Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-878/2021 05.05.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı X8 iştirakları ilə, İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı X9 qarşı əmlakın qanunsuz sahiblikdən geri tələb edilməsi və yaşayış sahəsindən çıxarılması tələbinə dair iddia ərizəsinə və ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı X8 ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı ailə üzvü kimi hesab edilmə, istifadə hüququnun tanınması və evə köçürülməyə dair qarşılıqlı iddia ərizəsinə Xaçmaz rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı X9 qarşı əmlakın qanunsuz sahiblikdən geri tələb edilməsi və yaşayış sahəsindən çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, Xudat şəhəri, Vidadi küçəsi 5 ünvanında ona məxsus yaşayış evi mövcuddur. Həmin evə adına 1988-ci ildə texniki pasport işlənmiş və Tİ və MHQ idarəsi tərəfindən adına 189B reyestr nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Cavabdeh X7 xahişi ilə cavabdehi evinə kirayəşin qismində buraxmışdır. Lakin xeyli müddətdir ki, təkidlərə baxmayaraq cavabdeh evindən çıxmaq istəmir. Nəticədə onun konstitusiyada və qanunlarda nəzərdə tutulmuş mülkiyyət hüquqları kobudcasına pozulur. Öz mülkiyyətindən məhrum olunmuş və mülkiyyətindən təyinatına görə istifadə edə bilmir. İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı X14 ilk iddia üzrə iddiaçı qarşılıqlı idda üzrə cavabdeh İddiaçı qarşı ailə üzvü kimi hesab edilmə, istifadə hüququnun tanınması və evə köçürülməyə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, ilk iddia üzrə İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən yaşayış evinin alınaraq onun istifadəsinə qaytarılması və Kazımova Suzananın ailə üzvləri ilə birlikdə oradan çıxarılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Xaçmaz rayonu Xudat İƏD-nin nümayəndəliyinin 18 fevral 2021ci il tarixli aktından da müəyyən olunur ki, Xudat şəhəri Vidadi küçəsi, ev 5 ünvanında yaşayan X14 1997-ci ildən mərhum anası X5 və bacısı Kazımova (hal-hazırda Yusifova) Rusanna Arif qızı ilə birlikdə bu evdə yaşamışlar. Həmin illərdə bu ünvanda bu ailə ilə birlikdə Rzayeva Güldəstə və onun qızı İddiaçı da yaşamışdır. Mərhum X2 Güldəstəyə baxmışdır və onun dəfn xərclərini özü ödəmişdir. X5 da 17.10.2014-cü ildə bu ünvanda vəfat etmişdir. Hal-hazırda X14 iki övladı ilə bu ünvanda yaşayır və həyətdə yardımçı tikili tikmiş, hasar çəkmişdir. Xaçmaz rayonu Xudat İƏD-nin nümayəndəliyinin 18 fevral 2021-ci il aktından da müəyyən olunur ki, Kazımova Suzanna bacısı və anası bir yerdə bu evdə yaşamışlar. Həmin evə o məcburi deyil, İddiaçı və anasının könüllü razılığı ilə daxil olmuşdur. X15 baxmış, dəfn xərclərini ödəmişdir. Həmin evdə o ailə üzvləri ilə birlikdə yaşayır. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinə uyğun izahat verərək ilk iddianın təmin olunmasını, qarşılıqlı iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh X14 və əvvəlki iclaslarda iştirak etmiş onun vəkili Vəkil qarşılıqlı iddia ərizəsinə uyğun izahat verərək, ilk iddianın rədd edilməsini, qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişlər. Məhkəmə tərəflərin və şahidlərin izahatlarını dinləyib, iş üzrə sübutları araşdıraraq hesab edir ki, ilk iddia rədd edilməli, qarşılıqlı iddia isə qismən təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Xaçmaz rayonu Xudat İƏD-nin nümayəndəliyinin 18 fevral 2021-ci il aktında göstərilən xüsusatları təsdiq edərək aktda göstərilənlərə uyğun izahat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Xaçmaz rayonu Xudat İƏDnin nümayəndəliyinin 18 fevral 2021-ci il aktında göstərilən xüsusatları təsdiq edərək aktda göstərilənlərə uyğun izahat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Xaçmaz rayonu Xudat İƏDnin nümayəndəliyinin 18 fevral 2021-ci il aktında göstərilən xüsusatları təsdiq edərək aktda göstərilənlərə uyğun izahat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 izahatında bildirmişdir ki, uzun illərdir ki, Xaçmaz rayonu, Xudat şəhərində yaşayır. İddia və cavabdehi tanıyır. Onlarla qonşu küçələrdə yaşayır. Təxminən 1997-ci ildə bir nəfər qadın iki qız uşağı ilə birlikdə onun yaşadığı küçəyə gələrək, kirayə yaşamaq üçün ev axtardığını bildirmiş, o isə, qonşuluqda Güldəstə adlı qadının kirayə ev verdiyini demişdir. Sonra ona məlum olmuşdur ki, kirayə ev axtaran qadının adı Sonagüldü. Sonagülün həyat yoldaşı şəhid olmuşdur. Sonagül iki qızı ilə birlikdə Güldəstənin evində kirayə yaşamağa başlamışlar və halhazıradək orada yaşayırlar. Başqa hər hansı bir məlumatı yoxdur. İş materiallarında olan Xaçmaz rayon İHB-nin Xudat şəhər İƏD üzrə nümayəndəliyinin 22 fevral 2021-ci il tarixli 29№-li məktubdan görünür ki, Xudat şəhəri Vidadi küçəsi 5 ünvanında yaşayan şəhid qızı X11 həqiqətən də 1997-ci ildən həmin ünvanda yaşayır, həmin evin yaxşılaşdırılması məqsədilə hasar çəkmiş və həyətdə yardımçı tikili tikmişdir. İş materiallarında Xaçmaz rayon İHB-nin Xudat şəhər İnzibati Ərazi üzrə nümayəndəliyi tərəfindən verilmiş 14 aprel 2021-ci il tarixli 62№-li məktubundan görünür ki, Xudat şəhəri İƏD üzrə nümayəndəliyinə İddiaçı cavabdeh X11 tərəfindən onun həyətində yardımçı tikililərin tikilməsi, hasarın çəkilməsi ilə bağlı heç bir şikayət ərizəsi (1997-ci ildən bu günədək) daxil olmamışdır. İş materiallarında olan Xaçmaz rayonu Xudat İƏD-nin nümayəndəliyinin 18 fevral 2021-ci il aktından müəyyən olunur ki, qonşuların verdiyi məlumata görə Xudat şəhəri Vidadi küçəsi 5 saylı evdə yaşayan X11 1997-ci ildən mərhum anası X5 və bacısı Kazımova (hal-hazırda Yusifova) Rusanna Arif qızı ilə birlikdə bu evdə yaşamışlar, həmin illərdə bu ünvanda bu ailə birlikdə Rzayeva Güldəstə və onun qızı İddiaçı də yaşamışlar. Mərhum X1 Rzayevaya baxmış və onun dəfn xərclərini ödəmişdir. X5 da 17.10.2014-cü ildə bu ünvanda vəfat etmişdir. Hal-hazırda X11 iki övladı ilə bu ünvanda yaşayır və həyətdə yardımçı tikili tikmiş, hasar çəkmişdir. İş materiallarında olan AR Milli Arxiv İdarəsi Xaçmaz rayon İcra hakimiyyəti Xaçmaz rayon Dövlət Arxivi tərəfindən verilmiş 8 aprel 2021-ci il tarixli 393№-li məktubdan görünür ki, sorğuda tələb olunan sənədlər Xaçmaz rayon Dövlət Arxivində mühafizə olunmur. Xaçmaz rayonunda olan evlərin sənədləri DƏDRX-in 5 saylı Xaçmaz Ərazi İdarəsində saxlanılır. İş materiallarında olan AR Müdafiə Nazirliyi Xaçmaz rayon Hərbi komisarlığı tərəfində verilmiş 22 fevral 2011-ci il tarixli 364№-li arayışın surətindən görünür ki, X10 26 aprel 1994-cü il tarixdə aldığı odlu güllə yarasından həlak olmuşdur. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nın 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 9 aprel 2021-ci il tarixli **********67 nömrəli məktubundan görünür ki, 5 saylı Xaçmaz Ərazi İdarəsinin arxiv sənədlərində İddiaçı adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Göründüyü kimi, ƏMDK yanında DƏDRX-in 5 saylı Xaçmaz ərazi İdarəsi tərəfindən verilmiş məktubla təsdiq olunur ki, ilk İddiaçı adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Bu isə o deməkdir ki, mübahisəli yaşayış evi, yəni ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi onun xüsusi mülkiyyətində deyil. Belə olan halda, İddiaçı mübahisəli evə dair mülkiyyət hüququnun olmaması ilk iddia tələbinin rədd edilməsinə əsas verir. Mülki Məcəllənin 180-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Qarşılıqlı iddia üzrə iddiaçı Suzana Kazımovanın yaşayış hüququnun müəyyən olunması istədiyi mübahisəli yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, faktiki olaraq mövcuddur. Qarşılıqlı iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdehlə 1997-ci ildən mübahisəli evdə yaşayırlar, Suzana Kazımova qeyd olunan evdə müəyyən təmir-tikinti, yaxşılaşdırma işlərini də görmüşdür. Hal-hazırda həmin evdə ailəsi ilə birlikdə yaşayır. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Nəzərə alınmalıdır ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Mənzildən və digər yaşayış sahəsindən məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Baxılan iş üzrə iddiaçının köçmək istədiyi yaşayış sahəsi özbaşına tikili olduğundan, cavabdehlərin həmin yaşayış evi üzərində hüququnun olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onların iddiaçıya qarşı törətdiyi məhrumetmə (evdə yaşamasına mane olma) qanunsuzdur. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Mülki Məcəllənin 6.1.1-ci maddəsi isə mülki hüquq subyektlərinin bərabərliyini mülki qanunvericiliyin əsas prinsiplərindən biri kimi müəyyən etmişdir. Bərabərlik prinsipinə uyğun olaraq iddiaçının da cavabdehlərlə eyni şərtlər daxilində mübahisəli tikilidən yararlanmaq hüququ vardır. Bu yanaşmanın əksi, yəni iddiaçının tikiliyə köçürülməsindən onun özbaşına tikili olmasına əsaslanmaqla imtina edilməsi hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, cavabdehlərə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər. Məhkəmə həmçinin nəzərə alır ki, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma yoxdur. Həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur. Qeyd olunanları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, qarşılıqlı iddia üzrə iddiaçı X14 1997-ci ildən ailəsi ilə birlikdə qarşılıqlı iddia üzrə cavabdehin razılığı ilə sonuncunun istifadəsində olan ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə köçdüyündən və hal-hazıradək orada yaşadığından qarşılıqlı iddia tələbi qismən təmin edilməli, qarşılıqlı iddia üzrə iddiaçının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış yaşayış evinə yaşayış hüququ tanınmalıdır. Qarşılıqlı iddia üzrə iddiaçı X14 faktiki olaraq hal-hazırda da mübahisəli evdə yaşadığından, onun həmin evə köçürülməsinə dair tələbi əhəmiyyətsiz olduğundan təmin edilməməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İlk iddia tələbi rədd edilsin. Qarşılıqlı iddia tələbi qismən təmin olunsun. Qarşılıqlı iddia üzrə iddiaçı X8 Xaçmaz rayonu, Xudat şəhəri Vidadi küçəsi 5 ünvanında yerləşən yaşayış evindən istifadə hüququ tanınsın. Qarşılıqlı iddia qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-878/2021
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-878/2021
05.05.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver