyyən olunur ki, xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. ƏƏSMN yanında X3 Xidmətinin Quba regional ərazi şöbəsinin xx.xx.2020-ci il tarixli cavab məktubundan müəyyən olunur ki, İddiaçıun xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli müraciətlərinə əsasən araşdırma aparılmış və Cavabdeh MMC-nin xx.xx.2020-ci il tarixli 254 nömrəli əmrinə əsasən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verildiyi və son haqq-hesabın xx.xx.2020-ci il tarixdə nağd formada ödənildiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin birinci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam veriləbilər. Həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Məcəllənin 71-ci maddəsinin ikinci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilirki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq İş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işə götürənin, habelə əmək kollektivinin (onun ayrı ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində göstərilmiş əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar Məcəllənin 72ci maddəsində açıqlanmışlar. Həmin maddənin “a” bəndinə əsasən özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işəgəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. İşin hallarından müəyyən olunur ki, tərəflər arasında bağlanan xx xxxxxx 2015-ci il tarixli əmək müqaviləsinə əsasən İddiaçı Cavabdeh MMC-yə sürücü vəzifəsinə qəbul olunmuş və aylıq əmək haqqı 190 manat məbləğində müəyyən edilmişdir. Müqaviləyə əsasən işçi gündə 8 saatdan, həftədə 40 saatdan çox olmayaraq işləyir. İş vaxtı saat 9:00dan saat 18:00-dək müəyyən edilmişdir. Lakin, İddiaçı dəfələrlə işə çıxmamaqla əmək və icra intizamını pozmuş və əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirməmişdir. İşəgötürən tərəfindən iddiaçıdan dəfələrlə Cavabdeh MMC-nin Xaçmaz şəhəri, Bakı prospekti 20 A ünvanında yerləşən ofisinə gəlməsinin tələb edilməsinə baxmayaraq, o, əmək müqaviləsinin şərtlərini kobud şəkildə pozaraq, əmək funksiyalarının icrasından yayınmışdır. Buna görə də, məhkəmə hesab edir ki, işəgötürən tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsindənəzərdə tutulmuş bütün prosedurlara riayət olunmuş və heç bir qanun pozuntusuna yol verilməmişdir. Göstərilənlərə əsasən məhkəmə iddianın təmin edilməməli olduğunu hesab edir. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Шярщ олунанлара ясасян вя Азярбайcан Республикасы МПМ-нин 119.1, 216- 220, 227, 233, 235.1.1, 360-cы маддялярини рящбяр тутараг, мящкямя Q Ə T E T D İ : İddiaçı Cavabdeh MMC-nə qarşı işə bərpa və əmək haqqı tələbinə dair iddia tələbi təmin edilməsin. Qətnamədən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Xəlilov.
Məhkəmə qərarları › İş №2(067)-421/2021
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-421/2021
18.03.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver