Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-767/2024 15.04.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, Məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, İddiaçı X1 nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı X1 Cavabdeh qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, müəyyən etdi: İddiaçı X3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh “ÇEŞMƏ” restoranın onun icarəsində olduğu müddətdə təbii qazdan istifadəyə görə yaranmış borc pulu 3906,20 manat və hazırki iddia ərizəsinə görə ödənilmiş 80 manat dövlət rüsumunun, cəmi 3986,20 manat pulun alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, xx.xx.2021 -ci il tarixdə onunla cavabdeh arasında ona məxsus Xaçmaz rayonu Armudpadar kəndində yerləşən “ÇEŞMƏ” restoranının icarəyə verilməsinə dair müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən o özünə məxsus Xaçmaz rayonu Armudpadar kəndində yerləşən “ÇEŞMƏ” restoranını cavabdehə icarəyə vermişdir. Müqavilənin 2.2-ci bəndinə əsasən müqavilənin müddəti 3 (üç) il müəyyən edilsə də, tərəflərin razılığı ilə müqavilə xx.xx.2022-ci il tarixdə pozulmuşdur. Müqavilənin pozulduğu vaxta “ÇEŞMƏ” restoranın cavabdehin icarədə olduğu müddətdə həmin obyektdə istifadə olunmuş təbii qazın sərfiyyatına görə 3906,20 manat borcu qalmışdır. Müqaviləni pozarkən o cavabdehdən tələb etmişdir ki, qaz sərfıyyatına görə yaranmış borcu ödəsin. Cavabdeh isə hazırda qaz sərfiyyatına görə ödəniş etməyə maddi imkanının olmadığını bildirərək söz vermişdir ki, uzağı iki həftə ərzində həm qaz sərfiyyatına görə yaranmış borcu tam olaraq ödəyəcəkdir. Lakin bu günə kimi cavabdeh həmin pulu ödəməmişdir. Xaçmaz RQİİ-dən X1 adına verilmiş (kafe), abonent **********00000 saylı abonentin saldosu sənədindən göründüyü kimi həmin obyektdə 2021-ci ilin oktyabr ayından 2022ci ilin aprel ayına kimi istifadə olunmuş təbii qazın sərfiyyatna görə 3906,20 manat borc yaranmışdır. Bu hal həmçinin Xaçmaz RQİİ-nin xx.xx.2022-ci il tarixli arayışı ilə də təsdiq olunur. Həmin arayışda qeyd olunur ki, Xaçmaz rayonu Armudpadar kəndində yerləşən **********00000 abonent kodu olan X2 məxsus kafenin xx.xx.2022-ci il tarixə 3906 manat 20 qəpik debitor borcu var. Həmin borc 2021-ci ilin oktyabr ayından 2022-ci ilin aprel ayına kimi istifadə olunmuş qazın həcminə əsasən yaranmışdır. Yəni həmin sənədlərlə təsdiq olunur ki, “ÇEŞMƏ” restoranında 2021-ci ilin oktyabr ayından 2022-ci ilin aprel ayına kimi istifadə olunmuş qaz sərfiyyatına görə yaranmış 3906 manat 20 qəpik debitor borcu həmin obyektin xx.xx.2021-ci il tarixli İcarə Müqaviləsinin xx.xx.2022-ci il tarixədək qüvvədə olduğu dövrdə cavabdehin icarəsində olduğu müddətdə yaranmışdır. İcarə Müqaviləsinin yuxarıda göstərilən tələblərinə əsasən cavabdeh İcarəçi olaraq həmin obyektdə istifadə olunmuş təbii qazın dəyərini ödəməlidir. Cavabdeh müqavilə üzrə öhdəliklərini pozaraq sahənin onun icarəsində olduğu müddətdə qaz sərfıyyatına görə yaranmış 3906,20 manat borc pulu ödəməkdən imtina edir. Məhkəmə iclasında iddiaçı tərəf iddianı müdafiə edərək göstərmişdir ki, tərəflərin hər ikisində VÖEN olması müəyyən olsa da, həmin VÖEN-lərin aktiv olub olmaması barədə məlumat yoxdur. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi iş materialları ilə birlikdə aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 26.1.-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. İşə əlavə edilmiş sənədlərdən də müəyyən olunur ki, tərəflər arasında yaranmış mübahisə sahibkarlıq fəaliyyəti ilə əlaqədardır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı X1 Cavabdeh arasında yaranmış mübahisə sahibkarlıq fəaliyyəti ilə əlaqədardır. Məhkəmə qeyd edir ki, iddia araşdırma zamanı hüquq münasibətinin xarakterindən həmçinin, iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş sənədlərdən mübahisənin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olduğu müəyyən edilmişdir. Odur ki, mübahisənin xarakteri, iddiaçı və cavabdehlərin sahibkarlıq subyektləri olması nəzərə alınaraq, işə kommersiya sahəsi üzrə ixtisaslaşmış məhkəmədə baxılması məqsədəmüvafiq hesab edilmişdir. 32.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs, mübahisənin bu və ya başqa məhkəməyə aidiyyətinin dəyişdirilməsi barədə ərizə verə bilər. 32.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxs məhkəmə aidiyyəti ilə razılaşmamasını əsaslandırmalı və bu barədə işə mahiyyəti üzrə baxılmağa başlanana qədər bildirməlidir. 32.3-ci maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. 32.4-ci maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. 32.7-ci maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir. Bununla yanaşı məhkəmə onu da qeyd edir ki, iddiaçı hazırki qərardaddan şikayət verəcəyi təqdirdə aşağıda qeyd olunan hüquq normalarının tələblərini nəzərə almalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 32.5-ci maddəsinə əsasən aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. 32.6-ci maddəsinə əsasən iş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir. 269-cu maddəsinə əsasən şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir403-1.3-cü maddəsinə əsasən məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayət bu Məcəllənin 407.1 - 407.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olaraq verilir. 403-1.4-cü maddəsinə əsasən şikayətin qaytarılması məsələsi bu Məcəllənin 408-ci maddəsində nəzərdə tutulmuş qaydada birinci instansiya məhkəməsi və ya kasasiya instansiyası məhkəməsi tərəfindən həll edilir. Şikayətin birinci instansiya məhkəməsi tərəfindən qaytarılmasına dair qərardaddan kasasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. 403-1.5. Şikayətin surəti birinci instansiya məhkəməsi tərəfindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildikdən sonra onlar, 5 gündən gec olmayaraq şikayətə dair etirazlarını və yaxud izahatlarını kassasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdırlar. 407.3-cü maddəsinə əsasən şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. 408.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud onu imzalamağa hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə geri qaytarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24, 26, 32, 263-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı X1 Cavabdeh qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilsin. İddia ərizəsinin və iddia ərizəsinə əlavə olunmuş sənədlərin elektron məhkəmə informasiya sisteminə yerləşdirilməsi məhkəmənin dəftərxanasına həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün ərzində Xaçmaz rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Aynur Əliyeva
Məhkəmə qərarları › İş №2(067)-767/2024
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-767/2024
15.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver