Məhkəmə qərarları › İş №2(067)-845/2021

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-845/2021

26.04.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-845/2021 26.04.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi Məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi ilə İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh2 və qeyrilərinə qarşı vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi və sair tələblərə dair mülki işə xx xxxxx 2021-ci il tarixdə Xaçmaz rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2015-ci ildə vəfat etmiş mərhum əri X2 miras qalmış Xaçmaz rayonu Əbilyataq kəndində yerləşən torpağa mülkiyyət hüququna dair JN-0044 saylı dövlət aktına əsasən 1,78 ha pay torpaq sahəsinə və torpağın mülkiyyətə verilməsinə dair JN 0434 saylı şəhadətnaməyə əsasən 0,16 ha torpaq sahəsinə Xaçmaz rayon 1 saylı notariat ofisində miras qalmış əmlaka dair xx.xx.2017-ci il tarixdə 2V-732 reyestrlə və xx.xx.2017-ci il tarixdə 2V-1079 reyestrlə Cavabdeh2 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin, Əbdürrəhmanov Eyvaz Mövsüm oğlundan miras qalmış əmlaka dair hüquqların dövlət qeydiyyatı haqqında xx.xx.2018-ci il tarixli RX ******* saylı və xx.xx.2017-ci il tarixli RX ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların, eləcə də 0,16 ha torpaq sahəsinin Xaçmaz rayonu Əbilyataq kənd sakini X10 AN-1, ******* saylı, xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinin və onun adına olan xx.xx.2018-ci il tarixli RX ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi, onun tərəfindən mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlakdan vərəsələrin paylarının müəyyən edlməsi və cavabdehlər tərəfindən istifadə edilən torpaq sahəsinin onların qanunsuz sahibliyindən alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, Əbdürrəhmanov Eyvaz Mövsüm oğlu ilə 2002-ci ildən faktiki nikah münasibətlərinə daxil olmaqla alə qurmuşdur. Nikahları xx.xx.2013-cü ildə rəsmiləşdirilmişdir. Birgə nikahlarından xx.xx.2014-cü ildə Mövsüm adlı bir uşaqları olmuşdur. Əri Eyvaz xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. Ərinin adına 1,78 ha pay torpaq sahəsi və 16 sot həyətyanı torpaq sahəsi olmuşdur. Rəsmi qaydada paylar müəyyənləşsə də həmin vaxtdan torpaq sahəsindən cavabdehlər istifadə edir. Pay torpaq sahəsindən ərinə düşən hissəsi 0,59 ha təşkil edir. Pay torpaq sahəsinin 2/3 hissəsindən ərinin birincə həyat yoldaşı Əbdürrəhmanova (Məhərrəmova) Gülbiçə Ələskər qızı və qızı Cavabdeh2 istifadə edirlər. Ərinin adına 0,59 ha torpaq sahəsi vardır. Bundan başqa 0,16 ha həyətyanı torpaq sahəsi də olub. 2002-ci ildə qaynatası Mövsüm Əbdürrəhmanovun evinə gəlin köçmüş və əri ilə birlikdə əri vəfat edənə kimi həmin evdə yaşamışdır. 2014-cü ildə uşağı da həmin evdə anadan olmuşdur. 2015-ci ildə əri vəfat edəndən sonra məcburiyyət qarşısında bir müddət Bakı şəhərində yaşamışdır. Bundan istifadə edən baldızı Solmaz evi və həyətyanı torpaq sahəsini öz adına rəsmiləşdirmişdir. Hazırda evdə heç kim yaşamır. O, azyaşlı uşağı ilə birlikdə kirayələrdə yaşayır. Bütün sənədləri də götürmüşlər və ona verməkdən imtina edirlər. Hətta o cavabdehdən torpağın ərinə düşn hissəsinin könüllü ona verilməsini xahiş etsə də ona rədd cavabı verilib. Sonradan ona məlum olmuşdur ki, cavabdehlərdən Əbdürrəhmanova (Məhərrəmova) Gülbiçə Ələskər qızı və Cavabdeh2 saxta sənədlərlə ərindən miras qalmış 0,59 ha pay torpaq sahəsinin və 0,16 ha həyətyanı torpaq sahəsini öz adlarına rəsmiləşdirərək çıxarışlar almış və digər cavabdeh Araz Mövlanlıya satmışlar. Məhkəmə iclasında iddiaçı iddianın təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, əri X8 ilə birlikdə qaynatasına məxsus olan Xaçmaz rayonu Əbilyataq kəndində yerləşən evdə yaşamışlar. Əri vəfat edəndən sonra onu həmin evdən məcburi çıxarıblar. Məhkəmə iclasının vaxtı və yeri barəsində digər cavabdehlər və üçüncü şəxslər lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan ölüm haqqında şəhadətnamələrin surətindən müəyyən olunur ki, Əbdürrəhmanov Eyvaz Mövsüm oğlu xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan torpağa mülkiyyət hüququna dair JN 0044 saylı 30218028 nömrəli dövlət aktının surətindən müəyyən olunur ki, Xaçmaz rayon AİK-nın xx.xx.1997-ci il tarixli 16 nömrəli qərarına əsasən Abdurəhmanov Eyvaz Mövsüm oğlunun, Abdurəhmanova Gülbikə və X6 mülkiyyətinə 1,78 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan torpağın mülkiyyətə verilməsinə dair JN 043A saylı 30218028 nömrəli şəhadətnamənin surətindən müəyyən olunur ki, Xaçmaz rayon AİK-nın xx.xx.1997-ci il tarixli 16 nömrəli qərarına əsasən Abdurəhmanov Eyvaz Mövsüm oğlunun, Abdurəhmanova Gülbikə və X6 mülkiyyətinə 0,16 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan DƏDRX-nin 5 saylı Xaçmaz ərazi idarəsinin xx.xx.2019-cu il tarixli məktubundan müəyyən olunur ki, 1,78 ha torpaq sahəsinə verilmiş JN 0044 30218028 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına xx xxxxxx 2017-ci il tarixli, 2V 1079 reyestr nömrəli qanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasən dövlət reyestrindən **********61 reyestr nömrəli, 0,16 ha torpaq sahəsinə verilmiş JN 043A kod 302180 28 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən dövlət reyestrindən **********32 reyestr nömrə ilə Cavabdeh2 və X1 adına çıxarışlar verilmişdir. Cavabdeh2 və X3 0,16 ha həyətyanı torpaq sahəsini xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 adına özgəninkiləşdirmişdir. İş materiallarında olan qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2017-ci il tarixli, reyestrdə 2V-732 nömrə ilə qeyd edilmiş şəhadətnamənin surətində qeyd olunur ki, xx.xx.2015-ci il tarixdə vəfat etmiş X4 vərəsəsi Cavabdeh2dır. Şəhadətnamə verilən miras əmlak Əbdürrəhmanov Eyvaz Mövsüm oğluna verilmiş JN-043A kod 30218028 olan şəhadətnaməyə əsasən Xaçmaz rayonu Əbilyataq kəndində yerləşən 0,05333 ha olan torpaq sahəsindən ibarətdir. İş materiallarında olan qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2017-ci il tarixli, reyestrdə 2V-1079 nömrə ilə qeyd edilmiş şəhadətnamənin surətində qeyd olunur ki, xx.xx.2015-ci il tarixdə vəfat etmiş X4 vərəsəsi Cavabdeh2dır və o miras əmlakdan 1/1 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ərazi idarəsi tərəfindən xx.xx.2017-ci ildə X7 verilmiş **********61 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Xaçmaz rayonu Əbilyataq kəndində yerləşən ümumi sahəsi 0,05933 ha olan torpaq sahəsindən ibarətdir. İş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* nömrəli, ********** qeydiyyat nömrəli, **********61 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, Xaçmaz rayonu Əbilyataq kəndində yerləşən 1,78 ha torpaq sahəsinin 2/3 hissəsinə Cavabdeh2 və 1/3 hissəsinə Cavabdeh3 adına xx.xx.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 204 nömrəli reyestr kitabının 84 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* nömrəli, ********** qeydiyyat nömrəli, **********32 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, Xaçmaz rayonu Əbilyataq kəndində yerləşən 0,16 ha torpaq sahəsinin 2/3 hissəsinə Cavabdeh2 və 1/3 hissəsinə Cavabdeh3 adına xx.xx.2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 205 nömrəli reyestr kitabının 28 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən müəyyən olunur ki, Cavabdeh3 və Cavabdeh2 Xaçmaz rayonu Əbilyataq kəndində yerləşən 0,16 ha torpaq sahəsini Cavabdeh1 satmışdır. Daşınmaz əmlak 4800 manat dəyərində qiymətləndirilmişdir. İş materiallarında olan sorğuya əsasən alınmış Xaçmaz rayon 1 saylı notariat ofisinin 127 nömrəli xx.xx.2021-cu il tarixli məktubundan müəyyən olunur ki, xx.xx.2015-ci il tarixdə Xaçmaz rayonu Əbilyataq kəndində vəfat etmiş X4 Xaçmaz notariat ofisində miras əmlakına dair vərəsəlik işi açılmış və xx.xx.2017-ci il tarixli 2v 1079 reyestr altında mərhumun qızı Cavabdeh2 adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ******* nömrəli, ********** qeydiyyat nömrəli, **********32 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, Xaçmaz rayonu Əbilyataq kəndində yerləşən 0,16 ha torpaq sahəsi Cavabdeh1 adına xx.xx.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 205 nömrəli reyestr kitabının 28 nömrəli vərəqində qeydiyyata alınmışdır. Qeyd olunan sənədlərdən və iddiaçının izahatından müəyyən olunur ki, iddiaçı miras əmlakı faktiki qəbulu etməsini təsdiq edəcək heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Eyni zamanda miras əmlakın qəbulu ilə bağlı müddətin bərpası üçün də müraciət etməmişdir. Bundan əlavə iddiaçı mübahisə predmeti olan əmlaklara dair çıxarışların etibarsız hesab edilməsini tələb etsə də, həmin əmlaklara dair Daşınmaz Əmlakın «Dövlət reyestrlərində aparılmış qeydiyyatın» ləğvi ilə bağlı iddia tələbi irəli sürməmişdir. Bundan başqa idiaçı Cavabdeh3 və Cavabdeh2 Xaçmaz rayonu Əbilyataq kəndində yerləşən 0,16 ha torpaq sahəsini Cavabdeh1 satmasına dair alqı-satqı müqaviləsini mübahisələndirsə də, alıcının hansı hüquq pozuntusuna yol verdiyini bildirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək hüquq vardır. Həmin Məcəllənin 552.1-ci maddəsinə əsasən müddətin axımı tələbin icra müddətinin çatması ilə başlanır. Müddət hesablanarkən müddətin başlandığı gün nəzərə alınmır. Öhdəliyin məzmunu hərəkətsizlikdirsə, müddət bu öhdəliyin yerinə yetirilmədiyi andan başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1134.2-ci maddəsinə əsasən vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslər onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölməsi və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamədək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Həmin Məcəllənin 1194-cü maddəsinə əsasən məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. Həmin Məcəllənin 1195-ci maddəsinə əsasən məcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirilir. Həmin Məcəllənin 1196-cı maddəsinə əsasən vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. İşin yuxarıda sadalanan hüquqi və faktiki hallarına əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməməlidir. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi əsassızdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2.-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh2 və qeyrilərinə qarşı vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi və sair tələbinə dair iddiası təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar