Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-470/2021 22.02.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, məhkəmə iclas katibi X4, İddiaçı iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X2, Cavabdeh5 və Cavabdeh6 qarşı «Yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbi»nə dair mülki işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X2, Cavabdeh5 və Cavabdeh6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin ona məxsus Xaçmaz şəhəri, N.Nərimanov küçəsi 76 saylı evin 20 saylı mənzilindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X2, Cavabdeh5 və Cavabdeh6 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq təkrarən məhkəmə iclasına gəlməmiş, işə iştirakları olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddələrinə əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X2, Cavabdeh5 və Cavabdeh6nun iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında dindirilən İddiaçı iddiasını müdafiə edərək izahatında göstərdi ki, Xaçmaz şəhəri, N.Nərimanov küçəsi 76 saylı evin 20 saylı mənzili xüsusi mülkiyyət hüququ əsasında ona məxsus əmlakdır. Həmin mənzili 2015-ci ildə satın almışdır. Qeyd olunan mənzilə onun mülkiyyət hüququ MH seriyalı, ******* nömrəli, **********35-05101- 093009 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx xxxxxxx 2008-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir. Cavabdehlər onun satın aldığı mənzilin mülkiyyətçinin keçmiş ailə üzvləri olmuşlar. Cavabdehlər onun ailə üzvləri olmamışlar və onun mülkiyyətində olan mənzildə formal qeydiyyatda qalmışlar. O, cavabdehləri ona məxsus mənzildən qeydiyyatdan çıxmaları barədə xəbərdar etmişdir. Lakin cavabdehlər bundan yayınmışlar. Cavabdehlər hazırda ona məxsus mənzildə qeydiyyatda qaldıqlarına görə o, əlavə kommunal ödənişlər etmək məcburiyyətindədir, həmçinin cavabdehlərin ona məxsus mənzilə olan formal qeydiyyatları özünə məxsus əmlakdan istifadə etməyə, əmlakı üzərində sərəncam verməyə maneəçilik törədir. Cavabdehlər onun ailə üzvləri olmadığından onların həmin evdən istifadə hüquqları yoxdur. Hazırda cavabdehlərin ona məxsus mənzildə qeydiyyatda qalmaları mülkiyyət hüququnun pozulmasına səbəb olur. Cavabdehləri digər qaydada özünə məxsus mənzildən qeydiyyatdan çıxara bilmədiyindən hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Göstərilənlərə əsasən iddiasının təmin olunmasını, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X2, Cavabdeh5 və Cavabdeh6nun ona məxsus Xaçmaz şəhəri, N.Nərimanov küçəsi 76 saylı evin 20 saylı mənzilindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işin materiallarını hərtərəfli tədqiq edib belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan MH seriyalı, ******* nömrəli, **********35-05101-093009 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx xxxxxxx 2008-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Xaçmaz şəhəri, N.Nərimanov küçəsi 76 saylı evin 20 saylı mənzili xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan «Elektron notariat» X1 çıxarışdan, şəxsiyyət vəsiqəsi məlumatları barədə elektron portaldan çıxarışdan görünür ki, iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X2, Cavabdeh5 və Cavabdeh6 İddiaçı məxsus Xaçmaz şəhəri, N.Nərimanov küçəsi 76 saylı evin 20 saylı mənzildə qeydiyyatdadırlar. Məhkəmə araşdırması zamanı iddiaçının izahatı, habelə iş materialları ilə müəyyən olunmuşdur ki, Xaçmaz şəhəri, N.Nərimanov küçəsi 76 saylı evin 20 saylı mənzili MH seriyalı, ******* nömrəli, **********35-05101-093009 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx xxxxxxx 2008-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsus əmlakdır. İş üzrə cavabdehlər iddiaçının satın aldığı mənzilin mülkiyyətçinin keçmiş ailə üzvləri olmuşlar. Cavabdehlər iddiaçının mülkiyyətində olan mənzildə formal qeydiyyatda qalmışlar. İddaçı cavabdehləri ona məxsus mənzildən qeydiyyatdan çıxmaları barədə xəbərdar etmişdir. Lakin cavabdehlər bundan yayınmışlar. Cavabdehlər hazırda iddiaçıya məxsus mənzildə qeydiyyatda qaldıqlarına görə iddiaçı əlavə kommunal ödənişlər etmək məcburiyyətindədir, həmçinin cavabdehlərin iddiaçıya məxsus mənzilə olan formal qeydiyyatları iddiaçının özünə məxsus əmlakdan istifadə etməyə, əmlakı üzərində sərəncam verməyə maneəçilik törədir. Cavabdehlər iddiaçının ailə üzvləri olmamışlar və onların həmin mənzildən istifadə hüquqları yoxdur. Hazırda cavabdehlərin iddiaçıya məxsus mənzildə qeydiyyatda qalmaları iddiaçının mülkiyyət hüququnun pozulmasına səbəb olur. Cavabdehləri digər qaydada özünə məxsus mənzildən qeydiyyatdan çıxara bilmədiyindən iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. xx xxxxxx 1997-ci il tarixdən qüvvədə olan «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 1-ci hissəsinə əsasən şəxsin yaşayış yeri kimi tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 9-cu maddəsinin məzmununa əsasən şəxs yaşayış yerini dəyişdikdə- yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən, həmçinin yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydiyyatdan çıxarıla bilər. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, mülkiyyətindən məhrum edilə bilməz. X5 məhkəməsi «Sporrng və Lonnrotun İsveçrəyə qarşı» məhkəmə işi üzrə qərarında (A 52(1982) və bundan sonra qəbul etdiyi digər qərarlarında belə mövqe nümayiş etdirmişdir ki, mülkiyyət hüququnun məzmununa mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə etməsi, mülkiyyətdən məhrum edilməsinin yolverilməzliyi, habelə mülkiyyətindən istifadəyə nəzarət səlahiyyətləri də daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına və X5 Məhkəməsinin presedentlərinə görə mülkiyyətçinin iradəsinə zidd onun mülkiyyətindən istifadəyə yol verilmir. Məhkəmə araşdırması zamanı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X2, Cavabdeh5 və Cavabdeh6nun İddiaçı ailə üzvü olmadıqları, onların iddiaçının satın aldığı mənzilin keçmiş sahibinin ailə üzvləri olduqları, cavabdehlərin iddiaçının xüsusi mülkiyyətinə aid Xaçmaz şəhəri, N.Nərimanov küçəsi 76 saylı evin 20 saylı mənzilində yaşamamaqla qeydiyyatlarının formal olması müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X2, Cavabdeh5 və Cavabdeh6nun İddiaçı ailə üzvü olmadıqları, onların iddiaçının satın aldığı mənzilin keçmiş sahibinin ailə üzvləri olduqları və uzun müddətdir ki, həmin mənzildə yaşamadıqları halda iddiaçının xüsusi mülkiyyətinə aid Xaçmaz şəhəri, N.Nərimanov küçəsi 76 saylı evin 20 saylı mənzilində qeydiyyatda qalmaları iddiaçının xüsusi mülkiyyətinə aid əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüquqlarını pozur. Ona görə də məhkəmə hesab edir ki, məhkəmə araşdırması zamanı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X2, Cavabdeh5 və Cavabdeh6nun ailə üzvü olmadıqları, onların iddiaçının satın aldığı mənzilin keçmiş sahibinin ailə üzvləri olduqları, cavabdehlərin iddiaçının xüsusi mülkiyyətinə aid Xaçmaz şəhəri, N.Nərimanov küçəsi 76 saylı evin 20 saylı mənzilində yaşamamaqla qeydiyyatlarının formal olması öz təsdiqini tapdığından iddia təmin edilməklə cavabdehlərin iddiaçının xüsusi mülkiyyətinə aid Xaçmaz şəhəri, N.Nərimanov küçəsi 76 saylı evin 20 saylı mənzilindən formal xarakter daşıyan istifadə hüquqları itirilmiş hesab edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X2, Cavabdeh5 və Cavabdeh6nun İddiaçı xüsusi mülkiyyətinə aid Xaçmaz şəhəri, N.Nərimanov küçəsi 76 saylı evin 20 saylı mənzilindən istifadə hüquqları itirilmiş hesab edilsin. Bu qətnamə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X2, Cavabdeh5 və Cavabdeh6nun İddiaçı xüsusi mülkiyyətinə aid Xaçmaz şəhəri, N.Nərimanov küçəsi 76 saylı evin 20 saylı mənzilindən qeydiyyatdan çıxarılmaları üçün əsasdır. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Xıdır Quliyev Düzdür: HAKİM XİDİR QULİYEV
Məhkəmə qərarları › İş №2(067)-470/2021
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-470/2021
22.02.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver