Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-77/2025 02.09.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «əmlakın qanunsuz sahiblikdən geri tələb edilməsi və mülkiyyətə qəsd edən hərəkətlərə son qoyulması» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Xaçmaz rayonunun Ağaverdioba kəndində yerləşən JN 0037 saylı kod nömrəsi 30213088 olan torpağa mülkiyyət hüququna dair Dövlət Aktında nəzərdə tutulmuş 1,83 ha və RX seriyalı ******* saylı hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışda nəzərdə tutulmuş 0.12 ha, cəmi 1,95 ha pay torpaq sahəsinin cavabdehin qanunsuz sahibliyindən alınaraq istifadəsinə qaytarılması və cavabdeh tərəfindən mülkiyyətinə qəsd edən hərəkətlərə son qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Xaçmaz rayon AİK-nın xx.xx.1998-ci il tarixli 12 saylı qərarına əsasən ona və 3 nəfər ailə üzvünə yaşadıqları Xaçmaz rayonunun Ağaverdioba kəndi ərazisində 1,95 ha pay torpaq sahəsi verilmişdir. Torpaq sahəsindən 1,83 ha hissəyə dair JN 0037 saylı kod nömrəsi 30213088 olan torpağa mülkiyyət hüququna dair Dövlət Aktı və 0.12 ha hissəyə dair RX seriyalı ******* saylı hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. DT və XK-nin Xaçmaz rayon şöbəsinin mütəxəssisləri, eləcə də Dövlət Yerquruluşu Layihə İnstitutunun mütəxəssisləri tərəfindən dövlət aktının və çıxarışın plan cizgiləri yerində ölçülərək ona təhkim olunmuşdur. Cavabdeh mülkiyyətlərinə verilmiş torpaq sahəsinin 0,80 ha hissəsini qanunsuz olaraq zəbt edərək oradan istifadə edir. Həmçinin cavabdeh onun ümumilikdə torpaq sahəsindən istifadəsinə maneəçilik törədir. Bununla əlaqədar dəfələrlə yerli bələdiyyəyə müraciət etmiş, lakin müraciət müsbət həll olunmamışdır. Ona məhkəməyə müraciət etməyi tövsiyə ediblər. Məhkəmə iclaslarında İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmiş və iddia ərizəsinə uyğun izahat verdikdən sonra, əlavə olaraq bildirmişdir ki, 0.12 ha torpaq sahəsi ona və ailə üzvlərinə məxsusdur. Cavabdeh qardaşıdır. O, ailə üzvləri ilə birlikdə onun mülkiyyətinə verilmiş torpaq sahəsinin 0,80 ha hissəsinin qanunsuz olaraq zəbt edərək istifadə edir. Həmçinin cavabdeh onun ümumilikdə torpaq sahəsindən istifadə etməsinə maneəçilik edir. Bu səbəbdən o, JN 0037 saylı kod nömrəsi 30213088 olan torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə mülkiyyətinə verilmiş Xaçmaz rayonunun Ağaverdioba kəndi ərazisində 1,95 ha pay torpaq sahəsinə hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış ala bilmir. Ümumilikdə 1,95 ha pay torpaq sahəsinin cavabdehin qanunsuz istifadəsindən alınaraq istifadəsinə qaytarılmasına və cavabdeh tərəfindən mülkiyyətinə qəsd edən hərəkətlərə son qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarında Cavabdeh iddianı qəbul etməyərək, izahatında bildirmişdir ki, RX seriyalı ******* saylı hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ailə üzvləri ilə birlikdə onun ümumi birgə mülkiyyətində Xaçmaz rayonunun Ağaverdioba kəndi ərazisində cəmi 2,0067 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi var. Həmin torpaq sahəsinin sənədi verilərkən ərazidə ölçmə işləri aparılıb. O, özünün torpaq sahəsindən istifadə edir, iddiaçının torpaq sahəsindən istifadə etmir, onun torpaq sahəsində çəpər çəkməyib, arx atmayıb. Ərazinin elektron xəritəsi çıxanadək iddiaçı demişdi ki, qızı üçün ev tikmək istədiyinə görə torpaq sahəsini satır, ona görə o, mübahisəli bağ sahəsini iddiaçıya vermişdi və 2 il iddiaçı oradan istifadə edib, sonradan elektron xəritələr çəkiləndə o, həmin torpağı öz sənədinə uyğun olaraq iddiaçıdan geri alıb. Həmin bağı iddiaçı yox, o, özü salıb, sadəcə köhnə xəritə ilə bağ sahəsi iddiaçıda olub, yeni xəritəyə əsasən onun mülkiyyətindədir. O, iddiaçıya sözügedən torpaq sahəsini satmamışdır. İddiaçı torpaq sahəsində düzgün istifadə etmir. Məhkəmə tərəflərin izahatlarını dinləyib və onların təqdim etdikləri sənəd və sübutları tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Torpağa Mülkiyyət hüququna dair JN-0037, KOD 30213088 saylı Dövlət Aktından müəyyən edilir ki, Xaçmaz rayonu, Ağaverdioba kəndində yerləşən 1.83 ha torpaq sahəsi İddiaçı, X2, X4 və X7 ümumi birgə paylı mülkiyyətinə verilmişdir. RX seriyalı, 02027036 saylı, ********** qeydiyyat nömrəli, **********21 reyestr nömrəli, 12 mart 2013-cü il tarixli Hüquqların Dövlət Reyestri Haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan müəyyən edilir ki, Xaçmaz rayonu, Ağaverdioba kəndi ərazisində yerləşən 0.12 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətinə verilmişdir. AA seriyalı, 000080 saylı torpaq sahəsinin planı və ölçüsündən müəyyən edilir ki, RX seriyalı, 02027036 saylı, ********** qeydiyyat nömrəli, **********21 reyestr nömrəli, 12 mart 2013-cü il tarixli hüquqların Dövlət Reyestri Haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış əsasında İddiaçı xüsusi mülkiyyətinə verilmiş Xaçmaz rayonunun Ağaverdioba kəndi ərazisində yerləşən 0.12 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinə dair texniki sənəd işlənmişdir. RX seriyalı, ******* saylı, ********** qeydiyyat nömrəli, **********20 reyestr nömrəli, 12 avqust 2013-cü il tarixli Hüquqların Dövlət Reyestri Haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan müəyyən edilir ki, Xaçmaz rayonunun Ağaverdioba kəndi ərazisində yerləşən 2.0067 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi Cavabdeh, X8, X5 və X1 ümumi birgə mülkiyyətinə verilmişdir. Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin 16 aprel 2025-ci il tarixli mütəxəssis rəyindən müəyyən edilir ki, idiaçının faktiki naturada istifadəsində 1.95 ha təşkil edir və iddiaçı ilə cavabdehə məxsus torpaq sahələri qonşuluqda yerləşir, (sxem əlavə olunur). JN-0037 saylı kod nömrəsi 30213088 olan torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən İddiaçı və onun ailə üzvləri X3. X4 və X7 paylı mülkiyyətə verilmiş Xaçmaz rayonunun Ağaverdioba kəndində yerləşən cəmi 1.83 ha torpaq sahəsindən elektron baza (DWJ) məlumatına əsasən Cavabdeh tərəfindən istifadə olunmur. Lakin, 12 avqust 2013cü il tarixli, ********** qeydiyyat nömrəli, RX seriyalı 0227036, **********21 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən şıxarışa əsasən İddiaçı tam mülkiyyətində olan Xaçmaz rayonunun Ağaverdioba kəndində yerləşən 0.12 ha torpaq sahəsinin 0.0251 ha hissəsi, Cavabdeh tərəfindən istifadə olunur. Hansı ölçülərdə, hansı koordinatda olması sxemdə əks olunur. Cavabdeh tərəfindən İddiaçı yuxanda qeyd olunan torpaq sahələrindən istifadəsini maneçilik törədilməsini müəyyən etmək Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin səlahiyyətləri daxilində deyildir. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 14 may 2025-ci il tarixli, 10/3389 saylı ekspert rəyindən müəyyən edilir ki, iddiaçının faktiki naturada istfadəsində 1.95 ha təşkil etdiyi və iddiaçı ilə cavabdehə məxsus torpaq sahələrinin qonşuluqda yerləşdiyi müəyyən edilmişdir, (sxem əlavə olunur). JN-0037 saylı kod nömrəsi 30213088 olan torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən İddiaçı və onun ailə üzvləri X3, X4 və X7 paylı mülkiyyətinə verilmiş Xaçmaz rayonunun Ağaverdioba kəndində yerləşən cəmi 1,83 ha torpaq sahəsindən elektron baza (DWJ) məlumatına əsasən Cavabdeh tərəfindən istifadə olunmur. Lakin 12 avqust 2013-cü il tarixli, ********** qeydiyyat nömrəli, RX seriyalı 0227036, **********21 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən İddiaçı tam mülkiyyətində olan Xaçmaz rayonunun Ağaverdioba kəndində yerləşən 0.12 ha torpaq sahəsinin 0.0251 ha hissəsi, Cavabdeh tərəfindən istifadə olunur. Hansı ölçülərdə, hansı koordinatda olmäsı mütəxəssis rəyinə əlavə edilmiş sxemdə əks olunmuşdur. Cavabdeh tərəfindən İddiaçı yuxarıda qeyd olunan torpaq sahələrindən istifadəsinə maneçilik törədilməsini müəyyən etmək məhkəmə tikinti-texniki ekspertin səlahiyyətləri daxilində deyildir. 30 yanvar 2024-cü il tarixli, ********** saylı mədaxil qəbzindən müəyyən olunur ki, İddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmənin hüquqi mövqeyi: Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-nin 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasınında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqlarının və X12 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar Mülki Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2.-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66.2-ci maddəsinə əsasən torpaq üzərində hüquqlar (müddəti 11 aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydata daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Məcəllənin 67.4-cü maddəsinə əsasən torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və içarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması qanunla qadağan olunur. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşları mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torppaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən həyata keçirilir. «Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 fevral 2003-cü il tarixli 2 №-li Qərarının 3-cü bəndində qeyd edilmişdir ki, torpaq sahəsi ilə əlaqədar mübahisələrə baxıldıqda hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməli, buna müvafiq olaraq müdafiə tədbirləri seçilməlidir. İşlər məhkəmə baxışına hazırlandıqda torpaq sahəsinin hüquqi statusunu müəyyən edən sənəd, ilk növbədə həmin sənədin əsli tələb edilməlidir. Həmin Qərarın 6-cı bəndinə əsasən torpaq sahəsi üzərində hüquqlar həmin hüquqları təsbit edən müvafiq sənədlərlə (torpağa mülkiyyət hüququna dair dövlət aktı, torpaqdan daimi istifadə hüququna dair dövlət aktı, torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə, torpağın mülkiyyətə verilməsinə dair şəhadtnamə) rəsmiləşdirilir.Bu sənədlər olmadan torpağa yiyələnmək torpağı özbaşına tutma kimi qiymətləndirilir. Dövlət aktı və şəhadətnamə ilə əldə edilmiş hüquqlar müvafiq icra hakimiyyəti orqanında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçdikdən sonra yaranmış hesab edilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.4.-cü maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. Həmin Məcəllənin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmənin gəldiyi nəticə: Məhkəmə araşdırması zamanı İddiaçı JN-0037, KOD 30213088 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən ailə üzvləri X9, X10 və X13 ilə paylı mülkiyyətinə verilmiş Xaçmaz rayonunun Ağaverdioba kəndində yerləşən 1.83 ha torpaq sahəsinin və RX seriyalı, 02027036 saylı, ********** qeydiyyat nömrəli, **********21 reyestr nömrəli, 12 mart 2013-cü il tarixli Hüquqların Dövlət Reyestri Haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən mülkiyyətində olan Xaçmaz rayonunun Ağaverdioba kəndi ərazisində yerləşən 0.12 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin Cavabdeh tərəfindən istifadə edildiyini və bununla da mülkiyyətçi kimi hüquqlarının pozulduğunu iddia etmiş, cavabdeh isə qeyd olunan torpaq sahələrindən istifadə etmədiyini bildirmişdir. Bu səbəbdən məhkəmə tərəfindən işin obyektiv həlli məqsədi ilə məhkəmə-mühəndis texniki ekspertizası təyin edilmiş, ekspertizanln keçirilməsi üçün Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin əməkdaşları tərəfindən tərəflərin də iştirakı ilə əraziyə yerində baxş keçirilmiş və məhkəmə tərəfindən ekspertiza qarşısında qoyulmuş suallarla bağlı müvafiq mütəxəssis rəyi verilmişdir. Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin 16 aprel 2025-ci il tarixli mütəxəssis rəyi və həmin rəy əsasında verilmiş Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 14 may 2025-ci il tarixli, 10/3389 saylı ekspert rəyi ilə müəyyən olunmuşdur ki, iddiaçının faktiki naturada istfadəsində 1.95 ha təşkil etdiyi və iddiaçı ilə cavabdehə məxsus torpaq sahələrinin qonşuluqda yerləşdiyi müəyyən edilmişdir. JN-0037 saylı kod nömrəsi 30213088 olan torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən İddiaçı və onun ailə üzvləri X3, X4 və X7 paylı mülkiyyətinə verilmiş Xaçmaz rayonunun Ağaverdioba kəndində yerləşən cəmi 1,83 ha torpaq sahəsindən elektron baza (DWJ) məlumatına əsasən Cavabdeh tərəfindən istifadə olunmur. Lakin, 12 avqust 2013-cü il tarixli, ********** qeydiyyat nömrəli, RX seriyalı 0227036, **********21 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən İddiaçı tam mülkiyyətində olan Xaçmaz rayonunun Ağaverdioba kəndində yerləşən 0.12 ha torpaq sahəsinin 0.0251 ha hissəsi Cavabdeh tərəfindən istifadə olunur. Hansı ölçülərdə, hansı koordinatda olmäsı mütəxəssis rəyinə əlavə edilmiş sxemdə əks olunmuşdur. Cavabdeh tərəfindən İddiaçı yuxarıda qeyd olunan torpaq sahələrindən istifadəsinə maneçilik törədilməsini müəyyən etmək məhkəmə tikinti-texniki ekspertin səlahiyyətləri daxilində deyildir Məhkəmə işin halları ilə bağlı obyektiv nəticənin əldə edilməsi məqsədi ilə alınmış Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin 16 aprel 2025-ci il tarixli mütəxəssis rəyini və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 14 may 2025-ci il tarixli, 10/3389 saylı ekspert rəyini mötəbər sübutlar kimi qəbul etmiş, eyni zamanda iddiaçının cavabdehin 1,83 ha torpaq sahəsindən qanunsuz istifadə etməsi ilə bağlı hissədə iddia tələbini və cavabdehin iddiaya qarşı etirazının dəlillərini əsassız hesab etmişdir. Belə ki, qeyd olunan hallarla bağlı tərəflər heç bir mötəbər sübutlarını məhkəməyə təqdim etməmişlər, həmin hallar onların izahatlarından başqa heç bir sübutla öz təsdiqini tapmamışdır. Bundan başqa tədqiq olunmuş sübutlarla tərəflər arasında hər hansı bir alqısatqı müaviləsinin mövcudluğu da təsqini tapmamışdır. Beləliklə məhkəmə iş materiallarını, işin faktiki hallarını və yuxarıda sadalanan normaları müqayisəli şəkildə təhlil edərək, hesab edir ki, 12 avqust 2013-cü il tarixli, ********** qeydiyyat nömrəli, RX seriyalı 0227036, **********21 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Xaçmaz rayonunun Ağaverdioba kəndində yerləşən 0.12 ha torpaq sahəsinin 0.0251 ha hissəsinin mütəxəssis rəyinə əlavə edilmiş sxemdə əks olunmuş cizgilərdə Cavabdeh tərəfindən qanunsuz istifadə edilməsi və bununla da iddiaçının mülkiyyətçi kimi hüquqularının pozulması öz təsdiqini tapır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli və 12 avqust 2013-cü il tarixli, ********** qeydiyyat nömrəli, RX seriyalı 0227036, **********21 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Xaçmaz rayonunun Ağaverdioba kəndində yerləşən 0.12 ha torpaq sahəsinin 0.0251 ha hissəsi mütəxəssis rəyinə əlavə edilmiş sxemdə əks olunmuş cizgilərdə Cavabdeh alınaraq İddiaçı qaytarılmalıdır. İş üzrə iddiaçı tərəf ödənilmiş məhkəmə xərclərini cavabdehdən tələb etmədiyinə görə, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Ekspertiza tədqiqatlarının dəyəri olan 100 manat məbləğində pul Cavabdeh alınaraq X6, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VOEN ********** AZ34CTRE******************** hesaba keçirilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. 12 avqust 2013-cü il tarixli, ********** qeydiyyat nömrəli, RX seriyalı ******* №-li, **********21 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Xaçmaz rayonunun Ağaverdioba kəndində yerləşən 0.12 ha torpaq sahəsinin 0.0251 ha hissəsi mütəxəssis rəyinə əlavə edilmiş sxemdə əks olunmuş cizgilərdə Cavabdeh alınaraq İddiaçı qaytarılsın. Dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pul İddiaçı aid edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul Cavabdeh alınaraq X6, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VOEN ********** AZ34CTRE******************** hesaba keçirilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nərmin Abiyeva
Məhkəmə qərarları › İş №2(067)-77/2025
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-77/2025
02.09.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver