Məhkəmə qərarları › İş №2(067)-573/2022

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-573/2022

29.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-573/2022 29.04.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi X4, Ərizəçi iştirakı ilə, Ərizəçi doğumun qeyd edilmə faktının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, onun xx.xx.1941-ci il tarixdə Ermənistan Respublikasının Vedi rayonunda doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.1941-ci ildə Ermənistanın Vedi rayonunda anadan olmuşdur. Valideyinləri atası X8, anası X3 hər ikisi vəfat etmişlər. Hazırda atasından miras qalmış Xaçmaz rayonunun Müşkür kəndində yerləşən 0,08 ha həyətyanı torpaq sahəsini vərəsəliklə adıma keçirmək istəyərkən onun doğum haqqında şəhadətnaməm tələb olunur. Halbuki Ermənistanda doğulduğuna görə doğum haqında şəhadətnaməsini əldə etmək mümkün olmamışdır. Atası 02.02 .1994-cü ildə vəfat etdikdən sonra ondan miras qalmış torpaq sahəsini faktiki olaraq o idarə edir. Onun həqiqətəndə xx.xx.1941-ci ildə Ermənistanın Verdi rayonunda doğulması adına verilmiş şəxsiyyət vəsiqəsi ilə təstiq olunur. Bundan başqa Müşkür kəndində yaşayan qohumları, daha doğrusu Ermənistanda doğulmuş şəxslər təstiq edə bilərlər ki, o, həqiqətəndə 1941ci ildə doğulmuş, atası X5, anası isə X2r. Vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2021-ci ilədək daxil edilmiş aktlar üzrə yoxlama aparılmış və doğum haqqında akt qeydi aşkar olunmamışdır. Bu da xx.xx.2021-ci il tarixli 461 saylı rəsmi arayışla təstiq olunur. Başqa sözlə hüquqi faktı təstiq edən sənədi başqa qaydada almaq mümkün olmamışdır. Hazırda vərəsəlik məsələlərinin həlli ilə əlaqədar çətinlik yarandığından faktın təsdiq olunması əhəmiyyət kəsb edir. Məhkəmə iclasında Ərizəçi ərizəsində yazılanları müdafiə edərək ərizəsində göstərilənlərə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, o xx.xx.1941-ci ildə Ermənistan Respöublikasının Vedi rayonunda anadan olmuşdur. X1 və X3 olublar. Onların hər ikisi vəfat ediblər. Hazırda atasından miras qalan Xaçmaz rayonunun Müşkür kəndində yerləşən 0,08 ha həyətyanı torpaq sahəsini vərəsəliklə adına keçirmək istəyərkən, ondan doğum haqqında şəhadətnaməsi tələb olunmuşdur. Onun doğum haqqında şəhadətnaməsi isə yoxdur. Məlum hadisələrlə bağlı Ermənistan Respublikasından Azərbaycana köçüb gəlmişdir və doğum haqqında şəhadətnaməsi harada olduğunu bilmir. Buradan da yeni doğum haqqında şəhadətnaməsi ala bilmir. Atasından miras qalan əmlakı öz adına rəsmiləşdirmək üçün doğum haqqında şəhadətnaməsi zəruri olduğuna görə hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəsinin təmin edilməsini xahiş edir. Onun doğum haqqında şəhadətnaməsi yoxdur. Anasının doğum və ölüm haqqında sənədləri, şəxsiyyətini təsdiq edən sənədi yoxdur. Anasıyla atasının nikah haqqında sənədi yoxdur. Xaçmaz rayonunun Müşkür kəndində yerləşən 0,08 ha həyətyanı torpaq sahəsindən o istifadə edir. Ərizəsində göstərdiyi hallar şahidləri təsdiq edə bilərlər. İş üzrə Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 bildirmişdir ki, ərizəçi ilə qonşu olmuşlar, həm də uzaq qohumdurlar, münasibətləri yaxşıdır. O xx.xx.1949-cu ildə Ermənistan Respublikasının Vedi rayonunun Şirazi kəndində doğulmuşdur. Orada yaşayarkən Ərizəçi ilə qonşu olmuşlar. 1968-ci ildə Azərbaycan Respublikasına köçmüşlər. O bildirir ki, Ərizəçi xx xxxx 1941-ci ildə Ermənistan Respublikasının Vedi rayonunda anadan olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 bildirmişdir ki, ərizəçi əmisinin gəlinidir, münasibətləri yaxşıdır. O 1938-ci ildə Ermənistan Respublikasının Vedi rayonunun Şirazi kəndində doğulmuşdur. Ərizəçi əmisinin gəlinidir. 1966-cı ildə Azərbaycan Respublikasına köçmüşlər. O da təsdiq edir ki, Ərizəçi xx xxxx 1941-ci ildə Ermənistan Respublikasının Vedi rayonunda anadan olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 bildirmişdir ki, ərizəçi ilə qohumdur, münasibətləri yaxşıdır. O xx.xx.1962-ci ildə Ermənistan Respublikasının Ararat rayonunda doğulmuşdur. Ərizəçi isə xx xxxx 1941-ci ildə Ermənistan Respublikasının Vedi rayonunda anadan olub. 1968-ci ildə Azərbaycan Respublikasına köçmüşlər. Təsdiq edir ki, Ərizəçi xx xxxx 1941-ci ildə Ermənistan Respublikasının Vedi rayonunda anadan olub. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyərək, iş materiallarını tədqiq etməklə hesab edir ki, ərizə əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZE serialı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1941-ci ildə Ermənistan, Vedi rayonunda anadan olmuşdur. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2021-ci il tarixli 461 saylı arayışından müəyyən olunur ki, xx.xx.1941-ci il tarixdə anadan olmuş Ərizəçi doğum haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2021-ci il tarixədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmışdır və doğum haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan İV-ЖГ seriyalı 406712 saylı ölüm haqqında şəhadətnamədən müəyyən olunur ki, X8 xx.xx.1994-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan Г-ЗЖГ seriyalı 084108 saylı nikah haqqında şəhadətnamədən müəyyən olunur ki, X11 ilə X12 xx.xx.1959-cu il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə həyatı qurmuşdur. Nikahdan sonra X12 “Məmmədov” soyadını qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə görə məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsində isə təsbit edilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 2.5-ci maddəsinə görə doğumun qeydə alınması üçün aşağıdakı sənədlər təqdim edilməlidir: 2.5.1. valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər; 2.5.2. valideynlərin nigah haqqında şəhadətnaməsi; 2.5.3. doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd; 2.5.4. uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd; 2.5.5. uşaq ölü doğulubsa, onun ölü doğulması barədə həkimin verdiyi sənəd; 2.5.6. uşaq, ana tibb müəssisəsindən çıxmamışdan əvvəl ölübsə, doğum və ölüm barədə həkimin verdiyi sənəd; 2.5.7. valideynlərindən biri, yaxud hər ikisi əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olduqda onların Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olması barədə sənəd. Həmin Qaydanın 2.6-cı bəndində isə təsbit edilmişdir ki, bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan əsaslar olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə nəzərə alır ki, ərizəçinin xahişi hüquqi nəticə doğuran faktların müəyyən olunmasına dairdir. Bununla yanaşı, həmin faktın müəyyən olunmasının ona nə məqsəd üçün lazım olduğu, habelə ərizəçi tərəfindən lazımi sənədləri almanın mümkün olmadığı onun tərəfindən təqdim olunan sübutlarla təsdiq olunur. Məhkəmə tərəfindən ərizəçinin izahatı və şahidlərin ifadələri ilə müəyyən edilmişdir ki, Ərizəçi xx.xx.1941-ci il tarixdə Ermənistan Respublikasının Vedi rayonunda anadan olması müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərkən hesab edir ki, Ərizəçi xx.xx.1941-ci il tarixdə Ermənistan Respublikasının Vedi rayonunda doğumunun qeyd edilmə faktı müəyyən edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1941-ci il tarixdə Ermənistan Respublikasının Vedi rayonunda doğumunun qeyd edilmə faktı müəyyən edilsin. Bu qətnamə doğum haqqında qeyd kitabında Ərizəçi xx.xx.1941-ci il tarixdə Ermənistan Respublikasının Vedi rayonunda doğulmasının qeydə alınması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar