Məhkəmə qərarları › İş №2(067)-997/2022

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-997/2022

07.06.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-997/2022 07.06.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı evdən çıxarılma tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Xaçmaz rayonu, Arzu qəsəbəsində, 0.10 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 215.90 kv.metr olan xüsusi mülkiyyət hüququ əsasında ona məxsus evdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Xaçmaz rayonu, Arzu qəsəbəsində 0.10 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 215.90 kv.metr olan ev xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur. Həmin evə DƏDRX-nın 5 saylı Ərazi idarəsindən onun adına qeydiyyat tarixi xx.xx.2020-ci il, qeydiyyat nömrəsi ********** olan, Hüquqların Dövlət qeydiyyatı haqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış verilmişdir. Cavabdeh onun evinə qanunsuz girib məskunlaşma səbəbindən əmlakı üzərində mülkiyyət hüququnu reallaşdıra bilmir, yəni əmlakı üzərində öz istəyinə uyğun olaraq sərəncam hüququ pozulur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək bildirmişdir ki, o iddia ərizəsində tələbi ətraflı əsaslandırmışdır. Xaçmaz rayonunun Arzu qəsəbəsində 0,10 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 215,90 kv.metr olan ev xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. Həmin evə dair onun adına xx.xx.2020-ci il tarixdə Çıxarış verilib. Cavabdeh onun evinə qanunsuz daxil olaraq orada məskunlaşıb və evdən çıxmır, bu isə iddiaçının mülkiyyətçi hüquqlarını pozur. İddianın təmin edilməsini və cavabdehin iddiaçının evindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh hazırda iddiaçının evində yaşayır. Cavabdeh həmin evin əvvəllər mülkiyyətçisi olub, lakin sonradan evini başqa bir şəxsə satıb, daha sonra isə həmin evi iddiaçı əldə edib və hazırda evin mülkiyyətçisi iddiaçıdır. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, 2008-ci ildə o, oğlu Əfqanın borcunu ödəmək üçün “Kapital Bank”ın Xaçmaz filialının keçmiş müdiri Hakim müəllimdən 10000 manat pul alıb, bankın pulunu ödəmişdir və xx.xx.2008-ci ildə Xaçmaz rayonunun Arzu qəsəbəsindəki evini “Kapital Bank”ın Xaçmaz filialının işçisi Nazlı Abdullayevaya satmışdır. Sonradan evin hansı yolla iddiaçının mülkiyyətinə keçməsindən xəbəri yoxdur. O, mübahisəli evdə uzun müddətdir ki, yaşayır. Hazırda da orada yaşayır. Hesab edir ki, ev onun mülkiyyətidir, cavabdehin mülkiyyətinə saxta yollarla keçib. Mübahisəli evin hazırda onun mülkiyyətində olmasına dair sənədi yoxdur. Cavabdeh qanunsuz yollarla evi öz adına keçirib. Ona görə də iddianı qəbul etmir. Ona görə iddianın rədd edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə sübutları araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRXnin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli ********** saylı qeydiyyat nömrəsli Çıxarışdan müəyyən olunur ki, Xaçmaz rayonunun Arzu qəsəbəsində 0,10 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 215,90 kv.metr olan ev xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. İş materiallarında olan Xaçmaz rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli 160- 1430-1722 saylı məktubundan müəyyən olunur ki, Cavabdeh Xaçmaz rayonu Hacıəlibəy kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqlarının və X1 Haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.5.-ci maddəsinə müvafiq olaraq mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o, cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş həddlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona sərəncam verə bilər. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Qeyd olunan Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Məcəllənin 157.4-cü maddəsində göstərilir ki, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Qeyd olunanlardan göründüyü kimi iddiaçı xüsusi mülkiyyətində olan daşınmaz əmlakını maneəsiz istifadə etmək və üzərində sərəncam vermək hüququnu təmin etmək məqsədilə yuxarıda sadalanan qanunvericilik normalarına əsasən məhkəməyə müraciət etməkdə tam haqlıdır və onun iddia tələbi təmin olunmalıdır. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalı, Cavabdeh Xaçmaz rayonu, Arzu qəsəbəsində, 0.10 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 215.90 kv.metr olan xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsus evdən çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh Xaçmaz rayonu, Arzu qəsəbəsində, 0.10 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 215.90 kv.metr olan xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsus evdən çıxarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xacmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar