Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-967/2021 29.04.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi Məhkəmə iclas katibi X14, İddiaçı, Cavabdeh X10 iştirakı ilə İddiaçı Zülfüqarov Cavabdeh1 və qeyrilərinə qarşı evə köçürülmə və sair tələbinə dair iddia ərizəsi üzrə mülki işə 29 aprel 2021-ci il tarixdə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq onun azyaşlı övladı X12 ilə birlikdə cavabdehlər Zülfüqarov Cavabdeh1, Cavabdeh2, X4, Cavabdeh4 və X1 olan ünvan 1 ünvanındakı yaşayış evinə köçürülməklə həmin evdən istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, cavabdehlərə məxsus ünvan 1 ünvanına el adəti ilə gəlin köçmüşdür. Cavabdehlərin qardaşı Ramil Zülfüqarovla 22.01.2014-cü il tarixdə ailə qurmuşdur. Birgə nikahlarından 06.07.2015-ci il tarixdə Xədicə adlı qızı dünyaya gəlmişdir. Həmin mənzildə Ramil ilə 4 il yaşadıqdan sonra 23.01.2018-ci ildə həyat yoldaşı Ramil vəfat etmişdir. Ramilin ölümündən bir müddət sonra cavabdehlər onu və qızı Xədicəni evdən qovmuşlar. Evdən qovulduqdan sonra bir neçə dəfə evə qayıtmaq üçün cəhd etsə də heç bir mənası olmamışdır. Evdən qovulan zaman özü ilə apardığı cehiz əmlakı qeyd etdiyi mənzildə qalmışdır. Məsələ mübahisəli olduğu üçün cavabdehlər ona bildirmişlər ki, ev ataları Ramizə aiddir. Lakin vəkil sorğusuna əsasən evin qaynatası Ramizə aid olmaması aşkar olunmuşdur. O, evə gəlin köçdükdən sonra evin sahibləri ilə birlikdə ümumi təsərrüfatın aparılmasında iştirak etmişdir. Hazırda azyaşlı uşağı ilə birlikdə gəlin köçdüyü evə qayıdaraq orada yaşamaq istəyir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsini müdafiə edərək iddianın təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, əri 2018-ci ildə vəfat edəndən sonra onu baldızları evdən qovmuşdur. Məhkəmə iclasında cavabdeh X17 iddianı qəbul etməyərək təmin olunmamasını xahiş etmişdir. İzahatında göstərmişdir ki, 2005-ci ilin mart ayında Ramiz Zülfüqarov və ailə üzvləri olan digər cavabdehlərlə qarşılıqlı olaraq 10000 ABŞ dolları qiymət razılaşmışlar. O, razılaşdıqları 10000 ABŞ dolları pulu 25 mart 2005-ci il tarixdə cavabdeh Ramiz Zülfüqarovun ailə üzvləri olan digər cavabdehlərin yanında ödəmiş və satılan mənzili faktiki olaraq satın almışdır. O, satın aldığı əmlakın pulunu cavabdehlərə tam ödəsə də həmin vaxt mənzilin alqı-satqısının notarial qaydada rəsmiləşdirilməsi mümkün olmamışdır. O, cavabdeh Ramiz Zülfüqarovla birlikdə notariat kontoruna gedərək alqısatqını rəsmiləşdirmək istədiyini bildirsə də mənzilin hüquq müəyyənedici sənədlərində çatışmamazlıq olduğundan notarius alqı-satqını təsdiqləməmişdir. Belə ki, satın aldığı mənzilin ilkin sənədləri, yəni orderi olsa da, reyestrdən çıxarış sənədi olmamışdır. Mübahisəli evə dair Ramiz Zülfüqarovun və 5 nəfər ailə üzvlərinin adına yalnız order sənədi olmuşdur. Ramiz Zülfüqarov üzərinə öhdəlik götürmüşdür ki, mənzilə dair adına reyestrdən çıxarış sənədi alacaq və alqı-satqını rəsmiləşdirəcəkdir. Bunun üçün ondan müəyyən qədər vaxt istəmişdir. Lakin sonradan o, alqı-satqını rəsmiləşdirmədən və onun xəbəri olmadan Rusiya Federasiyasına getmişdir. X16 ailə üzvlərindən arvadı X5 12 iyun 2018-ci il tarixdə vəfat etmişdir. Bundan sonra onun ailə üzvləri olaraq uşaqları- digər cavabdehlər Cavabdeh1, Sevinc, Təranə və Pərvanə qalmışlar. O, Ramiz Zülfüqarovun övladları olan digər cavabdehlərə dəfələrlə müraciət etmişdir ki, satdıqları mənzilin onun adına sənədləşdirilməsini təmin etsinlər. Cavabdehlər satdıqları mənzilin alqı-satqısının rəsmiləşdirilməsini təmin edəcəklərinə dair üzərlərinə öhdəlik götürsələr də onlar mənzilin alqı-satqısını rəsmiləşdirməmişlər. Sonda isə cavabdehlər müxtəlif bəhanələrlə bunu etməkdən yayınmışlar. Göstərilən səbəblərdən satın aldığı mənzilin alqı-satqısı məhkəmə qaydasında rəsmiləşdirilmişdir. Hazırda isə heç bir cavabdeh onun evində qeydiyyatda deyil. Məhkəmə iclasının vaxtı və yeri barəsində digər cavabdehlər lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə cavabdehlərin məhkəmə iclasına gəlməmələrinin səbəbini üzürsüz sayaraq Azərbaycan Resublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Əvvəlki məhkəmə iclasında isə digər cavabdehlər bildirmişlər ki, iddiaçı mübahisəli evdə 1-2 ay müddətində müvəqqəti yaşayıb. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X18 ilə İddiaçı arasında nikah 22.01.2014-cü ildə bağlanmışdır. Nikahdan sonra qadın ərinin soyadı olan Zülfüqarova soyadını qəbul etmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X12 06.07.2015-ci ildə anadan olmuşdur. X7, anası İddiaçı qeyd edilmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X18 23.01.2018-ci ildə ölmüşdür. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı Bakı şəhəri Binəqədi rayonu Ə.Naxçıvani küçəsi ev 27 mənzil 135-də qeydiyyatdadır. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin 11 mart 2019-cu il tarixli 2(067)-780\2019 nömrəli qətnaməsinin surətindən müəyyən olunur ki, Xaçmaz şəhəri, N.Nərimanov küçəsi ev 74, mənzil 20-də yerləşən mənzilin mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktı üzrə cavabdehlər X6, Zülfüqarov Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Məmmədova (Zülfüqarova) Pərvanə Ramiz qızına məxsus əmlak olması müəyyən edilmiş və qeyd olunan mənzilin alqı-satqısına dair iddiaçı X17 ilə cavabdehlər X8, Zülfüqarov Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Məmmədova (Zülfüqarova) Pərvanə Ramiz qızı arasında 25 mart 2005-ci il tarixdə bağlanmış əqd etibarlı hesab edilmişdir. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin 27.12.2019-cu il tarixli 2(067)- 3385\2019 nömrəli qətnaməsinin surətindən müəyyən olunur ki, cavabdehlər X9, Zülfüqarov Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, X11, Cavabdeh4, X2, Zülfüqarov Hümbət Cavabdeh1 oğlunun, X19, Mustafayeva Yeganə Cavabdeh1 qızının, X15 və X21 iddiaçı X10 xüsusi mülkiyyətinə aid Xaçmaz şəhəri, N.Nərimanov küçəsi 74 nömrəli evin 20 nömrəli mənzilindən istifadə hüquqları itirilmiş hesab edilmişdir. İş materiallarından müəyyən olunur ki, ********** qeydiyyat nömrəli, **********24- 05101-093067 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, ünvan 2 ünvanda yerləşən mənzil tam mülkiyyət hüququ üzrə X10 adına daşınmaz əmlakın dövlət reyestrində 18.06.2019-cu il tarixdə qeydiyyata alınmışdır. İş materiallarından müəyyən olunur ki, mərhum X5 1977-ci ildən 12 iyun 2018-ci il tarixədək Xaçmaz şəhərində yaşamış və 12 iyun 2018-ci il tarixdə vəfat etmişdir. Vəfatından sonra ailə tərkibi olaraq oğlu Zülfüqarov Cavabdeh1, qızları Cavabdeh4, Cavabdeh2 və Məmmədova (Zülfüqarova) Pərvanə Ramiz qızı qalmışlar. İş materiallarından müəyyən olunur ki, Xaçmaz şəhəri, N.Nərimanov küçəsi 74 saylı evin 20 saylı mənzili 12.05.1977-ci il tarixli 93 nömrəli orderə əsasən X3 və ailə üzvlərinin istifadəsinə verilmişdir. Göründüyü kimi, iddiaçı ilə digər cavabdehlər arasında ailə hüquq münasibətləri 2014-cü ildən yaranmışdır. İddiaçının əri 2018-ci ildə vəfat etmiş və ailə münasibətlərinə xitam verilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Xaçmaz şəhəri, N.Nərimanov küçəsi 74 saylı evin 20 saylı mübahisəli mənzili 12 may 1977-ci il tarixli, 93 nömrəli orderə əsasən X3 və ailə üzvlərinin qanuni istifadəsinə verilmiş əmlakdır, mübahisəli mənzilə əvvəllər Ramiz Zülfüqarov və ailə üzvləri olan digər cavabdehlərin hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasa da həmin əmlak üzərində Ramiz Zülfüqarovun və digər cavabdehlər Zülfüqarov Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Məmmədova (Zülfüqarova) Pərvanə Ramiz qızının istifadə və sahiblik hüquqları yaranmış və bu mənzil sonunculara məxsus əmlak olmuşdur. Tərəflərin izahatlarından müəyyən olunur ki, iddiaçı cavabdehlərin qardaşı Ramil Zülfüqarovla 22.01.2014-cü il tarixdə ailə qurmuşdur. ünvan 1 ünvanında 1-2 ay müddətində müvəqqəti yaşamış, hazırda isə həmin evdə yaşamır. Göründüyü kimi mübahisəli ev əvvəllər daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, həmin evə dair order olmuşdur. İş materiallarından müəyyən olunur ki, mübahisəli ev əvvəllər iddiaçının qayınatasının və onun ailə üzvlərinin qanuni sahibliyində olmuşdur, lakin iş materiallarında iddiaçının mübahisəli evə istifadə hüquqlarının yarandığını təsdiq edən mülkiyyətçi və yaxud da qanuni sahibi ilə bağlanan yazılı razılaşma yoxdur. Hazırki iddia tələbinin hüquqi əsası ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.3. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar. 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Qeyd olunan hüquq normalarından göründüyü kimi, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. İş materiallarından müəyyən olunur ki, İddiaçı 2014-cü ildə X18 ilə rəsmi nikaha daxil olmuş və 2018-ci ildə əri Ramil Zülfüqarov vəfat etməklə ailə münasibətlərinə xitam verilmişdir. İşin yuxarıda sadalanan faktiki hallarından göründüyü kimi iddia tələbi əsassızdır. Bundan başqa Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001ci il tarixli qərarı ilə 2000-ci ilin sentyabr ayının 1-dək yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı yaranmış mübahisələr Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun, 2000-ci ilin sentyabr ayının 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı yaranmış mübahisələr Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin qaydalarına uyğun həll edilir. 1 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 123-cü maddəsinə yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. 2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunurlar. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 228.3. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ alğı-satqının, girovun və icarənin müstəqil predmeti ola bilməz. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. 228.4. Yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvlərinin (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüquqlarına malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqların həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiy halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmamalıdır. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Zülfüqarov Cavabdeh1 və qeyrilərinə qarşı evə köçürülmə və sair tələbinə dair iddiası təmin olunmasın. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar Sadıqov
Məhkəmə qərarları › İş №2(067)-967/2021
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-967/2021
29.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver