Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-55/2023 02.11.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi X3, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlakın qanunsuz sahiblikdən geri alınması və sair tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı məhkəmədə iddia qaldıraraq Cavabdeh qanunsuz sahibliyindən özbaşına olaraq istifadə etdiyi 0.20 ha torpaq sahəsini istifadəsinə qaytarmaqla, zərərin əvəzi olaraq cavabdehdən 15.000 manat pulun və ödənilmiş 100 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, torpağa mülkiyyət hüququna dair JN 0090 saylı, 30219078 kodlu Dövlət Aktına müvafiq olaraq onun və ailə üzvlərinin xüsusi mülkiyyətinə Xaçmaz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 12 saylı qərarına uyğun olaraq Xaçmaz rayon Müzəffər-oba kəndi ərazisində 1.20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Qeyd olunan torpaq sahəsi iki hissədən ibarətdir. Torpaq sahəsinin 1.0 ha hissəsini xx.xx.2006-cı ildə digər vətəndaşa satmışdır. Qalan 0.20 ha hissəsini cavabdeh öz başına olaraq özünə məxsus torpaq sahəsinə birləşdirərək istifadə edir. Dəfələrlə torpaq sahəsini istifadəsinə qaytarmağını xahiş və tələb etdikdə, cavabdeh nəinki torpağını qaytarmamış, əksinə torpağı geri tələb etdiyinə görə təhqir edir. Qeyd olunan 0.20 ha torpaq sahəsindən hər il orta hesabla 1000 manat gəlir götürə bilərdi ki, 15 il ərzində həmin mənfəət əlindən çıxmışdır. Cavabdeh götürə bilməyəcəyi mənfəətin dəyəri olan 15.000 manat pulu ona qaytarmalıdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, neçə illərdir ki, cavabdehlə zəbt edilən torpağa görə mübahisə davam edir. Cavabdeh torpaqdan qanunsuz olaraq istifadə edir. Köhnə evinin yolu oradan düşürdü. Torpağın ona məxsus olduğuna dair sənədlər də var. Yəni o, cavabdehdən torpağı elə belə tələb eləmir. Torpağa baxış keçirilən zaman da o, orada iştirak etmişdir. Müəyyən olundu ki, 0,6 ha torpaq sahəm zəbt olunub. Lakin cavabdeh onun 0,20 ha torpaq sahəsini zəbt edib. Cavabdehdən heç 15000 manat pulu da istəmir. Ona öz ruzisi bəs edir. Sadəcə zəbt etdiyi torpağı geri qaytarmasını tələb edir. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, cavabdehin təqdim etdiyi sənədlərdə Müşkür kəndi yazılıb. Amma mübahisə olunan torpaq Müzəffər-oba kəndində yerləşir. Bu düzgün deyil. Bunun həmin kəndə nə aidiyyatı var. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Torpağa mülkiyyət hüququna dair JN 0090 saylı, 30219078 kodlu Dövlət Aktından müəyyən olunur ki, iddiaçı və ailə üzvlərinin xüsusi mülkiyyətinə Xaçmaz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 12 saylı qərarına uyğun olaraq Xaçmaz rayon Müzəffər-oba kəndi ərazisində 1.20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın AN-1№ ******* saylı alqı-satqı müqaviləsindən müəyyən olunur ki, torpaq sahəsinin 1.0 ha hissəsini xx.xx.2006-cı ildə digər vətəndaş X1. İş materiallarında olan Məhdudiyyət (yüklülük) haqqında Arayışdan müəyyən olunur ki, Xaçmaz rayon Müzəffər-oba kəndində yerləşən JN 0090 Kod 30219078 qeydiyyat nömrəli xx.xx.1999-cu il tarixli Dövlət aktı əsasında İddiaçı mülkiyyətdə olan 1.20 ha torpaq sahəsi üzərində hüququn məhdudlaşdırılması (yüklülüyü) haqqında məlumat Xaçmaz rayon Ərazi İdarəsində qeydə alınmamışdır. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 24 avqust 2023-cü il tarixli, 10/3682 saylı rəyindən müəyyən olunur ki: -Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi S.Abbasovun mütəxəssis rəyində qeyd edilir ki, torpağa mülkiyyət hüququna dair JN-0090 saylı 30219078 kodlu dövlət aktına əsasən ünvan 1i ünvanında yerləşən İddiaçı və qeyrilərinin mülkiyyətində (qanuni istifadəsində olan 1,20 ha torpaq sahəsinin sərhədləri müəyyən edildi (sxem əlavə olunur). -Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi S.Abbasovun mütəxəssis rəyində qeyd edilir ki, torpağa mülkiyyət hüququna dair JN-Q090 saylı 30219078 kodlu dövlət aktına əsasən ünvan 2i ünvanında yerləşən İddiaçı və qeyrilərinin mülkiyyətində (qanuni istifadəsində) olan 1,20 ha torpaq sahəsindən, Cavabdeh tərəfindən 0.0654 ha hissəsi istifadə olunur. -Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi S.Abbasovun mütəxəssis rəyində qeyd edilir ki, cavabdeh tərəfindən 0.0654 ha hissəsi istifadə olunur. Hansı hissələrdə istifadə olunması sxemdə əks olunur. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Hazırkı mübahisə ilə bağlı aparılmış araşdırma zamanı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, məhkəmə ekspert rəyini mötəbər sübut kimi qəbul edərək, iddia tələbinin qismən təmin olunması qənaətinə gəlir. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi qismən təmin olunmalıdır. MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. «İnsan hüquqları haqqında Ümumi Bəyannamə»nin 8-ci maddəsinə əsasən hər bir şəxs konstitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin 2-ci hissəsinə əsasən, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İnsan Hüquqlarının və X5 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllənin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.2.-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.3.-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinin tələblərinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Torpaq Məcəlləsinin 18-ci maddəsinə görə ümumi istifadədə olan torpaqlarda yerləşən meydan, küçə, keçid, yol, sahil, park, meşə-park, xiyaban, bulvar, sututarlar, çimərlik və əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən digər obyektlər altındakı torpaq sahələri yaşayış məntəqələrinin torpaqlarının tərkibinə daxildir. Həmin Məcəllənin 20-ci maddəsinə görə yaşayış məntəqələrinin torpaqlarından onların baş planlarına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə və eləcə də yerquruluşu-təsərrüfat planlarına müvafiq surətdə istifadə edilir. Həmin Məcəllənin 47-ci maddəsinə əsasən ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin - küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir. Həmin Məcəllənin 49-cu maddəsinə görə hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ - torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 111.1-ci maddəsinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111.2-ci maddəsinə görə özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Həmin Məcəllənin 111.3-cü maddəsinə görə torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Məhkəmə işin müəyyən edilən faktiki hallarına hüquqi qiymət verib hesab edir ki, mübahisə predmeti olan torpaq sahəsi iddiaçının mülkiyyətindədir. Cavabdeh də iddiaçının mülkiyyətində olan 0,0654 ha torpaq sahəsindən istifadə edir. Bu fakt işdə olan mütəxəssis və ekspert rəyləri ilə təsdiq olunur. Hazırki iş üzrə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddia qismən əsaslıdır. Cavabdehin iddiaçıya məxsus torpaq sahəsinin 0.0654 ha hissəsindən istifadə etməsi iddiaçının mülkiyyətində olan torpaq sahəsinə müdaxilə kimi qiymətləndirilməlidir ki, bu da qanunla qadağandır. Göstərilənlərə əsasən məhkəmə iddianın həmin hissədə qismən əsaslı olduğundan təmin edilməsi nəticəsinə gəlir. Bununla belə, iddianın zərərin əvəzinin ödənilməsi ilə bağlı hissəsinin əsaslı olması barədə işdə hər hansı mötəbər sübut yoxdur. İddiaçı Cavabdeh ona 15.000 manat zərər vurduğunu iddia etsə də, bu barədə işdə hər hansı legitim sübut mövcud deyil. İddiaçı bununla bağlı heç bir sübutunu məhkəməyə təqdim edə bilmədi. Ona görə də məhkəmə həmin hissədə iddianın təmin edilməməsi qənaətinə gəlir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməli, ünvan 1i ünvanında yerləşən İddiaçı və qeyrilərinin mülkiyyətində (qanuni istifadəsində olan 1,20 ha torpaq sahəsinin) olan torpaq sahəsinin 0.0654 ha hissəsi Cavabdeh istifadəsindən geri alınaraq İddiaçı istifadəsinə qaytarılmalı, iddia qalan hissədə təmin edilməməlidir. İddia qismən təmin edildiyindən məhkəmə hesab edir ki, aparılmış ekspertiza tədqiqatının dəyəri kimi 50 manat pulun 25 manat hissəsi İddiaçı, 25 manat hissəsi isə Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməli, dövlət rüsumu kimi ödənilmiş 100 manat pulun yarısı, yəni 50 manat pul Cavabdeh tutularaq İddiaçı verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı Cavabdeh qarşı əmlakın qanunsuz sahiblikdən geri alınması və sair tələbinə iddia tələbi qismən təmin olunsun. ünvan 1i ünvanında yerləşən İddiaçı və qeyrilərinin mülkiyyətində (qanuni istifadəsində olan) 1,20 ha torpaq sahəsinin 0.0654 ha hissəsi Cavabdeh istifadəsindən geri alınaraq İddiaçı istifadəsinə qaytarılsın. İddia qalan hissədə təmin olunmasın. Aparılmış ekspertiza tədqiqatının dəyəri kimi 50 manat pulun 25 manat hissəsi İddiaçı, 25 manat hissəsi isə Cavabdeh alınaraq X4, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VOEN ********** AZ34CTRE******************** hesaba keçirilsin. Dövlət rüsumu kimi ödənilmiş 100 manat pulun yarısı, yəni 50 manat pul Cavabdeh tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №2(067)-55/2023
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-55/2023
02.11.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver