Məhkəmə qərarları › İş №2(067)-602/2022

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-602/2022

01.04.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-602/2022 01.04.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Ələkbər qızının iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Ələkbər qızına qarşı mənzildən çıxarma tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Ələkbər qızına qarşı mənzildən çıxarma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Ələkbər qızının onun daimi yaşadığı və rəsmi qeydiyyatda olduğu Xaçmaz şəhəri, Səid Qurbanov küçəsi ev 40, mənzil 6-dan çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X2 iddiaya xitam verilməsinə dair ərizə təqdim edərək bildirmişdir ki, hazırkı iddiadan imtina edir və iş üzrə icraata xitam verilməsini xahiş edir. Bu barədə ərizəni məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Ələkbər qızı bildirmişdir ki, iş üzrə icraata xitam verilməsinə etiraz etmirlər. İddiaçının nümayəndəsi və vəkili ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin iddiadan imtina etməsini və cavabdehlərin iddiaçının nümayəndəsi və vəkilinin iddiadan imtinasının qəbul edilməsinə və iş üzrə icraata xitam verilməsinə etiraz etmədiklərini nəzərə alaraq hesab edir ki, iddiaçının nümayəndəsi və vəkilinin iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının 261, 262,263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Ələkbər qızına qarşı mənzildən çıxarma tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətinə Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar