Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-765/2024 28.02.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, İddiaçı, Cavabdeh Xaçmaz rayon Ləcət kənd tam orta məktəbinin nümayəndəsi Nümayəndə1, Cavabdeh Quba-Xaçmaz Regional Təhsil İdarəsinin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdehlər Xaçmaz rayon Ləcət kənd tam orta məktəbinə və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Quba-Xaçmaz Regional Təhsil İdarəsinə qarşı işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqı tələbinə dair iddia ərizəsi üzrə mülki işə Xaçmaz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ləcət kənd tam orta məktəbin direktorunun xx.xx.2023-cü il tarixli, 56 nömrəli əmri ilə onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən xitam verilərək işdən azad edilməyi barədə əmrini ləğv edərək onun məktəbdə laborat vəzifəsinə bərpa edilməyi və məcburi işburaxma müddəti üçün əmək haqqının cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, Ləcət kənd tam orta məktəbin direktorunun 01,06.2005-ci il tarixli, 09 nömrəli əmri ilə Ləcət kənd tam orta məktəbinə loborant vəzifəsinə qəbul olunmuşdur. Ləcət kənd tam orta məktəbin direktorunun xx.xx.2023-cü il tarixli, 56 nömrəli əmri ilə onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən xitam verilərək işdən azad edilmişdir. İşdən çıxarılmağını tam əsassız hesab edir və işinə bərpa olunmaqla məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməlidir. Belə ki, direktorun xx.xx.2023-cü il tarixli, 56 nömrəli əmrindən görünür ki, X2 məktəbdə laborotoriya fəaliyyət göstərmədiyinə görə xx.xx.2023-cü il tarixdən bağlanmış əmək müqaviləsinə xitam verilsin və işdən azad edilsin. Əmrdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin hər hansı bir bəndində istinad olunmamış, əmr əsaslandırılmamışdır. Ona qarşı direktor tərəfindən hədə- qorxu gələrək işdən çıxmaq barədə ərizə yazmağı tələb olunmuş, ərizə yazmadığına görə töhmət verəcəyi ilə hədələmiş, nəticəsi olmadığına görə nəhayət əmrlə əmək müqaviləsinə xitam verməklə işdən çıxarmışdır. Qanuna görə işdən çıxarılarkən, yəni müqaviləyə xitam verilərkən qanunvericiliyin tələblərinə əməl olunmalıdır. Ona hər hansı rəsmi xəbərdarlıq edilmədən işdən çıxarılmağı, habelə əmrdə Əmək Məcəlləsinin müvafiq maddələrinə istinad olunmaması əmrin ləğv olunması üçün əsaslardır. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edib iddia əriəsinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. O, öz tələbini əsaslandırarkən, həmçinin qeyd etmişdir ki, onun vəzifədən azad edilməsi haqqında qərar Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə uyğun qəbul edilməmişdir. Əvvəlki məhkəmə iclaslarında iddiaçı bildirmişdir ki, kimya ixtisası üzrə laborant işləyir. Direkror vəzifəyə təyin olunandan 2-3 ildir ona təzyiq göstərir, hədələyir, töhmət verir, müəllimlər arasında danışır ki, onu işdən çıxaracaq. Qanuna görə işdən çıxarılarkən, yəni müqaviləyə xitam verilərkən qanunvericiliyin tələblərinə əməl olunmalıdır. Ona hər hansı rəsmi xəbərdarlıq edilmədən işdən çıxarılmışdır. Məhkəmə iclasında cavabdeh Xaçmaz rayon Ləcət kənd tam orta məktəbinin nümayəndəsi Nümayəndə1 izahat verərək bildirmişdir ki, 2022-2023-cü tədris ilinin sonunda Quba-Xaçmaz Regional Təhsil İdarəsindən nümayəndələr monitorinq keçirmişlər. Bundan sonra məktub daxil olmuşdur ki, 1,5 ştatda işləyən işçilər – laborantlar işdən çıxarılsın. İddiaçı şifahi olaraq bu barədə xəbərlarlıq edilmişdir. İddiaçının işə bərpa olunmasına etiraz etmir. Lakin əmək haqqı üzrə maliyyə idarəsindən bildirilmişdir ki, iddiaçıya 367 manat təzminat ödənilmişdir. Əmək haqqının ödənilməsinə etiraz edir. Məhkəmə iclasında cavabdeh Quba-Xaçmaz Regional Təhsil İdarəsinin nümayəndəsi Nümayəndə2 bildirmişdir ki, iddianı qismən qəbul edərək iddiaçının işə bərpa tələbini qəbul edir, əmək haqqı ödənilməsinə daid hissəsini isə qəbul etmir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2023-cü il tarixli 56 nömrəli əmrdən çıxarışdan görünür ki, Ləcət kənd tam orta məktəbində laborant işləyən orta təhsilli İddiaçı məktəbdə laboratoriya fəaliyyət göstərmədiyinə görə xx.xx.2023-cü il tarixdən bağlanmış əmək müqaviləsinə xitam verilmiş və işdən azad edilmişdir. - Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Xaçmaz rayonu üzrə sektorunun müdiri İnqilab Musayevə ünvanladığı məktubdan görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq yay məvsümündə əsassız saxlanılan ocaqçı ştatları, avadanlıqla təchiz olunmuş fizika və kimya kabinetlərinin yaradılması mümkün olmayan məktəblərdə artıq saxlanılan laborant ştatları ixtisar edilərək maliyyələşdirilməsi dayandırılmalı, idman zalı, emalatxanası və mövcud sinif otaqlarının sayı imkan vermədiyi halda fiziki tərbiyə, texnologoya və xarici dil dərslərinin yarımqruplara bölünərək tədris olunması dayandırılmalıdır. - Xaçmaz rayonu üzrə təhsil sektorunun Quba-Xaçmaz Regional Təhsil İdarəsinə ünvanladığı xidməti məlumatdan müəyyən olunur ki, Ləcət kənd tam orta məktəbində 1,5 ştat laborant vəzifəsi vardır. Məktəb rəhbəri Quba-Xaçmaz Regional Təhsil İdarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən məktəbdə sinif otağı və laboratoriya avadanlığı olmadığı üçün həmin 1,5 laborant ştatında çalışan İddiaçı və X1 əmək müqaviləsinə xx.xx.2023-cü il tarixli 56 nömrəli əmrlə xitam verilmişdir. - Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bilidirişindən görünür ki, Quba-Xaçmaz Regional Təhsil İdarəsi ilə İddiaçı arasında xx.xx.2022-ci il tarixdə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Ləcət kənd tam orta məktəbində laborant ştatı ləğv olunmadan laborant işləyən İddiaçı xx.xx.2023-cü il tarixdən Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsaslanaraq laborant vəzifəsindən azad edilmiş, həmçinin işəgötürən Əmək Məcəlləsinin 77-ci maddəsi ilə müəyyən edilmiş tədbirlər həyata keçirməmişdir. Hazırda isə iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun öz vəzifəsinə bərpa edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 42-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. 45-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. 68-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. 70-ci maddəsinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. 70.1-ci maddəsinə əsasən İişçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq rəsmi xəbərdar edilməlidir. 70.3-cü maddəsinə əsasən əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq işdənçıxarma müavinəti ödənilir. Beləliklə, məhkəmə məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü madəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinin tələblərinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Xaçmaz rayonu Ləcət kənd tam orta məktəbin direktorunun İddiaçı barədə xx.xx.2023-cü il tarixli, 56 nömrəli əmri ləğv edilsin və İddiaçı həmin məktəbin laborantı vəzifəsinə (ştatına) işə bərpa olunsun. Məcburi iş buraxma müddəti üçün "xx.xx.2023-cü il” tarixdən hesablanmaqla İddiaçı Xaçmaz rayonu Ləcət kənd tam orta məktəbi tərəfindən işə bərpa olunan günə qədər hər ay üçün əmək haqqı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Aynur Əliyeva
Məhkəmə qərarları › İş №2(067)-765/2024
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-765/2024
28.02.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver