Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-481/2025 13.05.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Samir Zakir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X7, İddiaçı, Cavabdeh2, Cavabdehin vəkili və nümayəndəsi Vəkil, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X8 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1nə qarşı vərəsəlik hüququnun tanınması və sair tələbə dair iddia ərizəsi üzrə mülki işə Xaçmaz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********62-10301 reyestr nömrəli çıxarışla Xaçmaz şəhəri, X29 küçəsi, 41 ünvanında yerləşən fərdi yaşayış evinin və evin yerləşdiyi 0,03 ha torpaq sahəsinin miras qoyan xx.xx.2019-cu il tarixdə vəfat etmiş X13ndan miras qalmış ½ hissəsi üzərində onun, yəni İddiaçı vərəsəlik hüququnun tanınması, həmin miras əmlakdan vərəsəlik üzrə payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, İddiaçı xx xxxxxx 1957-ci il tarixdə Xaçmaz şəhərində anadan olmuşdur. X13 ilə X2 27 may 1955-ci il tarixdə nikaha daxil olmuşlar. Birgə nikahlarından ondan başqa, 30 avqust 1960-cı il təvəllüdlü bacısı Cavabdeh2, 27 aprel 1963-cü il təvəllüdlü qardaşı X16 və 15 aprel 1966-cı təvəllüdlü bacısı X14 anadan olmuşdur. Bacılarından xx.xx.1966-cı il təvəllüdlü X14 20 yanvar 1972-ci ildə vəfat etmişdir. X2 xx.xx.1988-ci il tarixdə, X13 isə xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. X1 vəfatından sonra adına olan bütün əmlaklar X13nın adına vərəsəlik qaydasında keçmişdir. Belə ki, mərhum X2na məxsus olmuş ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi vərəsəlik qaydasında X34nın adına keçdikdən sonra qeyd edilən fərdi yaşayış evinə dair X34nın adına qeydiyyat vəsiqəsi verilmişdir. X34 vəfat etdikdən sonra isə qeyd edilən fərdi yaşayış evi və evin yerləşdiyi 0.03 ha torpaq sahəsi ilə bağlı ölən şəxsin adına xx.xx.2021ci il tarixdə, ********** qeydiyyat nömrəli, **********62-10301 reyestr nömrəli çıxarış alınmışdır. X13 vəfat etməzdən əvvəl 14 sentyabr 2014-cü il tarixdə vəsiyyətnamə qoyaraq bütün əmlakını bacısı olan iş üzrə Cavabdeh2 vəsiyyət etmişdir, iş üzrə Cavabdeh2 isə qeyd edilən vəsiyyətnamə əsasında Xaçmaz rayon 1 saylı notariat ofisinə müraciət edərək anaları Ayna Abbekovadan miras qalmış ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin və evin yerləşdiyi 0,03 ha torpaq sahəsinin 1/2 hissəsinə vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında 15 dekabr 2022-ci il tarixli, 2V-1450 reyestr nömrəli şəhadətnamə almışdır. Bundan sonra isə həmin vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadnamə əsasında Xacmaz şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 41 ünvanında yerləşən fərdi yaşayış evinin və evin yerləşdiyi 0.03 torpaq sahəsinin paylı mülkiyyətdə olmaqla ½ hissəsinə Cavabdeh2, ½ hissəsinə isə mərhum X13nın mülkiyyət hüququ saxlanılmaqla xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********62 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış işlənmişdir. O, anadan olduğu gündən bu günə kimi valideynlərindən miras qalmış və hal-hazırda mübahisə predmeti olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində yaşayır. Miras əmlakı faktiki olaraq qəbul etmişdir. Halhazırda anasından miras qalmış əmlakdan ona düşəcək və açıq saxlanılan paya vərəsəlik hüququ haqqında şəhadətnamə alınması üçün Xaçmaz 1 saylı Notariat ofisinə müraciət etmişdir. Cavabdeh qurum olan Xaçmaz 1 saylı notariat ofisi tərəfindən varislər arasında məcburi pay üzrə pay bölgüsünə dair mübahisə olduğu üçün vərəsəlik işinin davam etdirilməsinin və payların müəyyən edilməsinin mümkün olmadığı bildirilmişdir. Hesab edir ki, notariat orqanı ½ hissədə cavabdehə vəsiyyət üzrə vərəsəlik qaydasında pay müəyyən edərkən də vərəsələr arasında mübahisə mövcud idi, lakin həmin vaxt iş üzrə cavabdehin payını müəyyən edərək vərəsəlik şəhadətnaməsi vermişdir. Hazırki vəziyyətdə isə açıq saxlanılmış ½ hissədə miras əmlakdan onun vərəsəlik hüququnu tanımayaraq hüquqlarını kobud şəkildə pozur. Əlavə olaraq qeyd etmək istəyir ki, iş üzrə üçüncü şəxs olan X17 anasının ölümündən sonra miras əmlakı qəbul etməməyi barədə notariat qaydada ərizə vermişdir. Hazırda iş üzrə Cavabdeh2 onun faktiki olaraq qəbul etdiyi miras əmlakını idarə etməyinə və payının müəyyən edilməsinə maneə olmağa çalışır. O, anasından miras qalmış əmlakdan imtina etməmişdir, əksinə həmin miras əmlakları faktiki qəbul etmişdir. Deməli, onun vərəsəlik hüququ da tanınmalıdır. Odur ki, notariat ofisinin mübahisə olması əsası ilə ona imtina cavabı verməsi Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş mülkiyyət və vərəsəlik hüquqlarına ziddir. Onun anasından miras qalmış əmlakdan birinci növbə vərəsə kimi məcburi pay almaq hüququ qanunvericiliklə tanındığı üçün pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Vəsiyyətnamə qoyan X13 qalan vərəsələri vərəsəlik hüququndan məhrum etdiyini vəsiyyətnamədə qeyd etsə də, bu hal yuxarıda sadalanan qanunvericilk normasına görə onun həmin miras əmlakdan məcburi pay almaq hüquququ məhdudlaşdırmamalıdır. Çünki onun məcburi pay almaq hüququndan məhrum edilməyi barədə məhkəmə qərarı mövcud deyildir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlər ilə eyni məzmunlu izahat verərək, əlavə olaraq bildirmişdir ki, iddianı müdafiə edir. Onun xahişi odur ki, atasından və anasından miras qalmış əmlaklardan onun payı və yaşayışı təmin olunsun. Atasının payı ona düşür, bununla bağlı məhkəmə də olub və bu barədə qərar çıxmışdır. Anasının payından da onun payı vardır. Həmin həyətdə 4 otaq, əlavə də 1 otaq ümumilikdə 5 otaq vardır. Məhkəmə iclasında Cavabdeh2 izahatında göstərmişdir ki, iddianı qəbul etmir, tələb əsassızdır və təmin olunmamasını xahiş edir. Məhkəmə iclasında cavabdehin vəkili və nümayəndəsi Vəkil izahatında göstərmişdir ki, iddianı qəbul etmirlər. İddia tələbi ilə bağlı kifayət qədər araşdırma aparılmışdır. İşin mübahisəsiz halıdır ki, mübahisə predmeti evin ikidə bir hissəsi artıq rəsmi çıxarış əsasında Cavabdeh2 məxsus olmaqla mülkiyyət hüququ onun adına qeydiyyata alınıb. Digər açıq qalan ikidə bir hissəsi isə o, hesab edir ki, üçüncü şəxs Sehmar Abbekov həmin hissədən bacısı Cavabdeh2 xeyrinə imtina edib. Həmin vaxtda Zöhrə xanıma etibarnamə verməsi onu göstərir ki, Sehmar payından ümumilikdə deyil, Zöhrənin xeyrinə imtina edib. İddiaçı ərizəsində fərqli, çıxışında isə fərqli ifadələr qeyd edir. İddia tələbinin payların bölünməsi hissəsinə iddiaçıya düşəcək paya aid hissəyə etiraz etmirlər. Lakin hesab edir ki, açıq qalan ikidə bir hissə payçılar arasında qanunamüvafiq qaydada bölünməlidir. Müstəqil tələb irəli sürən üçüncü şəxs X16 məhkəməyə verdiyi ərizəsində göstərmişdir ki, o, notariat ofisində payından bacısı Zöhrənin xeyrinə imtina etmişdir, lakin notarius ərizəsini düzgün olmayaraq ümumi imtina kimi sənədləşdirmişdir. Ona görə də, hazırda öz payını tələb edir. Bacısı Zöhrəyə etibarnamə vermişdir. İmtina necə yazılıb bilmir. O, payından bacısının xeyrinə imtina etmişdir. Ümumilikdə payından imtina etməmişdir. Məqsədi onun payının bacısına keçməsi olmuşdur. Məhkəmə iclasında müstəqil tələb irəli sürən üçüncü şəxs X16 ərizəsinə uyğun izahatında göstərmişdir ki, irəli sürdüyü tələbini müdafiə edir, o, payından imtina etməmiş, öz payını tələb edir. Bacısı Zöhrəyə etibarnamə vermişdir. İmtina necə yazılıb bilmir. O, payından bacısının xeyrinə imtina etmişdir. Ümumilikdə payından imtina etməmişdir. Məqsədi onun payının bacısına keçməsi idi. İddiaçı irəli sürdüyü iddia ilə razı deyil. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş digər cavabdeh Xaçmaz rayon 1 saylı notariat ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə cavabdeh Xaçmaz rayon 1 saylı notariat ofisinin nümayəndəsinin iştirak olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəflərin izahatlarıni dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı iddiası qismən təmin edilməli, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X8 isə iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X10 ilə X18 xx.xx.1955-ci ildə rəsmi nikaha daxil olmuşlar. Nikahdan sonra qadın Abbekova soyadını qəbul etmişdir. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1957-ci ildə Xaçmaz şəhərində anadan olmuşdur. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1957-ci ildə Xaçmaz şəhərində anadan olmuş, ata qrafasında X10, ana qrafasında isə X24 yazılmışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Cavabdeh2 xx.xx.1960-cı ildə Xaçmaz şəhərində anadan olmuş, ata qrafasında X10, ana qrafasında isə X24 yazılmışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X16 27 aprel 1963-cü ildə Xaçmaz şəhərində anadan olmuş, ata qrafasında X10, ana qrafasında isə X24 yazılmışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X14 15 aprel 1966-cı ildə Xaçmaz şəhərində anadan olmuş, ata qrafasında X10, ana qrafasında isə X24 yazılmışdır. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.1988-ci il tarixdə ölmüşdür. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X24 isə xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. İş materiallarında olan ölüm haqqında arayışdan müəyyən olunur ki, xx.xx.1966-cı il təvəllüdlü X14 20 yanvar 1972-ci ildə vəfat etmişdir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli, 7E-17616 reyestr nömrəli vəsiyyətnamənin surətindən görünür ki, X24 ölən günədək ona məxsus olan, bütün daşınar və daşınmaz əmlakını onun harada və nədən ibarət olmasından asılı olmayaraq ünvan 4 ünvanında yaşayan qızı Cavabdeh2 vəsiyyət etmişdir. Qalan vərəsələri vərəsəlik hüququndan məhrum etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan müəyyən edilir ki, arxiv məlumatlarında Xaçmaz şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən 41 saylı fərdi yaşayış evi və evin yerləşdiyi 0,03 ha həyətyanı torpaq sahəsi X5 məxsus olmuş və xx.xx.1988-ci il tarixli, 7-2052 reyestr nömrəli bağışlanma müqaviləsinə əsasən Ayna Abbekovanın adına keçmiş və ona 402a nömrəli qeydiyyat vəsiqəsi və xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri xidmətinin xx.xx.2021-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, Xaçmaz şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən 41 saylı fərdi yaşayış evi və evin yerləşdiyi 0,03 ha həyətyanı torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında X19 adına daşınmaz əmlakın dövlət reyestrində 98 nömrəli reyestr kitabının 87 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Xaçmaz rayon 1 saylı Dövlət notariat kontorunda xx.xx.2014-cü il tarixdə təsdiq edilmiş reyestrdə 532 nömrəsi ilə qeyd olunan vəsiyyətnaməyə əsasən ünvan 4 ünvanında fərdi yaşayış evinin və evin yerləşdiyi 0,03 ha həyətyanı torpaq sahəsinə münasibətdə qeyd olunan vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında xx.xx.2019-cu il tarixdə vəfat etmiş Cavabdeh2 1/2 hissədə payı müəyyən edilmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, Xaçmaz şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən 41 saylı fərdi yaşayış evinin 1/2 hissəsi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 98 nömrəli reyestr kitabının 87 nömrəli vərəqində qeydiyyata alınmışdır. Evin digər ½ hissəsi isə X9nın adında açıq saxlanılmışdır. İş materiallarında olan X8 Xaçmaz rayon 1 saylı ofisinə yazdığı ərizədən müəyyən olunur ki, xx.xx.2019-cu ildə vəfat etmiş X13nın ölümündən sonra mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə nə ərizə verməklə, nə də əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməyə başlamaqla mirası faktiki qəbul etməmiş, etmək fikirində deyildir. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin 2-734 saylı, xx.xx.2003-cü il tarixli qətnaməsindən müəyyən olunur ki, X19 İddiaçı qarşı ünvan 3 saylı evdən ailəsi ilə birlikdə çıxarılmasına dair iddiası əsassız olduğundan rədd edilmişdir. İş materiallarında olan Xaçmaz şəhər İƏD üzrə nümayəndəliyin xx.xx.2024-cü il tarixli, 58 saylı arayışından müəyyən olunur ki, ünvan 4 ünvanında yaşamış və xx.xx.2019-cu il tarixdə vəfat etmiş X19 ailə üzvləri - Cavabdeh2, İddiaçı, X10 və X6 ibarət olmuşdur. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materialları ilə müəyyən olunmuşdur ki, ünvan 5 fərdi yaşayış evi və evin yerləşdiyi həyətyanı torpaq sahəsi mərhum X3 mülkiyyətində olmuşdur. Sonradan həmin əmlaklar Şahməmməd Abbekov tərəfindən arvadı Ayna Abbekovaya bağışlanmışdır. Həmin bağışlama müqaviləsi əsasında qeyd olunan yaşayış evi və evin yerləşdiyi həyətyanı torpaq sahəsi bütövlükdə Ayna Abbekovanın adına rəsmiləşdirilmiş və mülkiyyət hüququna dair reyestrdən çıxarış sənədi verilmişdir. Şahməmməd Abbekov xx.xx.1988-ci ildə vəfat etmişdir. İş materialları ilə müəyyən edilmişdir ki, miras qoyan X24 xx.xx.2019-cu il tarixdə Xaçmaz şəhərində vəfat etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən hazırki mübahisəli hüquq münasibətləri 2000-ci ilin sentyabr ayından qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin maddi hüquq normaları ilə tənzimlənməlidir. Belə ki, 2000-ci ilin sentyabr ayından qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edildiyi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1147.1-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. İş materiallarından göründüyü kimi, miras qoyan X19 xx.xx.2019-cu il tarixdə vəfat etməsi ilə ondan miras qalmış ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi 0,03 ha həyətyanı torpaq sahəsinə vərəsəlik açılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Məhkəmə araşdırması zamanı iş materialları ilə müəyyən olunmuşdur ki, miras qoyan X24 xx.xx.2014-cü il tarixdə vəfat edəcəyi günə ona məxsus olan bütün əmlakı onun harada olmasından və nədən ibarət olmasından asılı olmayaraq doğma qızı Cavabdeh2 vəsiyyət etmişdir. Həmin vəsiyyətnamə dəyişdirilməmiş və qüvvəsindədir. Belə olduğu halda Azərbaycan Respublikası Mülki Məcəllənin 1133.1 və 1133.2-ci maddələrinə əsasən X9ndan miras qalmış əmlaka dair vərəsəlik vəsiyyətnamə üzrə vərəsəlik qaydasında aparılmalıdır. Tərəflərin izahatları və iş materialları ilə müəyyən olunmuşdur ki, X9ndan miras qalmış ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi 0,03 ha həyətyanı torpaq sahəsinin ½ hissəsi qanunamüvafiq olaraq vəsiyyətnamə üzrə vərəsəlik hüququ əsasında mərhumun qızı Cavabdeh2 adına rəsmiləşdirilmiş, həmin əmlakların digər ½ hissəsi isə miras əmlakda məcburi pay almaq hüququ olan vərəsələrin xeyrinə - X9nın adına açıq saxlanılmışdır. Hazırda mərhum Ayna Abbekovadan miras qalmış əmlakın kütləsinə qeyd olunan yaşayış evi və evin yerləşdiyi həyətyanı torpaq sahəsinin ½ hissəsi aiddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaqlar, arvad (ər), valideynlər (övladlığa götürülənlər) qanun üzrə birinci növbə vərəsə hesab edilirlər. İş materiallarından müəyyən olunur ki, miras qoyan X19 ölümündən sonra onun birinci növbəli vərəsələri - X11, Cavabdeh2 və X16 qalmışlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı iş materialları ilə müəyyən edilmişdir ki, miras qoyan X19 ölümündən sonra onun mirasdan məcburi pay almaq hüququ olan birinci növbəli vərəsələri - İddiaçı, Cavabdeh2 və X16 qalmışlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1202.1-ci maddəsinə əsasən məcburi pay almaq hüququ olan vərəsə onu qəbul etməkdən imtina edə bilər, lakin bu imtina digər vərəsələrin məcburi payının artmasına səbəb olmur. Onun payı vəsiyyət üzrə vərəsələrə keçir. Azərbaycan Respbulikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. X9 vəsiyyətnamə saxlamadığı halda onun birinci növbəli vərəsələri - X11, Cavabdeh2 və X12 miras əmlakdan hər birinə 1/3 hissədə pay düşə bilərdi. Lakin vəsiyyətnamə mövcud olduğundan və həmin vəsiyyətnamə əsasında mərhum Ayna Abbekovadan miras qalmış əmlakların ½ hissəsi vəsiyyətnamə üzrə vərəsəlik hüququ əsasında qızı - Cavabdeh2 adına rəsmiləşdirilsə də, üçüncü şəxs, məcburi pay almaq hüququ olan vərəsə X8 anasının ölümündən sonra miras əmlakı qəbul etməməyi barədə notariat qaydada ərizə verməsi nəzərə alınmamışdır. Halbuki, bu halda o, məcburi payı qəbul etməkdən imtina etdiyi üçün bu imtina nəticəsində iddiaçının məcburi payı artmayaraq onun payı vəsiyyət üzrə vərəsə olan Cavabdeh2 keçir ki, onun da Ayna Abbekovadan miras qalmış əmlaklar olan ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi 0,03 ha həyətyanı torpaq sahəsinə payı 1/2 hissə deyil, 1/6 hissə təşkil edir. Qeyd edilən miras əmlaklara münasibətdə mirasdan məcburi pay almaq hüquq olan birinci növbəli vərəsə - İddiaçı məcburi payı isə 1/6 hissədə təşkil edir. İddiaçı X13ndan miras qalmış ½ hissəsi üzərində onun, yəni İddiaçı vərəsəlik hüququnun tanınması, həmin miras əmlakdan vərəsəlik üzrə payının müəyyən edilməsini tələb etsə də, məhkəmə hesab edir ki, məcburi payı vərəsəlik açılmış bütün miras əmlaka münasibətdə müəyyən edilir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Bu halda vəsiyyət üzrə vərəsə Cavabdeh2 vərəsə kimi hüquqlarına xələl gəlmir və payı azaldılmır. Əksinə məcburi pay almaq hüququ olan digər vərəsə X8 məcburi payı qəbul etməkdən imtina etdiyi üçün bu imtina nəticəsində onun payı vəsiyyət üzrə vərəsə olan Cavabdeh2 keçməklə sonuncunun mirasda payı artıq 1/2 hissə deyil, artaraq 1/6 hissə təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələbinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə araşdırması zamanı iddia tələbinin qismən əsaslı olduğu tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından iddia qismən təmin edilməklə miras qoyan X15 miras qalmış əmlaklar olan ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi 0,03 ha həyətyanı torpaq sahəsinə münasibətdə İddiaçı 1/6 hissədə məcburi payı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı məhkəmə xərclərinin ödənilməsini cavabdehdən tələb etmədiyindən iddianın verilməsi ilə bağlı ödənilmiş dövlət rüsümü iddiaçının özünə aid edilməlidir. Müstəqil tələb irəli sürən üçüncü şəxs X8 tələbi əsassız olduğundan təmin edilməməli, ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDI : İddia qismən təmin edilsin. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********62-10301 reyestr nömrəli çıxarışla Xaçmaz şəhəri, X29 küçəsi, 41 ünvanında yerləşən xx.xx.2019cu il tarixdə vəfat etmiş miras qoyan X15 miras qalmış fərdi yaşayış evi və evin yerləşdiyi 0,03 ha torpaq sahəsinə münasibətdə İddiaçı vərəsəlik hüququ tanınsın və onun həmin miras əmlakda 1/6 hissədə məcburi payı müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. İddianın verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X8 iddia tələbi təmin edilməsin. X16 tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Samir Bayramov
Məhkəmə qərarları › İş №2(067)-481/2025
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-481/2025
13.05.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver