Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-708/2022 01.04.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ona məxsus Xaçmaz şəhəri, Səid Qurbanov küçəsi 45 saylı evin 5 saylı mənzilindən istifadə hüququnun itirilmiş hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Xaçmaz şəhəri, Səid Qurbanov küçəsi 45 saylı evin 5 saylı mənzili xüsusi mülkiyyət hüququ əsasında ona məxsus əmlakdır. Həmin mənzili 2016-cı ildə notarial qaydada alqı-satqı yolu ilə satın almışdır. Qeyd olunan mənzilə onun mülkiyyət hüququ RX seriyalı, 11446871 nömrəli, **********32-05101-093037 reyestr nömrəli, ********* qeydiyyat nömrəli, 16 sentyabr 2017-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir. Cavabdehlər onun satın aldığı mənzilin keçmiş sakinləri olmuşlar. Cavabdehlər mənzillərini ümumi razılıq əsasında ona satdıqdan sonra vəd vermişlər ki, yaxın vaxtlarda satın aldığı və mülkiyyətinə aid əmlak olan mənzildən qeydiyyatdan çıxacaqlar. Sonradan cavabdehlər vədlərinə əməl etməmişlər. Dəfələrlə cavabdehlərə müraciət etsə də cavabdehlər müxtəlif bəhanələrlə mülkiyyətinə aid mənzildən qeydiyyatdan çıxmaqdan yayınmışlar. Hal-hazırda cavabdehlərlə heç bir əlaqə saxlaya bilmir. Cavabdaehlər satdıqları mənzilin pulunu nağd şəkildə ondan almalarına və mənzil onun adına rəsmiləşdirilməsinə baxmayaraq bu günə kimi ona məxsus mənzildən qeydiyyatdan çıxmamışlar. O, mənzili cavabdehlərdən satın aldıqdan sonra cavabdehlər ona mənzili təhvil verərək həmin mənzildən çıxmış və əmlaklarını da çıxararaq başqa ünvana köçməklə ona məxsus mənzildən çıxarmışlar. Məlum məsələdir ki, cavabdehlər onun ailə üzvləri olmamışlar. Onun ailə üzvü sayılmırlar. O, həmin əmlakı alqı-satqı yolu ilə qanuni əsaslarla əldə etmişdir. Cavabdehlər uzun illərdir ki, mülkiyyətində olan mənzildə formal qeydiyyatda qalmışlar. Cavabdehlər hazırda ona məxsus mənzildə qeydiyyatda qaldıqlarına görə o, əlavə kommunal ödənişlər etmək məcburiyyətindədir, həmçinin cavabdehlərin ona məxsus mənzilə olan formal qeydiyyatları özünə məxsus əmlakdan istifadə etməyə, əmlakı üzərində sərəncam verməyə maneəçilik törədir. Cavabdehlər onun ailə üzvləri olmadığından onların həmin mənzildən istifadə hüquqları yoxdur. Hazırda cavabdehlərin ona məxsus mənzildə qeydiyyatda qalmaları onun mülkiyyət hüquqlarnın pozulmasına səbəb olur. Cavabdehləri digər qaydada özünə məxsus mənzildən qeydiyyatdan çıxara bilmədiyindən hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olurammaneəçilik törədir. Cavabdehlər onun ailə üzvləri olmadığından onların həmin mənzildən istifadə hüquqları yoxdur. Hazırda cavabdehlərin ona məxsus mənzildə qeydiyyatda qalmaları onun mülkiyyət hüquqlarnın pozulmasına səbəb olur. Cavabdehləri digər qaydada özünə məxsus mənzildən qeydiyyatdan çıxara bilmədiyindən hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, ünvan 1 ünvanda yerləşən ev ona məxsusdur. O, həmin evi cavabdehlərdən satın almışdır. Lakin cavabdehlər onun evində yaşamasalar da, orada qeydiyyatda qalıblar və bu onun mülkiyyətçi kimi hüquqlarını pozur. Cavabdehlər evi satandan sonra qeydiyyatdan çıxacaqları barədə vəd vermişdilər, lakin sonradan qeydiyyatdan çıxmaqdan müxtəlif bəhanələrlə yayındılar. Onlar başqa ünvanlarda yaşayırlar və onun ailə üzvləri deyillər. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Cavabdehlər onun mülkiyyətində olan evdə qeydiyyatda olsalar da, evi ona satandan sonra orada yaşamayıblar. evlə bağlı cavabdehlər ona qarşı heç bir iddiada bulunmayıblar. Cavabdehlərdən iddia qaldırarkən ödədiyi dövlət rüsumunu tələb etmir. İddianın tələb olunan hissədə təmin edilməsini xahiş edir. İş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Həmçinin, məhkəmə onu da qeyd edir ki, X3 məhkəməyə teleqram göndərərək məhkəmə iclasının təxirə salınmasını xahiş etsə də, X2 qarşı iddia ərizəsi ilə hər hansı bir tələb irəli sürülmədiyindən və o, iş üzrə cavabdeh olmadığından məhkəmə onun iştirakını zəruri hesab etməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan DƏDRX-nin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 16.09.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli RX seriyalı ******* saylı Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışdan və **********32-05101-093037 reyestr nömrəli 06.09.2017-ci il tarixli Texniki Pasportdan müəyyən olunur ki, Xaçmaz şəhəri, Səid Qurbanov küçəsi 45 saylı evin 5 saylı mənzili İddiaçı mülkiyyətindədir. İş materiallarında olan 30.07.2017-ci il tarixli alqı-satqı müqaviləsindən müəyyən olunur ki, X4 mülkiyyətində olan Xaçmaz şəhəri, Səid Qurbanov küçəsi 45 saylı evin 5 saylı mənzilini İddiaçı satmışdır. İş materiallarında olan 30.07.2017-ci il tarixli alqı-satqı müqaviləsinin 13-cü bəndində qeyd olunur ki, Müqavilə notariat qaydasında təsdiq olunduğu zaman qeydiyyatda heç kim yoxdur. İş materiallarında olan yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə dair məlumatdan isə müəyyən olunur ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Xaçmaz şəhəri, Səid Qurbanov küçəsi 45 saylı evin 5 saylı mənzində qeydiyyatdadırlar. Bununla da, məhkəmə hesab edir ki, iddiaçı Əliyev X6 şəhəri, Səid Qurbanov küçəsi 45 saylı evin 5 saylı mənzilə dair alqı-satqı müqaviləsi bağlayarkən, mənzildə heç kəsin qeydiyyatda olmadığına əmin olsa da, sonradan müəyyən edilmişdir ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Xaçmaz şəhəri, Səid Qurbanov küçəsi 45 saylı evin 5 saylı mənzilində qeydiyyatdadırlar. Həmin şəxslər mənzili ona satmış X1, yəni əvvəlki sahibin qohumları olduqlarından qeyd olunan mənzildə yaşamırlar, lakin həmin evdə qeydiyyatda qalmaqla iddiaçının evi üzərində mülkiyyət hüquqlarını pozurlar. Azərbaycan Respublikası MPM-nin 106-cı maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İş materiallarında olan 24.01.2022-ci il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsinin verilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.4-cü maddəsinə görə, işdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. İddiaçı dövlət rüsumunun cavadbehlərdən tutulması ilə bağlı məhkəməyə müraciət etmədiyindən və həmin xərcin ona aid edilməsinə etiraz etmədiyindən, dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Avropa İnsan Hüquqları Məhkəməsi Marks Belçikaya qarşı iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. Sporronq və Lonnpot İsveçə qarşı işdə isə Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsaslanmaqla məhkəmə belə nəticəyə gəlir ki, mülkiyyətçinin iradəsinin ziddinə olaraq cavabdehin mübahisəli mənzildən istifadə hüququnun saxlanılmasının davam etməsi iddiaçının evə olan mülkiyyət hüququnu şərti və qeyri-sabit xarakterli edir. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə mülkiyyətçinin iradəsinə zidd onun mülkiyyətindən istifadəyə yol verilmir. Həmçinin məhkəmə onu da qeyd edir ki, hazırkı qətnamə qanuni qüvvəyə mindikdən sonra qətnamə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən cavabdehlərin evdən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas sayılacaqdır. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsindən görünür ki, müvafiq dövlət orqanı tərəfindən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına əsas olan hallardan biri də yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmasıdır. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Xaçmaz şəhəri, Səid Qurbanov küçəsi 45 saylı evin 5 saylı mənzilindən istifadə hüququ itirilmiş hesab edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Xaçmaz şəhəri, Səid Qurbanov küçəsi 45 saylı evin 5 saylı mənzilindən istifadə hüququ itirilmiş hesab edilsin. Bu qətnamə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Xaçmaz şəhəri, Səid Qurbanov küçəsi 45 saylı evin 5 saylı mənzilindən qeydiyyatdan çıxarılması üçün əsasdır. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-708/2022
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-708/2022
01.04.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver