Məhkəmə qərarları › İş №2(067)-693/2021

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-693/2021

09.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-693/2021 09.03.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcunun tutulması və borcun girov predmetinə yönəldilməsi tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI : İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASCnin xeyrinə 3970,46 manat məbləğində əsas borc və 382.31 manat məbləğində faiz borcu olmaqla, cəmi 4352.77 manat məbləğində kredit borcunun və ödənilmiş 30,40 manat dövlət rüsumunun tutulması, eyni zamanda tutmanın Bank qarşısında girov qoyulmuş, mülkiyyət hüququ ilə Cavabdeh məxsus, ******* saylı xüsusi paketdə Bankın pul anbarına saxlanca qəbul edilmiş 500 əyarlı, 21,2 qram- 1ədəd bilərziyə və 583 əyarl,109.1qram -2ədəd qadın dəsti, 4 ədəd sırğa, 19 ədəd üzüyə yönəldilməsi, qızıl-zinət əşyalarının hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ASC iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 17.10. 2019-cu il tarixli, 300805-510550/5 saylı kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə, illik 28% dərəcəsi ilə 5300 manat məbləğində kredit verilmişdir. 17.10. 2019-cu il tarixli, 300805-510550/5 saylı girov müqaviləsinə əsasən 17.10. 2019-cu il tarixli, 300805-510550/5 saylı kredit müqaviləsinin təminatı qismində Cavabdeh məxsus 500 əyarlı, 21,2 qram-1ədəd bilərzik və 583 əyarl,109.1qram-2ədəd qadın dəsti, 4 ədəd sırğa, 19 ədəd üzük saxlanca qəbul edilmə aktına əsasən bankın pul anbarına saxlanca verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən borclu müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Cavabdeh xx xxxxxx 2020-ci il tarixli arayışa əsasən banka 3970,46 manat məbləğində əsas borcu və 382.31 manat məbləğində faiz borcu olmaqla, cəmi 4352.77 manat məbləğində borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq borcun qaytarılması təmin edilməmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məhkəmə bildirişləri göndərilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. İddiaçının nümayəndəsi işə iştirakları olmadan baxılaraq, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsinə dair məhkəməyə ərizəsini göndərmişdir. Məhkəmə İddiaçı ASC-nin nümayəndəsinin və MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh iştiraklaarı olmadan işə baxılmasını mümkün hesab etmişdir Məhkəməyə təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 300805-510550/5 saylı kredit müqaviləsindən müəyyən olunur ki, Cavabdeh 24 ay müddətinə, illik 28% dərəcəsi ilə 5300 manat məbləğində kredit verilmişdir İş materiallarından müəyyən olunur ki, Cavabdeh xx xxxxxx 2020-ci il tarixli arayışa əsasən İddiaçı ASC-nə olan borcunun məbləği 3970,46 manat məbləğində əsas borc və 382.31 manat məbləğində faiz borcu olmaqla, cəmi 4352.77 manat təşkil edir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 300805-510550/5 saylı girov müqaviləsinə əsasən xx.xx.2019-cu il tarixli, 300805-510550/5 saylı kredit müqaviləsinin təminatı qismində Cavabdeh məxsus 500 əyarlı, 21,2 qram-1ədəd bilərzik və 583 əyarl,109.1qram-2ədəd qadın dəsti, 4 ədəd sırğa, 19 ədəd üzük saxlanca qəbul edilmə aktına əsasən bankın pul anbarına saxlanca verilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubundan müəyyən olunur ki, cavabdehə kredit müqaviləsinin şərtlərini pozaraq kredit və faiz borcunun ödənilməsini gecikdirdiyinə görə xəbərdarlıq edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ərizədən müəyyən olunur ki, iddiaçı İddiaçı ASC-nin nümayəndəsi işə iştirakı olmadan baxılaraq, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsinə dair məhkəməyə ərizəsini göndərmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli qəbzdən müəyyən edilir ki, İddiaçı ASC cavabdehə qarşı iddia tələbi ilə əlaqədar cəmi 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, İddiaçı ASC ilə Cavabdeh arasında Mülki Məcəllənin göstərilən müddəaları baxımından (kredit) hüquq münasibətlərindən irəli gələn, öhdəlik münasibətləri yaranmışdır və iddiaçının cavabdehdən kredit borcunun qaytarılması ilə bağlı tələbləri də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Mülki Məcəllənin 269.5-ci maddəsinə görə girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Həmin Məcəllənin 295-ci maddəsinə görə girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 297-ci maddəsində isə müəyyən edilmişdir ki, girov qoyulmuş əşya ixtisaslaşdırılmış təşkilatlar tərəfindən yalnız açıq hərracdan satış yolu ilə realizə edilir (satılır). Həmin Məcəllənin 298.1-ci maddəsinə əsasən, girov qoyulmuş əşyanın satılması nəticəsində götürülmüş məbləğdən, tutmanın həmin əşyaya yönəldilməsinə və onun satılmasına çəkilmiş xərclərin ödənilməsi üçün zəruri məbləğlər tutulduqdan sonra, girov saxlayanın tələbləri ödənilir, qalan məbləğ girov qoyana verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci və 269.7-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü 6 edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Həmin Məcəllənin 269.10-cu maddəsinə əsasən girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşya məhv olduqda və ya zədələndikdə, yaxud girov saxlayanın (ipoteka saxlayanın) yanında girov qoyulmuş hüquqa xitam verildikdə və ya bu hüquq pozulduqda əvəz almaq tələbinin irəli sürülməsi hüququ irəli gəlir. Məhkəmə qanunvericiliyin qeyd edilən müddəalarını rəhbər tutmaqla, işdə olan sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, tərəflər arasında bağlanmış 17.10. 2019-cu il tarixli, 300805-510550/5 saylı kredit müqaviləsi üzrə Cavabdeh oğlunun müqavilə öhdəliklərini yerinə yetirmədiyi tam sübuta yetirilir. Ona görə də, iddia təmin edilərək, Cavabdeh oğlundan İddiaçı ASC -nin xeyrinə 3970,46 manat məbləğində əsas borc və 382.31 manat məbləğində faiz borcu olmaqla, cəmi 4352.77 manat məbləğində kredit borcu və ödənilmiş 30,40 manat dövlət rüsumu tutulmalı, tələb Bank qarşısında girov qoyulmuş, mülkiyyət hüququ ilə Cavabdeh məxsus, ******* saylı xüsusi paketdə Bankın pul anbarına saxlanca qəbul edilmiş 500 əyarlı, 21,2 qram- 1ədəd bilərziyə və 583 əyarl,109.1qram -2ədəd qadın dəsti, 4 ədəd sırğa, 19 ədəd üzüyə yönəldilməli, qızıl-zinət əşyaları hərracda satılmalı və satışdan əldə olunacaq vəsait hesabına borc bankın xeyrinə ödənilməli, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etməzsə, qalıq borcu cavabdehdən tutulub İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 357 – 360 və 362-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Cavabdeh İddiaçı ASC-nin xeyrinə 3970,46 (üç min doqquz yüz yetmiş manat, qırx altı qəpik) manat məbləğində əsas borc və 382.31 (üç yüz səksən iki manat, otuz bir qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 4352.77 (dörd min üç yüz əlli iki manat, yetmiş yeddi qəpik) manat məbləğində kredit borcu və ödənilmiş 30,40 (otuz manat, qırx qəpik) manat dövlət rüsumu tutulsun. Tələb xx.xx.2019-cu il tarixli, 300805-510550/5 saylı girov müqaviləsinə əsasən girov qoyulmuş, Cavabdeh məxsus 500 əyarlı, 21,2 qram- 1 ədəd bilərzik və 583 əyarl, 109.1 qram-2ədəd qadın dəsti, 4 ədəd sırğa, 19 ədəd üzüyə yönəldilsin və həmin əşyalar hərracda satılsın.Satışdan əldə olunan vəsait İddiaçı ASC xeyrinə tutulsun. Həmin vəsait borcun ödənilməsinə kifayət etməzsə, qalıq borc cavabdehdən tutulub İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar