Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-74/2021 26.07.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, Məhkəmə iclas katibi X7, İddiaçı1, Cavabdeh iştirakı ilə İddiaçı1 və X2 Cavabdeh qarşı torpaq sahəsinin qanunsuz sahiblikdən geri alınması və sair tələbinə dair mülki işə Xaçmaz şəhərində 26 iyul 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı1 və X4 məhkəmədə iddia qaldıraraq Cavabdeh qanunsuz sahibliyindən X3 və ailə üzvlərinə məxsus istifadə etdiyi 0,25 ha torpaq sahəsini, İddiaçı1 məxsus 0,12 ha torpaq sahəsinin istifadə etdiyi hissəsini alaraq qaytarmaqla torpaq sahələrinin mülkiyyət sənədlərində göstərilən cizgilər daxilində tamlığını bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbini onunla əsaslandırılmışlar ki, mülkiyyətlərində Xaçmaz rayon Qusarçay kəndi ərazisində 0,25 ha torpaq sahəsi vardır. Torpaq islahatı aparılarkən torpaq sahəsi boş olsa da sonradan orada ailənin zəhməti və vəsaiti hesabına fındıq bağı salmışlar. Qonşu mülkiyyətçi X11 və onun arvadı birlikdə 0,25 ha torpağı cavabdehə satmışlar. Digər torpaq sahəsini isə o-İddiaçı1 almışdır. Onlar torpaqdan birgə istifadə etmişlər. Сavabdeh Rəna Əliməmmədovanın və onun ailə üzvlərinin torpaq sahəsini də öz torpaq sahəsinə birləşdirərək istifadə etməyə başlamışdır. Bununla əlaqədar Xaçmaz rayon məhkəməsində müvafiq iddia qaldırıldıqdan sonra işlə əlaqədar ekspertiza təyin edilmiş, həmin vaxt cavabdeh torpaq sahəsini istifadə etməyi dayandırmış və məhkəmə qərarı ilə müəyyən olunmuşdur ki, o mübahisə olunanr torpaq sahəsindən istifadə etmir. Bu səbəbdən də həmin vaxt Rəna Əliməmmədovanın iddiası təmin edilməmişdir. Lakin sonradan cavabdeh Rəna Əliməmmədovanın və ailə üzvlərinin torpaq sahəsini tam şəkildə, İddiaçı1 məxsus torpaq sahəsinin də bir hissəsini yenidən müşahidə etməyə başlamış, faktiki olaraq bağa girərək orada müxtəlif işlər görür, özü və ailə üzvləri onları yaxına buraxmırlar. Məhkəmə iclasında İddiaçı1 iddia ərizəsini müdafiə edərək iddia ərizəsinə uyğun izahat vermiş və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etməyərək iddianın təmin olunmamasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, digər iddiaçının iştirakı olmadan iddiaya baxılmasını tələb edir. İş üzrə digər iddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iddiaçının məhkəmə iclasına gəlməməsinin səbəbini üzürsüz sayaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********86 nömrəli, 12.07.2019cu il qeydiyyat tarxli çıxarışın surətindən müəyyən olunur ki, Xaçmaz rayonu Qusarçay kəndi ərazisində yerləşən 0,12 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə İddiaçı1 adına daşınmaz əmlakın dövlət reyestrində 279 nömrəli reyestr kitabının 84 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan torpağa mülkiyyət hüququna dair JN 0791 nömrəli, 30213018 kodlu dövlət aktının surtindən müəyyən olunur ki, Aqrar İslahat Komissiyasının 28 mart 2001-ci il tarixli 01 saylı qərarı ilə X6 və onun ailə üzvlərinin mülkiyyətinə 0,25 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin rəyindən müəyyən olunur ki, torpağa mülkiyyət hüququna dair JN 0791, 30213018 kodlu dövlət aktının torpaq sahəsinin planı və ölçüsü snədində qeyd olunan əsas döngə nöqtələrinin koordinatları elektron xəritə üzərində yoxlanılmış, qeyd olunan koordinatların faktiki sahədən sürüşdüyü müşahidə edilmişdir. (Xəritə 1) Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Xaçmaz rayonu Qusarçay kəndi ünvanında İddiaçı1 mülkiyyətinə verilmiş (reyestr nömrəsi **********86, 11.07.2019-cu il qeydiyyat tarixli) 0,12 ha torpaq sahəsinə ətrafla baxış keçirilməsi üçün iddiaçı tərəfindən şərait yaradılmadı. Torpağa mülkiyyət hüququna dair JN 0791, 30213018 kodlu dövlət aktına əsasən X3 və ailə üzvlərinə məxsus 0,25 ha torpaq sahəsi Cavabdeh tərəfindən istifadə olunmur. (Xəritə 1) İş materiallarında olan məhkəmə ekspertiza mərkəzinin 17 iyun 2021-ci il tarixli, 10/2427 nömrəli ekspert rəyindən müəyyən olunur ki, DƏDRX tərəfindən İddiaçı1 verilmiş **********86 reyestr nömrəli çıxarışa əsasən 0,12 ha torpaq sahəsi və X8 və ailə üzvlərinin mülkiyyətinə verilmiş JN-0791 kod 30213018 olan dövlət aktına əsasən 0,25 ha torpaq sahəsi cavabdeh tərəfindən istifadə olunmur. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi əsassızdır. İş materiallarından görünür ki, iddiaçı "xxxx" MMC-nin hesabına 300 manat məbləğində pul ödəmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasınında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqlarının və X9 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.2.-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.3.-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və içarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması qanunla qadağan olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinin tələblərinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-nin 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Beləliklə, tərəflərin izahatlarını, rəyləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı1 və X2 Cavabdeh qarşı torpaq sahəsinin qanunsuz sahiblikdən geri alınması və sair tələbinə dair iddia tələbi təmin olunmasın. İş üzrə mütəxəssis rəyi üçün ödənilmiş 300 manat məbləğində pul və ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Ekspertiza tədqiqatlarının dəyəri olan 100 manat məbləğində pul iddiaçılar İddiaçı1 və X1 birgə qaydada alınaraq X5, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Eksperizası Mərkəzi VOEN ********** AZ34CTRE******************** hesaba keçirilsin. İş üzrə digər mütəxəssis rəyinin dəyəri olan 311 manat məbləğində pul iddiaçılar İddiaçı1 və X1 birgə qaydada alınaraq Kapitalbank ASC Xətai filialı, kod 200071, VÖEN **********, SWİFT: AİİBAZ2X, Mühbir hesab AZ37NABZ013501**********1944, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi VOEN **********, AZ23AİİB******************** nömrəli hesaba keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Anar Sadıqov
Məhkəmə qərarları › İş №2(067)-74/2021
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-74/2021
26.07.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver