Məhkəmə qərarları › İş №2(067)-458/2025

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-458/2025

18.12.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-458/2025 18.12.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Samir Zakir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı, Cavabdeh, mütəxəssis qismində dəvət edilmiş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Ərazi İdarəsinin mütəxəssisi X5 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpağın qanunsuz sahiblikdən geri qaytarılması və tamlığının bərpa edilməsi tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı məhkəmədə iddia qaldıraraq Xaçmaz rayonu, Gəncəli kəndində yerləşən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat tarixli xx.xx.2019-cu il, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********76 çıxarışa əsasən xüsusi mülkiyyətində olan 0,50 ha torpaq sahəsinin və "xxxx" MMC ilə 31 oktyabr 2024-cü il tarixdə bağladığı icarə müqaviləsinə əsasən icarəsində olan 0.5292 ha torpaq sahəsinin Cavabdeh tərəfindən qanunsuz istifadə olunan hissələrinin qanunsuz sahibliyindən alınaraq ona qaytarılması və torpaq sahələrinin tamlığının bərpa edilməsi, habelə ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat tarixli xx.xx.2019-cu il, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********76 çıxarışa əsasən Xaçmaz rayonu, Gəncəli kəndində xüsusi mülkiyyətində 0,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mülkiyyət hüququ ilə ona məxsusdur. Həmin torpaq sahəsinin koordinatları adına verilmiş xx.xx.2019-cu il tarixli, A № 431876 saylı, reyestr nömrəsi **********76 olan torpaq sahəsinin planı və ölçüsündə göstərilmişdir. Bundan da əlavə, onun istifadəsində "xxxx" MMC ilə 31 oktyabr 2024-cü il tarixdə bağladığı icarə müqaviləsinə əsasən 0.5292 ha torpaq sahəsi vardır. Həmin torpaq sahələrinin şimal tərəfi sərhədində Xaçmaz rayonu, Müşkür bələdiyyəsinin mülkiyyətində olan örüş torpaq sahəsi yerləşir. Cavabdeh olan qardaşı Cavabdeh bir ildir ki, Müşkür bələdiyyəsinin göstərilən örüş torpaqlarını icarəyə götürərək istifadə edir. Mülkiyyətində olan 0.50 ha torpaq sahəsi və “Xaçmaz Aqro 2017" MMC-dən icarəyə götürdüyü 0.5292 ha torpaq sahəsi qonşuluqda yerləşən bələdiyyənin örüş torpaq sahəsindən bələdiyyə tərəfindən xüsusi kotanla çəkilmiş arxla ayrılır. Baxmayaraq ki, bələdiyyənin örüş torpaq sahəsinin mülkiyyətində və istifadəsində olan torpaq sahələrindən ayıran sərhəd mövcuddur, cavabdeh özbaşnalıq edərək mülkiyyətində olan və icarəsində olan torpaq sahələrinin bir hissəsini də zəbt edərək orada 2023-cü ildə əkin əkmişdir. Cavabdehin qanunsuz əməllərindən o, Xaçmaz rayon Müşkür bələdiyyəsinə şikayət etmiş, bələdiyyənin sədri mütəxəssisləri ilə birlikdə gəlib yerində əraziyə baxış keçirmiş və həqiqətən də cavabdehin torpaq sahələrinin bir hissəsini zəbt etdiyi və orada taxıl əkdiyi müəyyən edilmişdir. Bələdiyyə sədri ondan xahiş etmişdir ki, cavabdeh əkdiyi əkini yığışdırsın, bundan sonra o, torpaq sahəsindən çıxacaqdır. O, bələdiyyə sədrinin təklifini qəbul etdi və cavabdehə əkinin yığmasına şərait yaratdı. Lakin cavabdeh hazırda da zəbt etdiyi torpaq sahəsindən çıxmır, onun mülkiyyətində olan torpaq sahəsinin həmin hissədə şumlama işlərinin görülməsinə maneçilik törədir. Bundan əlavə o, cavabdehin qanunsuz əməlləri barədə Xaçmaz RPŞ-yə şikayət etmişdir. xx.xx.2024-cü il tarixli məktubla cavab verilmişdir ki, Cavabdehlə aralarında olan mübahisə mülki xarakterlidir və məhkəməyə müraciət etməyi tövsiyə olunur. Ona görə də, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Cavabdehin ona məxsus torpaq sahələrinin zəbt etdiyi hissəsi təxminən 0.40 ha (0.18 ha mülkiyyətində olan 0.50 ha torpaq sahəsindən və 0.22 ha isə icarəsində olan 0.5292 ha sahəsindən) təşkil edir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsini müdafiə edərək iddia ərizəsinə uyğun izahat verərək, bildirmişdir ki, rəsmi sənəd əsasında adına 1 hektar torpağı var. Sərhəd kənarından 40 sot zəbt edib. Əlavə olaraq da onun istifadəsində "xxxx" MMC-dən icarəyə götürdüyü torpaq sahəsi var. Həmin torpaqlar həmsərhəddir. Torpaq sahəsi 2019-cu ildən rəsmi olaraq mülkiyyətindədir. İcarə müqaviləsi isə 31 oktyabr 2024-cü il tarixdə bağlanıb. Onun hər iki torpaq sahəsinin yarısı cavabdeh tərəfindən zəbt edilib. Hər torpağının 20 sotu olmaqla cəmi 40 sot torpağı cavabdehin istifadəsindədir. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etməyərək, bildirmişdir ki, iddiaçının dedikləri yalandır. Onun istifadəsində olan torpaq sahəsinə görə icarəyə götürdüyü torpaq sahəsi var. Onun ailəsinə pay torpaq sahəsi verilməyib. Bununla bağlı o, müraciət etdikdən sonra onlara müqavilə əsasında torpaq sahəsi ayrılıb. Əvvəllər həmin müqavilələri 5 illik müddətə bağlayırdılar. İndi isə 1 illik müddətlə torpağı müqavilə əsasında istifadə edirlər. İddiaçının torpağını zəbt etməyib, əksinə iddiaçı tərəfindən onun yolu bağlanıb. Məhkəmə iclasında Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nın 5 saylı Ərazi İdarəsinin mütəxəssisi X7 izahatında göstərmişdir ki, iddia edilən torpaq sahəsinə baxış keçirilmişdir. Araşdırdığı torpaq sahəsi iddiaçının "xxxx" MMC-dən aldığı torpaq sahəsi ilə üst-üstə düşmür. Onların iddia etdiyi torpaq sahəsi nə iddiaçıya, nə cavabdehə məxsusdur. Bələdiyyəyə məxsus çıxarışlı torpaq sahəsidir. Həmin torpaq sahəsi kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsidir. Hər hansı əkin, bağ üçün istifadə olunmasına icazə verilmir. Cavabdehin istifadə etdiyi torpaq sahəsi örüş kimi istifadə olunmalıdır. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Köhnə-Xaçmaz Bələdiyyəsinin nümayəndəsi Nümayəndə izahatında göstərmişdir ki, 8 sot örüş torpaq sahəsi Bələdiyyə mülkiyyətinə. Örüş torpaq sahəsi satıla və yaxud əkin, bağ istifadəsinə icazə verilmir. məxsusdur. 2020-ci ildə bələdiyyəyə aid olduğunu təsdiq edən çıxarış alınmışdır. - Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan müəyyən olunur ki, İddiaçı xüsusi mülkiyyətinə Xaçmaz rayonu Köhnə-Xaçmaz kəndi ərazisində 0.5 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. - Torpaq sahəsinin planı və ölçüsü sənədindən müəyyən olunur ki, Xaçmaz rayonu, Köhnə-Xaçmaz kəndi ərazisindən 0.5 ha torpaq sahəsinin planı və ölçüsü İddiaçı adına işlənmişdir. - xx.xx.2024-cü il tarixli icarə müqaviləsindən görünür ki, İddiaçı Xaçmaz rayonu Köhnə-Xaçmaz kəndində yerləşən 0.5292 hektarlıq torpaq sahəsini xx.xx.2025-ci il tarixə kimi arpa əkilməsi üçün icarəyə götürmüşdür. - Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, “Xaçmaz Aqro 2017" MMC-nin xüsusi mülkiyyətinə Xaçmaz rayonu Köhnə-Xaçmaz kəndi ərazisində 0.5292 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. - Bələdiyyə mülkiyyətində olan ərazilərin icarə hüququ ilə verilməsi haqqında Xaçmaz rayon Müşkür bələdiyyəsinin xx.xx.2023-cü il tarixli, 9 saylı müqaviləsinin surətindən müəyyən olunur ki, İddiaçı 1.50 ha torpaq sahəsi heyvandarlıqın inkifafı məqsədilə icarəyə verilmişdir. İddiaçı ödənişləri Müşkür bələdiyyəsinin kassa hesabına ödəmişdir. - Bələdiyyə mülkiyyətində olan ərazilərin icarə hüququ ilə verilməsi haqqında Xaçmaz rayon Müşkür bələdiyyəsinin xx.xx.2024-cü il tarixli, 11 saylı müqaviləsinin surətindən müəyyən olunur ki, Cavabdeh 4.50 ha torpaq sahəsi heyvandarlığın inkifafı məqsədilə icarəyə verilmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli mütəxəssis rəyindən müəyyən olunur ki, Xaçmaz rayonu, Gəncəli kəndində yerləşən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat tarixli xx.xx.2019-ci il, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********76 çıxarışa əsasən xüsüsı mülkiyyətdə olan 0.50 ha torpaq sahəsinin və "xxxx" MMC ilə 31 oktyabr 2024-ci il tarixdə bağlandığı icarə müqaviləsinə əsasən icarəsində olan 0.5292 ha torpaq sahəsinin sərhədləri müəyyən edilmiş, həmin torpaq sahələrinin hər hansı bır hissəsi torpaqların elektron kadastr üçot informasiya (TEKUİS) sisteminə əsasən cavabdeh tərəfindən istifadə olunmur (sxem əlavə olunur), qeyd olunan sahələrin hüdudları daxilində Cavabdeh tərəfindən hər hansı bir tikili tikilməmişdir. Qeyd: Cavabdeh tərəfindən istifadə olunan torpaq sahəsi bələdiyyə mülkiyyətinə aiddir. - Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/6084 saylı rəyindən müəyyən olunur ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri" publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-34/2-9530/2025 nömrəli mütəxəssis rəyində göstərilənlərə əsasən aşağıdakılar müəyyən edilmişdir: Xaçmaz rayonu, Gəncəli kəndində yerləşən Hüquqların Dövlət qeydiyyatı haqqinda daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat tarixli xx.xx.2019-ci il, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********76 çıxarışa əsasən xüsüsi mülkiyyətdə olan 0.50 ha torpaq sahəsinin və "xxxx" MMC ilə 31 oktyabr 2024-ci il tarixdə bağlandığı icarə müqaviləsinə əsasən icarəsində olan 0.5292 ha torpaq sahəsinin sərhədləri müəyyən edilmişdir (sxem mütəxəssis rəyinə əlavə olunmuşdur). Xaçmaz rayonu, Gəncəli kəndində yerləşən Hüquqların Dövlət qeydiyyatı haqqinda daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat tarixli xx.xx.2019-ci il, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********76 çıxarışa əsasən xüsüsi mülkiyyətdə olan 0.50 ha torpaq sahəsinin və "xxxx" MMC ilə 31 oktyabr 2024-cü il tarixdə bağlandığı icarə müqaviləsinə əsasən icarəsində olan 0.5292 ha torpaq sahəsinin hər hansı bir hissəsinin torpaqların elektron kadastr üçot informasiya (TEKUİS) sisteminə əsasən cavabdeh tərəfindən istifadə olunmadığı müəyyən edilmişdir (sxem mütəxəssis rəyinə əlavə olunmuşdur). Xaçmaz rayonu, Gəncəli kəndində yerləşən Hüquqların Dövlət qeydiyyatı haqqinda daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat tarixli xx.xx.2019-ci il, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********76 çıxarışa əsasən xüsüsi mülkiyyətdə olan 0.50 ha torpaq sahəsinin və "xxxx" MMC ilə 31 oktyabr 2024-ci il tarixdə bağlandığı icarə müqaviləsinə əsasən icarəsində olan 0.5292 ha torpaq sahəsinin hüdudları daxilində Cavabdeh tərəfindən hər hansı bir tikili tikilməmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/6084 saylı rəyi ilə bağlı bildirişdən müəyyən olunur ki, aparılmış tədqiqatın dəyəri 100 manat məbləğində pul Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. - Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan müəyyən olunur ki, Xaçmaz rayon Müşkür Bələdiyyəsinin 8.00 kənd təsərrüfatı təyinatlı torpaq sahələr var. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Hazırkı mübahisə ilə bağlı aparılmış araşdırma zamanı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, məhkəmə ekspert rəyini mötəbər sübut kimi qəbul edərək, iddia tələbinin təmin olunmaması qənaətinə gəlmişdir. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi təmin olunmamalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasınında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqlarının və X4 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.2.-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.3.-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması qanunla qadağan olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinin tələblərinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-nin 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan maddi hüquq normalarına əsaslanaraq, həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçı cavabdeh tərəfindən mülkiyyətində olan torpaq sahəsinin hər hansı bir hissəsinin zəbt edilməsini əsaslandıra bilməmiş və bununla bağlı hər hansı sübut təqdim etməmişdir. Məhkəmə tərəflərin izahatlarını, mütəxəssis və ekspert rəylərini nəzərə alaraq, hesab edir ki, hazırki iddia əsaslı sayıla bilməz və təmin edilməməlidir. Məhkəmə, iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu da iddiaçının özünə aid edilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, ekspertizası tədqiqatının dəyərinin əvəzi olaraq İddiaçı 100 manat tutularaq X2 hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı Cavabdeh qarşı torpağın qanunsuz sahiblikdən geri qaytarılması və tamlığının bərpa edilməsinə dair iddia tələbi təmin olunmasın. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul İddiaçı alınaraq X3, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Eksperizası Mərkəzi VOEN ********** AZ34CTRE******************** hesaba köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar