Məhkəmə qərarları › İş №2(067)-895/2024

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-895/2024

19.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-895/2024 19.01.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Qasımova Vüsalə Yadigar qızı, Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mülkiyyət hüququ ilə mərhum X2 və X1 məxsus olan Xaçmaz rayonu, Qusarçay İƏV-nin Qıraqlı kəndində yerləşən fərdi yaşayış evinə, həyatyanı torpaq sahəsinə və onların mülkiyyətinə verilmiş JN-0024, 30213068 kodu olan torpağın mülkiyyətə verilməsinə dair sentyabr 1999-cu il tarixli torpaq aktında göstərilən 1.0 ha torpağın 0.65 ha torpaq sahəsinə münasibətdə vəsiyyətnamə əsasında Ərizəçi mirası qəbul etməsi faktının və mirasın açılması yerinin müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daxil olmuş ərizəni və ona əlavə edilmiş sənədləri araşdırarkən müəyyən olunmuşdur ki, iddia ərizəsinin tərtibi zamanı mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş məcburi forma və məzmuna riayət edilməmişdir. Bu səbəbdən məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, ərizədən müəyyən edilir ki, ərizə imzalanmamış, onun kserosurəti məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikası MPM-nin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Bu Məcəllənin 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin 152.1.2-ci maddəsinə əsasən geri qaytarılmalı, iddiaçıya bu nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 13.4.-ci maddəsinə əsasən Barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Hazırki ərizəsində iddiaçı ərizəsinə sənədlərin əsli və ya lazımı qaydada təsdiq edilmiş surətlərini əlavə etməmiş, iddia ərizəsi məhkəməyə kserosurət formasında təqdim olunmuşdur. Qeyd olunan nöqsanların aradan qaldırılmaması və hazırki vəziyyətdə baxılması gələcəkdə mülki icraat zamanı ərizəçinin tələb etmə hüququnun həqiqətən də mövcud olmasını şübhə altına almış olur. Beləliklə, məhkəmə Azərbaycan Respublikası MPM-nın 152.1.2-ci maddəsini tətbiq edərək hesab edir ki, ərizə (sənədlər) geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar