Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-444/2021 11.03.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X14, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «Mirasın qəbulunun müəyyən edilməsi və miras əmlakdan payın ayrılması tələbi»nə dair mülki işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYY ƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək JN-136 A seriyalı, 30211028 kodlu və JN-136 B seriyalı, 30211028 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrə əsasən mərhum anaları X3 miras qalmış Xaçmaz rayonunun Qaraqurtlu kəndi ərazisində yerləşən 0,01 ha həyətyanı torpaq sahələrinin cavabdehlə birlikdə qanun üzrə vərəsəlik qaydasında faktiki olaraq qəbul etmələri faktının müəyyən edilməsi və həmin torpaq sahələrindən hər birinin ½ hissədə birinci növbəli vərəsə kimi paylarının müəyyən edilməsi, həmin torpaq sahələrinə mülkiyyət hüququna dair JN-136 A seriyalı, 30211028 kodlu və JN-136 B seriyalı, 30211028 kodlu şəhadətnamələrdə dəyişiklik edilərək ona da paya uyğun mülkiyyət sənədinin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Xaçmaz rayonunun Qaraqurtlu kəndi ərazisində yerləşən, JN-136 A seriyalı, 30211028 kodlu və JN-136 B seriyalı, 30211028 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrdə nəzərdə tutulmuş, ümumi mülkiyyət olan cəmi 0,08 ha həyətyanı torpaq sahəsindən xx xxxx 2004-cu il tarixdə vəfat etmiş mərhum anası X4 payına düşən və ondan miras qalmış cəmi 0,02 ha hissədə həyətyanı torpaq sahəsinə münasibətdə miras əmlak kimi birinci növbəli vərəsə olaraq onun tərəfindən qanun üzrə vərəsəlik qaydasında qəbul edildiyinin və həmin 0,02 ha həyətyanı torpaq sahəsindən ½ hissədə (0,01 ha) payının olmasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Əhmədova (Nuriyeva) Sevda Zəkəriyyə qızı, X7, X8, X5 və Xaçmaz rayon 1 saylı Noturiat ofisinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq heç bir üzürlü səbəblər olmadan məhkəmə iclasına gəlməmiş və işə iştirakları olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikasının 185.5-ci maddəsinə əsasən Cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Əhmədova (Nuriyeva) Sevda Zəkəriyyə qızı, X7, X8, X5 və Xaçmaz rayon 1 saylı Noturiat ofisinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında dindirilən İddiaçı iddiasını hazırki həcmdə müdafiə edərək izahatında göstərdi ki, o, 1969-cu ildə Xaçmaz rayonunun Qaraqurtlu kəndində anadan olmuşdur. Onun valideynləri X9 və X13 olmuşlar. Valideynləri xx xxxx 1956-cı ildə rəsmi nikah qeyd etdirməklə evlənmişlər. Valideynlərinin birgə nikahlarından o da daxil olmaqla 7 nəfər uşaqları anadan olmuşdur. X6 xx xxxxx 2009-cu il tarixdə vəfat etmişdir. Digər bacıqardaşları Əhmədova (Nuriyeva) Sevda Zəkəriyyə qızı, X8, X5 və X7 analarının sağlığında ikən ailə quraraq başqa ünvanlara köçmüşlər. Valideynlərindən miras qalmış evdə o və qardaşı, iş üzrə Cavabdeh yaşamışlar. 1998-ci ildə ölkədə aparılan Aqrar islahatları zamanı Xaçmaz rayon Aqrar İslahat Komissiyasının xx xxxxxx 1998-ci il tarixli, 02 saylı qərarına əsasən qardaşı X2, anası X4, qardaşı, iş üzrə Cavabdeh və bacısı Əhmədova (Nuriyeva) Sevda Zəkəriyyə qızının ümumi mülkiyyətlərinə Xaçmaz rayonunun Qaraqurtlu kəndi ərazisində JN-136 A seriyalı, 30211028 kodlu və JN-136 B seriyalı, 30211028 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrə əsasən, hər bir şəhadətnamə üzrə 0,04 ha olmaqla ümumilikdə 0,08 ha həyətyanı torpaq sahəsi verilmişdir. Ümumi mülkiyyətin mülkiyyətçilərindən olan anaları Nazlı Nuriyeva xx xxxx 2004-cü il tarixdə vəfat etmişdir. Analarının vəfatından sonra ondan miras qalmış əmlakı faktiki olaraq o və iş üzrə cavabdeh olan qardaşı Cavabdeh idarə etməklə və mirasa faktiki sahiblik etməklə mirası qəbul etmişlər. Hal-hazırda da o, həmin ünvanda qardaşı Əmzadə ilə yaşamaqla miras əmlakı idarə edir. Digər birinci növbəli vərəsələr isə miras əmlakı hər hansı əsasla qəbul etməmişlər. Xaçmaz rayon 1 saylı Notariat ofisinə müraciət etsə də iş üzrə Cavabdehlə miras əmlaka dair aralarında mübahisə olduğundan ümumi mülkiyyət olan 0,08 ha həyətyanı torpaq sahələrindən mərhum anasının payına düşən hissədən öz payına düşən hissəni adına rəsmiləşdirə bilməmişdir. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Göstərilənlərə əsasən iddiasının hazırki həcmdə təmin edilməsini, Xaçmaz rayonunun Qaraqurtlu kəndi ərazisində yerləşən, JN-136 A seriyalı, 30211028 kodlu və JN-136 B seriyalı, 30211028 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrdə nəzərdə tutulmuş, ümumi mülkiyyət olan cəmi 0,08 ha həyətyanı torpaq sahəsindən xx xxxx 2004-cu il tarixdə vəfat etmiş mərhum anası X4 payına düşən və ondan miras qalmış cəmi 0,02 ha hissədə həyətyanı torpaq sahəsinə münasibətdə miras əmlak kimi birinci növbəli vərəsə olaraq onun tərəfindən qanun üzrə vərəsəlik qaydasında qəbul edildiyinin və həmin 0,02 ha həyətyanı torpaq sahəsindən ½ hissədə (0,01 ha) payının olmasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. xx xxxxxx 2021-ci il tarixdə keçirilən məhkəmə iclasında dindirilən Cavabdeh iddianı qismən qəbul edərək göstərdi ki, iş üzrə İddiaçı onun doğma qardaşıdır. Onların valideynləri X9 və X13 olmuşlar. Valideynləri xx xxxx 1956-cı ildə rəsmi nikah qeyd etdirməklə evlənmişlər. Valideynlərinin birgə nikahlarından o da daxil olmaqla 7 nəfər uşaqları anadan olmuşdur. X6 xx xxxxx 2009-cu il tarixdə vəfat etmişdir. Digər bacıqardaşları Əhmədova (Nuriyeva) Sevda Zəkəriyyə qızı, X8, X5 və X7 analarının sağlığında ikən ailə quraraq başqa ünvanlara köçmüşlər. Valideynlərindən miras qalmış evdə o və qardaşı, iş üzrə İddiaçı yaşamışlar. Aqrar islahatlar zamanı Xaçmaz rayon Aqrar İslahat Komissiyasının xx xxxxxx 1998-ci il tarixli, 02 saylı qərarına əsasən qardaşı X2, anası X4, onun və bacısı Əhmədova (Nuriyeva) Sevda Zəkəriyyə qızının ümumi mülkiyyətlərinə Xaçmaz rayonunun Qaraqurtlu kəndi ərazisində JN-136 A seriyalı, 30211028 kodlu və JN-136 B seriyalı, 30211028 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrə əsasən, hər bir şəhadətnamə üzrə 0,04 ha olmaqla ümumilikdə 0,08 ha həyətyanı torpaq sahəsi verilmişdir. Ümumi mülkiyyətin mülkiyyətçilərindən olan anaları Nazlı Nuriyeva xx xxxx 2004-cü il tarixdə vəfat etmişdir. Analarının vəfatından sonra ondan miras qalmış əmlak onun və qardaşı İddiaçı istifadəsində olmuşdur. Miras əmlaklarla bağlı mübahisə yarandığından qardaşı İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə qanuni qərar çıxarılmasını xahiş edir. xx xxxxxx 2021-ci il tarixdə keçirilən məhkəmə iclasında dindirilən müstəqil tələb irəl sürməyən üçüncü şəxs Əhmədova (Nuriyeva) Sevda Zəkəriyyə qızı Cavabdeh ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə tərəflərin, müstəqil tələb irəli sürməyən üçüncü şəxsin izahatlarını iddiaçının izahatını dinləyb, mülki işin materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə həmin qənaətə aşağıdakı sübutların məcmusuna əsasən gəlir: Belə ki, mülki işə əlavə edilmiş AZE seriyalı, 14883119 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh Xaçmaz rayonunun Qaraqurtlu kəndində qeydiyyatdadır. Mülki işə əlavə edilmiş AZE seriyalı, 16411780 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əhmədova (Nuriyeva) X12 şəhəri, M.Müşfiq küçəsi dalan 2, ev 3 ünvanında qeydiyyatdadır. Mülki işə əlavə olunmuş xx xxxxxxxx 1967-ci il tarixli, AZ seriyalı, ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx xxxxxxxx 1969-cu ildə Xaçmaz rayonunun Qaraqurtlu kəndində anadan olmuşdur. Onun valideynləri X9 və X13 olmuşlar. Mülki işə əlavə olunmuş Xaçmaz rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx xxxx 2019-cu il tarixli, 121 nömrəli arayışdan görünür ki, iddiaçının valideynləri X9 və X13 xx xxxx 1956-cı il tarixdə rəsmi nikah qeyd etdirməklə evlənmişlər. Mülki işə əlavə olunmuş xx xxxx 2019-cu il tarixli, AZ-İİ seriyalı, 019499 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, iddiaçının atası X9 xx xxx 1996-cı ildə vəfat etmişdir. Mülki işə əlavə olunmuş xx xxxxxx 2004-cü il tarixli, AZ-İ seriyalı, 089759 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, iddiaçının anası X13 xx xxxx 2004-cü ildə vəfat etmişdir. Mülki işə əlavə olunmuş xx xxxxxx 2019-cu il tarixli, AZ-İİ seriyalı, 036782 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, iddiaçının qardaşı X10 xx xxxxx 2009-cu ildə vəfat etmişdir. Mülki işə əlavə olunmuş JN-136A seriyalı, 30211028 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının xx xxxxxx 1998-ci il arixli, 02 saylı qərarına əsasən Xaçmaz rayonunun Qaraqurtlu kəndi ərazisindən X2, X4, Nuriyeva (Əhmədova) Sevda Zəkəriyyə qızının və Cavabdeh ümumi mülkiyyətlərinə 0,04 ha həyətyanı torpaq sahəsi verilmişdir. Mülki işə əlavə olunmuş JN-136B seriyalı, 30211028 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının xx xxxxxx 1998-ci il arixli, 02 saylı qərarına əsasən Xaçmaz rayonunun Qaraqurtlu kəndi ərazisindən X2, X4, Nuriyeva (Əhmədova) Sevda Zəkəriyyə qızının və Cavabdeh ümumi mülkiyyətlərinə 0,04 ha həyətyanı torpaq sahəsi verilmişdir. Mülki işə əlavə olunmuş Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Qaraçı kənd İnzibati Ərazi Dairəsi üzrə nümyaəndəsi tərəfindən verilmiş xx xxxxxx 2021-ci il tarixli, 99 nömrəli arayışdan görünür ki, X13 həqiqətən 1964-cü ildən xx xxxx 2004-cü il tarixədək Xaçmaz rayonunun Qaraçı İƏD-nin Qaraqurtlu kəndində yaşamış və xx xxxx 2004-cü il tarixdə orada vəfat emişdir. Vəfatından sonra ailə tərkibi olaraq İddiaçı, Cavabdeh, xx xxxxx 2009-cu il tarixdə vəfat etmiş X10, X7, X8, Nuriyeva (Əhmədova) Sevda Zəkəriyyə qızı və X5 qalmışlar. Nazlı Nuriyevanın vəfatından sonra evi və təsərrüfatı oğlanları İddiaçı və Cavabdeh idarə edir və həmin ünvanda yaşayırlar. Mülki işə əlavə olunmuş Xaçmaz rayon 1 saylı Notariat ofisinin notariusunun xx xxxxxxx 2020-ci il tarixli məktubundan görünür ki, İddiaçı mərhum anası X3 miras qalmış Xaçmaz rayonunun Qaraqurtlu kəndi ərazisində yerləşən həyətyanı torpaq sahəsinə dair vərəsəliyin qəbulu ilə bağlı müraciət etmiş, lakin vərəsələr arasında ümumi razılığ olmadığından və vərəsəlik işi mübahisəli xarakter daşıdığından vərəsəlik işinin aparılması mümkün olmamış, iddiaçıya mirasın qəbulunun müəyyən edilməsi tələbinə dair iddia tələbi ilə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə iclasında iddiaçının izahatı və toplanmış sübutların məcmusu ilə müəyyən edilmişdir ki, İddiaçı valideynləri X9 və X13 olmuşlar. İddiaçının valideynləri xx xxxx 1956-cı ildə rəsmi nikah qeyd etdirməklə evlənmişlər. Zəkəriyyə ilə Nazlının birgə nikahlarından iddiaçı da daxil olmaqla 7 nəfər uşaqları anadan olmuşdur. İddiaçının X6 xx xxxxx 2009-cu il tarixdə vəfat etmişdir. İddiaçının digər bacı-qardaşları Əhmədova (Nuriyeva) Sevda Zəkəriyyə qızı, X8, X5 və X7 analarının sağlığında ikən ailə quraraq başqa ünvanlara köçmüşlər. Valideynlərindən miras qalmış evdə İddiaçı və cavabdeh olan qardaşı Cavabdeh yaşamışlar. 1998-ci ildə ölkədə aparılan Aqrar islahatları zamanı Xaçmaz rayon Aqrar İslahat Komissiyasının xx xxxxxx 1998-ci il tarixli, 02 saylı qərarına əsasən iddiaçının mərhum qardaşı X2, anası X4, digər qardaşı, iş üzrə Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs olan bacısı Əhmədova (Nuriyeva) Sevda Zəkəriyyə qızının ümumi mülkiyyətlərinə Xaçmaz rayonunun Qaraqurtlu kəndi ərazisində JN-136 A seriyalı, 30211028 kodlu və JN-136 B seriyalı, 30211028 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrə əsasən, hər bir şəhadətnamə üzrə 0,04 ha olmaqla ümumilikdə 0,08 ha həyətyanı torpaq sahəsi verilmişdir. Ümumi mülkiyyətin mülkiyyətçilərindən olan Nazlı Nuriyeva xx xxxx 2004-cü il tarixdə vəfat etmişdir. Sonuncunun vəfatından sonra ondan miras əmlakı faktiki olaraq İddiaçı və qardaşı Cavabdeh idarə etməklə və mirasa faktiki sahiblik etməklə mirası qəbul etmişlər. Halhazırda da iddiaçı qardaşı Əmzadə ilə birlikdə həmin ünvanda yaşamaqla miras əmlakı idarə edir. Digər birinci növbəli vərəsələr isə miras əmlakı hər hansı əsasla qəbul etməmişlər. İddiaçı Xaçmaz rayon 1 saylı Notariat ofisinə müraciət etsə də iş üzrə Cavabdehlə miras əmlaka dair aralarında mübahisə olduğundan ümumi mülkiyyət olan 0,08 ha həyətyanı torpaq sahəsindən mərhum anasının payına düşən hissədən öz payına düşən hissəni adına rəsmiləşdirə bilməmişdir. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Məhkəmə hesab edir ki, Xaçmaz rayonunun Qaraqurtlu kəndi ərazisində yerləşən və miras qoyan X4 da payçısı olduğu iki mülkiyyət şəhadətnaməsi üzrə ümumi birgə mülkiyyət olan cəmi 0,08 ha həyətyanı torpaq sahəsindən miras qoyanın payı bərabər hesablanmaqla ümumilikdə 0,02 ha təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, miras qoyun X13 vəfat etdiyi günədək özündən miras qalmış əmlaka dair hər hansı şəxsin adına vəsiyyətnamə qoymamışdır. Ona görə də məhkəmə hesab edir ki, miras qoyun X3 miras qalmış əmlaka dair vərəsəlik məsələsi qanun üzrə vərəsəlik qaydasında həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edildiyi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1147.1-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. İş materiallarından göründüyü kimi miras qoyan X4 xx xxxx 2004-cü il tarixdə vəfat etməsi ilə ondan miras qalmış Xaçmaz rayonunun Qaraqurtlu kəndi əraziçsində yerləşən, iki mülkiyyət şəhadətnaməsi üzrə ümumi birgə mülkiyyət olan cəmi 0,08 ha həyətyanı sahəsindən X1 payına düşən 0,02 ha həcmdə həyətyanı torpaq sahəsinə vərəsəlik açılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaqlar, arvad (ər), valideynlər (övladlığa götürülənlər) qanun üzrə birinci növbə vərəsə hesab edilirlər. Həmin Məcllənin 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Məhkəmə araşdırması zamanı iş materialları ilə müəyyən edilmişdir ki, miras qoyan X4 vəfatından sonra onun birinci növbəli vərəsələri olaraq uşaqları- İddiaçı, Cavabdeh, xx xxxxx 2009-cu il tarixdə vəfat etmiş X10, X7, X8, Nuriyeva (Əhmədova) Sevda Zəkəriyyə qızı və X5 qalmışlar. Azərbaycan Respbulikası Mülki Məcəlləsinin 1256-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən 3 ay ərzində mirasın qəbulundan imtina edə bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən 3 ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən 6 ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Miras onun açıldığı gündən 6 ay ərzində qəbul edilə bilər. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Məhkəmə tədqiqatı zamanı iş materialları, iddiaçının izahatı və iş materialları ilə müəyyən olunmuşdur ki, miras qoyan X4 xx xxxx 2004-cü il tarixdə vəfatından sonra ondan miras qalmış Xaçmaz rayonunun Qaraqurtlu kəndi ərazisində yerləşən, iki mülkiyyət şəhadətnaməsi üzrə ümumi birgə mülkiyyət olan cəmi 0,08 ha həyətyanı sahəsindən payına düşən 0,02 ha həcmdə həyətyanı torpaq sahəsinə münasibətdə miras əmlakı birinci növbəli vərəsələri olan uşaqları- İddiaçı və Cavabdeh miras əmlaka sahiblik etməklə və mirası faktik surətdə idarə etməklə qəbul etmişlər. Digər birinci növbəli vərəsələr olan X10, X7, X8, Nuriyeva (Əhmədova) Sevda Zəkəriyyə qızı və X5 isə mirası hər hansı əsasla qəbul etməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1273-1-ci maddəsinə əsasən vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. Həmin Məcəllənin 1262-ci maddəsinə əsasən əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. Həmin Məcəllənin 1263-cü maddəsinə əsasən əgər mirasdan imtina etmiş vərəsə həmin növbənin vərəsələri arasında yeganə vərəsədirsə, miras sonrakı növbənin vərəsələrinə keçir. Məhkəmə hesab edir ki, İddiaçı və Cavabdeh başqa digər birinci növbəli vərəsələrin mirası qanunla müəyyən edilmiş qaydada və müddətdə qəbul etməməsi qanunun tələbinə müvafiq olaraq mirası qəbul etməkdən imtina kimi qiymətləndirilməli, onların payı qanun üzrə mirası qəbul etmiş vərəsənin payına əlavə edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələbinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, miras qoyan X4 xx xxxx 2004-cü il tarixdə vəfatından sonra ondan miras qalmış Xaçmaz rayonunun Qaraqurtlu kəndi ərazisində yerləşən, iki mülkiyyət şəhadətnaməsi üzrə ümumi birgə mülkiyyət olan cəmi 0,08 ha həyətyanı sahəsindən payına düşən 0,02 ha həcmdə həyətyanı torpaq sahəsinə münasibətdə miras əmlakı birinci növbəli vərəsələri- İddiaçı və Cavabdeh miras əmlaka sahiblik etməklə və mirası faktik surətdə idarə etməklə qəbul etmələri öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 306.1-ci maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30-40-6-cı fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia hazırki həcmdə təmin edilməklə, Xaçmaz rayonunun Qaraqurtlu kəndi ərazisində yerləşən, JN-136 A seriyalı, 30211028 kodlu və JN-136 B seriyalı, 30211028 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrdə nəzərdə tutulmuş, ümumi mülkiyyət olan cəmi 0,08 ha həyətyanı torpaq sahəsindən xx xxxx 2004-cu il tarixdə vəfat etmiş X1 payına düşən və ondan miras qalmış cəmi 0,02 ha hissədə həyətyanı torpaq sahəsinə münasibətdə miras əmlakın birinci növbəli vərəsə olaraq İddiaçı tərəfindən qanun üzrə vərəsəlik qaydasında qəbul edildiyi, həmin 0,02 ha həyətyanı torpaq sahəsindən İddiaçı ½ hissədə (0,01 ha) payının olması müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233.1, 306, 307.2.9, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Xaçmaz rayonunun Qaraqurtlu kəndi ərazisində yerləşən, JN-136 A seriyalı, 30211028 kodlu və JN-136 B seriyalı, 30211028 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrdə nəzərdə tutulmuş, ümumi mülkiyyət olan cəmi 0,08 ha həyətyanı torpaq sahəsindən xx xxxx 2004-cu il tarixdə vəfat etmiş X1 payına düşən və ondan miras qalmış cəmi 0,02 ha hissədə həyətyanı torpaq sahəsinə münasibətdə miras əmlakın birinci növbəli vərəsə olaraq İddiaçı tərəfindən qanun üzrə vərəsəlik qaydasında qəbul edildiyi müəyyən edilsin. X1 payına düşən və ondan miras qalmış Xaçmaz rayonunun Qaraqurtlu kəndi ərazisində yerləşən cəmi 0,02 ha həyətyanı torpaq sahəsindən İddiaçı ½ hissədə (0,01 ha) payının olması müəyyən edilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Xıdır Quliyev.
Məhkəmə qərarları › İş №2(067)-444/2021
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-444/2021
11.03.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver