Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-915/2021 30.03.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Xaçmaz rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq mülkiyyətində olan Xaçmaz şəhəri, Qələbə küçəsi 8 saylı evin 3 saylı mənzilində Cavabdeh istifadə hüququna xitam verilməsi və onun öz əşyaları ilə birlikdə həmin evdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Xaçmaz şəhəri, Qələbə küçəsində yerləşən 8 saylı evin 2 otqalı 3 saylı mənzili o, xx xxxxxx 2020-ci il tarixdə, X6 Xidmət Mərkəzində fəaliyyət göstərən notariat ofisində rəsmiləşdirilmiş AN-İ № ******* saylı Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinə əsasən Cavabdeh almışdır. DƏDRX-dən adına verilmiş, qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən mənzil 2xx.xx.2020-ci il tarixdən onun mülkiyyətindədir. Cavabdehlə aralarında alqı-satqı rəsmiləşdirilsə də cavabdeh ona satdığı mənzili xx.xx.2020-ci il tarixədək onun sahibliyinə verməyi öz öhdəsinə götürsə də alqısatqı başa çatdıqdan sonra, mənzilin boşaldılıb təhvil verilməsi üçün ondan əlavə bir neçə gün vaxt alan cavabdeh sonradan müxtəlif bəhanələr gətirməklə, müqavilə üzrə öz öhdəliyini yerinə yetirməmiş və xx.xx.2020-ci il tarixdən mülkiyyət hüququ ilə ona məxsus olan mənzili hal-hazıra qədər ona təhvil verməmişdir. Aralarına olan razılığa əsasən mənzilin qiyməti 8000 manat qeyd edilsə də, cavabdeh etibarnamə əsasında nümayəndəsi olan Əmrahov Hüseyn Nurəddin oğluna həmin mənzilə görə o, ilkin olaraq beh kimi 1300 manat, müqavilə rəsmiləşdirilən zaman bank vasitəsi ilə 8000 manat, müqavilə rəsmiləşdirildikdən sonra isə daha 3200 manat verməklə, ümumilikdə 12500 manat pul ödəmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Seyidov X3 müdafiə edərək Xaçmaz şəhəri, Qələbə küçəsi 8 saylı evin 3 saylı mənzilində Cavabdeh istifadə hüququna xitam verilməsi və onun öz əşyaları ilə birlikdə həmin evdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahatında göstərmişdir ki, iddia ərizəsinə etiraz edir, ərizənin təmin olunmamasını xahiş edir. Belə ki, onun bir damın altında iki ayrı mənzili mövcuddur, 1 otaqlı və 2 otaqlı. 1 otaqlı mənzili satmaq qərarına gəldiyindən daşınmaz əmlakın alqı-satqısı ilə məşğul olan X1 müraciət etmişdir. Hüseyn Əmrahov mənzilin satılmasında ona kömək edə biləcəyini bildirmişdir. xx.xx.2020-ci il tarixdə Hüseyn Əmrahov ona müştəri tapdığını söyləmiş və evi satmaq üçün notarial qaydada etibarnamənin verilməsini xahiş etmişdir. Həmin tarixdə o, Xaçmaz rayon 1 saylı Notariat Ofisinə gedib orada X1 etibarnamə vermişdir. Etibarnamənin məzmunu ilə tanış deyildir. Yalnız imza çəkmişdir. Elə bilmişdir ki, etibarnamə 1 otaqlı evi satmaq üçün verilir. Sonra ona məlum oldu ki, X2 1 otaqlı mənzilin əvəzinə 2 otaqlı mənzili satmışdır. İddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X2 ifadəsində göstərmişdir ki, daşınmaz əmlakın alqı satqısı ilə məşğuldur. Cavabdeh ona 1 otaqlı mənzili satmaqda köməklik göstərməsini xahiş etmiş və o, razılıq vermişdir. Həmin ev üçün müştəri axtarmağa başlamış və İddiaçı ilə tanış olmuşdur. Şamin evi almaq istəmiş, qiyməti 9300 manata razılaşmışlar. 9000 manatı satıcıya vermiş, 300 manatı isə özünə xidmət haqqı kimi götürmüşdür. xx.xx.2020-ci il tarixdə o, Cavabdeh demişdir ki, mənzilə dair ona etibarnamə versin ki, evi sata bilim. O da, Xaçmaz rayon 1 saylı notariat ofisində ona evə dair etibarnamə vermişdir. Sonra o və X7 xidmətə getmiş və orada alqı satqı müqaviləsi bağlamışlar. Bildirir ki, Cavabdeh həqiqətən də 1 otaqlı evi satmaq istəyirdi, lakin bu cür anlaşılmazlıq notariat ofisinin əməkdaşlarının səhvi ucbatından baş verib. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, iş materiallarında olan AN-İ №0872605 saylı xx.xx.2020-ci il tarixli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən 1-ci bəndindən görünür ki, Satıcı Cavabdeh ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 51.4 kv/m olan mənzilin tam mülkiyyət üzrə ona məxsus hissəsindən 51.4 kv.m hissəni Alıcı İddiaçı mülkiyyətinə verir. Həmin Müqavilənin 13-cü bəndinə əsasən Satıcı Cavabdeh xx.xx.2020-ci il tarixədək qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2020-ci il tarixdə verilmiş ƏMDK yanında DƏDRX-nin **********48- 05101-093001 daşınmaz əmlakın reyestr nömrəli Çıxarışından görünür ki, 51.4 kv.m sahəsi olan ünvan 1 xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd olunur ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 385.2-ci maddəsində əks olunur ki, öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Həmin Məcəllənin 386.1-ci maddəsinin mənasına görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Qeyd olunan Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Mülki Məcəllənin 144.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Sözügedən Məcəllənin 442-ci maddəsi ilə müəyyən olunur ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.1-ci maddəsində qeyd olunub ki, satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Azərbaycan Respublikası MPM-nin 106-cı maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, tərəflərin izahatları və iş materialları ilə tam olaraq sübuta yetirilir ki, iddiaçı ilə cavabdeh arasında qanuna uyğun şəkildə daşınmaz əmlak barədə alqı-satqı müqaviləsi bağlanılmış və həmin müqavilə ilə tərəflərin öhdəlikləri müəyyən edilmişdir. Cavabdeh onun üzərinə düşən öhdəliyi icra etmədiyindən qanunla müəyyən edilmiş qaydada iddiaçı qarşısında məsuliyyət daşıyır. Ona görə də iddia ərizəsi təmin edilməli, Cavabdeh Xaçmaz şəhəri, Qələbə küçəsi ev 8, mənzil 3 ünvanında yerləşən mənzilində istifadə hüququna xitam verilməli və o, öz əşyaları ilə birlikdə həmin evdən çıxarılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. İddiaçı xüsusi mülkiyyətində olan Xaçmaz şəhəri, Qələbə küçəsi ev 8 mənzil 3 ünvanında yerləşən mənzildə Cavabdeh istifadə hüququna xitam verilsin və Cavabdeh öz əşyaları ilə birlikdə həmin mənzildən çıxarılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-915/2021
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-915/2021
30.03.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver