Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-463/2021 23.02.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi X5, İddiaçı və iddiaçının vəkili X3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və qeydiyyatdan çıxarma tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus Xaçmaz rayonu, Çayqırağı (Alekseyvka) kəndində yerləşən 2 mərtəbəli, ümumi sahəsi 156.1 kv metr, yaşayış sahəsi 69.2 kv metr, köməkçi sahəsi 86.9 kv metr, 4 otaqlı yaşayış evində yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və onun həmin evdə qeydiyyatdan çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh onun oğlu Nəsiminin arvadı olmuşdur. Oğlunun vəfatından sonra cavabdeh onunla yola getməmiş, dəfələrlə onu döyüb, söymüşdür. Ona görə də o, cavabdehə qarşı evdən çıxarma tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Xaçmaz Rayon Məhkəməsi tərəfindən iddiası təmin edilməsə də, qətnamədən verdiyi apelyasiya şikayətinə əsasən Sumqayıt Apelyasiya Məhkəməsinin qətnaməsi ilə Xaçmaz Rayon Məhkəməsinin qətnaməsi ləğv edilmiş və onun iddiası təmin edilmişdir. Cavabdeh həmin qətnamədən kassasiya şikayəi versə də, onun şikayəti təmin edilməmiş və Sumqayıt Apelyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra cavabdehin onun evidən çıxarılması üçün icra sənədi verilmiş və xx.xx.2020-ci il tarixli akt tərtib olunaraq cavabdeh evindən çıxarılmışdır. Buna baxmayaraq, cavabdehin onun evində qeydiyyatı qalmışdır. Ona görə də cavabdehin onun evindən istifadə hüququna xitam verilməsi və qeydiyyatdan çıxarılmasını xahiş etmişdir. Qeyd olunanlarla əlaqədar hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və iddiasının təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili X6 cavabdehin artıq iddiaçının ailə üzvü olmadığını və məhkəmə qətnaməsi əsasında onun evindən də çıxarıldığını bildirərək, iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh X2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdeh X1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106-cı maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Belə ki iş materiallarında olan xx.xx.2017-ci il tarixli, seriya RX ******* saylı çıxarışın və xx.xx.2017-ci il tarixli **********48-10301 qeydiyyat nömrəli Texniki Pasportun surətlərindən müəyyən olunur ki, Xaçmaz rayonu, Çayqırağı (Alekseyevka) kəndində yerləşən 2 mərtəbəli, ümumi sahəsi 156.1 kv metr, yaşayış sahəsi 69.2 kv metr, köməkçi sahəsi 86.9 kv metr, 4 otaqlı yaşayış evi İddiaçı mülkiyyətindədir. İş materiallarında olan Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(067)- 3194/2019 saylı qətnaməsindən müəyyən olunur ki, İddiaçı Cavabdeh qarşı evdən çıxarılma və başqa evə köçürülmə tələbinə dair iddiası qismən təmin edilərək, Cavabdeh İddiaçı məxsus Xaçmaz rayonu, Çayqırağı (Alekseyvka) kəndində yerləşən 2 mərtəbəli, ümumi sahəsi 156.1 kv metr, yaşayış sahəsi 69.2 kv metr, köməkçi sahəsi 86.9 kv metr, 4 otaqlı yaşayış evindən çıxarılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(102)-1638/2020 saylı qətnaməsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(067)-3194/2019 saylı qətnaməsindən Cavabdeh verdiyi kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(067)-3194/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar 10 (on) manat dövlət rüsumu köçürülmüşdür. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara qiymət verərək, hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. X8 Məhkəməsi Marks Belçikaya qarşı iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. Sporronq və Lonnpot İsveçə qarşı işdə isə Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsaslanmaqla məhkəmə belə nəticəyə gəlir ki, mülkiyyətçinin iradəsinin ziddinə olaraq cavabdehin mübahisəli mənzildən istifadə hüququnun saxlanılmasının davam etməsi iddiaçının evə olan mülkiyyət hüququnu şərti və qeyri-sabit xarakterli edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.1. və 158.1.2-ci maddələrinə əsasən mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır. Həmin Məcəllənin 152.3-ci maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Məcəllənin 157.4-cü maddəsinə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Qeyd edilənlərə əsasən məhkəmə iddia tələbini Cavabdeh İddiaçı mülkiyyətində olan Xaçmaz rayonu, Çayqırağı (Alekseyvka) kəndində yerləşən 2 mərtəbəli, ümumi sahəsi 156.1 kv metr, yaşayış sahəsi 69.2 kv metr, köməkçi sahəsi 86.9 kv metr, 4 otaqlı yaşayış evində yaşayış sahəsindən istifadə hüququna xitam verilməsinə dair hissədə əsaslı hesab edir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ : İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və qeydiyyatdan çıxarma tələbinə dair iddia ərizəsi qismən təmin edilsin. Cavabdeh İddiaçı mülkiyyətində olan Xaçmaz rayonu, Çayqırağı (Alekseyvka) kəndində yerləşən 2 mərtəbəli, ümumi sahəsi 156.1 kv metr, yaşayış sahəsi 69.2 kv metr, köməkçi sahəsi 86.9 kv metr, 4 otaqlı yaşayış evində yaşayış sahəsindən istifadə hüququna xitam verilsin. İddia qalan hissədə təmin edilməsin. Bu qətnamə Cavabdeh İddiaçı mülkiyyətində olan Xaçmaz rayonu, Çayqırağı (Alekseyvka) kəndində yerləşən 2 mərtəbəli, ümumi sahəsi 156.1 kv metr, yaşayış sahəsi 69.2 kv metr, köməkçi sahəsi 86.9 kv metr, 4 otaqlı yaşayış evindən qeydiyyatdan çıxarılması üçün əsasdır. İddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun yarısı – 5 (beş) manat məbləğində pul Cavabdeh İddiaçı xeyrinə tutulsun. Rüsumun qalan hissəsi iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Xəlilov.
Məhkəmə qərarları › İş №2(067)-463/2021
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-463/2021
23.02.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver