Məhkəmə qərarları › İş №2(067)-941/2022

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-941/2022

08.09.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-941/2022 08.09.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış sahəsindən istifadə hüququnun tanınması və evə köçürülmə tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xaçmaz şəhəri, Borçalı küçəsi, 62 saylı evdə yerləşən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 istifdəsində və faktiki sahibliyində olan 2 mərtəbəli, mişar daşı ilə tikilmiş yaşayış evinə onu, azyaşlı uşaqları xx.xx.2008-ci il təvəllüdlü Fatimə, xx.xx.2009-cu il təvəllüdlü Səlimə və xx.xx.2012-ci il təvəllüdlü Musa ilə birlikdə köçürülməklə yaşayış evində istifadə hüququnun müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlərdən Cavabdeh1 ilə xx.xx.2007-ci ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qumuşdur. Birgə nikahlarından 3 uşaqları vardır. xx.xx.2008-ci ildə Fatimə, xx.xx.2009-cu ildə Səlimə və xx.xx.2012-ci ildə isə Musa anadan olmuşdur. Cavabdeh1lə xasiyyətləri uyğun gəlmədiyindən Xaçmaz rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(067)-3638 saylı qətnaməsi ilə aralarındakı nikah pozulmuşdur. Onlar ailə qurduqdan sonra cavabdehin valideynlərinə məxsus ünvan 1 ünvanına gəlin köçmüşdür. 2010-2016-cı illərdə yəni birgə nikah dövründə Xaçmaz şəhəri, Borçalı küçəsi, 62 saylı ünvanda iki mərtəbəli, mişar daşından ev tikmişlər. Cavabdehlər tərəfindən ünvan 1 ünvanındakı ev satıldıqdan sonra onlar 2017-ci ildən ünvan 2ni tikilmiş evdə yaşamışlar. Hazırda onun bütün əmlakları, pal-paltarları həmin evdədir. Son vaxtlar aralarında olan narazılıqlara görə cavabdehlər onu həmin evə buraxmamışdılar. Halbuki, onun həmin evdə onun istifadə hüququ və yaşamaq hüququ vardır. Cavabdehlər hazırda həmin təzə tikilmiş evdə yaşayır o, isə uşaqları ilə birgə kirayədə yaşayır. Maddi imkanı olmadığından kirayədə qalmaq imkanından məhrum olmaqdadır. Yeni tikilmiş yaşayış evi birgı nikah dövründə tikildiyi üçün hər ikisinin də mülkiyyəti hesab olunur. Həmin evin tikilməsində onunda zəhməti olmuşdur və o, köçüb həmin evdə yaşamaq istəyi və bu onun hüququ olduğunu hesab edir. DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə vəkil tərəfindən sorğu göndərərək ona məlum olmuşdur ki, ünvan 2ni tikilmiş evə Cavabdeh1 adına qeydiyyata alınmamışdır. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə etmiş, iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, cavabdeh onun əri olub. Onlar 2007-ci ildə rəsmi nikaha daxil olmuşlar və cavabdehlərin ünvan 3 ünvanında yerləşən evində yaşamağa başlamışlar. 2017-c ildə onlar ünvan 4 ünvanında yerləşən təzə inşa edilən evə köçmüşlər. 2018-ci ildə baş vermiş məhkəmə prosesində xəbəri olmamışdır. Raufla rəsmi boşandığını 2021-ci ildə bilmişdir. Evə 2017-ci ildə köçməsinə dair hər hansı bir sübutu yoxdur. Bu halı təsdiq edə biləcək qonşular məhkəməyə gəlib ifadə verməyəcəklər, ona görə ki, heç kəs özgənin işinə qarışmaq istəmir. Hal-hazırda o, uşaqlarla birlikdə kirayədə qalmaq məcburiyyətində olmuşdur və ayda 200 manat kirayə haqqı ödəyir. Ona görə cavabdehin onu və uşaqlarını evlə təmin etməsini istəyir. Bu səbəbdən hazırkı iddianı qaldırmışdır. Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məhkəmə bildirişləri çatdırılmasına baxmayaraq, onlar heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh1 əvvəlki məhkəmə proseslərində izahat verərək bildirmişdir ki, iddiaçı ilə 2007-ci ildə rəsmi nikaha daxil olmuşdur və həmin ildən ünvan 5 ünvanında yaşamışdırlar. 2018-ci ildə o nikahın pozulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir və Əminə ilə aralarında bağlanmış nikah qeydi pozulmuşdur. Buna baxmayaraq, onlar 3 uşaqla birlikdə yaşamağa davam etmişlər. Rəsmi boşandıqdan sonra, 2019-cu ildə ünvan 6 ünvanında yerləşən yeni tikilmiş evə köçmüşdürlər. Bir müddət yaşadıqdan sonra, Əminə 2021-ci ildə evdən çıxıb getmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə sübutları araşdıraraq hesab edir ki, iddia rədd olunmalıdır. Belə ki, iş materiallarında olan Xaçmaz rayon məhkəməsinin 19 noyabr 2018-ci il tarixli 2(067)-3638/2018 saylı qətnaməsinə əsasən iddiaçı Cavabdeh1 ilə cavabdeh İddiaçı arasında 12 iyun 2007-ci il tarixdə Xaçmaz rayon Qeydiyyat şöbəsində 195 sayla qeydə alınmış nikah pozulmuşdur. İş materiallarından və tərəflərin izahatlarından müəyyən olunur ki, tərəflər 2007-ci ildə rəsmi nikah münasibətlərinə daxil olmuşlar və 2018-ci ildə nikahları məhkəmə tərəfindən pozulmuşdur. İddiaçı iddia edir ki, cavabdehlərlə ünvan 7 ünvanında yerləşən evdə ailə həyatı qurulduqdan sonra yaşamağa başlamışdır, daha sonra isə 2017-ci ildən cavabdehlərlə birlikdə ünvan 8 ünvanına köçmüşdür, yəni boşanma təzə evə köçəndən sonra baş vermişdir. Cavabdehlə faktiki olaraq 2021-ci ildən ayrılıb evindən çıxmışdır. Cavabdeh isə bu məlumatları təkzib edərək, bildirir ki, iddiaçı ilə 2018-ci ildə boşansa da, bir müddət yaşamağa davam etmişlər və rəsmi boşandıqdan sonra, yəni 2019-cu ildə iddiaçı ilə birlikdə onun yeni evinə köçmüşlər, 2021-ci ildən isə faktiki olaraq ayrılmışlar. Məhkəmə hesab edir ki, hazırki mülki işdə İddiaçı cavabdehlərin evinə hansı ildə köçməsi xüsusi əhəmiyyət kəsb edir. Ona görə ki, tərəflər arasında olan rəsmi nikah məhkəmə qaydasında 2018-ci ilin sentyabr ayında pozulmuşdur. İddiaçının cavabdehin təzə evinə köçməsi boşanmadan öncə, yoxsa boşanmadan sonra baş verməsi işin köklü surətdə dəyişəcəyinə təsir göstərə bilən amildir. Lakin, mülki prosessual məcəlləsinin tələblərinə əsasən sübut etmə yükü tərəflərin üzərinə düşdüyündən, hər bir tərəf iddia tələbini əsaslandırmalıdır və tələbinə dair mötəbər sübutlarını məhkəməyə təqdim etməlidir. İddiaçı cavabdehin təzə evinə 2017-ci ildə, yəni boşanmadan öncə köçməsini iddia etsə də, buna dair hər hansı mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. Bildirmişdir ki, bu halı təsdiq edə biləcək qonşular məhkəməyə gəlib ifadə verməkdən imtina edəcəklər, ona görə ki, heç kəs özgənin işinə qarışmaq istəmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarı ilə 2000-ci ilin sentyabr ayının 1-dək yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı yaranmış mübahisələr Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun, 2000-ci ilin sentyabr ayının 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı yaranmış mübahisələr Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin qaydalarına uyğun həll edilir 1 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 123-cü maddəsinə yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. 2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunurlar. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər Yuxarıda sadalanan hallara əsasən, iddiaçının cavabdehlərin ünvan 8 ünvanında yerləşən evlərinə köçməsi zamanı ümumiyyətlə onların ailə üzvü olub-olmaması şübhə altında olması və heç cür sübuta yetirilməməsi o deməkdir ki, iddia tələbi rədd edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xacmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar