Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-516/2025 02.04.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, məhkəmə iclas katibi X9, İddiaçı, eyni zamanda İddiaçı2 nümayəndəsi İddiaçı1, cavabdeh X3 nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı əmlakın evdən çıxarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı2 və İddiaçı1 məhkəmədə iddia qaldıraraq cavabdeh X4 məxsus əmlakın ona aid olan evdən çıxarılması, 60 manat məbləğində mediasiya xərcinin X1 alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, cavabdeh X8 ilə oğlu X10 xx.xx.2008-ci ildə ailə həyatı qurmuş və xx.xx.2022-ci il tarixli Xaçmaz rayon məhkəməsinin qətnaməsi ilə nikahları pozulmuşdur. Cavabdeh evinə gəlin gələndə aşağıdakı əşyaları cehiz gətirmişdir. Servant, şfaner, taxt, termo, divan kreslo, 2 ədəd xalça, 2 ədəd pencərə pərdəsi, 2 ədəd qapı pəncərə, 1 ədəd taxt döşəyi 3 ədəd tək döşək, 1 ədəd taxt yorğanı, 3 ədəd tək yorğan, 4 ədəd yastıq, 6 ədəd nalça, 1 ədəd nazik ədyal, 6 stul, 1 stol, 3 plasmas uşaq şkafı, 1 dəst nahar servisi, 1 çay dəsti, 1 güldan, 1 sandıq, 2 meyvə qabı, 6 fujel,1 kofe dəsti, 2 külqabı, 1 şirniyyat qabı, 6 rumka, 6 boşqab, 6 badya, 12 xörək qaşığı, 12 çay qaşığı, 12 ədəd çəngəl, 2 ədəd qəndqabı, alüminum qazanlar. Onlar xx.xx.2024cü ildə rəsmi qaydada boşanmışlar. Cavabdeh hal-hazırda atasıgildə yaşayır. Oğlu ailə həyatı qurmuşdur. Adıçəkilən şəxsin cehiz əşyaları ona mane yaradır, yaşayış tərzini pozur. Onun mülkiyyət hüquqlarını pozur. Məhkəmə iclasında iddiaçı tərəf iddia tələbini müdafiə etməklə iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, cavabdehə məxsus əmlakların ona aid olan evdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş edir. Həmin evdə oğlu yaşayır. Cavabdeh oğlu ilə boşanıb, lakin əmlaklarını aparmır. Cavabdehə dəfələrlə əmlaklarını aparmasını bildirmişdir. Məhkəmə iclasında cavabdeh tərəf iddianı qəbul etməyərək göstərmişdir ki, cavabdehin hazırda əmlaklarını aparmağa başqa yeri yoxdur, əmlaklarını gec-tez aparacaq. Həmin ev pay torpaq sahəsində tikildiyi üçün evin sənədləşdirilməsi mümkün deyil. Həmin yer iddiaçı Qüdrətin ərazisidir. Həmin ev nikah dövründə onun sayəsində tikilib. Məhkəmə iclasının vaxtı və yeri barəsində üçüncü şəxslər lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə onların məhkəmə iclasına gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Resublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Əvvəlki məhkəmə iclaslarında cavabdeh tərəf göstərmişdir ki, mübahisəli ev qeydiyyata alınmasa da mövcuddur. Cavabdehin uşaqları həmin evdə anadan olub. Ev 2 mərtəbəlidir, 8 otaqdan ibarətdir. Həmin ev onun vəsaiti ilə tikilmişdir, evin sənədi yoxdur. Ev 2008-ci ilin sentyabr ayında tikilib, 2010-cu ildə isə həmin evə köçüblər. Cavabdehin oğlu var, həmin evə köçüb orda yaşayacaq. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında üçüncü şəxslər X6, X11 və X5 iddianı müdafiə edərək cavabdehə məxsus əmlakların evdən çıxarılmasını xahiş edirlər. Məhkəmə tərəflərin izahatlarıını dinləyib, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş; -Nikahın pozulması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, İddiaçı2 ilə Cavabdeh arasında nikah Xaçmaz rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. -Torpağın mülkiyyətə verilməsinə dair JN-009A saylı, 30223058 kodlu şəhadətnamənin surətindən müəyyən olunur ki, Aqrar İslahat Komissiyasının 28 aprel 1998-ci il tarixli 05 saylı qərarı ilə İddiaçı1 və ailə üzvlərinin mülkiyyətinə 0,35 ha torpaq sahəsi verilmişdir. -X7 iştirak edilməsi barədə xx.xx.2024-cü il tarixli arayışdan müəyyən olunur ki, iddiaçı X7 iştirak etmiş, cavabdeh isə iştirak etməmişdir. -məhkəmənin verdiyi sorğuya əsasən alınmış Daşınmaz Əmlakın Dövlət Kadastrı və X15 Şəxsi 5 saylı Xaçmaz Ərazi idarəsinin 24 fevral 2025-ci il tarixli məktubundan müəyyən olunur ki, Xaçmaz rayonu Şərif oba kəndində İddiaçı1 və X2 adına fərdi yaşayış evi qeydə alınmamışdır. Adlarına ümumbirgə 0.35 ha həyətyanı torpaq sahəsi qeydə alınmışdır. -iş materiallarından müəyyən olunur ki, İddiaçı2 ilə Cavabdeh arasında nikah xx.xx.2008-ci il tarixdə qeydə alınmışdır. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı2 Cavabdeh ilə rəsmi nikah qeyd etdirməklə xx.xx.2008-ci il tarixdə ailə qurmuşlar. Xaçmaz rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən nikahları pozulmuşdur. Cavabdeh hazırda valideynlərinin evində yaşayır, lakin ona məxsus əşyalar iddiaçıların evindədir. İddiaçılar həmin əmlakların yerləşdiyi otaqdan bir mülkiyyətçi kimi istifadə edə bilmədiyini və onlara mane törətdiyini bildirir. Cavabdeh tərəf əşyalarının həmin evdə olmasını etiraf edir, əmlaklarını aparmağa başqa yeri olmadığını, gələcəkdə uşaqları ilə birlikdə həmin evdə yaşamaq fikrinin olduğunu bildirir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 135.4-ci maddəsinə əsasən əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir 135.10-ci maddəsinə əsasən adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvlərinin (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüquqlarına malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqların həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarı ilə 2000-ci ilin sentyabr ayının 1-dək yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı yaranmış mübahisələr Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun, 2000-ci ilin sentyabr ayının 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı yaranmış mübahisələr Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun həll edilir. Beləliklə, iş materiallarından və tərəflərin izahatlarından müəyyən olundu ki, mübahisə predmeti olan yaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, həmin ev iddiaçılara məxsus pay torpağında tikilmişdir. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi mövqedən çıxış edərək qeyd edir ki, vahid mülkiyyət qaydasına uyğun olaraq, mübahisəli ev onun yerləşdiyi torpaq sahəsinin tərkib hissəsidir, dolayısı ilə də onlar vahid daşınmaz əşya hesab edilir. Bir əşya başqa bir əşyanın tərkib hissəsinə çevrildiyi andan müstəqil əşya vəsfini itirir, əsas əşyanın hüquqi vəziyyətinə tabe olur. Bu o deməkdir ki, əsas əşyanın mülkiyyətçisi tərkib hissənin də mülkiyyətçisi hesab olunur. Məhkəmə hesab edir ki, iddiaçılara məxsus 0.35 ha torpaq sahəsində fərdi yaşayış evinin mövcudluğu və cavabdehə məxsus əmlakların həmin evdə olması hazırkı mülki işin mübahisəsiz hallarıdır. Həmçinin, iddiaçı və cavabdeh tərəfin izahatları ilə müəyyən olunmuşdur ki, həmin fərdi yaşayış evinin tikintisinə iddiaçı X10 ilə cavabdeh X8 xx.xx.2008-ci il tarixdə nikaha daxil olduqdan sonra başlanılmış, 2010-cu ildə onlar həmin evə köçmüşlər, ayrıldıqları vaxtda qədər həmin evdə birgə yaşamışlar. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin gələcəkdə həmin evə dair müəyyən tələblərinin ola biləcəyi nəzərə alınaraq, hazırkı vəziyyətdə iddia tələbinin təmin edilməsi mümkün deyildir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında“ 12 ” mart 2024-cü il tarixli Qərarının 4.11-ci bəndində əsasən Mülki Məcəllənin 180.2-ci maddəsinə müvafiq olaraq, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmədiyi üçün həmin tikili müstəqil daşınmaz əşya kimi ər-arvad arasında bölgünün predmeti ola bilməz. Bununla yanaşı, ər-arvadın ümumi əmlakının bölünməsi barədə mübahisə həll edilənə qədər özbaşına tikinti sökülməyibsə, o, fiziki obyekt olaraq özündə ər-arvadın əməyinin və xərclərinin nəticəsini ifadə edən maddi dəyərdir. Odur ki, mübahisə olduğu halda, məhkəmə obyektiv səbəblərdən özbaşına tikintinin faydalı xassələrindən istifadə etmək imkanlarından məhrum olan ərin (arvadın) iddiası əsasında onların ümumi əmlakı hesabına inşa edilməsinə və ya faktiki əldə olunmasına sərf olunmuş ümumi vəsaitin əmlakdakı payına mütənasib olan hissəsini arvaddan (ərdən) tutmaqda haqlıdır. Qərarın 4.16-cı bəndinə əsasən özbaşına tikililər və tikintisi başa çatmayan binanın tərkib hissələrinə dair yuxarıda qeyd olunanlar Ailə Məcəlləsinin 7-ci fəslinin normalarının mənasına əsaslanır, sözügedən tikililər məhkəmə qərarı ilə əşya hüquqlarının tanınması hesab olunmur və dövlət orqanının üzərinə onlara dair qeydiyyat aparmaq vəzifəsi qoymur. Həmin predmetlərin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı qanunla müəyyən olunmuş qaydada aparılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi əsassızdır, təmin edilməməlidir. Məhkəmə iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238, 241-242, 252-253-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı “əmlakın evdən çıxarılması” tələbinə dair iddiası təmin olunmasın. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Əliyeva
Məhkəmə qərarları › İş №2(067)-516/2025
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-516/2025
02.04.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver