Məhkəmə qərarları › İş №2(067)-97/2025

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-97/2025

30.04.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-97/2025 30.04.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, məhkəmə iclas katibi X7, İddiaçı və onun nümayəndəsi X8, Cavabdeh, X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı əmlakın qanunsuz sahiblikdən geri alınması və sair tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq Xaçmaz rayonu, Yeni-Həyat qəsəbəsində yerləşən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********94 reyestr nömrəli çıxarışa əsasən xüsusi mülkiyyətində olan 0,04 ha həyətyanı torpaq sahəsinin cavabdeh X14 tərəfindən istifadə olunan hissəsinin qanunsuz sahibliyindən alınaraq ona qaytarılması, cavabdeh tərəfindən inşa edilmiş hasarın onun öz hesabına sökülməsi və torpaq sahəsinin tamlığının bərpa edilməsi, habelə ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********94 reyestr nömrəli çıxarışa əsasən Xaçmaz rayonu, Yeni- Həyat qəsəbəsində xüsusi mülkiyyətində 0,04 ha həyətyanı torpaq sahəsi vardır. Torpaq sahəsinin planı və ölçüsündə torpaq sahəsinin kadastr göstəriciləri və qayiməsi adlanan hissədə torpağın döngə nöqtələri arasındakı məsafələr dəqiq göstərilmişdir. Torpaq sahəsinin küçə istiqamətində enliyi 10,79 metr arxa hissədə isə 11,54 metr olmalıdır. Lakin qonşu torpaq sahəsinin sahibi olan cavabdeh X14 torpaq sahəsinin özü tərəfdən olan hissəsinə küçə istiqamətindən 79 sm, arxa hissədən isə 1,54 metr müdaxilə edərək oranı hasarlamaqla öz torpaq sahəsinə birləşdirib istifadə edir. Çardağın bir turbası, su kranı və təhənk cavabdeh X1 olan həyətində qalmışdır. Bununla əlaqədar Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət edərək oradan mütəxəssis dəvət etmişlər. Mütəxəssisin əraziyə baxış keçirilməsi üçün idarənin hesabına xx.xx.2022-ci il tarixli, 77-3 saylı qəbzlə 120 manat vəsait ödəmişlər. Əraziyə baxmış mütəxəssis yerində müəyyən etmişdir ki, həqiqətəndə torpaq sahəsinin enliyi torpaq sahəsinin planı və ölçüsündə göstərilən məsafələrdən azdır. Cavabdeh özünə məxsus yaşayış evini və həyətyanı toıpaq sahəsini adına rəsmiləşdirmədiyinə görə əmlakın əvvəlki mükiyyətçisi X6 qarşı məhkəmədə müvafiq iddia qaldırmışdır. İş üzrə ekspertiza təyin edilmiş və ekspert rəyi alınmışdı. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-10/7394 saylı eskpert rəyi ilə mülkiyyətimdə olan haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********94 reyestr nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli çıxarışa əsasən Xaçmaz rayonu, Yeni Həyat qəsəbəsi ərazisində yerləşən ona məxsus 0.04 ha torpaq sahəsinin sərhədləri müəyyən edilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********94 reyestr nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli çıxarışa əsasən Xaçmaz rayonu, Yeni Həyat qəsəbəsi ərazisində yerləşən ona məxsus 0.04 ha torpaq sahəsinin cavabdeh tərəfindən 17.7 kv.metr hissəsi istifadə olunur. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********94 reyestr nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli çıxarışa əsasən Xaçmaz rayonu Yeni Həyat qəsəbəsi ərazisində yerləşən ona məxsus 0.04 ha torpaq sahəsi hüdudları daxilində cavabdeh tərəfindən mişar daşı, metal-tor və azbestsement şifer ilə hasarlanmışdır. Həmin 2(067)- 64/2024 saylı mülki işə məhkəmədə baxılan zaman cavabdeh X11 bildirmişdir ki, qonşuluqda yerləşən evlərini hazırki iş üzrə Cavabdeh satmışlar. Hazırda da həmin evdə Cavabdeh ailəsi ilə birgə yaşayır. Dəfələrlə cavabdehə təklif etmişlər ki, çəkilmiş hasarı söküb əvvəlki yerinə çəksin ki, su kranı, təhənk və çardağın turbası öz ərazisinə düşsün. Lakin cavabdeh bundan imtina etmişdir. Məhkəmə iclasında iddiaçı tərəf iddianı müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Bildirmişdir ki, cavabdehdən ona dəymiş ziyanı və hasarın əvvəlki yerində tikilməsini və hasarın sökülərək yerinin boşaldılmasını xahiş edir. X3 çəkmişdir. O, ona pul təklif edərək torpaqdan əl çəkməsini bildirmişdir. O, ona hasarı söküb, zəbt olunmuş ərazini bərpa etməyi təklif etmiş, lakin bununla razılşamamışdır. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, iddiaçınn torpaq sahəsindən neçə kv.metr hissəni istifadə etdiyini dəqiq bilmir. Mütəxəssis gələrək ölçmə işlərini aparmışdır. Hasarı o çəkməmiş, o torpağı həmin vəziyyətdə almışdır. Hasarın sökülməsini torpağı ona satan adam söküb ərazini bərpa etməlidir. Məhkəmə iclasında mütəxəssis X12 göstərmişdir ki, iddiaçının sənəd üzrə torpaq sahəsi 0,4 hektardır. Lakin faktiki ölçüləndə isə 455 kv. metrdir. TEKUİS sistemindən əldə edilən məlumata əsasən cavabdeh iddiaçının torpağından 17 kv.metr ərazini istifadə edir. Lakin sənəd üzrə olan koordinatlara əsasən cavabdeh iddiaçının 30 kv.metr torpaq sahəsini istifadə edir. Sənəd üzrə cavabdeh iddiaçıya məxsus 30 kv.metr torpağı istifadə edir. Torpaq sahəsini faktiki olaraq ölçəndə 455. kv metrdir. Lakin TEKİUS məlumatına əsasən isə cavabdehin iddiaçıya məxsus olan 17 kv.metr hissəni istifadə etdiyi göstərilir. Sənəd üzrə 0,4 ha torpaq sahəsindən isə 30 kv.metr hissənin istifadə olunduğu göstərilir. İddiaçının torpaq haqqında şəhatənaməsində olan koordinatlara əsasən onlara çıxarış vermişlər. Sənədlə götürdükdə cavabdeh 30 kv.metr iddiaçının torpaq sahəsindən istifadə edir. Daş hasar, metal tor və şiferlə ərazi hasara alınmışdır. Əsas mülkiyyət sənədi hesab olunduğu üçün çıxarış mülkiyyət sənədinə əsasən verilir. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında üçüncü şəxs X11 göstərmişdir ki, torpağı, evi o satmamış, qardaşı satmışdır. Hazırki vəziyyətdə evdə cavabdeh yaşayır. Onun həmin torpaqla heç bir əlaqəsi yoxdur. Cavabdehə torpaq sahəsini köhnə sənədlə vermişdir. Həmin sənəddə 5.5 kv.metr ərazi vermişdir. İddaçı tərəfin torpaq sahəsinin zəbt olunmasından xəbəri yoxdur. O, Bakı şəhərində yaşamışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********94 reyestr nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli çıxarışdan müəyyən olunur ki, Xaçmaz rayonu, Yeni-Həyat qəsəbəsində yerləşən 0.04 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 325 nömrəli reyestr kitabının 68 nömrəli vərəqində qeydiyyata alınmışdır. -Xaçmaz rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(067)-64/24 nömrəli qətnaməsindən görünür ki, İddiaçı cavabdeh X6 qarşı torpaq sahəsinin qanunsuz sahiblikdən geri tələbinə dair iddia tələbi təmin olunmamışdır. -Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 10/9141 nömrəli ekspert rəyindən müəyyən olunur ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********94 reyestr nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli çıxarışa əsasən Xaçmaz rayonu Yeni Həyat qəsəbəsi ərazisində yerləşən İddiaçı mülkiyyətində (qanuni istifadəsində olan) 0.04 ha torpaq sahəsinin sərhədləri müəyyən edilmişdir və istifadəsində 0.0455 ha təşkil edir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********94 reyestr nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli çıxarışa əsasən İddiaçı mülkiyyətində (qanuni istifadəsində olan) 0.04 ha torpaq sahəsi Cavabdeh tərəfindən elektron kadastr uçotu (TEKUİS) informasiya sisteminə əsasən 17.7 kv.m hissəsi, iddiaçının mülkiyyət sənədində olan koordinatlarına əsasən isə 30.0 kv.m hissəsi istifadə olunur. Cavabdeh tərəfindən torpaqların elektron kadastr uçotu (TEKUİS) informasiya sisteminə əsasən 17.7 kv.m hissəsi, iddiaçının mülkiyyət sənədində olan koordinatlarına əsasən isə 30.0 kv.m hissəsi istifadə olunur və hansı hissələrdən istifadə olunması sxemdə əks olunur. İddiaçı mülkiyyətində (qanuni istifadəsində olan) 0.04 ha torpaq sahəsi hüdudları daxilində cavabdeh tərəfindən mişar-daşı, metal-tor və azbestsement şifer ilə hasarlanıb. İddiaçı məxsus 0.04 ha torpaq sahəsindən iddiaçının təyinatı üzrə istifadəsinə Cavabdeh tərəfindən maneçilik törədilməsini müəyyən etmək Daşınmaş Əmlakın Kadastrı və Ünvan Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin səlahiyyətləri daxilində deyildir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, hüquqların dövlət reyestri haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********94 reyestr nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli çıxarışa əsasən Xaçmaz rayonu, Yeni Həyat qəsəbəsi ərazisində yerləşən 0.04 ha torpaq sahəsi iddiaçının mülkiyyətinə verilmişdir. Cavabdeh iddiaçıya məxsus torpaq sahəsinin bir hissəsini zəbt etməklə özünün qanunsuz sahibliyində saxlamaqdadır. Uzun illərdir ki, iddiaçı həmin torpaq sahəsinin vergisini ödəyir. Həmin torpaq sahəsi hal-hazırda cavabdehin istifadəsindədir. İddiaçı cavabdehə dəfələrlə özünə məxsus olan torpaq sahəsini qaytarmaq ilə bağlı müraciət etsə də, cavabdeh buna məhəl qoymayaraq torpaq sahəsini geri qaytarmır. İddiaçı torpaq sahəsindən istifadə edə bilmir, cavabdeh onun torpaq sahəsinə daxil olmağına maneçiliklər yaradır. Cavabdeh iddianı qəbul etməyərək torpaq sahəsinin geri qaytarılmasına etiraz edir. Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasınında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqlarının və X10 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2.-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3.-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 157.2-ci maddəsinin tələblərinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-ci maddəsinin əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.5-ci maddəsinə əsasən Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və içarəçilərinin hüquqları qanunla qorunur. 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında mübahisəli torpaq sahəsindən qanunsuz istifadə ilə bağlı məhkəmə mübahisəsi vardır. Ekspert rəyinə əsasən İddiaçı mülkiyyətində (qanuni istifadəsində) olan 0.04 ha torpaq sahəsinin sərhədləri müəyyən edilmişdir. İddiaçı mülkiyyətində (qanuni istifadəsində olan) 0.04 ha torpaq sahəsi Cavabdeh tərəfindən elektron kadastr uçotu (TEKUİS) informasiya sisteminə əsasən 17.7 kv.m hissəsi, iddiaçının mülkiyyət sənədində olan koordinatlarına əsasən isə 30.0 kv.m hissəsi istifadə olunur. Cavabdeh tərəfindən torpaqların elektron kadastr uçotu (TEKUİS) informasiya sisteminə əsasən 17.7 kv.m hissəsi, iddiaçının mülkiyyət sənədində olan koordinatlarına əsasən isə 30.0 kv.m hissəsi istifadə olunur. İddiaçı mülkiyyətində (qanuni istifadəsində olan) 0.01 ha torpaq sahəsi hüdudları daxilində cavabdeh tərəfindən mişar-daşı, metal-tor və azbestsement şifer ilə hasarlanıb. Cavabdeh torpaq sahəsindən istifadə etdiyini, lakin həmin torpaq sahəsinin ona məxsus olduğunu bildirir. Məhkəmə hesab edir ki, hazırkı mülki iş üzrə verilmiş mütəxəssis və ekspert rəylərinə istinad edilməli, iddia tələbi təmin edilməli, Xaçmaz rayonu, Yeni Həyat qəsəbəsində yerləşən iddiaçıya məxsus torpaq sahəsinin tutulmuş (zəbt edilmiş) hissəsi cavabdehin qanunsuz istifadəsindən alınaraq iddiaçıya qaytarılmalı, torpaq sahəsinin tamlığının bərpa edilməli, cavabdeh tərəfindən inşa edilmiş hasar onun öz hesabına sökülməlidir. və cavabdeh tərəfindən həmin torpaq sahəsinə daxil olmağa törədilən maneələr aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 82.3-cü maddəsinə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-nin 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Beləliklə, tərəflərin izahatlarını, ekspert rəyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməlidir Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********94 reyestr nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli çıxarışa əsasən Xaçmaz rayonu, Yeni-Həyat qəsəbəsi ərazisində yerləşən İddiaçı mülkiyyətində olan 0.04 ha torpaq sahəsinin elektron kadastr uçotu (TEKUİS) informasiya sisteminə əsasən 17.7 kv.m hissəsi, iddiaçının mülkiyyət sənədində olan koordinatlarına əsasən isə 30.0 kv.m hissəsi Cavabdeh istifadəsindən alınaraq İddiaçı istifadəsinə qaytarılsın, torpaq sahəsinin tamlığı bərpa edilsin və cavabdeh tərəfindən inşa edilmiş hasar onun öz hesabına sökülsün. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilsin. Ekspertiza tədqiqatlarının dəyəri olan 100 manat məbləğində pul Cavabdeh alınaraq X4, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Eksperizası Mərkəzi VOEN ********** AZ34CTRE******************** hesaba keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar