Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-67/2024 04.11.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh3, X6, Cavabdeh1 və Cavabdeh2 qarşı payın ayrılması və naturada bölünməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İddiaçıl İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, torpağın mülkiyyət hüququna dair JN-0015 saylı, 30208028 kodlu Dövlət aktına əsasən ümumi paylı mülkiyyətdə olan Xaçmaz rayonu, Bostançı kəndi ərazisində yerləşən 3.50 ha kənd təsərrüfatlı torpaq sahəsindən payının müəyyən edilməsi və naturada bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışlar ki, cavabdehlər yaxın qohumlarıdır. xx.xx.1998-ci il tarixdə Dövlət torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayonu Torpaq şöbəsi tərəfindən JN-0015 saylı, 30208028 kodlu torpağın mülkiyyət hüququna dair Dövlət aktına əsasən Xaçmaz rayonu, Bostançı kəndi ərazisində yerləşən 3.50 ha torpaq sahəsi onun və cavabdehlərin mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsi cavabdehlər Cavabdeh3, X10, Cavabdeh1 və Cavabdeh2 və onun arasında bölünməlidir. Həmin torpaq sahəsinin naturada bölünərək onun payına düşən torpaq sahəsinin ona verilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçı tərəf iddianı müdafiə edərək göstərmişdir ki, iddiaçı ilə cavabdehlər yaxın qohumlardır. xx.xx.1998-ci il tarixdə Dövlət torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayonu torpaq şöbəsi tərəfindən JN-0015 saylı, 30208028 kodlu torpağın mülkiyyət hüququna dair Dövlət aktına əsasən Xaçmaz rayonu, Bostançı kəndi ərazisində yerləşən 3.50 ha torpaq sahəsi iddiaçının və cavabdehlərin mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsi cavabdehlər Cavabdeh3, X10, Cavabdeh1 və Cavabdeh2 və iddiaçı arasında bölünməlidir. İddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində cavabdehlər lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə cavabdehlərin məhkəmə iclasına gəlməmələrinin səbəbini üzürsüz sayaraq Azərbaycan Resublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan torpağa mülkiyyət hüququna dair JN-0015 saylı, 30208028 kodlu dövlət aktından müəyyən olunur ki, Aqrar İslahat Komissiyasının 25 mart 1998-ci il tarixli 03 saylı qərarı ilə X1 və ailə üzvlərinin mülkiyyətinə 3,50 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X7 xx.xx.2019-cu ildə ölmüşdür. İş materiallarında olan Xaçmaz rayon İHB-nın Dədəli kənd İƏD üzrə nümayəndəsinin 228 nömrəli arayışından müəyyən olunur ki, Dədəli kənd İƏD üzrə nümayəndəliyinin ərazisində 1996-1998-ci illər ərzində aparılmış aqrar islahatlar zamanı Bostançı kənd sakini olmuş mərhum mülkiyyətçi X3 və ailə üzvlərinə məxsus 3.50 ha özəl torpaq sahəsinə aid torpağa mülkiyyət hüququna dair dövlət aktında (JN 0015 , kod 30208028 olan) sıralanmada 5-ci yerdə duran mülkiyyətçi X5 adı səhv olaraq Cavabdeh4 kimi göstərilmişdir. Həqiqətdə isə həmin mülkiyyətçi X8r. İş materiallarında olan mədaxil qəbzlərindən müəyyən edilir ki, iddiaçı tərəfindən iddia tələbi ilə əlaqədar 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan mədaxil qəbzindən müəyyən olunur ki, məhkəmə rəyinin alınması üçün 95 manat pul DƏDRX-nin hesabına köçürülmüşdür. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyindən müəyyən olunur ki, mübahisəli ərazi 2(iki) planşetdən ibarətdir, JN-0015 nömrəli planşetdə 3.20 ha və JN-0015A nömrəli planşetdə isə 0.30 ha torpaq sahəsi kimi qeydə alınmışdır, (sxemdə əks olunur) və iddiaçı ilə cavabdehlərə məxsus ümumi birgə torpaq sahəsinin texniki cəhətdən naturada ayrılması mümkündür. Xaçmaz rayonu, Bostançı kəndində yerləşən JN-0015 saylı, 30208028 kodlu dövlət aktında göstərilən 3.5 ha torpaq sahəsi mülkiyyətçilər arasında bərabər hissələrə bölünməsi mümkündür. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi əsaslıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasınında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqlarının və X9 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 223.2-ci maddəsinə əsasən birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. Həmin Məcəllənin 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Həmin Məcəllənin 223.4-cü maddəsinə əsasən ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir. Həmin Məcəllənin 220.2.-ci maddəsinə uyğun olaraq paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3.-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsuslu və şərtləri haqqında razılığa gəlmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə yuxarıda sadalana hüquq normalarını, iş materiallarında olan sənədləri və ekspertiza rəyini əsas götürərək hesab edir ki, Xaçmaz rayonu, Bostançı kəndində yerləşən JN-0015 saylı, 30208028 kodlu dövlət aktında göstərilən 3.5 ha torpaq sahəsi mülkiyyətçilər arasında bərabər hissələrə bölünməlidir. Tərəflər arasında iddiaçının payının hansı hissədə ayrılması barədə razılıq olmadığından, məhkəmənin qənaətinə görə, torpağın kənar hissəsinin iddiaçıya ayrılması daha məqsədəmüvafiq olardı.(rəydə şərti “F” hərfi ilə işarəlnmiş hissəsi) Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin olunsun. Torpağa mülkiyyət hüququna dair JN-0015 saylı, 30208028 kodlu dövlət aktına əsasən X1 və ailə üzvlərinin mülkiyyətində olan Xaçmaz rayonu Bostançı kəndində yerləşən 3.50 ha torpaq sahəsindən İddiaçı mütəxəssis rəyində şərti olaraq “F” hərfi ilə işarələnmiş payı müəyyən edilməklə natura şəklində ayrılsın. Ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul Cavabdeh3, X4, Cavabdeh1 və Cavabdeh2 alınaraq X2, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Eksperizası Mərkəzi VOEN ********** AZ34CTRE******************** hesaba keçirilsin. Mütəxəssis rəyinə görə ödənilmiş 95 manat pul cavabdehlər Cavabdeh3, X4, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçıya ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-67/2024
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-67/2024
04.11.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver