Məhkəmə qərarları › İş №2(067)-744/2021

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-744/2021

29.04.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-744/2021 29.04.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsi üzərində icarə hüquqlarının dövlət qeydiyyatının ləğv edilməsi və torpaq sahəsinin boşaldılaraq geri qaytarılması tələbinə dair mülki işə 29 aprel 2021-ci il tarixdə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı məhkəmədə iddia qaldıraraq, Dövlət mülkiyyətində olan 202 ha torpaq sahəsi üzərində Cavabdeh icarə hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestrində dövlət qeydiyyatının ləğv edilməsi və bu torpaq sahəsinin boşaldılaraq geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı Başçısının 15.02.2006-ci il tarixli, 35-/1 saylı Sərəncamı ilə Cavabdeh dövlət mülkiyyətində olan torpaqlardan 202 ha torpaq sahəsi 99 il müddətinə icarəyə verilmiş və bunun əsasında torpaq icarəsi müqaviləsi bağlanmışdır. İcarəyə verilmiş dövlət torpaqlarının istifadə vəziyyəti araşdırılarkən məlum olmuşdur ki, Cavabdeh torpaq sahəsinin icarəyə verilməsi barədə Xaçmaz RİHB-nın 15.02.2006-ci il tarixli, 35-/1 saylı Sərəncamı verilən və bu Sərəncama əsasən torpaq icarəsi müqaviləsi bağlanan zaman qeyd olunan torpaq sahəsi yüklü olaraq “xxxx” ASC-nin istifadəsində olmuşdur. Belə olduğu halda Xaçmaz RİHB-nın 15.02.2006-ci il tarixli, 35-/1 saylı Sərəncamı qanunsuzdur. Bununla əlaqədar Xaçmaz RİHB-nın 19.11.2020-ci il tarixli, 142 saylı Sərəncamı ilə dövlət mülkiyyətində olan 202 ha torpaq sahəsinin Cavabdeh icarəyə verilməsi barədə İddiaçı Başçısının 15.02.2006-ci il tarixli, 35-/1 saylı Sərəncamı və bu Sərəncama əsasən bağlanmış icarə müqaviləsi ləğv edilmiş və torpaq sahəsi üzərində icarə hüququna xitam verilmişdir. 15.02.2006-ci il tarixli, 35-/1 saylı Sərəncamın ləğv edilməsi barədə Cavabdeh rəsmi məlumat verilmişdir. Bununla bağlı Cavabdeh 202 ha torpaq sahəsi üzərində icarə hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestrində dövlət qeydiyyatı ləğv olunmalı və torpaq sahəsi boşaldılaraq geri qaytarılmalıdır. Göstərilənlərlə əlaqədar hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. 18 mart 2021-ci il tarixdə keçirilən məhkəmə iclasında İddiaçı nümayəndəsi X2 iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, sözügedən torpaq sahəsi 2009-cu ilədək “xxxx” ASC-nin istifadəsində olub. Torpaq sahəsi cavabdehə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə verilmişdirQeyd edilənlərə əsasən nümayəndə iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. İş materiallarında olan Xaçmaz Rayon Dövlət Arxivinin Xaçmaz RİHB-nə ünvanlandığı 18.03.2021-ci il tarixli məktubundan müəyyən olunur ki, Xaçmaz RİHB-nın 1999-cu il tarixli qeydiyyat kitabında 10.12.1999-cu il tarixli 404 saylı sərəncamda “Çarxı quşçuluq” açıq tipli SC istifadəsinə torpaq sahəsinin ayrılması qeyd edilmişdir. İş materiallarında olan Xaçmaz RİHB-nin 10.12.1999-cu il tarixli 404 saylı sərəncamının surətindən müəyyən olunur ki, “Çarxı quşçuluq” sovxozunun ərazisində dövlət mülkiyyətində saxlanılmış 758 ha əkin, 172 ha örüş, 280 ha sair torpaqlar olmaqla, cəmi 1210 ha torpaq sahəsi “Çarxı Quşçuluq” ATSC-nin istifadəsinə verilmişdir. İş materiallarında olan Xaçmaz RİHB-nın 15.02.2006-ci il tarixli, 35-/1 saylı sərəncamından müəyyən olunur ki, Xaçmaz rayon Çarxı kənd sakini Cavabdeh Çarxı İƏVnin ərazisindəki dövlət mülkiyyətinə aid 202 ha torpaq sahəsi kənd təssərüfatı məhsulları istehsalı məqsədi ilə uzunmüddətli (99 il) icarəyə verilmişdir. İş materiallarında olan İddiaçı başçısının 19.11.2020-ci il tarixli sərəncamından çıxarışdan müəyyən olunur ki, dövlət mülkiyyətində olan 202 ha torpaq sahəsinin Cavabdeh icarəyə verilməsi barədə İddiaçı Başçısının 15.02.2006-ci il tarixli, 35-/1 saylı Sərəncamı və bu Sərəncama əsasən bağlanmış icarə müqaviləsi ləğv edilmiş və torpaq sahəsi üzərində icarə hüququna xitam verilmişdir. İş materiallarında olan ƏMDK yanında DƏDRX-nin 03.10.2019-cu il tarixli **********16 reyestr və ********** qeydiyyat nömrəli çıxarışından müəyyən olunur ki, Xaçmaz rayonu, Çarxı kəndi ərazisində yerləşən 101.3. ha torpaq sahəsi icarə müqaviləsi əsasında Cavabdeh adına qeydə alınmışdır. İş materiallarında olan ƏMDK yanında DƏDRX-nin 03.10.2019-cu il tarixli **********18 reyestr və ********** qeydiyyat nömrəli çıxarışından müəyyən olunur ki, Xaçmaz rayonu, Çarxı kəndi ərazisində yerləşən 15.073 ha torpaq sahəsi icarə müqaviləsi əsasında Cavabdeh adına qeydə alınmışdır. İş materiallarında olan ƏMDK yanında DƏDRX-nin 04.10.2019-cu il tarixli **********15 reyestr və ********** qeydiyyat nömrəli çıxarışından müəyyən olunur ki, Xaçmaz rayonu, Çarxı kəndi ərazisində yerləşən 85.2 ha torpaq sahəsi icarə müqaviləsi əsasında Cavabdeh adına qeydə alınmışdır. Beləliklə, işin araşdırılmış hallarından müəyyən olunur ki, Xaçmaz RİHB-nın 1999-cu il tarixli 10.12.1999-cu il tarixli 404 saylı sərəncamına əsasən “Çarxı quşçuluq” açıq tipli SCnin istifadəsinə 99 il müddətinə 1210 ha torpaq sahəsi verildiyi halda, həmin sərəncamın qüvvədə olmasına baxmayaraq, Xaçmaz RİHB-nın 15.02.2006-ci il tarixli, 35-/1 saylı sərəncamı ilə Xaçmaz rayon Çarxı kənd sakini Cavabdeh həmin ərazidən dövlət mülkiyyətinə aid 202 ha torpaq sahəsi verilmişdir. Hazırda İddiaçı başçısının 19.11.2020-ci il tarixli sərəncamı ilə İddiaçı Başçısının 15.02.2006-ci il tarixli, 35-/1 saylı sərəncamı və bu sərəncama əsasən bağlanmış icarə müqaviləsi ləğv edilmiş və torpaq sahəsi üzərində icarə hüququna xitam verilmişdir. Başqa sözlə Xaçmaz rayonu, Çarxı kəndi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı torpaqlar barəsində Cavabdeh adına ƏMDK yanında DƏDRX tərəfindən çıxarışlar verilməsinə əsas olan Xaçmaz RİHB-nın 15.02.2006-ci il tarixli, 35-/1 saylı sərəncamı və bu sərəncama əsasən bağlanmış icarə müqaviləsi ləğv edilmişdir. Belə olduğu halda məhkəmə hesab edir ki, çıxarışların verilməsinə əsas olmuş sənədlər artıq İddiaçı Başçısının 19.11.2020-ci il tarixli sərəncamı ilə ləğv edildiyindən və İddiaçı Başçısının 19.11.2020-ci il tarixli sərəncamı hazırda qüvvədə olduğundan cavabdehin adına verilmiş 03.10.2019-cu il tarixli **********16 reyestr və ********** qeydiyyat nömrəli, 03.10.2019-cu il tarixli **********18 reyestr və ********** qeydiyyat nömrəli və 04.10.2019-cu il tarixli, **********15 reyestr və ********** qeydiyyat nömrəli çıxarışlar ləğv edilməli və torpaq sahəsi boşaldılaraq geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-cı, 241- 242-ci, 244-cü, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Cavabdeh adına ƏMDK yanında DƏDRX tərəfindən qeydə alınmış 03.10.2019-cu il tarixli **********16 reyestr və ********** qeydiyyat nömrəli, 03.10.2019-cu il tarixli **********18 reyestr və ********** qeydiyyat nömrəli və 04.10.2019-cu il tarixli, **********15 reyestr və ********** qeydiyyat nömrəli çıxarışlar ləğv edilsin. Xaçmaz rayonunun Çarxı kəndi ərazisində yerləşən və Cavabdeh istifadəsində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi boşaldılaraq İddiaçınə təhvil verilsin. Qətnamədən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar