Məhkəmə qərarları › İş №2(067)-73/2023

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-73/2023

05.05.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-73/2023 05.05.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənli Rövş\n Xudat oğlunun, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı evin naturada bölünməsi tələbinə dair mülki işə 05 may 2023-cü il tarixdə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İddiaçı məhkəmədə iddia qaldıraraq **********03-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Xaçmaz rayonu Qaradağlı kəndində yerləşən fərdi yaşayış evinin ½ hissəsinin naturada bölünərək texniki pasportda göstərilən ölçüdə 27,2 kv.metr dəhlizə qapısı açılan 19,3 kv.metr sahəsi olan yaşayış otağını və 27,2 kv.metr dəhlizə qapısı açılan 23,7 kv.metr sahəsi olan yaşayış otağını naturada bölərək ona verilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, cavabdehlə onun atası Seyidəli Əsədov ər-arvad olub. Cavabdehlə atasının nikahları xx.xx.2015-ci il tarixdə pozulmuş və nikah pozulduqdan sonra Xaçmaz rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən cavabdehlə atası birgə nikah dövründə əldə etdikləri Xaçmaz rayon Qarabağlı kəndində yerləşən 0,02106 ha həyətyanı torpaq sahəsində 1 mərtəbəli, 2 otaqlı 93 kv.metr ümumi sahəsi, 43 kv.metr yaşayış sahəsi, 50,4 kv.metr yardımçı sahəsi olan fərdi yaşayış evindən Cavabdeh və X1 payları müəyyən edilərək evin ½ hissəsindən cavabdehin, evin ½ hissəsində isə atasının mülkiyyət hüquqları müəyyən edilmişdir. Həmin məhkəmə qətnaməsi ilə bölünən atasına düşən pay hissəsini atası ona verib və hazırda ona məxsusdur. Lakin naturada bölgü olmadığı üçün həmin evdə yaşaya bilmir. Cavabdeh ona düşən payı qaytarmaq istəmir, onunla bölgüdə razılaşmır. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını xahiş etmişdir. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Resublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********03-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, Xaçmaz rayonunun Qaradağlı kəndində 0,226 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 93,4 kv.metr olan fərdi yaşayış evinin ½ hissəsi Cavabdeh, ½ hissəsi isə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 66 nömrəli reyestr kitabının 52 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan məhkəmə məhkəmə ekspertiza mərkəzinin xx.xx.2023-cü il tarixli 10/6981 nömrəli ekspert rəyindən müəyyən olunur ki, xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********03-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Xaçmaz rayonunun Qaradağlı kəndində 0,2256 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 93,4 kv.metr olan fərdi yaşayış evindən texniki pasportda göstərilən ölçüdə iddiaçı (45,6 kv.metr) və cavabdehin (47,6 kv.metr) ½ hissədə olmaqla paylarının İnşaat Norma və Qaydalarının 2.08..01.89*-nun bəndlərinin və Məhkəmə Tikinti-X3 Metodlarının tələblərinə uyğun qaydada naturada təcrid mənzillər şəklində paydan cüzi (2 kv.metr) kənara çıxmaqla texniki cəhətdən bölünməsinin müqmkün olduğu müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 223.2-ci maddəsinə əsasən birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. Həmin Məcəllənin 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Həmin Məcəllənin 223.4-cü maddəsinə əsasən ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir. Həmin Məcəllənin 220.2.-ci maddəsinə uyğun olaraq paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3.-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsuslu və şərtləri haqqında razılığa gəlmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olana kimi ər-arvada məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəkilində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlaklar ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32-ci maddəsinə əsasən nikah müddətində ərarvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36-cı maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi ilə əlaqədar mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 225.1.-ci maddəsinə əsasən ərlə-arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 78.1.-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İnsan Hüquqlarının və X4 Haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsəsən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümümi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi qismən əsaslıdır. Məhkəmə tərəflərin izahatlarını və ekspert rəyini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin olunsun. Xaçmaz rayon Qaradağlı kəndində 0,2256 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 93,4 kv.metr olan fərdi yaşayış evindən (ekspert rəyində və texniki pasportda göstərilən ölçülərdə və qaydada) İddiaçı (45,6 kv.metr) payı naturada ayrılsın. Ekspertiza tədqiqatının dəyəri olan 50 manat ekspertiza xərci Cavabdeh alınaraq X2, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Eksperizası Mərkəzi VOEN ********** AZ34CTRE******************** hesaba keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar