Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-570/2024 18.01.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, Məhkəmə iclas katibi X11, Ərizəçi nümayəndəsi Nümayəndə, Maraqlı şəxs nümayəndəsi X8 iştirakları ilə, Ərizəçi «Şəxsin vəfat etməsi faktının müəyyən edilməsi tələbi»nə dair mülki işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, əri X5 12 aprel 2012-ci ildə Xaçmaz şəhərində vəfat etməsi hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilən Ərizəçi nümayəndəsi Nümayəndə ərizəni müdafiə edərək izahatında göstərdi ki, Ərizəçi onun doğma bacısıdır. Bacısı Ərizəçi 08 avqust 1987-ci il tarixdə X9 ilə rəsmin nikah qeyd etdirməklə evlənmiş və birgə nikahlarından 3 nəfər uşaqları anadan olmuşdur. Uzun birgə yaşamışlar. Bacısı Xalidənin əri Çingiz 12 aprel 2012-ci il tarixdə Xaçmaz şəhərində yaşadığı ünvanda vəfat etmiş və ünvan 2ısı qanunu bilmədiyindən vaxtında ərinin ölümü barədə həkim arayışı almamışdır. Hazırda vərəsəlk məsələlərinin hlli ilə bağlı zərurət yarandığından bacısından mərhum həyat yoldaşınınölüm şəhadətnaməsi tələb olunmuşdur. Bununla bağlı Xalidə ölüm şəhadətnaməsi verilməsindən ötrü Maraqlı şəxsnə müraciət etmişdir. Lakin vaxtında ərinin ölümü barədə həkim arayışı almadıqlarından və bu arayışın alınması üçün qanunla müəyyən olunmuş vaxt ötürüldüyündən qeydiyyat şöbəsi tərəfindən ölüm haqqında şəhadətnamənin verilməsi mümkün olmamış və ona şəxsin vəfat etməsi faktının müəyyən edilməsi ilə əlaqədar məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Ona görə də o, hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Göstərilənlərə əsasən ərizənin təmin edilməsini, X5 12 aprel 2012-ci ildə Xaçmaz şəhərində vəfat etməsi hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında dindirilən Maraqlı şəxs nümayəndəsi X12 göstərdi ki, Ərizəçi Maraqlı şəxsnə müraciət edərək 12 aprel 2012-ci ildə Xaçmaz şəhərində vəfat etmiş əri X9 üçün ölüm haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Lakin ölüm haqqında şəhadətnamə verilməsi üçün şəxsin ölümü barədə tibb müəssisəsinin arayışını təqdim edə bilmədiyindən ərizəçinin müraciətinin həlli mümkün olmamış və ərizəçiyə şəxsin vəfat etməsi faktının müəyyən edilməsi ilə əlaqədar məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Ərizənin təmin olunmasına etirazı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilən X3 göstərdi ki, Ərizəçinu uzun müddətdir ki, qonşusu kimi tanıyır. X9 ərizəçinin əri olmuşdur. Həqiqətən ərizəçinin əri X9 12 aprel 2012-ci ildə Xaçmaz şəhərində yaşadığı ünvanda vəfat etmiş, qohm və qonşuların iştirakı ilə qeyd olunan tarixdə dəfn olunmuşdur. Mərhumun yas mərasimində bir qonşu kimi iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən ərizəçinin digər qonşusu X7 şahid X1 ifadəsi ilə eyni məzmunlu ifadə vermiş və Ərizəçi əri X5 həqiqətən də 12 aprel 2012-ci ildə Xaçmaz şəhərində yaşadığı ünvanda vəfat etməsini və mərhumun qeyd edilən tarixdə qohumların və qonşuların iştirakı ilə dəfn olunmasını, mərhumun yas mərasimində şəxsin iştirak etdiyini bir daha təsdiq etmişdir. İş materiallarında olan şəxsiyyət vəsiqəsi məlumatları barədə Elektron portaldan çıxarışdan görünür ki, Ərizəçi ünvan 3 ünvanında qeydiyyatdadır. İş materiallarında olan şəxsiyyət vəsiqəsi məlumatları barədə Elektron portaldan çıxarışdan görünür ki, Ərizəçi əri X2 şəhəri, Qələbə küçəsi ev 11, mənzil 4 ünvanında qeydiyyatda olmuşdur. İş materiallarında olan xx.xx.1987-ci il tarixli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə xx.xx.1961-ci il təvəllüdlü X9 08 avqust 1987-ci ildə rəsmin nikah qeyd etdirməklə evlənmişlər. İş materiallarında olan şahidlərin iştirakı ilə tərtib olunaraq Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Xaçmaz şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Ərizəçi əri X9 həqiqətən xx.xx.2012-ci ildə vəfat etmiş, mərhumun hüzür mərasimi ünvan 4 ünvanında keçirilmişdir. X2 rayonunun Köhnə-Xaçmaz kənd qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarında olan fotoşəkillərdən görünür ki, ərizəçinin mərhum əri X5 qəbir abidəsinin fotoşəkili çəkilmiş, qəbir daşının üzərində mərhumun soyadı, adı və atasının adı, doğulduğu və vəfat etdiyi illər həkk olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X15 Ərazi Bölmələrini İdarəetmə Birliyi «Xaçmaz rayon Mərkəzi Xəstəxanası» Publik Hüquqi şəxsinın baş həkimi tərəfindən verilmiş 06 iyun 2023-cü il tarixli, PHŞ-6-43/2-1750/2023 saylı məktubdan görünür ki, 1961-ci il təvəllüdlü X5 xx.xx.2012-ci ildə vəfatı barədə ölüm haqqında tibbi şəhadətnamənin verilməsi haqqında Xaçmaz MRX-da heç bir məlumat yoxdur. Mülki işə əlavə edilmiş Maraqlı şəxs verdiyi 06 iyun 2023-cü il tarixli, 98 saylı məktubdan görünür ki, Ərizəçi Qeydiyyat Şöbəsinə müraciəti ilə əlaqədar sonuncunun mərhum əri X5 xx.xx.1961-xx.xx.2023-cü illər üzrə Maraqlı şəxsndə ölümünün qeydə alınıb-alınmaması yoxlanılmışdır. Lakin mərhumun Qeydiyyat Şöbəsində göstərilən illər üzrə ölüm akt qeydi tapılmamışdır. Ərizəçiyə rəsmi qaydada izah edilmişdir ki, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda ölüm şəhadətnaməsinin verilməsi mümkün deyildir və ölüm faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Bununla əlaqədar məhkəməyə müraciət edə bilər. Məhkəmə ərizəçinin nümayəndəsinin və maraqlı şəxsin nümayəndəsinin izahatlarını və şahidlərin ifadələrini dinləyərək, mülki iş üzrə toplanmış sənədləri hərtərəfli tədqiq edib belə bir nəticəyə gəlir ki, ərizə əsaslıdır, ona görə də təmin edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, xx.xx.1961-ci ildə Xaçmaz rayonunun Köhnə Xaçmaz kəndində anadan olmuş X9 Ərizəçi əri olmuşdur. Ərizəçi ilə X9 08 avqust 1987-ci ildə rəsmin nikah qeyd etdirməklə evlənmişlər. Ərizəçinin əri Çingiz Əhmədov 12 aprel 2012-ci ildə Xaçmaz şəhərində yaşadığı ünvanda vəfat etmiş və qeyd olunan tarixdə o, qohumların və qonşuların iştirakı ilə Xaçmaz rayonunun Köhnə-Xaçmaz kənd qəbirstanlığında dəfn edilmişdir. Çingiz Əhmədov 12 aprel 2012-ci ildə vəfat etməsinə baxmayaraq ərizəçi və yaxın qohumları hüquqi savadsızlıqdan mərhumun ölümü barədə vaxtında həkim arayışı almamış və mərhumun ölümünü Qeydiyyat orqanında qeydiyyata aldırmamışlar. Bunun gələcəkdə hansı hüquqi nəticələrə səbəb olacağına əhəmiyyət verməmişlər. Vərəsəlik məsələlərinin həlli ilə bağlı yaxın vaxtlarda Ərizəçi aidiyyatı orqanlara müraciət edərkən ondan mərhum ərinin ölüm haqqında şəhadətnaməsi tələb olunmuşdur. Bu səbəbdən də o, əri üçün ölüm şəhadətnaməsi verilməsindən ötrü Maraqlı şəxsnə müraciət etmişdir. Lakin vaxtında ərinin ölümü barədə həkim arayışı alınmadığından və bu arayışın alınması üçün qanunla müəyyən olunmuş vaxt ötürüldüyündən qeydiyyat şöbəsi tərəfindən ölüm haqqında şəhadətnamənin verilməsi mümkün olmamış və ona şəxsin vəfat etməsi faktının müəyyən edilməsi ilə əlaqədar məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Ona görə də Ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Qeyd edilən hüquqi faktın müəyyənləşdirilməsində Ərizəçi məqsədi yalnız gələcəkdə vərəsəlik məsələrini həll etməkdən ibarətdir. Hansı ki, həmin hüquqi faktın məhkəmədən kənar digər orqanlarda müəyyən edilməsi mümkün deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxsin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları, o cümlədən də şəxsin vəfat etməsi faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Həmin Məcəllənin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bütün yuxarda şərh edilib göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, ərizə təmin edilməklə, Ərizəçi əri X5 12 aprel 2012-ci ildə Xaçmaz şəhərində vəfat etməsi hüquqi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 233, 307-311, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Ərizəçi əri X5 12 aprel 2012-ci ildə Xaçmaz şəhərində vəfat etməsi hüquqi faktı müəyyən edilsin. Qətnamənin icrası Maraqlı şəxsnə həvalə edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Nərmin Abiyeva.
Məhkəmə qərarları › İş №2(067)-570/2024
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-570/2024
18.01.2024 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver