Məhkəmə qərarları › İş №2(067)-653/2024

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-653/2024

03.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması,habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-653/2024 03.07.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, Məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi Maraqlı şəxsin nümayəndəsi Nümayəndə iştirakı ilə Ərizəçi “şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə azərbaycan respublikasında daimi yaşaması faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi barəsində mülki işə məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi “şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə azərbaycan respublikasında daimi yaşaması faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.7.-ci maddəsinə uyğun olaraq işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Ərizəçi “şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə azərbaycan respublikasında daimi yaşaması faktının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiiyi gündən 10 gün müddətində Xaçmaz rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar