Məhkəmə qərarları › İş №2(067)-609/2022

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-609/2022

04.04.2022 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-609/2022 04.04.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin ölmüş elan edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, xx.xx.1987-ci il tarixdə Xaçmaz rayonun Nabran kəndində anadan olmuş oğlu X2 ölmüş elan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək bildirmişdir ki, onun oğlu Rafik Nəsrullayev 2017-ci ildə Suriyaya gedib və qayıtmayıb. Onun yeri məlum deyil. MTN-nə və DİN-nə müraciətlər etmiş, lakin onun barəsində axtarış açılması barədə ona sənəd təqdim edilməmişdir. Oğlu getməmişdən öncə arvadından boşanmışdır. Maraqlı tərəf ƏSMM-nin Xaçmaz rayon şöbəsinə məhkəmə baxışı iclasının vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, maraqlı tərəfin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ərizəyə qarşı etiraz ərizəsini məhkəməyə göndərmişdir. Məhkəmə iş üzrə maraqlı tərəf ƏSMM-nin Xaçmaz rayon şöbəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Maraqlı tərəf Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF-nin Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə göndərilmiş etiraz ərizəsindən görünür ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xaçmaz rayon şöbəsi maraqlı şəxs qismində işə cəlb olunmuşdur. Ərizəçi 2017-ci ilin yay aylarında Ərizəçi oğlu- X6, xx.xx.2012-ci il doğum tarixli X7 ilə birlikdə Bakı şəhərinə getmiş, daha sonra isə 2017-ci il iyun ayında qardaşı Carullaya zəng edib bildirmişdir ki, onlar Türkiyə Respublikasındadırlar və o, uşağı-X4 orada qoyub, Suriyaya gedəcəkdir. Son dəfə həmin tarixdə əlaqə saxladığını bildirərək məhkəmədən oğlunun ölmüş elan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bununla əlaqədar Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 154-cü maddəsini rəhbər tutaraq işə dair etirazımızı təqdim edir və hesab edirik ki, ərizəçinin iddia tələbi aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir: İlk olaraq qeyd etmək lazımdır ki. Mülki Prosessual Məcəllənin 305-ci maddəsində Məhkəmənin xüsusi icraat qaydasında baxdığı islər ayrı-ayrılıqda qeyd edilmiş və şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi bu icraat növünə aid edilmişdir. Belə ki, Mülki Prosessual Məcəllənin 306-cı maddəsinə əsasən, “Xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır.” Mülki Prosessual Məcəllənin 314.1-ci maddəsinə görə, “Hakim işi məhkəmə baxışına hazırladıqda hansı şəxslərin itkin düşən barədə məlumat verə biləcəyini aydınlaşdırır, habelə itkin düşənin məlum son yaşayış yeri və iş yeri üzrə müvafiq təşkilatlardan, polis orqanlarından onun haqqında olan məlumatları alır.” Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Xaçmaz rayon Qeydiyyat Şöbəsinin Ərizəçi verdiyi xx.xx.2021-ci il tarixli 95 №li cavab məktubuna əsasən Ümumrespublika elektron məlumatı ilə yoxlanılmış xx.xx.1987 - xx.xx.2021-ci illər üzrə X8 barəsində ölüm aktı qeydinin aşkar olunmadığı qeyd olunmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi hallan sübut etməlidir. Ərizəçi Nəsrullayeva X1 Rafik Niyazoviçin ölmüş elan edilməsi faktını mötəbər sənədlərlə sübuta yetirə bilməmişdir. Belə ki, X3 telefon vasitəsi iə Suriyaya gedəcəyəni söyləməsi onun ölmüş hesab edilməsi üçün əsas deyildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 41.1-ci maddəsinə görə, əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Qanunvericiliyə əsasən, əgər fiziki şəxsin olduğu yer məlum deyildirsə və iki il ərzində o, yaşayış yerində görünməmişsə, maraqlı şəxslərin ərizəsinə əsasən məhkəmə fiziki şəxsi xəbərsiz itkin düşmüş hesab edə bilər, iki illik müddət axınının rayon polis idarəsində axtarış işinin başlandığı andan hesablandığını, bununla yanaşı ərizəçinin Rayon Polis İdarəsinə (axtarışda olması barədə) və müraciətinin olmamamasını və X5 dair axtarış işinin olmadığını, həmçinin Dövlət Sərhəd Xidmətinə (Azərbaycan Respublikasından çıxması və geri qayıtması barədə) nəzərə alaraq, işin faktiki hallarının tam araşdırılmadığını qeyd etmək olar. Beləliklə, X3 ölmüş elan edilməsini təsdiqləyəcək heç bir əsaslı dəlil və sübutlar yoxdur. Eləcə də şəxsin itkin düşməsi iş materialları ilə sübuta yetirilməmişdir. Qeyd olunanlara əsasən Ərizəçi şəxsin ölmüş elan edilməsi tələbinə dair mülki iş üzrə ərizənin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə maraqlı şəxsin etirazına əsasən, ərizəni və ona əlavə edilmiş sənədləri araşdıraraq, hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 306.1-ci maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30-40-1-ci fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Həmin Məcəllənin 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Beləliklə də, qanuna əsasən xüsusi icraatlı işlərin iştirakçıları ərizəçilər və maraqlı şəxslərdir. Ərizəçi ərizəsindən də müəyyən olunur ki, o, ərizəsini xüsusi icraat qaydasında tərtib edərək, ərizəsində maraqlı şəxs kimi Dövlət Sosial Müdafiə Fondunun Xaçmaz rayon Şöbəsini göstərmişdir. Azərbaycan Respublikası MPM-nin 306.4-cü maddəsinə uyğun olaraq, xüsusi icraat qaydasında işlərə baxılarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Maraqlı şəxsin etiraz ərizəsindən hüquq haqqında mübahisə olduğu müəyyən edilir. Məhkəmə qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 306.4-cü maddəsini rəhbər tutaraq, hesab edir ki, ərizəçinin tələbi ilə əlaqədar mübahisə mövcud olduğundan, bununla bağlı hər hansı bir tələblə əlaqədar işə xüsusi icraat qaydasında baxıla bilməz. Belə olan halda ərizəçinin tələbi baxılmamış saxlanılmaqla, ona ümumi əsaslarla iddia vermək hüququ izah olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 259, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Ərizəçi şəxsin ölmüş elan edilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Ərizəçi izah olunsun ki, qeyd olunan tələbi ilə əlaqədar ümumi əsaslarla məhkəmədə iddia qaldırmaq hüququ vardır. Qərardaddan 10 gün müddətində Xacmaz rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar