Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-583/2024 17.09.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iştirakı ilə ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı uşaq tələbinə dair iddiası və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı sabit məbləğdə aliment tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə Xaçmaz rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı uşaq tələbinə tələbinə dair iddia ərizəsi ilə məhkəməsinə müraciət edərək, xx.xx.2017-ci ildə doğulmuş qızı X2 ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh alınaraq onun himayəsinə verilməsi, azyaşlı uşaqları - xx.xx.2017-ci il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X1 üçün cavabdehdən hər ay hər uşaq üçün 220 manat, cəmi 440 manat sabit məbləğdə alimentin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki Cavabdeh ilə 2017-ci ilin dekabr ayında faktiki nikah münasibətlərinə daxil olmaqla ailə qurmuşlar. Cavabdehin səhlənkarlığı üzündən nikahlarını rəsmiləşdirməmişlər. Birgə nikahdan xx.xx.2017-ci ildə Fatimə və xx.xx.2019-cu ildə Rüqayə adlı uşaqları anadan olmuşdur. Cavabdehlə birgə yaşadıqları dövrdə əvvəlcə münasibətləri yaxşı olsa da, son bir il ərzində münasibətləri pozulmuş, nəhayət təxminən 6 ay bundan əvvəl cavabdeh uşaqlarla birlikdə yaşadıqları ünvan 1 ünvanından qovmuşdur. Bir neçə gündən sonra cavabdeh Xudat şəhərinə gələrək uşaqla ünsiyyət adı ilə Fatiməni Ağdaş şəhərinə öz evlərinə aparmışdır. Hazırda Fatimə cavabdehin yanında, Rüqayə isə onun yanında qalır. Uşaqların ana qayğısına ehtiyaclar vardır. Uşaqlar bir-birinə bağlı olmaqla ona daha çox bağlılıqları var. Dəfələrlə cavabdehdən uşağı qaytarmasını tələb etmiş, lakin cavabdeh uşağı qaytarmaqdan imtina etmişdir. Telefonla danışarkən uşaq dəfələrlə onu öz yanına aparmasını istəmişdir. Uşağın deməsinə görə o, atasının yanında yaşamaq istəmir, ona yaxşı baxmırlar, hətta döyürlər. O, qızı Fatimənin də digər qızı Rüqayə ilə birlikdə özünün yanında yaşamalarını istəyir. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddianın həcminin azaldılmasına dair məhkəməyə ərizə verərək, xx.xx.2017-ci ildə doğulmuş qızı X2 ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh alınaraq onun himayəsinə verilməsi hissəsində barədə qətnamə qəbul edilməsini xahiş etmiş, qızı Fatimənin yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən aliment tutulmasını tələb etməmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı aliment tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddianın rədd edilməsi, qızı xx.xx.2017-ci ildə doğulmuş qızı X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat sabit məbləğdə alimentin ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddiasını onunla əsaslandırmışdır ki, o, iddiaçının yanında olan qızına baxmaqdan, onun ehtiyaclarını ödəməkdən imtina etməmiş, dəfələrlə iddiaçıya qızı Rüqayəni onun himayəsinə verməsini, azyaşlı qızının yanında yad kişilərlə eşq yaşamasının əxlaqa zidd olduğunu demişdir. Ancaq iddiaçı buna məhəl qoymamışdır. Hazırda qızı Fatimə özünün yanındadır və onun bütün ehtiyaclarını ödəyir. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və iddiasının təmin edilməsini xahiş etmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məhkəmə bildirişi çatdırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə teleqram göndərərək, iddianı qəbul etmədiyini bildirmişdir. Bundan əlavə teleqramda serroz xəstəsi olmasını və hazırda işləmədiyini qeyd etmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını, o cümlədən cavabdehin iddiaya qarşı etirazını araşdıraraq, hesab edir ki, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı uşaq tələbinə dair iddiası təmin edilməli, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı sabit məbləğdə aliment tələbinə dair qarşılıqlı iddiası rədd edilməlidir. Belə ki, məhkəmə araşdırması iddiaçının izahatından müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh 2017-ci ilin dekabr ayında faktiki nikah münasibətlərinə daxil olmaqla ailə qurmuşlar, nikahlarını rəsmi qeydə aldırmamışlar. İş materiallarında olan xx.xx.2023-cü il tarixli doğum haqqında arayışdan müəyyən olunur ki, X6 xx.xx.2017-ci ildə Ağdaş rayonunda doğulmuşdur. Onun atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli doğum haqqında arayışdan müəyyən olunur ki, X7 xx.xx.2019-cu ildə Göyçay rayonunda doğulmuşdur. Onun atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ********** saylı ödəniş qəbzindən müəyyən olunur ki, İddiaçı məhkəməyə iddia ərizəsinin verilməsinə görə 45 manat məbləğində dövlət rüsumu ödəmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, İddiaçı mediasiya prosesi ilə bağlı Qusar rayon 1 saylı Mediasiya təşkilatının hesabına 55 manat məbləğində dövlət rüsumu ödəmişdir. İş materiallarında olan ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddiaya qarşı etiraz ərizəsindən müəyyən olunur ki, o, ilk iddianın baxılmamış saxlanılması, hazırkı iddia tələbinin onun yaşadığı yer üzrə Ağdaş rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh vəsatətini əsassız hesab edərək, təmin etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası 21 iyul 1992-ci il tarixində BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasını ratifikasiya etmiş, 1993-cü ildə “Uşaqların yaşaması, müdafiəsi və inkişafının təmin edilməsi haqqında” Ümumdünya Bəyannaməsinə, eləcə də X10 bir sıra Konvensiyalarına və digər mötəbər beynəlxalq aktlara qoşulmuşdur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Uşaq hüquqları haqqında” Qanun) 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair” 5 oktyabr 2012-ci il tarixli Qərarda formalaşdırdığı hüquqi mövqeyə əsasən, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda, uşağın öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır. Ailə Məcəlləsinin 11-ci fəslində ailədə uşaqların hüquqlarından bəhs olunur. Həmin fəsildə uşağın ailədə yaşamaq və tərbiyə olunmaq hüququndan, uşağın öz valideynləri və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququndan, uşağın öz fikrini bildirmək hüququndan, uşağın əmlak hüquqlarından və s. bəhs olunur. Həmin Məcəllənin 49.2 və 49.3-cü maddələrinə görə, hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 58.1.-ci maddəsinə əsasən valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Həmin Məcəllənin 58.2-ci maddəsinə əsasən valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 60.1-ci maddəsinə əsasən valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Həmin Məcəllənin 60.2.-ci maddəsinə əsasən valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən oluumuş qaydada məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 61.1.-ci maddəsinə əsasən uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyyə və təhsili ilə bağlı məsəllələrin həll edilməsində iştirak etmək hüququna malikdir. Həmin Məcəllənin 61.2.-ci maddəsinə uyğun olaraq uşaqlarından ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında yazılı saziş bağlaya bilərlər. Valideynlər razılığa gələ bilmədikdə, mübahisə onların tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə məhkəmə tərəfindən həll edilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 18-ci maddəsinə əsasən valideynlərinin hər ikisindən və ya birindən ayrı yaşayan uşağın onları tanımaq, habelə bu ona mənfi təsir göstərmirsə, valideynləri ilə ünsiyyətdə olmaq hüququ vardır. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Valideynlərin uşaqlar barəsində hüquq və vəzifələrinin həyata keçirilməsinə dövlət orqanlarının qarışmasına yalnız qanunla nəzərdə tutulmuş hallarda və uşağın maraqları naminə yol verilə bilər. Ailə Məcəlləsinin 3.0.4-cü maddəsində ana və uşaqların mənafeyinin hərtərəfli müdafiəsi və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsi Ailə Məcəlləsinin vəzifələrindən biri kimi təsbit edilmişdir. Məhkəmə hesab edir ki, hər bir halda yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla bunlar nəzərə alınmalıdır - uşağın yaşı, onun fikri, uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı, valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri, valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər, uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar. Valideynlərdən birinin maddi-məişət şəraitinin digərinə nisbətdə üstün olması uşağın həmin valideynin yanında qalmasının təmin olunması üçün mütləq əsas ola bilməz. Məhkəmə uşağın maraqlarının müdafiəsi üçün Ailə Məcəlləsinin 73-cü maddəsində nəzərdə tutulmuş qaydada qəyyumluq və himayə orqanını işdə iştirak etməyə cəlb etməlidir. Həmin orqan mübahisə ilə bağlı uşağın və ayrı yaşayan valideynlərin həyat şəraitini müayinə etməyə, müayinə aktını və mübahisəyə dair əsaslandırılmış rəyini məhkəməyə təqdim etməyə borcludur”. İş materiallarında olan Xaçmaz rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2024-cü il tarixli rəyindən müəyyən olunur ki, qəyyumuq orqanı xx.xx.2017-ci il təvəllüdlü X2 atası Cavabdeh alınaraq anası İddiaçı himayəsinə verilməsini məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan Ağdaş rayon İcra Hakimiyyətinin Qəyyumluq və himayəçilik komissiyasının xx.xx.2024-cü il tarixli rəyindən müəyyən olunur ki, qəyyumuq orqanı xx.xx.2017-ci il təvəllüdlü X2 atası Cavabdeh yanında saxlanılmasını məqsədəmüvafiq hesab etmişdir İş materiallarında olan Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 11/269 saylı rəyindən müəyyən olunur ki, xx.xx.2017-ci il təvəllüdlü X2 atası Cavabdeh bağlılığı üzə çıxmaqla, anası İddiaçı bağlılığı müəyyən olunmur. xx.xx.2017-ci il təvəllüdlü X2 bacısı, xx.xx.2019-cu il təvəllüdlü X5 bağlılığı, hissiemosional tələbatı yüksək olmaqla, uzun müddət ərzində ünsiyyətdə olmamaları onların emosional-iradi sferalarına neqativ təsir göstərə biləcəyi qeyd edilmişdir. İş üzrə cavabdeh iddia tələbinə qarşı dəlilinin əsası kimi iddiaçının əxlaqsız hərəkətlərlə məşğul olması, uşaqların tərbiyəsinə pis təsir göstərməsi ilə əsaslandırsa da, qeyd edilən halları təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Avropa Məhkəməsinin bir sıra qərarlarında qeyd olunmuşdur ki, valideynlə uşağın birlikdə olmaq hüququndan istifadə etmələri, "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın (bundan sonra Avropa Konvensiyası) 8-ci maddəsində (şəxsi və ailə həyatına hörmət hüququ) nəzərdə tutulmuş “ailə həyatı”nın fundamental elementini təşkil edir (valideynlər arasında əlaqələr qırılmış olsa belə) və daxili qanunvericilikdə bu hüquqdan istifadəyə maneə yaradan tədbirlərin nəzərdə tutulması, Konvensiyanın 8-ci maddəsi ilə qorunan hüquqa müdaxiləyə bərabərdir (Monori Rumıniya və Macarıstana qarşı; X9rşı; Kutsner Almaniyaya qarşı). Məhkəmənin bu mövqeyi həmçinin Berrehab Niderlanda qarşı iş üzrə qəbul edilən qərarda da öz əksini tapmışdır ki, uşaqla onun valideynləri arasında elə bir bağlılıq əlaqəsi mövcuddur ki, hətta onun valideynləri daha birgə yaşamasalar və ya münasibətlərinə son qoysalar belə, həmin əlaqə “ailə həyatı”nı təşkil edir. Eyni zamanda, Kiqan İrlandiyaya qarşı iş üzrə qəbul edilmiş qərarda da məhkəmə eyni mövqedən çıxış etmişdir ki, “ailə həyatı” anlayışı yalnız nikaha əsaslanan münasibətlərlə məhdudlaşmır və tərəflərin nikahdankənar münasibətdə olmaqla birgə yaşamasına əsaslanan “faktiki ailə” əlaqələrini də əhatə edə bilər. Bu səbəbdən də, valideynlər arasındakı münasibət pozulduqda belə, uşaqlar və valideynlərin bir-birləri ilə qarşılıqlı münasibətləri ailə həyatının təməl bir hissəsini təşkil edir Məhkəmə həmçinin o qənaətdədir ki, uşağın üstün maraqları, xarakterindən və ciddilik dərəcəsindən asılı olaraq, valideynlərin maraqlarından üstün tutulur (Şahin Almaniyaya qarşı). Bununla belə, valideynlərin maraqları, xüsusən onların uşaqla mütəmadi təmasda olmaq hüququ, işdəki müxtəlif maraqlar balanslaşdırılarkən, nəzərə alınmalı olan amildir (Noylinger və Şuruk İsveçrəyə qarşı). Uşağın ailəsi ilə əlaqələrinin onun üçün münasib hesab edilmədiyi hallar istisna olmaqla, uşağın maraqları onun ailəsi ilə əlaqələrinin qorunub saxlanmasını tələb edir. Buradan belə nəticə çıxır ki, ailə əlaqələri yalnız son dərəcə müstəsna hallarda kəsilə bilər və şəxsi münasibətlərin qorunub saxlanması və məqsədəuyğun hallarda ailə münasibətlərinin bərpa edilməsi üçün mümkün olan hər şey edilməlidir (Qnaore Fransaya qarşı). Bundan başqa, Avropa Məhkəməsinin bir sıra qərarlarında göstərilmişdir ki, valideyn uşağın sağlamlığına və inkişafına zərər verə biləcək addımlar atmaq hüququna malik deyil (Elsholts Almaniyaya qarşı; T.P. və K.M. Birləşmiş Krallığa qarşı; İnyakkolo-Zenide Rumıniyaya qarşı; Nuutinen Finlandiyaya qarşı). Belə ki, Zommerfeld Almaniyaya qarşı və Buşemi İtaliyaya qarşı olan işlərdə bildirilir ki, 13 yaşlı qız atası ilə görüşmək istəmədiyini aydın şəkildə ifadə edibsə və bunu bir neçə il təkrarən bildiribsə və onun atası ilə görüşməyə məcbur edilməsi onun emosional və psixoloji tarazlığını ciddi şəkildə poza bilərsə, uşağın maraqları naminə atasının onunla təmaslarına icazə verilməməsi barədə qərar qəbul edilməlidir. M. və M. Xorvatiyaya qarşı işdə isə məhkəmə boşanmış cütlüyün uşağının şəxsi və ailə həyatına hörmət hüququnun pozulmasını onunla əlaqələndirib ki, uşağın üzərində himayə məsələsinə dair məhkəmə prosesi həddən artıq uzun sürmüş və daxili məhkəmələr uşağın yaşı və yetkinlik dərəcəsi nəzərə alınmaqla, üzərində himayə hüququnun hansı valideynə verilməsi barədə onun öz fikrini bildirməsinə imkan yaratmamışdırlar. Avropa Məhkəməsinin qeyd olunan qərarlarından da göründüyü üzrə, məhkəmə uşağın mənafeyine toxunan bütün işlərdə uşağın üstün maraqlarının birmənalı şəkildə təmin olunmasına diqqət yetirmiş və Avropa Konvensiyasını imzalamış dövlətlərə də oxşar işlərdə məhkəmənin müvafiq mövqeyinin nəzərə alınmasını tövsiyə etmişdir. 20 noyabr 1989-cu il tarixdə Nyu-Yorkda imzalanmış BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasının 18-ci maddəsində deyilir ki, iştirakçı dövlətlər, uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin birgə və eyni dərəcədə məsuliyyət daşıdığına dair prinsipin tanınması üçün mümkün olan bütün səyləri göstərirlər. 20 noyabr 1959-cu il “Uşaq hüquqları barədə” Bəyannamənin ikinci prinsipi olan uşağın maraqları konsepsiyası, 1989-cu il “Uşaq hüquqları haqqında” Konvensiyasının 3cü maddəsinin birinci bəndində təkrarlanaraq qeyd edilir ki, uşaqlarla bağlı istər dövlət, istər özəl sosial müdafiə qurumlarının, məhkəmələrin, inzibati orqanların və ya qanunvericilik orqanlarının bütün qərarlarında uşağın üstün maraqları nəzərə alınmalıdır. Sözügedən Konvensiyanın 9.3-cü maddəsində bildirilir ki, iştirakçı dövlətlər, valideynlərinin biri və ya hər ikisi ilə ayrılmış uşağın, hər iki valideynlə müntəzəm surətdə şəxsi münasibətlər və birbaşa əlaqələr saxlamaq hüququna hörmət bəsləyirlər, bir şərtlə ki, bu münasibət və əlaqələr uşağın şəxsi maraqlarına zidd olmasın. İş üzrə Xaçmaz rayon İcra Hakimiyyətinin Qəyyumluq və himayəçilik komissiyası və Ağdaş rayon İcra Hakimiyyətinin Qəyyumluq və himayəçilik komissiyası xx.xx.2017-ci il təvəllüdlü X2 valideynlərindən kimin yanında saxlanılması ilə bağlı fərqli rəylər verdiklərinə görə məhkəmə həmin rəylərə işdə olan digər sübutlarla yanaşı məcmu halında hüquqi qiymət verilməsini məqsədə müvafiq saymışdır. İş materiallarında olan Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 11/269 saylı rəyində isə xx.xx.2017-ci il təvəllüdlü X2 atası Cavabdeh bağlılığının üzə çıxmaqla, anası İddiaçı bağlılığının müəyyən olunmaması qeyd edilməklə yanaşı, xx.xx.2017-ci il təvəllüdlü X2 bacısı, xx.xx.2019-cu il təvəllüdlü X5 bağlılığı, hissi-emosional tələbatı yüksək olmaqla, uzun müddət ərzində ünsiyyətdə olmamaları onların emosional-iradi sferalarına neqativ təsir göstərə biləcəyi vurğulanmışdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli 8-2/2016 saylı qərarının 7.1.-ci bəndində qeyd olunur ki, yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar. Həmin Qərarın 7.3 –cü bəndində qeyd olunur ki, nikahın pozulması tələbinə dair işə baxılarkən yetkinlik yaşına çatmayan ümumi uşaqların hansı valideynin yanında qalmaları ilə bağlı mübahisə yaranarsa, eləcə də uşaqların kimin yanında qalması ilə bağlı ər-arvad arasında bağlanmış saziş uşaqların və ya tərəflərdən birinin marağını pozarsa məhkəmə iddianın kim tərəfindən qaldırılmasından asılı olmayaraq uşağın maraqlarının müdafiəsi üçün Ailə Məcəlləsinin 73-cü maddəsində nəzərdə tutulmuş qaydada qəyyumluq və himayə orqanını işdə iştirak etməyə cəlb etməlidir. Həmin orqan mübahisə ilə bağlı uşağın və ayrı yaşayan valideynlərin həyat şəraitini müayinə etməyə, müayinə aktını və mübahisəyə dair saslandırılmış rəyini məhkəməyə təqdim etməyə borcludur. Zərurət olduqda, MPM-nin 97-ci maddəsinin tələbinə müvafiq olaraq məhkəmə-psixoloji ekspertizası da təyin edilə bilər. Alınan rəylər məhkəmə üçün məcburi əhəmiyyətə malik deyil və onlar məhkəmə tərəfindən uşağın üstün mənafeyi əsas götürülməklə MPM-nin 88ci maddəsi ilə müəyyən edilmiş qaydada qiymətləndirilir. Həmin Qərarın 7.6.-cı bəndində qeyd olunur ki, məhkəmələrə tövsiyə edilsin ki, nikahın pozulması zamanı yetkinlik yaşına çatmayan uşaqların kimin yanında qalması məsələsi həll olunarkən onların əqli, fiziki və psixoloji cəhətdən sağlam inkişafının və digər bacı-qardaşları ilə artıq vərdiş etdikləri şəraitdə birlikdə yaşamalarının təmin olunması baxımından müstəsna hallar istisna olmaqla eyni valideynə verilmələri onların qanunla qorunan ən yaxşı mənafelərinə daha uyğundur. Bütün yuxarıda qeyd olunanlara əsasən məhkəmə xx.xx.2017-ci il təvəllüdlü X2 üstün mənafeyini, anası İddiaçı ilə birlikdə qalan bacısı X5 bağlılığını, ona hissi-emosional tələbatının yüksək olmaqla, uzun müddət ərzində ünsiyyətdə olmamalarının uşaqların emosional-iradi sferalarına neqativ təsir göstərə biləcəyini nəzərə alaraq hesab edir ki, xx.xx.2017-ci il təvəllüdlü X2 atası Cavabdeh alınaraq anası İddiaçı himayəsinə verilməsi məqsədəmüvafiqdir. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 278.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1.-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlarla əlaqədar dövlət rüsumuna görə ödənilmiş 45 manat məbləğində pul və mediasiya xərcinə görə ödənilmiş 55 manat məbləğində pul ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tutularaq ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı verilməlidir. Bundan əlavə ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tutularaq X8, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Eksperizası Mərkəzi VOEN ********** AZ34JTRE******************** hesabına keçirilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı uşaq tələbinə dair iddiası təmin edilməli və xx.xx.2017-ci il təvəllüdlü X6 atası Cavabdeh alınaraq anası İddiaçı himayəsinə verilməli, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı sabit məbləğdə aliment tələbinə dair qarşılıqlı iddiası rədd edilməli, həmçinin dövlət rüsumuna görə ödənilmiş 45 manat məbləğində pul və mediasiya xərcinə görə ödənilmiş 55 manat məbləğində pul ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tutularaq ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı verilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı uşaq tələbinə dair iddiası təmin edilsin və xx.xx.2017-ci il təvəllüdlü X6 atası Cavabdeh alınaraq anası İddiaçı himayəsinə verilsin. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı sabit məbləğdə aliment tələbinə dair qarşılıqlı iddiası rədd edilsin. Dövlət rüsumuna görə ödənilmiş 45 manat məbləğində pul və mediasiya xərcinə görə ödənilmiş 55 manat məbləğində pul ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tutularaq ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh, İddiaçı verilsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tutularaq X8, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Eksperizası Mərkəzi VOEN ********** AZ34JTRE******************** hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nərmin Abiyeva
Məhkəmə qərarları › İş №2(067)-583/2024
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-583/2024
17.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Uşaq tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver