Məhkəmə qərarları › İş №2(067)-444/2024

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-444/2024

28.03.2024 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-444/2024 28.03.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin ölmüş elan edilməsinə dair ərizəsi üzrə mülki işə Xaçmaz rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək əmisi 1907-ci il təvəllüdlü X4 X23 illərində itkin düşdüyündən onun ölmüş elan edilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, xx.xx.1951 -ci il tarixdə Quba rayonunun Üçgün kəndində anadan olmuşdur. Əmisi 1907-ci il təvəllüdlü X2 Dünya Müharibəsinin başlandığı 1941-ci ildə X24 çağırılmış və müharibədə itkin düşmüşdür. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2085/2021 saylı iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsində qeyd olunur ki, işdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon Şöbəsinin 06 sentyabr 2021-ci il tarixli, 1092 saylı məktubundan görünür ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon X25 Müharibəsi illərində itkin düşmüş və həlak olmuş Əsgər və Çavuş Heyətinin 43 saylı Əlifba kitabında M.X11 dəfn olunması qeyd edilmişdir (həmin iş onun X4 atası X8 ilə doğma qardaş olması faktının müəyyən edilməsi barədə ərizəsi əsasında baxılan işdir). Bundan da əlavə Azərbaycan Respublikası S və HXÇ üzrə DX-nin Quba rayon Şöbəsinin xx.xx.2021-ci il tarixli, 334 nömrəli arayışında qeyd olunur ki, Rusiya Federasiyası Müdafiə Nazirliyi tərəfindən yaradılmış pamyat-naroda.ru saytına əsasən X2 Dünya Müharibəsi illərində itkin düşmüşdür. X17 müharibəyə aparılarkən subay olmuşdur. Ondan Quba rayonu Üçgün kəndində yaşayış evi və həyətyanı torpaq sahəsi miras qalmışdır. Əmisnin birinci dərəcədə vərəsələri olacaq şəxslər vəfat etmişlər. Belə ki, atası Qəzənfər Məhərrəmov 1993-cü ildə, əmisi Müzəffər Məhərrəmov isə 1983-cü ildə vəfat etmişlər. X12 miras qalmış əmlakı o idarə edir. Vərəsəlik işinin açılması üçün X17un ölüm haqqında şəhadətnaməsi lazımdır. Məhkəmə iclasında ərizəçi ərizədə yazılanları müdafiə edərək ərizənin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, X17 1907-ci ildə Quba rayonunun Üçgün kəndində doğulmuşdur. İİ Dünya müharibəsi illərində döyüşlərdə itkin düşmüşdür. Onun ölüm haqqında şəhadətnaməsini almağı zəruridir. Ona görə ki, onun Üçgün kəndində 12-13 sot torpaq sahəsi var, evi var, onlara vərəsəliklə bağlı zəruridir. Əmisinin ölüm faktı təsdiq olunsa, onun vərəsəsi olmasi ilə bağlı vərəsəlik şəhadətnaməsi almaq istəyir. Əmisi subay olmuşdur. Apelyasiya məhkəməsində araşdırma aparılarkən müəyyən olunmuşdur ki, əmisi RF-nın Kursk vilayətində 43 №-li qəbirdə dəfn olunub. Əmisinin doğulduğu il saytın məlumatına istinadən yazılıb. Əmisinin 1907-ci ildə doğulmasını təsdiq edən sənəd yoxdur. 1907-ci ildə o biri əmisi Müzəffər doğulmuşdur. Məhərrəm əmisinin doğulduğu ili bilmir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəməyə gəlməməsinin səbəbi barəsində məlumat verməmişdir. Məhkəmə nümayəndənin gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəddəsinin 185-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin izahatını dinləyib iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və HXÇ üzrə DX-nin Quba rayon Şöbəsinin xx.xx.2021-ci il tarixli, 334 nömrəli arayışından müəyyən olunur ki, Rusiya Federasiyası Müdafiə Nazirliyi tərəfindən yaradılmış pamyat-naroda.ru saytına əsasən X2 Dünya Müharibəsi illərində itkin düşmüşdür. İş materiallarında olan Quba rayon İHB-nın Küpçal kənd İƏD üzrə nümayəndəsinin xx.xx.2020-ci il tarixli 470 nömrəli arayışından müəyyən olunur ki, X3 rayonu Üçgün kəndində yaşamış, 1941-ci ildə X18 vəfat etmişdir. Vəfat etdikdən sonra aşağıdakı vərəsələri vardır: X9, X8. X4 hazırda qardaşı oğlu Ərizəçi başqa heç bir vərəsəsi yoxdur. İş materiallarında olan xx.xx.2022-ciu il tarixli 845 nömrəli arxiv arayışından müəyyən olunur ki, Quba rayonu Küpçal kənd ZDS İK-nin 1951-1953-cü illərə aid Üçgün kəndi üzrə 6 nömrəli təsərrüfatbaşına kitabda X5 154 saylı təsərrüfatın başçısı olub. X5 1935-ci ildə tikilmiş yaşayış evi və 1950-ci ildə 1300 kv.metr, 1951-ci ildə 1200 kv.metr, 1952-ci ildə 1300 kv.metr torpaq sahəsi olduğu qeyd edilmişdir. Həmin kitabda X1 Müzəffər Yəhyə oğlunun qardaşı olduğu yazılmışdır. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(105)-2085/2021 nömrəli qətnaməsindən görünür ki, Xaçmaz rayon məhkəməsinin 12 mart 2021-ci il tarixli 2 (067)-787/2021 nömrəli qətnaməsi ləğv edilmişdir. Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizəsi təmin edilmiş, X4 atası X8 ilə doğma qardaş olmaları faktı müəyyən edilmişdir. Həmin qətnamədə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon Şöbəsinin 06 sentyabr 2021-ci il tarixli, 1092 saylı məktubu ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon X25 Müharibəsi illərində itkin düşmüş və həlak olmuş Əsgər və Çavuş Heyətinin 43 saylı Əlifba kitabında M.X11 dəfn olunması qeyd edilmişdir. Məhkəmə sübutlara qiymət verərək hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 40.1-ci maddəsinə əsasən əgər fiziki şəxsin olduğu yer məlum deyildirsə və iki il ərzində o, yaşayış yerində görünməmişsə, maraqlı şəxslərin ərizəsinə əsasən məhkəmə fiziki şəxsi xəbərsiz itkin düşmüş hesab edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 40.1-ci maddəsinə əsasən xəbərsiz itkin düşmüş fiziki şəxsin qanuni əmlakının daimi idarə edilməsi zərurəti yarandıqda, əgər onun qanuni vərəsələri yoxdursa, məhkəmənin qərarı ilə bu əmlak qəyyumluq və himayəçilik orqanı tərəfindən müəyyənləşdirilən və həmin orqanla bağlanan etibarnamə ilə idarəetmə müqaviləsi əsasında fəaliyyət göstərən şəxsə verilir. Xəbərsiz itkin düşmüş şəxsin əmlakının idarəçisi itkin düşmüş şəxsin əmlakı hesabına onun borclarını ödəyir, əmlakı həmin şəxsin xeyrinə idarə edir, xəbərsiz itkin düşmüşün öhdəsində olan şəxslərə dolanacaq xərcləri verir. Əgər idarəçinin təyin edildiyi gündən üç il keçənədək şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında məhkəmə qərarı ləğv edilməzsə və şəxsin ölmüş sayılması haqqında məhkəməyə müraciət edilməzsə, qəyyumluq və himayəçilik orqanı fiziki şəxsin ölmüş sayılması haqqında ərizə ilə məhkəməyə müraciət etməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.1-ci maddəsinə əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.2-ci maddəsinə əsasən hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatların qurtardığı gündən azı iki il keçdikdən sonra məhkəmə qaydasında ölmüş elan edilə bilər. Məhkəmə şəxsin hərbi əməliyyatlarda həlak olduğunu güman etməyə əsas verən halları nəzərə alaraq, onu bu müddət bitməzdən əvvəl, lakin hərbi əməliyyatların qurtardığı gündən altı aydan tez olmayaraq ölmüş elan edə bilər. Həmin Məcəllənin 41.4-cü maddəsinə görə bu Məcəllənin 41.1 və 41.2-ci maddələrində nəzərdə tutulan hallarda məhkəmə şəxsin həlakının güman edildiyi günü onun ölüm günü saya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş subutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinin tələblərinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə hesab edir ki, X7 barəsində uzun müddət ərzində məlumat olmadığından onun ölmüş elan edilməsi hüquqi əhəmiyyətli olduğundan bu məhkəmə qaydasında müəyyən edilməlidir. X4 1907-ci ildə anadan olması heç bir sübutla təsdiq edilmədiyindən, ərizə bu hissədə rədd edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəddəsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə qismən təmin edilsin. X7 ölmüş elan edilsin. Qətnamənin qanuni qüvvəyə mindiyi gün X4 ölüm günü sayılsın. Ərizə qalan hissədə təmin edilməsin. Ölmüş elan edilmiş şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə məhkəmə onun ölmüş elan edilməsi barədə qərarı ləğv edir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səmədzadə Sərxan

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar