Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-787/2021 12.03.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi Məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə xx xxxx 2021-ci ildə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək əmisi X4 atası X9 ilə doğma qardaş olmaları hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, mərhum əmisi X3 miras qalmış Quba rayonu Üçgün kəndində yerləşən torpaq sahəsinə və evə dair qanun üzrə vərəsəlik qaydasında adına rəsmiləşdirməklə bağlı notariat ofisinə müraciət etdikdən sonra ona məlum olmuşdur ki, əmisi Məhərrəmin və atası Qəzənfərin qardaş olmaları faktı təsdiqini tapmadığından vərəsəlik işinin aparılması qeyri mümkündür. Quba rayonu Üçgün kəndində Məhərrəm Məhərrəmovun adına fərdi yaşayış evi aşkar edilmiş və evə dair texniki pasportun surəti ona təqdim edilmişdir. X2 rayonunun Üçgün kəndində yaşamış, 1941-ci ildə vəfat etmişdir. Vəfat etdikdən sonra aşağıdakı vərəsələri qalmışdır. X11 1984cü ildə, X9 1994-cü ildə vəfat etmişlər. Məhərrəm Məhərrəmovun hazırda ondan başqa vərəsəsi yoxdur. 1951-1953-cü illərə aid Üçgün kəndi üzrə təsərrüfatbaşına kitabda X5 1935-ci ildə tikilmiş yaşayış evi və 1950ci ildə 1300 kv.metr, 1951-ci ildə 1200 kv.metr, 1952-ci ildə 1300 kv.metr torpaq sahəsi olduğu qeyd edilmişdir. Həmin kitabda X1 Müzəffər Yəhyə oğlunun qardaşı olduğu yazılmışdır. Məhkəmə iclasında ərizəçi ərizəni müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəməyə gəlməməsinin səbəbi barəsində məlumat verməmişdir. Məhkəmə onun gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəddəsinin 185-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin izahatını dinləyib iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Quba rayon Küpçal İƏD üzrə nümayəndəsinin xx.xx.2020-ci il tarixli 470 nömrəli arayışından müəyyən olunur ki, X2 rayonunun Üçgün kəndində yaşamış, 1941-ci ildə vəfat etmişdir. Bununla yanaşı iş materiallarından müəyyən olunur ki, ərizəçi, X4 ölüm faktını təsdiq edən müvafiq sənədi məhkəməyə təqdim etməmişdir. Bundan başqa iş materiallarında olan xx xxxx 2019-cu il tarixli 1204 nömrəli arxiv arayışından müəyyən olunur ki, Quba rayonu Küpçal kənd ZDS İK-nin 1951-1953-cü illərə aid Üçgün kəndi üzrə təsərrüfatbaşına kitabda X5 154 saylı təsərrüfatın başçısı olub. X5 1935-ci ildə tikilmiş yaşayış evi və 1950-ci ildə 1300 kv.metr, 1951-ci ildə 1200 kv.metr, 1952-ci ildə 1300 kv.metr torpaq sahəsi olduğu qeyd edilmişdir. Həmin kitabda X12 «Məhərrəmov» Müzəffər Yəhyə oğlunun qardaşı olduğu yazılmışdır. Qeyd olunan sənədlərdən göründüyü kimi «Qəzənfər və Məhərrəm»in qardaş olmaları öz təsdiqini tapmır. Məhkəmə onu da qeyd edir ki, hazırki ərizə üzrə maraqlı şəxs qismində mərhum X4 1-ci növbəli vərəsələri qeyd olunmalı olduğu halda ərizədə maraqlı şəxs yanlış olaraq Maraqlı şəxs qeyd olunmuşdur. Bundan başqa ərizəçi, X3 miras qalmış miras əmlakın qəbulu ilə bağlı notariusa müraciət etməsi barədə sənədi də məhkəməyə təqdim etməmişdir. Bundan əlavə iş materiallarına əlavə olunmuş Xaçmaz rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(067)-2865/2019 nömrəli qətnaməsinin surətindən müəyyən olunur ki, həmin qətnamədə Ərizəçi Qazafər oğlu olmuşdur. Hazırki ərizə üzrə isə Ərizəçidur. Məhkəmə hesab edir ki, həmin qətnamə üzrə ərizəçi ilə hazırki iş üzrə ərizəçinin eyni şəxs olması da mübahisəlidir. Adı çəkilən qətnamədən də göründüyü kimi Quba rayonu Küpçal kənd ZDS İK-nin 1951-1953-cü illərə aid Üçgün kəndi üzrə təsərrüfatbaşına kitabda X5 154 saylı təsərrüfatın başçısı olub. X5 1935-ci ildə tikilmiş yaşayış evi və 1950-ci ildə 1300 kv.metr, 1951-ci ildə 1200 kv.metr, 1952-ci ildə 1300 kv.metr torpaq sahəsi olduğu qeyd edilmişdir. Həmin kitabda X1 Müzəffər Yəhyə oğlunun qardaşı olduğu yazılmışdır. Qeyd olunan sənəddən də göründüyü kimi X4, X6 və yaxud da X7 qohum olmaları qeyd olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məcəllənin 309-cu maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.1-ci maddəsinə əsasən şəxslərin qohumluq münasibətləri faktı məhkəmə qaydasında müəyyən edilir. Beləliklə məhkəmə hesab edir ki, ərizəçi tələbini, yəni X4 X9 ilə doğma qardaş olmasını təsdiq edəcək heç bir mötəbər sübutu məhkəməyə təqdim etmədiyindən iddia tələbi təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, ərizə əsassız olduğundan təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəddəsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar Sadıqov
Məhkəmə qərarları › İş №2(067)-787/2021
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-787/2021
12.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver