Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-457/2025 30.01.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Samir Zakir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçının vəkili Vəkil, İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdeh1, Cavabdeh3 nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı bağışlama və alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və sair tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən mənzilə dair Cavabdeh1 ilə Cavabdeh2 arasında 05 sentyabr 2019-cu il tarixdə Xaçmaz rayon 1 saylı Notariat Ofisində təsdiq edilmiş 4Ə-1809 reyestr nömrəli bağışlama müqaviləsinin, həmin müqavilə əsasında Cavabdeh2 adına verilmiş xx.xx.2019-cu il tarixli, **********45- 05101-093003 reyestr nömrəli çıxarışın, həmin mənzilə dair Cavabdeh2 ilə Cavabdeh3 arasında 13 sentyabr 2022-ci il tarixdə Xaçmaz rayon 1 saylı Dövlət Notariat Ofisində bağlanmış 4Ə-1698 reyestr nömrəli alqı-satqı müqaviləsinin, bu müqavilə əsasında həmin mənzilə dair Cavabdeh3 adına verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi və həmin mənzilə dair Cavabdeh3 hüquqlarının dövlət reyestrindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh1 iddiaçının sabiq həyat yoldaşıdır. Onunla xx.xx.2006-cı il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahdan iki uşağı vardır: X2xx.xx.2007-ci il təvəllüdlü və X4-xx.xx.2010-cu il təvəllüdlü. Cavabdeh1 ilə birgə nikah dövründə, yəni xx.xx.2006-cı il tarixdə notariatda təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 adına ünvan 2 ünvanda yerləşən iki otaqlı mənzili satın almışdır. Mənzili aldıqları gündən ailəsi həmin mənzildə yaşamağa başlamışlar. Hər iki uşağı da həmin mənzildə anadan olmuşlar. Cavabdeh1la münasibətləri pozulduğundan Xaçmaz rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(067)-2577/2018 nömrəli qətnaməsinə əsasən aralarında bağlanmış rəsmi nikah ləğv edilməklə iki azyaşlı uşaqları onun himayəsində saxlanılmış və Cavabdeh1 uşaqların saxlanılması üçün xeyrimə aliment tutulmuşdur. 2021-ci ilin yay aylarında Cavabdeh2 Xaçmaz rayon məhkəməsində ona qarşı ünvan 1-dən çıxarılma tələbinə dair iddia qaldırmışdır. Bundan sonra ona məlum olmuşdur ki, cavbabdeh Cavabdeh1 birgə nikah dövründə əldə etdikləri ünvan 3 ünvanda yerləşən mənzilə dair xx.xx.2019-cu il tarixdə 5 saylı Ərazi İdarəsi tərəfindən öz adına çıxarış alaraq həmin mənzili qardaşı oğlu olan digər Cavabdeh2 xx.xx.2019-cu il tarixdə Xaçmaz rayonu 1 saylı notariat ofisində təsdiq edilmiş, reyestrdə 4Ə-1809 nömrə ilə qeyd edilmiş bağışlama müaviləsinə əsasən bağışlamışdır. Həmin müqavilədən sonra ünvan 1də yerləşən mənzilə Cavabdeh2 adına 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixli, **********45-05101- 093003 reyestr nömrəli çıxarış verilmişdir. Xaçmaz rayon məhkəməsinin müvafiq qətnaməsinə əsasən Cavabdeh2 onun mənzildən çıxarılmasına dair iddiası təmin edilməmişdir. Bundan sonra o, Xaçmaz rayon məhkəməsində Cavabdeh1 və üçüncü şəxs olaraq Cavabdeh2 qarşı bağışlanma müqaviləsinin və reyestrdən çıxarışın etibarsız hesab edilməsinə dair iddia qaldırmışdır. Mülki iş məhkəmənin icraatında olduğu vaxt mübahisəli mənzil Cavabdeh2 tərəfindən digər Cavabdeh3 satmışdır. Belə ki, məhkəmənin sorğusuna əsasən dövlət reyestrindən almış sənədlərdən müəyyən olunur ki, Cavabdeh2 Xaçmaz rayon 1 saylı Notariat Ofisində 13 sentyabr 2022-ci il tarixdən təsdiq edilmiş və reyestrdə 4Ə-1698 nömrə ilə qeyd edilmiş alqı-satqı müqaviləsinə əsasən ünvan 1 ünvanda yerləşən mənzili Cavabdeh3 satmış, həmin müqavilə əsasında mübahisəli mənzilə Cavabdeh3 adına xx.xx.2022-ci il tarixli qeydiyyat nömrəsi ********** olan çıxarış verilmişdir. Xaçmaz rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(067)-57/2024 saylı qərardadı ilə onun iddia ərizəsi baxılmamış saxlanılmışdır. Ona görə də, təkrarən məhkəməyə müraciət edir. Hesab edir ki, mübahisəli mənzilin Cavabdeh1 tərəfindən Cavabdeh2 bağışlanması, həmin mənzilə Cavabdeh2 adına dövlət reyestrindən çıxarışın verilməsi, həmin mənzilin Cavabdeh2 tərəfindən Cavabdeh3 satılması və sonuncunun adına çıxarışın verilməsi tamamilə qanunsuz olmuşdur. Belə ki, mübahisəli mənzil onunla Cavabdeh1 rəsmi nikahda olduğu dövrdə alınmışdır. Cavabdeh1 ondan xəbərsiz həmin mənzilə 2019-cu ildə öz adına çıxarış əldə edərək qardaşı oğlu Cavabdeh2 bağışlamış, onun həmin mənzilə dair Xaçmaz rayon məhkəməsində iddia ərizəsinə baxıldığı ərəfədə Cavabdeh2 mənzili Cavabdeh3 satmış və son nəticədə dövlət reyestrindən mənzilə dair Cavabdeh3 adına çıxarış verilmişdir. Mübahisəli mənzil alındığı gündən o, övladları ilə birlikdə həmin mənzildə yaşayır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 izahatında göstərmişdir ki, iddianı müdafiə edir. O, həmçinin iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ünvan 4 ünvanda yerləşən ümumi sahəsi 64.6 kv.m olan mənzilə dair bağışlama və alqı-satqı müqavilələrinin etibarsız hesab edilməklə verilmiş reyestr çıxarışlarının ləğv edilməsini və Cavabdeh1 həmin mənzil üzərində mülkiyyət hüquqlarının bərpa edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili Vəkil izahatında göstərmişdir ki, iddianı müdafiə edir. Cavabdeh1 iddiaçının sabiq həyat yoldaşıdır. Onlar xx.xx.2006-cı il tarixdə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahlarından iki uşaqları xx.xx.2007-ci il təvəllüdlü X2 və xx.xx.2010-cu il təvəllüdlü X8 anadan olmuşdur. Onların birgə nikah dövründə Cavabdeh1 adına ünvan 2 ünvanında yerləşən iki otaqlı mənzil satın alınmışdır. Həmin vaxtdan onlar sözügedən evdə yaşamışlar. Uşaqları həmin evdə anadan olmuşdur. xx.xx.2018-ci il tarixdə aralarındakı rəsmi nikah pozulmuşdur. 2021-ci il tarixdə Cavabdeh2 iddiaçıya qarşı evdən çıxarma tələbi ilə məhkəməyə müraciət etmişdir. Həmin vaxt iddiaçıya məlum olmuşdur ki, Cavabdeh1 öz adına çıxarış alaraq evi qardaşı oğlu olan Cavabdeh2 adına bağışlama etmişdir. İddiaçı çıxarışın ləğv edilməsinə dair məhkəmədə iddia qaldırmışdır. İş məhkəmə icraatında olduğu zaman Cavabdeh2 həmin evi digər cavabdeh olan Cavabdeh3 satmışdır. Ona görə də, iddianın həcmi artırılaraq Cavabdeh3 cavabdeh qismində işə cəlb olunması, həmin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv olunması xahiş olunmuşdur. Həmin iş üzrə iddia baxılmamış saxlanılmışdır. Ona görə də, yenidən məhkəməyə müraciət olunmuşdur. Hesab edir ki, iddia əsaslıdır. Çünki Cavabdeh1 birgə nikah dövründə əldə olunmuş əmlakı iddiaçının xəbəri olmadan satmışdır. Buna görə də, bütün sənədləşmələr əsassızdır. Ödənilmiş dövlət rüsumunu tələb etmir. Məhkəmə iclasında Cavabdeh1 izahatında göstərmişdir ki, iddianı qəbul edir. İddiaçının nümayəndəsinin və vəkilin dedikləri ilə razıdır və başqa heç bir əlavəsi yoxdur. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 izahatında göstərmişdir ki, Cavabdeh3 onun oğludur. O, iddianı qəbul edir. Təmin edilməsinə etirazı yoxdur. İş üzrə digər Cavabdeh2, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Xaçmaz rayon 1 saylı Notariat Ofisinə və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. - xx.xx.2006-cı il tarixli, AZ-İ 241599 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 və İddiaçı arasında nikah bağlanmışdır. - Xaçmaz rayon 1 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2006cı il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən ünvan 1 ünvanda yerləşən mənzil Cavabdeh1 tərəfindən satın alınmışdır. - Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin seriya RX№ ********** saylı xx.xx.2019-cu il tarixli çıxarışından müəyyən olunur ki, ünvan 1 ünvanda yerləşən mənzil xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh1 məxsus olub. - Xaçmaz rayon 1 saylı Notariat Ofisində təsdiq edilmiş 4Ə-1809 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, Cavabdeh1, ünvan 1 ünvanda yerləşən mənzili xx.xx.2019-cu il tarixdə qardaşı oğlu - Cavabdeh2 bağışlamışdır. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubdan müəyyən olunur ki, Cavabdeh2 adına olan ünvan 6 ünvanda yerləşən mənzili Xaçmaz rayon 1 saylı notariat ofisinin xx.xx.2022-ci il tarixli, 4Ə-1698 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X3 adına özgəninkiləşdirılmiş, xx.xx.2022-cı il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla Cavabdeh3 mülkiyyət hüququ tanınmışdır. Yuxarıda sadalananlardan da göründüyü kimi, iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225-ci maddəsi ərlə arvadın ümumi mülkiyyətinə dair hüquq normalarını müəyyən edir. Həmin normalara əsasən - ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir (225.1). dətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ailə Məcəlləsinin 32.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.), ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər- arvadın qazandığı hər hansı sair əmlak daxildir. Ailə Məcəlləsinin 32.3-cü maddəsinə əsasən nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Şərh olunan maddi normalara uyğun olaraq, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti hesab olunur. Qanun bu halda ər-arvadın birgə nikah dövründə əldə etdikləri əmlakın ümumi prezumpsiyasını müəyyən edir. Bu o deməkdir ki: 1) birgə nikah dövründə əldə edilmiş əmlakın ümumi əmlak kateqoriyasına aid edilməsi üçün sübut təqdim etməyə ehtiyac yoxdur; 2) birgə nikah müddətində əldə edilmiş bütün əmlak qanunda həminəmlakın ümumi əmlaka daxil olmasının göstərilibgöstərilməməsindən asılı olmayaraq ümumi əmlak sayılır; 3) hər hansı əmlakın ümumi əmlak siyahısından çıxarılması üçün həmin əmlakınərin və ya arvadın əmlakı olması barədə qanunun birbaşa göstərişi olmalıdır Məhkəmə qeyd edir ki, əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. Başqa sözlə, əqdin etibarsızlığı əqdin etibarlı olması şərtlərinin pozulmasından asılıdır. Bu şərtlərdən birinə riayət edilməməsi etibarsız əqdlərin əmələ gəlməsinə səbəb olur. Etibarsız əqdlər tərəflərin arzu etdikləri hüquqi nəticəyə səbəb olmur. Onlar qanunda nəzərdə tutulan mənfi nəticələrin yaranmasına səbəb olur. Etibarsız əqdlər hüquqa zidd, qeyri-hüquqi hərəkətdir. Etibarsız əqdlər elə hüquqa zidd hərəkətlərdir ki, bu hərəkətlər əqdin etibarlı olması şərtlərindən, heç olmazsa, birinə uyğun gəlmədiyinə görə arzu edilən hüquqi nəticəyə səbəb olmur. Bu çür əqdlər mülki hüquq və vəzifələrin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitam olunması ilə nəticələnmir. Məhkəmənin qənaətinə görə, müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanmasının zəruri şərtidir. Eyni zamanda hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı üçün onun bağlanmasında lazımı subyektlərinin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. MM-nin 324-cü maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Mülki Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. MM-nin 324-cü maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Mülki Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. MM-nin 399.1-ci maddəsinin tələbinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. MM-nin 337.1-ci, 337.3-cü və 337.4-cü maddələrinə görə, etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarında vurğulamışdır ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Mülki Məcəllədə əqdlərin etibarsızlığı ilə əlaqədar göstərilmişdir ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (Mülki Məcəllənin 337.1, 337.4 və 337.5-ci maddələri). Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, istər mübahisə edilən, istərsə də əhəmiyyətsiz əqdlərin etibarsızlığı məhkəmə qərarı nəticəsində yaranmır. Mübahisə edilən əqdlərdə tərəfin mübahisələndirmə ilə bağlı digər tərəfə yönəlmiş iradə ifadəsi, əhəmiyyətsiz əqdlərdə isə əqdin bağlandığı andan zəruri etibarlılıq şərtlərinə uyğunsuzluğu əqdi etibarsız edir. Maraqlı tərəflər arasında əqdin etibarsızlığı və ya onun nəticələri ilə bağlı yaranan mübahisələrə dair məhkəmə tərəfindən verilən qərar əqdin etibarsızlığı faktının mövcud olub-olmadığını təsdiq etməklə tərəflər arasındakı hüquqi mübahisəni həll edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: (bundan sonra MM) - 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. - 6.1-ci maddəsinə əsasən mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir. - 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. - 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. - 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə, hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. - 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. - 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin 3-cü hissəsinə əsasən hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrını də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 21 dekabr 2012-ci il tarixli qərarında qeyd etmişdir ki, Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsindən və 71-ci maddəsinin İİ hissəsindən irəli gələn və Mülki Məcəllənin 16-cı maddəsində təsbit olunmuş mılki qanunvericiliyin mühüm prinsiplərindən biri olan hüquqlardan sui-istifadənin yolverilməzliyi prinsipi hüququn digər sahələrində olduğu kimi ilk növbədə iki əsas cəhəti nəzərdə tutur: zərərin vurulması və qanunvericinin müəyyən etdiyi məqsədlərə zidd şəkildə hüquqdan istifadə edilməsi. Oxşar mövqe X7 Məhkəməsi tərəfindən ifadə edilmişdir. Centros Ltd. Erhvervs-og Selskabsstyrelsen qarşı iş üzrə Məhkəmənin 9 Mart 1999-cu il tarixli qərarında Romanalman hüquq sistemi olan Üzv Dövlətlərin qanunvericilik təcrübəsi nəzərə alınmaqla göstərilmişdir ki, şəxs ona verilən hüququ qanunverici tərəfindən bu hüquq verilərkən nəzərdə tutulan məqsədə zidd olaraq başqalarına zərər vurmaqla qeyri-bərabər fayda əldə etmək üçün ağlabatmayan tərzdə həyata keçirirsə o, bu hüququndan sui-istifadə etmiş olur. Məhkəmə həmçinin nəzərə almışdır ki, mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, lakin nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında Xaçmaz rayon 1 saylı Notariat Ofisində xx.xx.2019-cu il tarixdə bağlanmış ünvan 4 ünvanda yerləşən ümumi sahəsi 64.6 kv.m olan mənzilin bağışlanmasına dair 4Ə-1809 reyestr nömrəli “Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsi” etibarsız hesab edilsin. Qeyd edilən müqavilə əsasında Cavabdeh2 adına xx.xx.2019-cu il tarixli **********45-05101-093003 qeydiyyat nömrəsi ilə verilmiş «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış» ləğv edilsin. Cavabdehlər Cavabdeh2 ilə Cavabdeh3 arasında Xaçmaz rayon 1 saylı Notariat Ofisində xx.xx.2022-cu il tarixdə bağlanmış ünvan 4 ünvanda yerləşən ümumi sahəsi 64.6 kv.m olan mənzilin alqı-satqısına dair 4Ə-1698 reyestr nömrəli “Daşınmaz Əmlakın Alqı- Satqı Müqaviləsi” etibarsız hesab edilsin. Qeyd edilən müqavilə əsasında Cavabdeh3 adına xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəsi ilə verilmiş «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış» ləğv edilsin. Cavabdeh1 ünvan 4 ünvanda yerləşən ümumi sahəsi 64.6 kv.m olan mənzil üzərində mülkiyyət hüquqları bərpa edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Bayramov
Məhkəmə qərarları › İş №2(067)-457/2025
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-457/2025
30.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver