Məhkəmə qərarları › İş №2(068)-1/2024

Xızı Rayon Məhkəməsi Qətnamə — İş №2(068)-1/2024

06.02.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xızı rayonu İş № 2(068)-1/2024 06.02.2024 XIZI RAYON MƏHKƏMƏSİ X29 Hidayət oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, İddiaçı, nümayəndəsi və vəkili Vəkil4, Cavabdeh3 vəkili Vəkil6 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh4 və Cavabdeh3 qarşı “torpaq sahəsində olan qanunsuz tikililərin sökülməsi, cavabdehlərə məxsus həmin əşyaların torpaq sahəsindən çıxarılması və mülkiyyət hüququnun müdafiəsi” tələbinə dair mülki işə Xızı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə Xızı Rayon Məhkəməsinə müraciət edərək, iddiaçıya məxsus olan torpaq sahəsində qanunsuz tikilinin sökülməsi, cavabdehə məxsus əşyaların torpaq sahəsindən çıxarılması və iddiaçının mülkiyyət hüququnun müdafiəsi barədə qətnamə qəbul edilməsini və baş vermiş qanun pozuntusu ilə əlaqədar olaraq, səlahiyyətli şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi üçün xüsusi qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbi həcminin artırılması və başqa cavabdehin işə cəlb edilməsi barədə ərizə ilə Xızı Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh2 cavabdeh qismində işə cəlb edilməsi, Xızı rayonunun Altıağac qəsəbəsində yerləşən və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən mülkiyyətində olan 2,0 ha torpaq sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılması, həmin torpaq sahəsində cavabdehlər tərəfindən inşa olunmuş qanunsuz tikililərin və hasarlanmanın sökülməsi, cavabdehlərə məxsus həmin əşyaların torpaq sahəsindən çıxarılması və iddiaçının mülkiyyət hüququndan istifadə olunmasına yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Xızı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(068)-151/2019 nömrəli qərardadı ilə mülki iş üzrə Cavabdeh2 cavabdeh qismində işə cəlb edilmiş, xx.xx.2021-ci il tarixdə X19 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb olunmuş, xx.xx.2021-ci il tarixdə isə Cavabdeh2 əsl Cavabdeh3 ilə əvəz edilmişdir. Daha sonra, hazırki iş üzrə Cavabdeh1 xx.xx.2022-ci il tarixində öldüyündən oğlu - Cavabdeh4 cavabdeh qismində işə cəlb olunmuşdur. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə X20 arasında 26 may 2011-ci ildə Xızı rayonu Altıağac qəsəbəsində yerləşən 2.0 ha torpaq sahəsinə dair alqı-satqı müqaviləsi bağlanmışdır. Torpaq sahəsinə dair alqı-satqı müqaviləsi rəsmiləşdirildikdən sonra həmin torpaq sahəsinə **********60 nömrəsi verilərək ümumi sahəsi 2,0 ha göstərilməklə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-dən mülkiyyət hüququna dair adına xx.xx.2011-ci il tarixində çıxarış verilmişdir. Torpaq sahəsini hasarlamaq istəyərkən cavabdehlər Cavabdeh1 məxsus qanunsuz tikili və Cavabdeh2 mülkiyyətində olan ərazidə qanunsuz tikdirdiyi su saxlamaq üçün hovuzu və hasarlanması aşkar olunmuşdur. Dəfələrlə qanunsuz tikilinin və hasarın sökülməsi üçün müraciət etməyinə baxmayaraq, cavabdehlər tələbini yerinə yetirməkdən boyun qaçırırlar. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda bildirdi ki, bütün sənədlər əsasında Dövlət aktı tərtib olunmuş, daha sonra isə müvafiq çıxarışlar verilmişdir. Torpaq sahəsi ayrılanda birinci ona ayrılmışdır. Belə ki, onun və Nofəlin sənədləri 2002-ci ildə, Cavabdeh3 sənədləri isə 2011-ci ildə verilmişdir. Bundan başqa ekspert rəyindən də açıq-aydın görünür ki, onun torpaq sahəsində tikililər var və həmin torpaq sahəsi ona məxsusdur. İddiaçının nümayəndəsi və vəkili Vəkil4 məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirdi ki, sonuncu ekspert rəyi əsaslı tərtib edilməmişdir. Belə ki, iddiaçının adına hazırda torpağa mülkiyyət hüququnu təsdiq edən çıxarış olduğu halda, həmin çıxarışın yerləşdiyi ərazi üzrə deyil, torpağın ilkin sahibinin sənədləri əsasında araşdırılmışdır. Halbuki iddiaçının əlində qüvvədə olan sənədləri mövcuddur və elə başa düşülür ki, guya həmin sənəd səhvdir. Bəlkə ilkin verilmiş sənəd səhvdir. Belə ki, Nofəlin sənədi neçə il bundan əvvəl metrə ilə ölçülüb verilən sənəddir. İddiaçının hazırki sənədi isə müasir, dəqiq cihazlar vasitəsilə ölçülüb dəqiqləşdirilmişdir. Əgər ilkin torpaqayırma sənədləri ilə hazırki çıxarışın arasında ziddiyyət varsa da, hazırda qüvvədə olan sənəd əsas götürülməlidir. Eyni zamanda ekspertizanın təyin edilməsi barədə qərardadda elə suallar qoyulmuşdur ki, onların çoxunun iddia predmetinə heç bir aidiyyəti yoxdur. Belə ki, cavabdehlərin tələb etmədiyi halda, məhkəmənin özü tərəfindən ekspertiza qarşısında 19 sual qoyulmuş, bu 19 sualın yalnız üçünün işə aidiyyətı vardır. Hesab edir ki, bununla bağlı məhkəmə tərəfindən düzgün istiqamətdə araşdırma aparılmamışdır. Məhkəmənin qətnaməsi ədalətli deyil, qanuni və əsaslı olmalı, məhkəmə qərar qəbul edərkən hansısa kolxoz sənədinə əsaslanmamalı, çıxarışı əsas götürməlidir. Hazırda iddiaçının əlində çıxarışı var, eləcə də bu gün bu mülkiyyət hüququnu təsdiq edən sənədə qarşı hər hansı bir şəxsin, cavabdehlərin, üçüncü şəxslərin, digər hüquqi və fiziki şəxslərin iddiası yoxdur. Reyestr məlumatlarının həqiqiliyi və tamlığı prezumpsiyası vardır. Nə qədər ki, ləğv olunmayıb Mülki Məcəllənin tələblərinə görə bu həqiqətdir, habelə bu çıxarışda yazılan məlumatlar həqiqətdir. Hazırda hesab edir ki, iddiaçının tələbi əsaslıdır. Bu səbəbdən də, iddianın təmin olunmasını məhkəmədən xahiş edir. Cavabdeh3 vəkili Vəkil6 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirdi ki, hazırki mübahisəli torpaq sahəsi alqı-satqıdan sonra əldə edilmiş sənədlər verilənə qədər hər hansı bir ziddiyyət və mübahisə olmamışdır. Müəyyən edilmiş yeni sənədlər tərtib olunandan sonra torpaqların üst-üstə düşmək məsələsi ortaya çıxmışdır. Əgər belə bir mübahisə olsaydı, ilkin torpaqayırma sənədləri verilərkən ortaya çıxmalı idi. Sonradan tərtib olunmuş sənədlər əsasında müəyyən edilmiş hüquqlar mübahisələndirilir. Hesab edir ki, bu doğru bir hal deyil. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmənin 25 aprel 2023-cü il tarixli iclasında iştirak edən Cavabdeh4 vəkili Vəkil1 vəsatət verərək, iş üzrə əlavə ekspertiza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda bildirmişdir ki, 25 yanvar 2022-ci ildə ekspertiza təyin olunanda ekspertiza qarşısına 10 sual qoyulmuş, həmin 10 sualın 6-sı cavablandırılmayaraq, “müəyyən etmək mümkün deyil” qeyd olunmuş, 4-cü suala isə qismən cavablandırılma olmuşdur. Nəzərə almaq lazımdır ki, cavabdehin torpaq sahəsi 2002-2003-cü ildə ayrılmış və həmin vaxt qanunvericiliyin tələblərinə uyğun olaraq bələdiyyənin, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin, həmçinin İcra Hakimiyyətinin müvafiq rəyləri və təsdiqlənmiş sxem əsasında naturada təhvil verilmişdir. Həmin sxem arxiv sənədlərinin içərisində vardır və sxemdən görsənir ki, cavabdehə ayrılmış torpaq sahəsi çay yatağı ilə yolun arasında yerləşən və hal-hazırda cavabdehin babası tərəfindən inşa edilmiş, istifadə olunmuş tikililərin yerləşdiyi ərazidir. Sxem ayrılandan sonra orada 2003-2010-cu illər ərzində tikililər tikilmiş, istifadə olunmuş, icarəyə verilmiş, həmçinin özləri istifadə edərək gəlir götürmüşlər. 2012-ci ildə həmin tikililər istismara qəbul edilmiş və istismara qəbul edilərkən də həmin tikililərin cizgi planı təsdiqlənmişdir. Həmin tikililərin harada tikilməsi aydın görünür. Yəni həmin tikililər nə qanunsuz hesab oluna bilər, nə də tikililərin yeri mübahisəli ola bilməzdi. Eyni zamanda iddiaçıya torpaq sahəsi satmış şəxs, yəni iddiaçının əlində olan çıxarışda göstərilən torpaq sahəsinin ilkin mülkiyyətçisi Mürvət adlı şəxs olmuşdur. Həmin Mürvət adlı şəxsə də torpaq sahəsi də, cavabdehdən bir neçə ay sonra, yəni 2002-ci ildə ayrılmışdır. 2002-ci ildən 2010-cu ilədək, yəni hazırki iddiaçı torpaq sahəsi çıxarışını əlinə alana kimi heç bir problem, heç bir mübahisə olmamışdır. Yalnız iddiaçı özünə çıxarış alandan sonra belə bir mübahisə meydana çıxmışdır. Hesab edir ki, iddiaçıya verilmiş torpaq sahəsinin koordinatları Daşınmaz Əmlakın Dövlət Reyestri xidməti tərəfindən yalnış verilmişdir. Ekspertin rəyində də göstərilir ki, həmin torpaq sahəsinin bir hissəsi digər cavabdehin torpaq sahəsinin koordinatları ilə üst-üstə düşür. Bir hissəsi qoruqla üst-üstə düşür, bir hissəsi çay yatağı ilə üst-üstə düşür, bir hissəsi avtomobil yolu ilə üst-üstə düşür. Buradan görünür ki, həmin cizgi plan yerində baxılmadan, məsuliyyətsizliklə verilmiş cizgi plandır. Bu səbəbdən də, həm iddiaçının, həm vəfat etmiş Əli Namazovun, həm Mürvət adlı şəxsin ilkin arxiv sənədləri əldə olunması üçün sorğular verilməli, eləcə də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Xızı rayonu Altıağac bələdiyyəsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Altıağac Milli Parkı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmalıdır. Digər Cavabdeh4, eləcə də mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslərə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, onlar məhkəmə iclasında təmsil edilməmişdir. Buna görə də, məhkəmə işə həmin cavabdehin və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Xızı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(068)-151/2019 nömrəli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ekspertlərinə həvalə edilmiş və ekspert rəyi məhkəməyə təqdim olunanadək iş üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli, 10/3520 saylı məktubuna əsasən mülki iş rəy ilə birlikdə 26 yanvar 2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Xızı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(068)-3/2021 nömrəli qərardadı ilə mülki iş üzrə icraat təzələnmişdir. Xızı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(068)-3/2021 nömrəli qərardadı ilə iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ekspertlərinə həvalə edilmiş və ekspert rəyi məhkəməyə təqdim olunanadək iş üzrə icraat dayandırılmışdır. Xızı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(068)-1/2022 nömrəli qərardadı ilə mülki iş üzrə icraat təzələnmişdir. İş materialına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətinə əsasən Cavabdeh1 xx.xx.2022-ci il tarixində vəfat etmişdir. Xızı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(068)-1/2022 nömrəli qərardadı ilə iş üzrə icraat Cavabdeh1 hüquqi varisi müəyyən edilənədək dayandırılmışdır. Xızı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(068)-1/2023 nömrəli qərardadı ilə mülki iş üzrə icraat təzələnmişdir. Xızı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(068)-1/2023 nömrəli qərardadı ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Xızı rayonu Altıağac bələdiyyəsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Altıağac Milli Parkı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb olunmuşdur. Xızı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(068)-1/2023 nömrəli qərardadı ilə iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmiş və ekspert rəyi məhkəməyə təqdim olunanadək iş üzrə icraat dayandırılmışdır. Xızı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(068)-1/2024 nömrəli qərardadı ilə mülki iş üzrə icraat təzələnmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, məhkəmə baxışında tədqiq edilmiş sübutlara və araşdırılmış iş materiallarına məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, işdə olan Xızı rayonu, Altıağac bələdiyyəsinin 22 dekabr 2002-ci il tarixli, 18 saylı qərarının və torpaqların alqı-satqısına dair aktın surətindən görünür ki, Xızı rayonu, Altıağac bələdiyyəsinin ehtiyat fondunun alqı-satqı predmeti olan kənd təsərrüfatına yararsız torpaq sahəsindən alqı-satqı qaydasında 2,00 ha torpaq sahəsi X1. İşdə olan Xızı rayonu, Altıağac bələdiyyəsinin 22 dekabr 2002-ci il tarixli, 18 saylı qərarı ilə X2 2,00 ha torpaq sahəsinin yerquruluşu planının surətindən görünür ki, həmin torpaq sahəsinin qonşuluğunda A-dan B-yə meşə fonduna, B-dən V-yə bələdiyyəyə, Vdən Q-yə Ataçaya, Q-dən A-ya X21 məxsus torpaq sahələridir. İşdə olan 14 may 2003-cü il tarixli “Torpağa mülkiyyət hüququna dair” JN-0359 seriyalı, kod 30602016 nömrəli dövlət aktının surətindən görünür ki, Xızı rayonu, Altıağac bələdiyyəsinin 22 dekabr 2002-ci il tarixli, 18 saylı qərarı ilə 2,00 ha torpaq sahəsi X7 mülkiyyətinə verilmişdir. İşdə olan Xızı rayon Dövlət notariat kontorunun xx.xx.2005-ci il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, X6 rayonu, Altıağac qəsəbəsində yerləşən 2,0 ha torpaq sahəsini X3. İşdə olan MA seriyalı, ******* nömrəli, xx.xx.2011-ci il tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Xızı rayonu, Altıağac qəsəbəsində yerləşən 2,0 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə X12 adına daşınmaz əmlakın dövlət reyestrində 6 nömrəli reyestr kitabının 81 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan Xızı rayon Dövlət notariat kontorunun xx.xx.2011-ci il tarixli, 267432 nömrəli alqı-satqı müqaviləsinin surətindən görünür ki, X10 rayonu, Altıağac qəsəbəsində yerləşən 2,0 ha torpaq sahəsini 10000 (on min) manata İddiaçı satmışdır. İşdə olan MA seriyalı, ******* nömrəli, 23 iyun 2011-ci il tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Xızı rayonu, Altıağac qəsəbəsində yerləşən 2,0 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 6 nömrəli reyestr kitabının 81 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt Ərazi İdarəsi tərəfindən xx.xx.2011-ci il tarixində tərtib olunmuş **********60 reyestr nömrəli AA seriyalı 007078 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nün notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Xızı rayonu, Altıağac qəsəbəsində yerləşən 2,0 ha torpaq sahəsi xx.xx.2011-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən İddiaçı adına qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Altıağac Milli Parkının xx.xx.2019-cu il tarixli, 162 saylı məktubundan görünür ki, İddiaçı məxsus 2,0 ha torpaq sahəsinin 18 sotu Altıağac Milli Parkının sərhəddi daxilindədir. İşdə olan Xızı rayonu, Altıağac bələdiyyəsinin 08 avqust 2002-ci il tarixli, 10 saylı qərarının və torpaqların alqı-satqısına dair aktın surətindən görünür ki, Xızı rayonu, Altıağac bələdiyyəsinin ehtiyat fondunun alqı-satqı predmeti olan kənd təsərrüfatına yararsız torpaq sahəsindən alqı-satqı qaydasında 1,00 ha torpaq sahəsi X4. İşdə olan Xızı rayonu, Altıağac bələdiyyəsinin 08 avqust 2002-ci il tarixli, 10 saylı qərarı ilə X5 1,00 ha torpaq sahəsinin yerquruluşu planının surətindən görünür ki, həmin torpaq sahəsi X28 kolxozunun 1991-ci il tarixli xəritəsindən 77.79 nömrəli konturlardan (keçmiş Saqsi dəyirmanı sahəsindən) ayrılmışdır. İşdə olan Xızı rayonu İcra Hakimiyyəti başçısının 13 yanvar 2003-cü il tarixli, 05 nömrəli sərəncamının surətindən görünür ki, X21 Xızı rayonu Altıağac qəsəbəsi ərazisində, Xızı-Altıağac qolunun sağ tərəfində, Ataçay çayı üzərində aldığı 1,0 ha torpaq sahəsində iaşə xidməti binasının və köməkçi xidmət sahələrinin tikintisinə icazə verilmişdir. İşdə olan 14 yanvar 2003-cü il tarixli “Torpağa mülkiyyət hüququna dair” JN-0357 seriyalı, kod 30602016 nömrəli dövlət aktının surətindən görünür ki, Xızı rayonu, Altıağac bələdiyyəsinin 08 avqust 2002-ci il tarixli, 10 saylı qərarı ilə 1,00 ha torpaq sahəsi X17 mülkiyyətinə verilmişdir. İşdə olan tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqqında qəbul komissiyasının 14 mart 2012-ci il tarixli aktının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Xızı rayonu Altıağac qəsəbəsi ərazisində X26 tərəfindən inşa edilmiş istirahət zonası - iaşə xidməti binaları istismara qəbul edilmişdir. İşdə olan xx.xx.1972-ci il tarixli, 331058 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X26 ilə X19 xx.xx.1972-ci ildə rəsmi nikaha daxil olmuşlar. İşdə olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X26 xx.xx.2019-cu il tarixində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixli, 31 nömrəli qeyd aparılmışdır. İşdə olan Azərbaycan Resublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri 27 saylı Notariat ofisinin xx.xx.2021-ci il tarixli, 373 saylı məktubundan görünür ki, X17 xx.xx.2019-cu il tarixdə vəfatı ilə əlaqədar olaraq vərəsə X13 ərizəsi əsasında vərəsəlik işi açılmışdır və vərəsəlik dairəsi müəyyən olunaraq Xızı Rayonu, Altıağac qəsəbəsi ünvanındakı 1,00 ha torpaq sahəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün həmin torpaq sahəsinə çıxarış verilməsi qeyd olunmuşdur. İşdə olan xx.xx.1990-cı il tarixli, 397954 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 ilə X23 xx.xx.1990-cı ildə rəsmi nikaha daxil olmuşlar. İşdə olan xx.xx.1990-cı il tarixli, 397954 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh4 xx.xx.1992-ci ildə anadan olmuşdur. Onun atası Cavabdeh1, anası Tağıyeva (Namazova) Məhbubə Əli qızıdır. İşdə olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xızı rayonu İcra Hakimiyyətinə ünvanlanmış xx.xx.2010-cu il tarixli məktubundan görünür ki, Xızı Rayonunun Altıağac qəsəbəsinin sosial-iqtisadi inkişafının yaxşılaşdırılması və torpaqlardan səmərəli istifadənin təşkil olunması üçün Altıağac bələdiyyəsinin hüdudları daxilində, Xızı-Altıağac avtomobil yolunun sağ tərəfində Altıağac Milli Parkına məxsus meşə ilə örtülü olmayan 1,5 hektar ölçüdə torpaq sahəsinin həmin əraziyə yaxın Milli Park məqsədləri üçün istifadəyə daha əlverişli bələdiyyə mülkiyyətinə aid eyni ölçülü sahə ilə əvəzləşdirilməsinə etiraz olunmur. İşdə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il tarixli sərəncamında qeyd olunmuşdur ki, Torpaq Məcəlləsinin 9-cu maddəsinin 3-cü, 33-cü maddəsinin 2-ci və 47-ci maddəsinin 7-ci bəndlərini əsas tutaraq, Xızı rayonu ərazisində Altıağac Milli Parkına məxsus 1,5 hektar torpaq (açıq tala) sahəsinin geri alınaraq xüsusi qorunan ərazilərin torpaqları kateqoriyasından dövlət ehtiyat fondu torpaqları kateqoriyasına keçirilməsi və əvəzində Altıağac bələdiyyəsinin həmin Milli Parkla həmsərhəddə yerləşən 1,5 hektar torpaq (şərti yararsız) sahəsinin xüsusi qorunan ərazilərin torpaqları kateqoriyasına keçirilməklə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Altıağac Milli Parkına verilməsi barədə Xızı Rayon İcra Hakimiyyətinin Altıağac Bələdiyyəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ilə razılaşdırılmış təklifi qəbul edilsin. İşdə olan RX seriyalı, ******* nömrəli, xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Xızı rayonu, Altıağac qəsəbəsində yerləşən 1,50 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyestrində 9 nömrəli reyestr kitabının 70 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt Ərazi İdarəsi tərəfindən xx.xx.2012-ci il tarixində tərtib olunmuş **********31 reyestr nömrəli AA seriyalı 011239 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nün notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Xızı rayonu, Altıağac qəsəbəsində yerləşən 1,50 ha torpaq sahəsi xx.xx.2012ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh3 adına qeydiyyata alınmışdır. İşdə olan Dövlət Tikinti və Arxitektura Komitəsinin Baş X8 və Mülkiyyət Hüquqlarının qeydiyyat idarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsindən görünür ki, Xızı rayonu Altıağac qəsəbəsində yerləşən yeməkxana qeyri-yaşayış sahəsi Cavabdeh3 adına xx.xx.2004-cü il tarixdə, 01 nömrəli reyestr kitabında 01 səhifədə 01B reyestr nömrəsi ilə qeydə alınmışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 10/3520 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən tərtib olunmuş 25 sentyabr 2020-ci il tarixli, **********49 saylı mütəxəssis rəyinə əsasən, Seriya MA, ******* nömrəli, 23 iyul 2011-ci il tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya MA ******* çıxarış və torpaq sahəsinin plan ölçüsündə qeyd olunan torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarına əsasən, İddiaçı mülkiyyətinə verilmiş kənd təsərrüfatı təyinatlı torpaqları kateqoriyasında olan 2.0 ha torpaq sahəsinin sərhədləri və ölçüləri müəyyən edilərək təyin edildi, lakin faktiki istifadəsində torpaq sahəsi olmadığından ona ayrılan torpaq sahəsi ilə uyğun gəlibgəlməməsini müəyyənləşdirmək mümkün olmamışdır. Eyni zamanda mütəxəssis rəyinə əsasən, mübahisəli torpaq sahəsinə baxış zamanı Cavabdeh1 iştirak etməməsi səbəbindən faktiki istifadəsində olan torpaq sahəsini müəyyənləşdirmək mümkün olmadığından, məhkəmə tərəfindən qoyulan sualı cavablandırmaq mümkün olmamışdır. Mütəxəssis rəyinə əsasən, mübahisəli torpaq sahəsinə baxış zamanı Cavabdeh2 iştirak etməməsi səbəbindən faktiki istifadəsində olan torpaq sahəsini müəyyənləşdirmək mümkün olmadığından, məhkəmə tərəfindən qoyulan sualı cavablandırmaq mümkün olmamışdır. Mütəxəssis rəyinə əsasən, iddiaçı X16 mülkiyyətinə verilmiş kənd təsərrüfatı təyinatlı torpaqları kateqoriyasında olan 2.0 ha torpaq sahəsinin daxilində tikililər mövcuddur. Lakin həmin tikililərin kim tərəfindən inşa olunduğuun araşdırılması mütəxəssisin səlahiyyətləri daxilində olmadığından məhkəmə tərəfindən qəyulan sualı cavablandırmaq mümkün olmamışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/5574 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən tərtib olunmuş 09 dekabr 2021-ci il tarixli **********12 saylı mütəxəssis rəyinə əsasən Xızı rayonu, Altıağac bələdiyyəsinin 22 dekabr 2002-ci il tarixli, 18 saylı qərarı ilə X2 2.00 ha torpaq sahəsinə verilmiş 14 may 2003-cü il tarixli “Torpağa mülkiyyət hüququna dair" JN-0359 seriyalı, kod 30602016 nömrəli dövlət aktının hazırlanmasına əsas olmuş ilkin torpaqayırma sxeminin (planının) yerquruluşu qaydalarına uyğun tərtib edilməməsi və faktiki vəziyyət ilə uyğunsuzluq olması səbəbindən “Torpağa mülkiyyət hüququna dair" JN-0359 seriyalı, kod 30602016 nömrəli dövlət aktında göstərilən 2.00 ha torpaq sahəsinin naturadakı yerini müəyyən etmək mümkün olmamışdır. Mütəxəssis rəyinə əsasən, Xızı rayonu, Altıağac bələdiyyəsinin 22 dekabr 2002-ci il tarixli, 18 saylı qərarı ilə X2 2.00 ha torpaq sahəsinə verilmiş 14 may 2003-cü il tarixli “Torpağa mülkiyyət hüququna dair” JN-0359 seriyalı, kod 30602016 nömrəli dövlət aktında göstərilən 2.00 ha torpaq sahəsinin naturadakı yerini müəyyən etmək mümkün olmadığı üçün, İddiaçı mülkiyyətində olan (MA seriyalı, ******* nömrəli çıxarış) 2.00 ha torpaq sahəsinin planı və ölçüsündə qeyd edilmiş koordinatları ilə üst-üstə düşübdüşməməsini müəyyənləşdirmək mümkün olmamışdır. Həmçinin, mütəxəssis rəyinə əsasən İddiaçı mülkiyyətdə olan (MA seriyalı, ******* nömrəli çıxarış) 2.00 ha torpaq sahəsinin planı və ölçüsündə qeyd edilmiş koordinatlarının elektron kadastr məlumat bazasına əsasən 0.1841 ha hissəsi Altıağac Milli Parkı, 0.0468 ha hissəsi çay yatağı ilə üst-üstə düşür. Xızı rayonu, Altıağac bələdiyyəsinin 08 avqust 2002-ci il tarixli 10 saylı qərarı ilə üçüncü şəxsin vərəsəsi olduğu mərhum X5 1.00 ha torpaq sahəsinə verilmiş 14 yanvar 2003-cü il tarixli “Torpağa mülkiyyət hüququna dair” JN-0357 seriyalı, kod 30602016 nömrəli dövlət aktına hazırlanmasına əsas olmuş 10 sentyabr 2002-ci il tarixdə Xızı rayonu, Altıağac bələdiyyəsinin sədri və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xızı rayon şöbəsinin müdiri tərəfindən təsdiq olunmuş ilkin sxemin (planın) yerquruluşu qaydalarına uyğun tərtib edilməməsi və faktiki vəziyyət ilə uyğunsuzluq olması səbəbindən “Torpağa mülkiyyət hüququna dair" JN-0357 seriyalı, kod 30602016 nömrəli dövlət aktında göstərilən 1,00 ha torpaq sahəsinin naturadakı yerini və ilkin sxemdə (planda) gösterilən yer ilə üst-üstə düşüb- düşməməsini müəyyənləşdirmək mümkün olmamışdır. Mütəxəssis rəyinə əsasən, Cavabdeh3 mülkiyyətində olan (RX seriyalı, ******* nömrəli çıxarış) 1.50 ha torpaq sahəsi, planı və ölçüsündə qeyd edilmiş koordinatlara, istifadəsində olan torpaq sahəsi isə faktiki vəziyyətə əsasən sərhədləri müəyyən edildi. İstifadəsində olan torpaq sahəsinin 1.4774 ha hissəsi 1.50 ha torpaq sahəsinin planı və ölçüsündə qeyd edilmiş koordinatlarla uyğun gəlir. Mütəxəssis rəyinə əsasən, 23 iyun 2011-ci il tarixdə İddiaçı adına (MA seriyalı, ******* nömrəli çıxarış) mülkiyyət hüququ əsasında qeydiyyata alınmış 2,0 ha torpaq sahəsini planı və ölçüsündə qeyd edilmiş koordinatlara əsasən 0,3988 ha hissəsi Cavabdeh1 0,3013 ha hissəsi (bundan 0,2203 ha hissəsi RX seriyalı, ******* nömrəli çıxarışla cavabdehin mülkiyyətidir) Cavabdeh3 faktiki istifadələrindəki torpaq sahələri ilə üst-üstə düşür. Üçüncü şəxsin baxışda iştirak etməməsi səbəbindən faktiki istifadəsində torpaq sahəsinin olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Mütəxəssis rəyinə əsasən, 23 iyun 2011-ci il tarixdə İddiaçı adına (MA seriyalı, ******* nömrəli çıxarış) mülkiyyət hüququ əsasında qeydiyyata alınmış 2.0 ha torpaq sahəsinin planı və ölçüsündə qeyd edilmiş coğrafi koordinatları daxilində cavabdehlər Cavabdeh1 məxsus 5 ədəd qeyri-yaşayış tikilisi və Cavabdeh3 məxsus bir ədəd yeraltı su anbarı mövcuddur. Üçüncü şəxs X14 baxışda iştirak etməməsi səbəbindən ona məxsus tikililərin olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-10/6974 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssis rəyində məlumat olmadığına görə, xx.xx.2011-ci il tarixində tərtib olunmuş **********60 reyestr nömrəli AA seriyalı 007078 nömrəli və xx.xx.2011-ci il tarixində tərtib olunmuş **********60 reyestr nömrəli, AA seriyalı 006709 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədlərində qeyd olunmuş torpaq sahəsi ilə bağlı tədqiqat aparılmadı və həmin torpaq sahəsinin faktiki koordinatlarını təyin etmək mümkün deyil. **********60 reyestr nömrəli AA seriyalı 007078 nömrəli torpaq sahəsinin elektron kadastr məlumat bazasında **********31 reyestr nömrəsi ilə qeydiyyata alınmış Cavabdeh3 məxsus torpaq sahəsi ilə, bir hissəsinin Cavabdeh4 istifadəsində olan kafenin ərazisi ilə, qalan hissəsinin isə Altıağac qəsəbəsinə gedən yol ilə üst-üstə düşdüyü müəyyən edilir. Mütəxəssis rəyinə əsasən, xx.xx.2011-ci il tarixində tərtib olunmuş **********60 reyestr nömrəli AA seriyalı 007078 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd olunmuş torpaq sahəsinin bir hissəsinin hazırda Cavabdeh3 mülkiyyətində olan torpaq sahəsinin, Cavabdeh4 istifadəsində olan torpaq sahəsinin, bir hissəsinin isə ümumi istifadədə olan Altıağac qəsəbəsinə gedən avtomobil yolunun üzərində olduğu müəyyən edilir. Mütəxəssis rəyinə əsasən, qeyd olunan torpaq sahəsinin baza məlumatlarına əsasən əvvəllər təyinatının dövlət meşə fondu torpaqları olduğu müəyyən edilir. Mütəxəssis rəyinə əsasən,14 may 2023-cü il tarixli “Torpağa mülkiyyət hüququna dair” JN- 0359 seriyalı, kod 30602016 nömrəli dövlət aktında qeyd olunan torpaq sahəsi ilə Xızı rayonu, Altıağac bələdiyyəsinin 22 dekabr 2002-ci il tarixli, 18 saylı qərarı ilə X2 2.0 ha torpaq sahəsinin yerquruluşu planında qeyd olunan torpaq sahəsinin üst-üstə düşmədiyi müəyyən edilir. Mütəxəssis rəyinə əsasən, iş materiallarında xx.xx.2011-ci il tarixində tərtib olunmuş **********60 reyestr nömrəli, AA seriyalı 006709 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin Xızı rayonu, Altıağac bələdiyyəsinin 22 dekabr 2002-ci il tarixli, 18 saylı qərarı ilə X2 2.0 ha torpaq sahəsinin yerquruluşu planına uyğun tərtib olunmadığı müəyyən edilir. Mütəxəssis rəyinə əsasən, iş materiallarında olan xx.xx.2011-ci il tarixində tərtib olunmuş **********60 reyestr nömrəli, AA seriyalı 006709 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin 14 may 2003-cü il tarixli “Torpağa mülkiyyət hüququna dair” JN- 0359 seriyalı, kod 30602016 nömrəli dövlət aktına uyğun tərtib olunduğu müəyyən edilir. Mütəxəssis rəyinə əsasən, iş materiallarında olan xx.xx.2011-ci il tarixində tərtib olunmuş **********60 reyestr nömrəli AA seriyalı 007078 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin xx.xx.2011-ci il tarixində tərtib olunmuş **********60 reyestr nömrəli, AA seriyalı 006709 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinə uyğun tərtib olunduğu müəyyən edilir. Mütəxəssis rəyinə əsasən, iş materiallarında olan Xızı rayonu, Altıağac bələdiyyəsinin 22 dekabr 2002-ci il tarixli, 18 saylı qərarı ilə X2 2,00 ha torpaq sahəsinin yerquruluşu planında qeyd olunan torpaq sahəsi ilə Xızı rayonu, Altıağac bələdiyyəsinin 08 avqust 2002-ci il tarixli, 10 saylı qərarı ilə X5 1,00 ha torpaq sahəsinin yerquruluşu planında qeyd olunan torpaq sahəsinin üst-üstə düşmədiyi müəyyən edilir. Mütəxəssis rəyinə əsasən, 14 may 2003-cü il tarixli “Torpağa mülkiyyət hüququna dair” JN-0359 seriyalı, kod 30602016 nömrəli dövlət aktına əsasən Xızı rayonu, Altıağac bələdiyyəsinin 22 dekabr 2002-ci il tarixli, 18 saylı qərarı ilə X2 2,00 ha torpaq sahəsinin naturada yerini müəyyən etmək mümkün olmadı. Mütəxəssis rəyinə əsasən, 14 yanvar 2003-cü il tarixli “Torpağa mülkiyyət hüququna dair” JN-0357 seriyalı, kod 30602016 nömrəli dövlət aktına əsasən olan torpaq sahəsi Xızı rayonu, Altıağac bələdiyyəsinin 08 avqust 2002-ci il tarixli, 10 saylı qərarı ilə X5 1.0 ha torpaq sahəsinin sənəd üzrə çayın qarşı sahilində, naturada isə çay ilə Xızı-Altıağac yoluun arasında yerləşdiyi müəyyən edilir. Mütəxəssis rəyinə əsasən, 14 yanvar 2003-cü il tarixli “Torpağa mülkiyyət hüququna dair” JN-0357 seriyalı kod 30602016 nömrəli dövlət aktına əsasən olan torpaq sahəsi Xızı rayonu, Altıağac bələdiyyəsinin 08 avqust 2002-ci il tarixli, 10 saylı qərarı ilə X5 1.0 ha torpaq sahəsinin sənəd üzrə çayın qarşı sahilində, naturada isə çay ilə Xızı-Altıağac yolunun arasında yerləşdiyi müəyyən edilir. Mütəxəssis rəyinə əsasən, Cavabdeh3 mülkiyyətində olan (RX seriyalı ******* nömrəli çıxarış) 1.5 ha torpaq sahəsinin istifadəsində olan torpaq sahəsinə uyğun olduğu müəyyən edilir. Sənəd üzrə 0.2216 ha, faktiki olaraq 0.3054 ha. Mütəxəssis rəyinə əsasən, cavabdehlərin və üçüncü şəxsin sənəd üzrə və faktiki istifadələrindəki torpaq sahələrinin xx.xx.2011-ci il tarixində tərtib olunmuş **********60 reyestr nömrəli AA seriyalı 007078 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd olunmuş torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilir. Cavabdeh3 məxsus torpaq sahəsinin 0.3054 ha, X17 istifadəsində olan torpaq sahəsinin 0.8258 ha hissəsi ilə üst-üstə düşdüyü müəyyən edilir. Mütəxəssis rəyinə əsasən, 23 iyun 2011-ci il tarixdə İddiaçı adına (MA seriyalı, ******* nömrəli çıxarış) mülkiyyət hüququ əsasında qeydiyyata alınmış 2.0 ha torpaq sahəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh3, üçüncü şəxs X24 tərəfindən istifadə olunduğu, lakin 23 iyun 2011-ci il tarixdə İddiaçı adına (MA seriyalı, ******* nömrəli çıxarış) mülkiyyət hüququ əsasında qeydiyyata alınmış 2.0 ha torpaq sahəsinin ilkin torpaqayırma sənədlərinə uyğun olmadığı, belə ki, ilkin torpaqayırma sənədlərinə əsasən torpaq sahəsinin zəbt olunmadığı müəyyən edilir. Mütəxəssis rəyinə əsasən, göstərilən torpaq sahələrinin ilkin torpaqayırma sxemlərinə əsasən ayrı-ayrılıqda mövcud olduğu müəyyən edilir. Mütəxəssis rəyinə əsasən, xx.xx.2011-ci il tarixində tərtib olunmuş **********60 reyestr nömrəli AA seriyalı 007078 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd olunmuş torpaq sahəsində Cavabdeh3 məxsus su anbarının (tikintialtı sahəsi 81.0 m2), Cavabdeh1 məxsus 3 ədəd tikilinin (tikintialtı sahəsi 197.0 m 2 , 2 4 . 0 m2 65.0 m2) mövcud olduğu müəyyən edilir. Mütəxəssis rəyinə əsasən, X26 tərəfindən inşa edilmiş və istismara qəbul edilmiş 5 ədəd qeyri-yaşayış tikilisinin ona Altıağac bələdiyyəsinin sədri, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xızı rayon Torpaq Şöbəsinin müdiri və Xızı RİH-in tikinti və memarlıq şöbəsinin müdiri tərəfindən təsdiq edilmiş torpaq sahəsinin planı əsasında ayrılmış (Altıağac Kolxozunun 1991 ci il xəritəsindən 77.79 nömrəli konturlardan (keçmiş Saqsi dəyirmanı sahəsindən) çay qırağından avtomobil yolu ilə çay arasında, çay yatağından müvafiq olaraq 55- 60 netr məsafədə) torpaq sahəsinin hüdudları içərisində yerləşdiyi müəyyən edilir. Mütəxəssis rəyinə əsasən, 14 yanvar 2003-cü il tarixli “Torpağa mülkiyyət hüququna dair” JN-0357 seriyalı, kod 30602016 nömrəli dövlət aktında və 14 may 2003-cü il tarixli “Torpağa mülkiyyət hüququna dair” JN-0359 seriyalı, kod 30602016 nömrəli dövlət aktında qeyd olunan torpaq sahələrinin üst-üstə düşmədiyi müəyyən edilir. İşdə olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 10/3520 nömrəli və xx.xx.2022-ci il tarixli, 10/5574 nömrəli və xx.xx.2023-cü il tarixli, 3-16-16/2-10/6974 nömrəli ekspertiza xərclərinə dair bildirişlərindən görünür ki, aparılmış tədqiqatların dəyəri cəmi 250 (iki yüz əlli) manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İ hissəsinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin İİ hissəsinə görə, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 153.1-ci maddəsinə əsasən bütün növlərdən olan daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnun subyektləri hüquqi və fiziki şəxslər, bələdiyyələr və Azərbaycan Respublikası ola bilər Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Qanunun 2.1-ci maddəsinə əsasən müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Qanunun 6.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında qanunun 6.2-ci maddəsinə əsasən Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında qanunun 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericilikdə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahəsi üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin 4-cü abzasına əsasən, qanunvericiliklə nəzərdə tutulan qaydada təsdiq edilmiş yerquruluşu layihələrinə uyğun olaraq yerquruluşu orqanları tərəfindən yerdə (naturada) torpaq sahələrinin sərhədləri ayrılır, torpağa mülkiyyət və ya torpaqdan istifadə hüququna dair müəyyən edilmiş formada sənədlər (nümunələri əlavə olunur) hazırlanır və 10 gün müddətində səlahiyyətli dövlət orqanlarında qeydiyyatdan keçirilir və həmin sənədlər müvafiq şəxslərə verilir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 4.1-ci maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrıayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 8.0.5-ci maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 13.11-ci maddəsində deyilir ki, dövlət reyestri kağız üzərində və elektron daşıyıcılarında aparılır. Dövlət reyestrinin kağız üzərində və elektron daşıyıcısındakı yazılar bir-birinə uyğun gəlmədikdə kağız üzərindəki məlumata üstünlük verilir. Dövlət reyestrindəki yazılarla hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlər arasında uyğunsuzluq olduqda sənədlərə üstünlük verilir. “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnaməyə əsasən həmin Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq dövlət reyestrində hüquqların dövlət qeydiyyatının dəqiq və vaxtında aparılmasını, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasını təmin etmək (3.0.8-ci bənd), vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək xidmətin vəzifəsidir. Bu hallar qeydiyyat zamanı aşkar olunacağı təqdirdə isə xidmət vəzifələrini yerinə yetirməli və hüquqların dövlət qeydiyyatını torpaq sahəsinin faktiki yerləşmə koordinatlarına uyğun aparmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə əsasən qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. Həmin Qanunun 16.1-1-ci maddəsinə əsasən bu Qanunun 16.1-ci maddəsində nəzərdə tutulmuş ərizə və bildirişin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Həmin Qanunun 23.3-cü maddəsinə əsasən dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, hazırda Cavabdeh4 faktiki istifadəsində olan 1,0 ha torpaq sahəsi Xızı rayonu, Altıağac bələdiyyəsinin 08 avqust 2002-ci il tarixli, 10 saylı qərarı ilə həmin cavabdehin babası X17 mülkiyyətinə verilmiş, X17 xx.xx.2019-cu il tarixdə vəfatı ilə əlaqədar olaraq vərəsə X13 (Cavabdeh4 nənəsi) ərizəsi əsasında vərəsəlik işi açılmışdır. Beləliklə məhkəmə sadalanan qanunvericlik akt normalarını əsas götürərək qeyd edir ki, iddiaçı məhkəməyə müraciət edərək hazırda cavabdehlərin ona məxsus olan torpaq sahəsinə müdaxilə etməsini, bu səbəbdən də onların həmin torpaq sahəsindən çıxarılmasını məhkəmədən xahiş edərək, qeyd edilən torpaq sahəsinin onun mülkiyyətində olmasını irəli sürərək və buna dair MA seriyalı, ******* nömrəli, 23 iyun 2011ci il tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışı və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt Ərazi İdarəsi tərəfindən xx.xx.2011-ci il tarixində tərtib olunmuş **********60 reyestr nömrəli AA seriyalı 007078 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nü məhkəməyə təqdim etsə də, ekspert rəyinə əsasən mübahisəli torpaq sahələrinin ilkin torpaqayırma sxemlərinə əsasən ayrıayrılıqda mövcud olduğu, 23 iyun 2011-ci il tarixdə İddiaçı adına (MA seriyalı, ******* nömrəli çıxarış) mülkiyyət hüququ əsasında qeydiyyata alınmış 2,0 ha torpaq sahəsinin ilkin torpaqayırma sənədlərinə uyğun olmadığı, belə ki, ilkin torpaqayırma sənədlərinə əsasən torpaq sahəsinin zəbt olunmadığı, eləcə də Xızı rayonu, Altıağac bələdiyyəsinin 22 dekabr 2002-ci il tarixli, 18 saylı qərarı ilə X2 2,00 ha torpaq sahəsinin yerquruluşu planında qeyd olunan torpaq sahəsi ilə Xızı rayonu, Altıağac bələdiyyəsinin 08 avqust 2002-ci il tarixli, 10 saylı qərarı ilə X5 1,00 ha torpaq sahəsinin yerquruluşu planında qeyd olunan torpaq sahəsinin üst-üstə düşmədiyi müəyyən edilir. Bununla da, məhkəmə hesab edir ki, iddiaçının adına qeyd edilən torpaq sahəsi ilkin torpaqayırma sənədlərinə uyğun olmadığından, eləcə də mübahisəli torpaq sahələri ilkin torpaqayırma sxemlərinə əsasən ayrı-ayrılıqda mövcud olduğundan cavabdehlərin həqiqətən məhz iddiaçıya məxsus torpaq sahəsinə müdaxilə etməsi sübuta yetirilməmişdir. Bundan başqa məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçı reyestrin həqiqiliyi prezumpsiyasına əsaslanaraq iddianın təmin edilməsini xahiş edir. Bununla bağlı nəzərə alınmalı hal ondan ibarətdir ki, iddiaçının mülkiyyətində 2,0 ha torpaq sahəsinin olması mübahisələndirilmir. Mübahisəli məqam onun mülkiyyətində olan torpaq sahəsinə tərtib olunmuş plan ölçü sənədidir. Həmin plan ölçü sənədinin ilkin torpaqayırma sənədlərinə əsasən tərtib olunmaması ekspert rəylərinə əsasən müəyyən olunduğu üçün qeyd olunan sənədə istinadən iddianın təmin edilməsi yolverilməzdir. Plan ölçü sənədinin qüsurlu olması onda göstərilən torpaq sahəsinin həm qoruğun ərazisi, həm də ümumi istifadədə olan yolun ərazisi ilə də üst-üstə düşməsində də özünü biruzə verir. Plan ölçü sənədi tərtib olunarkən inzibati orqanın mütəxəssisləri tərəfindən torpaq sahəsinə naturada baxış keçirilmiş olsa idi, hazırki mübahisənin yaranması da istisna olunardı. İnzibati orqan “Torpaq sahəsinin planı və ölçüsü”nü ilkin torpaqayırma sənədlərində və “Dövlət Akt”larında qeyd edilən koordinatlarla, sənəd üzrə yerləşmə vəziyyətinə uyğun tərtib etməmiş, nəticədə iddiaçının və cavabdehlərin mülkiyyət hüququnun məhdudlaşdırlmasına gətirib çıxaran qanunsuz hərəkətə yol vermişdir. İnzibati orqan reyestrdə qeydiyyat aparılan zaman həyata keçirilməli olan inzibati araşdırma aparmaq vəzifəsinə əməl etməmişdir. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmadığından ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli, həmçinin iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan cəmi 250 (iki yüz əlli) manat İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh4 və Cavabdeh3 qarşı “torpaq sahəsində olan qanunsuz tikililərin sökülməsi, cavabdehlərə məxsus həmin əşyaların torpaq sahəsindən çıxarılması və mülkiyyət hüququnun müdafiəsi” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan cəmi 250 (iki yüz əlli) manat İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Tərəflər surəti rəsmi qaydada verildiyi gündən bir ay müddətində qətnamədən Xızı Rayon Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar