Azərbaycan Respublikası adından QƏTNAMƏ Xızı rayonu İş № 2(068)-106/2021 24.06.2021 XIZI RAYON MƏHKƏMƏSİ X7 Ramiz oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, Ərizəçi, maraqli şəxs Xızı rayon qeydiyyat şöbəsinin rəisi X2 iştirakı ilə, Ərizəçi doğumun qeydə edilmə faktının müəyyən edilməsi və doğum haqqında akt qeydinin bərpa olunması barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında, xüsusi icraat qaydasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: Ərizəçi doğumun qeydə edilmə faktının müəyyən edilməsi və doğum haqqında akt qeydinin bərpa olunması barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun xx xxxx 1965-ci il tarixdə Ermənistan SSR-nin Yexeqnadzor rayonunun Ağkənd kəndində doğulmasının, eləcə də ata adının X6, ana adının X1 olmasının qeyd edilmə faktının müəyyən edilməsi və doğum haqqında akt qeydinin bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsini müdafiə edərək izahatında göstərdi ki, o, xx xxxx 1965-ci il tarixdə Ermənistan SSR-nin Yexeqnadzor rayonunun Ağkənd kəndində doğulmuşdur. Həmin vaxt akt qeydləri aparılmış və valideynləri tərəfindən onun üçün doğum haqqında şəhadətnamə alınmışdır. Sonradan ermənilərin işğalçılıq siyasəti nəticəsində məcburən Azərbaycan ərazisinə köç etmiş, daha sonra uzun müddət Ukrayna Respublikasında yaşamış və 2018-ci ildən hal-hazıradək Xızı rayonunun Şorabad qəsəbəsində məskunlaşmışdır. Həmin vaxt Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş və 21 noyabr 2018-ci il tarixli qərarla onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmışdır. Bundan sonra, şəxsiyyət vəsiqəsi almaq üçün Xızı rayon X3 və Şəxsiyyət Vəsiqəsi qrupuna müraciət etmiş, lakin yeni nəsil şəxsiyyət vəsiqəsinin verilməsi sistemində fərdi identifikasiya nömrəsi çıxmadığı üçün doğum haqqında akt qeydinin bərpa olunmasına zərurət yaranmışdır. Bununla əlaqədar Xızı rayon qeydiyyat şöbəsinə müraciət etməsinə baxmayaraq, müvafiq sənədlər olmadan akt qeydinin bərpa edilməsinin mümkün olmamasını bildirən şöbə müraciətinin təmin edilməsindən imtina etmiş, məhkəməyə müraciət etməsini tövsiyə etmişdir. Məlum hadisələrlə əlaqədar olaraq adıçəkilən sənədin Ermənistan Respublikasından alınması qeyri-mümkündür. Doğumunun qeyd edilmə faktının müəyyən edilməsi şəxsiyyət vəsiqəsi almaq üçün lazımdır. Ona görə də ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. İş üzrə maraqlı şəxs Xızı rayon qeydiyyat şöbəsinin rəisi X4 izahatında göstərdi ki, Ərizəçi təkrar doğum haqqında şəhadətnamə almaq üçün qeydiyyat şöbəsinə müraciət etmiş, lakin doğum haqqında şəhadətnamənin verilməsi üçün əsas olan müvafiq sənədlər onlarda olmadığı üçün doğum haqqında akt qeydinin bərpası mümkün olmamışdır. Belə ki, ərizəçi doğum haqqında şəhadətnaməni Ermənistan Respublikasından aldığı üçün doğum akt qeydiyyatına dair müvafiq sənədlər onlarda saxlanmamaqdadır. Buna baxmayaraq, Ərizəçi ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasına etiraz etmir. Məhkəmə ərizəçinin və maraqlı şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Ermənistan SSR-nin Yexeqnadzor rayon VVAQ bürosu tərəfindən 02 aprel 1968-ci il tarixdə verilmiş İ-ЗЖ seriyalı, ******* nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq və tərcümə olunmuş surətindən görünür ki, atası X6, anası X1 olan Ərizəçi xx xxxx 1965-ci il tarixdə Ermənistan SSR-nin Yexeqnadzor rayonunun Ağkənd kəndində doğulmuşdur. İşdə olan Dövlət Miqrasiya Xidmətinin şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında 21 noyabr 2018-ci il tarixli, ******* saylı qərardan görünür ki, xx xxxx 1965-ci il təvəllüdlü Ərizəçi Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmışdır. İşdə olan Xızı RİHB-nin Şorabad qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 26 fevral 2020-ci il tarixli, 57 saylı arayışdan görünür ki, Ərizəçi həqiqətən Xızı rayonu, Şorabad qəsəbəsində qeydiyyatsız yaşayır. İşdə olan Xızı rayon Polis Şöbəsinin 10 mart 2021-ci il tarixli, 165-1533-1221 nömrəli məktubundan görünür ki, yeni nəsil şəxsiyyət vəsiqəsinin verilməsi sistemində fərdi identifikasiya nömrəsi çıxmadığı üçün Ermənistan SSR-nin Yexeqnadzor rayon VVAQ bürosu tərəfindən 02 aprel 1968-ci il tarixdə verilmiş İ-EJ seriyalı, ******* nömrəli doğum haqqında şəhadətnamə əsasında Ərizəçi şəxsiyyət vəsiqəsinin verilməsi mümkün olmamışdır. İşdə olan Xızı rayon qeydiyyat şöbəsinin 07 aprel 2021-ci il tarixli, 05/Q-34/09 nömrəli məktubundan görünür ki, müvafiq sənədlər olmadan akt qeydinin bərpa edilməsi mümkün olmadığından Ərizəçi ərizəsi təmin edilməmiş, məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə belə qənaətə gəlir ki, Ərizəçi xx xxxx 1965-ci il tarixdə Ermənistan SSR-nin Yexeqnadzor rayonunun Ağkənd kəndində doğulması təqdim olunmuş sənədlərlə tam təsdiq olunur, bu halda doğum haqqında şəhadətnamənin bərpasının qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamış və ərizəçi qeyd olunan lazımi sənədi başqa qaydada ala bilməzdi. Məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi xx xxxx 1965-ci il tarixdə Ermənistan SSR-nin Yexeqnadzor rayonunun Ağkənd kəndində doğulmasının, eləcə də ata adının X6, ana adının X1 olmasının qeyd edilmə faktı müəyyən edilməklə, onun doğum haqqında akt qeydi bərpa olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: Ərizə təmin olunsun. Ərizəçi xx xxxx 1965-ci il tarixdə Ermənistan SSR-nin Yexeqnadzor rayonunun Ağkənd kəndində doğulmasının, eləcə də ata adının X6, ana adının X1 olmasının qeyd edilmə faktı müəyyən edilməklə, onun doğum haqqında akt qeydi bərpa olunsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xızı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov.
Məhkəmə qərarları › İş №2(068)-106/2021
Xızı Rayon Məhkəməsi Qətnamə — İş №2(068)-106/2021
24.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver