Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-888/2023 28.03.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, İddiaçı və iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh İsrafilova (Qasımova) Aysel Kamran qızına qarşı aliment ödəməkdən azad etmə və aliment tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxılır, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikahlarından anadan olmuş xx.xx.2013-cü il təvəllüdlü X2 Xaçmaz rayon Məhkəməsinin 2(067)-1579/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə onun himayəsinə verilməsini nəzərə alaraq, onu Xaçmaz rayon məhkəməsinin 2(067)-949 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə xx.xx.2013-cü il təvəllüdlü X5 münasibətdə yetkinlik yaşına çatana kimi saxlanılması üçün ödənilməsi nəzərdə tutulmuş 110 manat aliment məbləğindən azad edilməyi və cavabdehdən xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 manat manat məbləğində aliment tutulmağı barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, cavabdeh İsrafılova (Qasımova) Aysel Kamran qızı ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Bu nikahdan xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X12 anadan olmuşdur. Xaçmaz rayon Məhkəməsinin qətnaməsinə əsasən nikah pozulduqdan sonra 2 övladı cavabdehin himayəsində qalmışdır. Sonradan övladı xx.xx.2013-cü il təvəllüdlü X7 onun yanına gedərək onun yanında qalmağını istədi. Uşağın himayəsinə verilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Xaçmaz rayon məhkəməsinin 2(067)-1579 saylı,xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2013-cü il təvəllüdlü X7 onun himaysinə verildi. Beləliklə övaldının biri onda biri isə cavabdehlə qaldı. Ona görə də, hesab edir ki, bir uşağa münasibətdə aliment ödəməkdən azad edilməlidir. Azərbaycan Respublikası MPM -nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Xaçmaz rayon Məhkəməsinin 2(067)-3225 saylı,xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən iki uşağın yetkinlik yaşma çatana kimi saxlanılması üçün hər ay bir uşaq üçün 110 manat olmaqla cəmi 220 manat sabit məbləğdə aliment pulunu cavabdehə ödəməlidir. Övladı xx.xx.2013-cii il təvəllüdlü X8 onun himayəsindədir. Məhkəmə iclasında iş üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, iddiaçı ilə cavabdeh rəsmi nikaha daxil olaraq evləniblər. Onların birgə nikahlarından xx.xx.2013-cü ildə Ayşən və xx.xx.2015-ci ildə Əhəd adlı uşaqları anadan olublar. Xaçmaz rayon məhkəməsinin qətnaməsinə əsasən tərəflərin arasındakı rəsmi nikah qeydi pozulub və birgə nikahlarından olan uşaqları analarının yanında saxlanılıblar. Sonradan xx.xx.2013-cü il təvəllüdlü Ayşən atasının yanına gələrək onun yanında qalmaq istədiyini bildirib. Bundan sonra iddiaçı uşağın özünün himayəsinə verilməsi ilə bağlı məhkəmədə iddia qaldırıb və Xaçmaz rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(067)-1579/2022 saylı qətnaməsi ilə Ayşən İsrafilova atasının himayəsinə verilib. Bununla da, bir uşaq iddiaçının yanında, digər uşaq isə cavabdehin yanında qalıb. Xaçmaz rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(067)-3225/2019 saylı qətnaməsi ilə iki uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşaq üçün 110 manat olmaqla, cəmi 220 manat sabit məbləğdə alimentin İddiaçı tutularaq X6 ödənilməsi qət edilib. xx.xx.2013-cü il təvəllüdlü Ayşən faktiki olaraq atasının yanında yaşasa da, o, cavabdehə aliment ödəyib. Hazırda Ayşən iddiaçının yanında, Əhəd isə anasının yanında qalır. Ona görə istəyirik ki, iddiaçı himayəsində olan uşağa görə cavabdehə aliment ödəməkdən azad edilsin və cavabdeh Ayşənə görə iddiaçının xeyrinə cavabdehdən aliment tutulsun. Xahiş edir ki, iddia təmin edilsin. Məhkəmə iclasında iş üzrə İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, nümayəndəsinin izahatında göstərdiyi halları təsdiq edir. Cavabdeh rəsmi olaraq heç yerdə işləmir, amma qeyri rəsmi marketdə işləyir. İş üzrə cavabdeh X6 məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilmiş və məhkəmə bildirişinin çatdırılmasına dair məhkəməyə məlumat daxil olmuş, eyni zamanda internet vasitəsi ilə poçt göndərişlərinin izlənməsi yoxlanılarkən, cavabdehin ünvanına məhkəmə bildirişinin çatdırıldığı, lakin cavabdehin məhkəmə bildirişini almaqdan imtina etdiyi müəyyən olunmuşdur Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdeh X4 iştirakı olmadan işə baxılması mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin olunmalıdır. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1579/2022 saylı, xx.xx.2022- ci il tarixli qətnaməsindən görünür ki, xx.xx.2013-cü il təvəllüdlü X1 (İsrafilova) Aysel Kamran qızından alınaraq İddiaçı himayəsinə verilməsi qət edilmişdir. Qətnamə xx.xx.2023-cü il tarixdə qanuni qüvvəsini almışdır. İş materiallarında olan ilkin mediyasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli arayışdan müəyyən olunur ki, X10 ilkin mediyasiya sessiyasında iştirak etməmişdir. İş materiallarında olan xx.xx.2023 il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, İddiaçı tərəfindən 50 manat məbləğində mediyasiya xərci ödənilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinini İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 3.0.4-cü maddəsinə əsasən ana və uşaqların mənafeyinin hərtərəfli müdafiəsini və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsini ailə qanunvericiliyinin ümdə vəzifələri kimi qeyd etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1.-ci maddəsi əsasında valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1.-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.2.-ci maddəsinə müvafiq olaraq sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun tələbinə əsasən uşaqlar üçün yaşayış minimumu 2023-cü ildə 220 manat məbləğində müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. «Uşaq hüquqları haqqında» BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. «Uşaq hüquqları Bəyannaməsi»nin 2 saylı prinsipinə görə uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. Həmin Bəyannamənin 4 saylı prinsipinə əsasən uşaq sosial təminatın faydalığından istifadə etməlidir. O, sağlam böyümək və inkişaf etmək hüququna malik olmalıdır, bu məqsədlə o, doğumdan əvvəl və sonra müvafiq qulluq daxil olmaqla, xüsusi qulluq və mühafizə ilə təmin olunmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2.-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından müəyyən olunur ki, iddia ərizəsi xx.xx.2023-cü ildə Xaçmaz Rayon Məhkəməsinə daxil olmuşdur. Lakin iş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1579/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, qətnamə xx.xx.2023-cü il tarixdə qanuni qüvvəsini almışdır. Məhkəmə İddiaçı ailə vəziyyətində dəyişiklik olmasını, yəni xx.xx.2013-cü il təvəllüdlü X3 onun himayəsinə verilməsini nəzərə alaraq, hesab edir ki, İddiaçı xx.xx.2023-cü il tarixdən etibarən (qətnamə qanuni qüvvəsini aldığı gündən) məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimenti ödəməkdən azad edilməli və himayəsində olan xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh İsrafilova (Qasımova) Aysel Kamran qızından 160 manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə hesab edir ki, qeyd olunan aliment miqdarından az miqdarda aliment məbləğinin müəyyən edilməsi azyaşlı uşaqların qanunla qorunan hüquqlarını pozaraq, aliment öhdəliklərinin mahiyyətinə zidd olardı. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının “Dövlət Rüsumu haqqında” Qanunun 9.1.2-ci maddəsinə görə aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. İddiaçının iddia ərizəsi qismən təmin edildiyindən, yəni alimentin məbləği cəmi 160 manat müəyyən olunduğundan, iddianın qiyməti 160 manat x 12 aya=1920 manat təşkil edir. Azərbaycan Respublikasının “Dövlət Rüsumu haqqında” Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilməlidir. Belə olan halda, cavabdeh İsrafilova (Qasımova) Aysel Kamran qızından 39,2 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalıvə onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Beləliklə də, məhkəmə İddiaçı ailə vəziyyətində dəyişiklik olmasını, yəni xx.xx.2013cü il təvəllüdlü X3 onun himayəsinə verilməsini nəzərə alaraq, hesab edir ki, İddiaçı xx.xx.2023-cü il tarixdən etibarən (qətnamə qanuni qüvvəsini aldığı gündən) məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimenti ödəməkdən azad edilməli və himayəsində olan xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh İsrafilova (Qasımova) Aysel Kamran qızından 160 manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Cavabdeh İsrafilova (Qasımova) Aysel Kamran qızından 39,2 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 117-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı Xaçmaz Rayon Məhkəməsinin 2(067)-949 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə xx.xx.2013-cü il təvəllüdlü X5 münasibətdə yetkinlik yaşına çatana kimi saxlanılması üçün ödənilməsi nəzərdə tutulmuş 110 manat aliment məbləğinin ödənilməsindən xx.xx.2023-cü il tarixdən etibarən azad edilsin. xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh İsrafilova (Qasımova) Aysel Kamran qızından xx.xx.2023-cü il tarixdən başlayaraq, 160 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh İsrafilova (Qasımova) Aysel Kamran qızından 39,2 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamənin alimentə aid hissəsi dərhal icra edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-888/2023
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-888/2023
28.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver