Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-618/2022 06.04.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər X12 və Cavabdeh2 qarşı yaşayış sahəsinin boşaldılması, boşaldılmış otağa yaşayış hüququnun bərpa olunması və yaşayış sahəsinə məcburi köçürülmə tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X10 mülkiyyətində olan şagird yataqxanasında şəhid ailəsi kimi mənzil şəraitlərinin yaxşılaşdırılması məqsədilə mərhum atası X3 adına verilmiş 2-ci blok, 3-cü mərtəbədə bir otaqlı yaşayış sahəsində qanunsuz məskunlaşmış şəxslərin çıxarılması, yaşayış sahəsinin boşaldılaraq həmin yaşayış sahəsinə onunla birlikdə ailə üzvlərinin köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun mərhum qardaşı X9 xx.xx.1998-ci ildə «703» saylı hərbi hissədə xidməti vəzifəsini yerinə yetirərkən şəhid olmuşdur. Ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması və sosial müdafiəsi məqsədilə mərhum atası X4 2007-ci ildə xüsusi təyinatlı yaşayış sahəsi hesab olunan Xaçmaz şəhər Peşə Liseyinin yataqxanasında bir otaqlı mənzil verilmişdir və onlar ora köçüb bir müddət orada atası, anası ilə bir yerdə yaşamışdır. Sonradan atası başqa bir qadınla qeyri-qanuni ailə qurduğundan anası ilə o, həmin yaşayış sahəsindən köçüb, Xudat şəhərinə anasının köhnə evinə qayıtmışdır. xx.xx.2017-ci il tarixdə atasının vəfatı ilə bağlı anası X2 ilə aralarında bağlanmış nikaha xitam verilmişdir. O, ailəlidir, həyat yoldaşı və üç öalıdı ilə darısqal evdə yaşayırlar. Atası dünyasını dəyişəndən sonra atasının qeyri qanuni yaşadığı arvadının qardaşı Cavabdeh2 onların ailəsinə verilmiş Peşə Liseyinin yataqxanasında olan bir otaqlı yaşayış sahəsini qanunsuz zəbt edib və oranı kirayə verir. Onun həmin yaşayış sahəsinə buraxmırlar. Xidmət vəzifəsini yerinə yetirərkən həlak olmuş hərbi qulluqçu X5 ailə üzvüdür. Onlara verilmiş X10 yataqxanasında 2-ci blok, 3-cü mərtəbə, 1 otaqlı yaşayış sahəsi başqa şəxslər tərəfindən zəbt olunub və onları ora buraxmırlar, nə də ki, başqa yaşayış sahəsi verilməyib. Anası və 5 nəfər ailə üzvü ilə Xaçmazdan uzaq Xudat şəhərində darısqal evdə yaşamağa məcbur qalmışlar. Bütün bunlara əsasən hesab edir ki, onlara verilmiş Xaçmaz şəhər Peşə Liseyinin yataqxanasmdakı bir otaqlı yaşayış sahəsini qanunsuz zəbt etmiş şəxslər çıxarılmalı, o və ailə üzvləri həmin otağa köçürülməlidir. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edərək iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, onun qardaşı şəhid olub. 2007-ci ildə mərhum atasına şəhid ailəsi kimi X11 otaq verilib və atası, anası və o, orada məskunlaşmışlar. Sonra atası Mariya adlı qadınla münasibətdə olub və onlar məskunlaşdıqları otaqdan çıxmışlar, atası isə Mariya adlı qadın orada yaşamağa başlayıb. Sonradan atası da, Mariya da vəfat ediblər. Bundan sonra Mariyanın qardaşı olan Cavabdeh2 X10 məskunlaşmaq üçün atasına verdiyi otağı kirayə verib və onu oraya buraxmır. X1ra verdiyi otaqda məskunlaşmışlar, məskunlaşdıqları otağın atasına məxsus olması barədə sənədlər yoxdur. X15 tərəfindən atasına mübahisəli otağın verilməsinə dair heç bir rəsmi əmr və ya qərar yoxdur, amma bu barədə X10 xx.xx.2022-ci il tarixli 106 saylı arayışı var, həmin arayışı sübut kimi məhkəməyə təqdim edir. Cavabdeh X12 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məhkəmə bildirişləri çatdırılmasına baxmayaraq, onlar heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlər X10 və Cavabdeh2 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə sübutları araşdıraraq hesab edir ki, iddia rədd olunmalıdır. Belə ki, iş materiallarında olan X10 xx.xx.2022-ci il tarixli 106 saylı arayışından müəyyən olunur ki, X7 xx.xx.1997-ci il tarixdə Qarabağ müharibəsində şəhid olmuş Mahmudov Zaurun atası olduğu üçün Xaçmaz Rayon İcra Hakimiyyətiin göstərişi ilə 2007ci il 27 aprel tarixində vəfat etmişdir. X10 şagird yataqxanası Azərbaycan Respublikası Təhsil Nazirliyinin balansındadır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 99.6-cı maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində kirayəçinin ailə üzvləri göstərilir. Həmin Məcəllənin 100.2-cı maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi istənilən vaxt xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsini ləğv edilə bilər. Həmin Məcəllənin 102.1-cı maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edildikdə və ya onlara xitam verildikdə, vətəndaşlar həmin müqavilələr əsasında kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdır. Həmin yaşayış sahələrini boşaltmaqdan imtina edildikdə, bu Məcəllənin 101.2-ci və 102.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaşlar başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında yaşayış sahəsindən çıxarılır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçının yaşamaq hüququ tələb edərək köçürülməsini istədiyi ev X10 şagird yataqxanası Azərbaycan Respublikası Təhsil Nazirliyinin balansındadır. Həmin ev iddiaçının qardaşı şəhid olduğu üçün atası X4 müvəqqəti məskunlaşmaq üçün verilmişdir. İddiaçının atası xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. Belə olan halda, yuxarıda göstərilənlərə əsasən iddia təmin oluna bilməz. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xacmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-618/2022
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-618/2022
06.04.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver