Məhkəmə qərarları › İş №2(067)-776/2022

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-776/2022

26.07.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-776/2022 26.07.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclas katibi X6, İddiaçı1 və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı1 və qeyrisinin Cavabdeh1 və qeyrisinə qarşı mənzilə köçürülmə və sair tələbinə dair mülki işə Xaçmaz şəhərində 26 iyul 2022-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı1 və İddiaçı2 məhkəmədə iddia qaldıraraq Cavabdeh1, X9 (2 azyaşlı övladı X14 və X15 ilə birlikdə) və digər şəxslər qanunsuz istifadəsində olan ünvan 1 ünvanında ümumi sahəsi 28,0 kv.m sahəsi olan mənzildən çıxarılmaları, iddiaçılar İddiaçı1 və İddiaçı2 ünvan 1 ünvanında yerləşən mənzilə köçürülmələri, Cavabdeh1 və digpr şəxslər tərəfindən iddiaçılar İddiaçı1 və İddiaçı2 qızma mənzildən istifadə hüquqlarına törədilən qanunsuz maneələrin cavabdeh və digər şəxslərə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddianı onunla əsaslandırmışlar ki, dövlət reyestrindən seriya RX № ******* saylı, **********56-05101-093001 reyestr nömrəli, ********** qeydiyyat nömrəli və xx.xx.2018-ci il qeydiyyat tarixli çıxarış əsasında Xudat şəhəri Konserv Zavod qəsəbəsi, ev 16, mənzil 4 ünvanında ümumi sahəsi 28,0 kv.m sahəsi olan mənzilin keçmiş mülkiyyətçisi X10 ilə İddiaçı1 arasında 23 iyul 2020-cı il tarixdə bağlanmış AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında sözügedən mənzili İddiaçı1 satmışdır. Hər iki İddiaçı1 və İddiaçı2 Xudat şəhəri. Konserv Zavod qəsəbəsi, ev 16, mənzil 4 ünvanında yerləşən mənzilə pasport qeydiyyatındadırlar. Alqı-satqı olmasına baxmayaraq halhazırda sözügedən mənzil X5 mülkiyyətində qalma səbəbi yeni mülkiyyətçi və vicdanlı alıcı olan İddiaçı1 və İddiaçı2 mənzildə yaşayan Cavabdeh1, X9 və digər şəxslər qanunsuz olaraq mənzildən istifadə hüququna və mənzilə daxil olmasına qanunsuz maneələr yaratmasıdır. Məhkəmə iclasında iddiaçı tərəf iddianı müdafiə edərək təmin edilməsini xahiş etmişlər. Cavabdeh tərəf məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin gəlməməsinin səbəbini üzürsüz hesab edərək Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə tərəfin izahatını dinləyib, iş üzrə sübutları araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AN-İ № ******* nömrəli 23 iyul 2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən müəyyən olunur ki, X11 mülkiyyətlərində olan ünvan 1 ünvanında ümumi sahəsi 28,0 kv.m sahəsi olan mənzili İddiaçı1 satmışdır. İş materiallarından müəyyən olunur ki, İddiaçı1 və İddiaçı2 ünvan 1 ünvanında qeydiyyatdadırlar. Göründüyü kimi İddiaçı1 Xaçmaz rayonu Xudat şəhəri Konserv Zavod qəsəbəsi, 16 nömrəli evin 4 nömrəli mənzilin qanuni sahibidir. İş materiallarında olan DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi idarəsinin xx.xx.2020-ci il tarixli **********40 nömrəli məktubundan müəyyən olunur ki, daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mənzil üzərində mübahisə mövcud olduğundan daşınmaz əmlakın müayinəsi baş tutmamışdır. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(105)-723/2021 nömrəli qətnaməsinin surətindən müəyyən olunur ki, Xaçmaz rayon məhkəməsinin iş üzrə 12 oktyabr 2020-ci il tarixli 2(067)-1927/2020 saylı qətnaməsi qismən ləğv edilmişdir. Cavabdeh X3 ünvan 1-dən məcburi qaydada çıxarılması qət edilmişdir. İş materiallarında olqan Xudat MKTİ-nin xx.xx.2021-ci il tarixli 44/1 saylı arayışından müəyyən olunur ki, Xudat şəhəri Konserv Zavod qəsəbəsi, ev 16, mənzil 4 X7 məxsusdur. Hal-hazırda isə bu ünvanda onun oğlu öz ailəsi qeydiyyatsız yaşayır. Oğlu Cavabdeh1, gəlini X9, nəvəsi X14 və nəvəsi X15. İş materiallarında olan xx.xx.2021-ci il tarixdə Rövşən Ələkbərovun, Vidadi Dadaşovun, İddiaçı1, Namiq Məmmədovun, İlham Şahbalayevin iştirakı ilə tərtib olunmuş aktdan müəyyən olunur ki, X1 şəhəri Konserv Zavod qəsəbəsi, ev 16, mənzil 4-də yaşamır. Hal-hazırda həmin ünvanda Cavabdeh1, X9, X14 və X15 qeydiyyatsız yaşayır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşin yuxarıda sadalanan faktiki hallarından göründüyü kimi iddia tələbi qismən əsaslıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, X9 (2 azyaşlı övladı X14 və X15 ilə birlikdə) ünvan 1 ünvanındakı mənzildən çıxarılsınlar. İddiaçılar İddiaçı1 və İddiaçı2 ünvan 1 ünvanında yerləşən mənzilə köçürülsünlər. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi ğündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar