Azərbaycan Respublikası adından QƏRARDAD Xızı rayonu İş № 2(068)-157/2022 24.08.2022 XIZI RAYON MƏHKƏMƏSİ X2 Ağamusa oğlunun sədrliyi, Nəbiyev Vüsal Nəcəfqulu oğlunun katibliyi ilə, Ərizəçi doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq müəyyən etdi: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizə ilə Xızı Rayon Məhkəməsinə müraciət edərək (Azərbaycan Respublikası Ədliyyə Nazirlyini cavabdeh kimi göstərməklə) onun xx.xx.1983-cü ildə, Ermənistan Respublikasının Qafan şəhərində doğulmasının, atasının X3, anasının X1 olmasının qeyd edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır (149.1.). Ərizədə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir (149.2.2.). Xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır (306.2.). İddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır (152.1.1.). Müəyyən edilmişdir ki, ərizədə doğumun qeyd edilmə faktının müəyyən edilməsi tələbi öz əksini tapmışdır. Belə olan halda qeyd edilən tələblə bağlı ərizə məhkəməyə xüsusi icraat qaydasında, yəni xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılmalı, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılmalıdır. Lakin Ərizəçi ərizəni iddia icraatı qaydasında vermiş, özünü ərizəçi, Azərbaycan Respublikası Ədliyyə Nazirlyini isə cavabdeh kimi göstərmişdir. Halbuki, Azərbaycan Respublikası Ədliyyə Nazirlyi deyil, Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi maraqlı şəxs kimi göstərilməli idi. Bununla da əizəçi ərizənin qanunla müəyyən edilmiş forma və məzmununa riayət etməmişdir. Həmçinin, müəyyən olunmuşdur ki, dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd iş materiallarına əlavə edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə edilir (150.0.2.). İddia ərizəsinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır (152.1.5.). Məhkəmə hesab edir ki, ərizənin qanunla müəyyən edilmiş forma və məzmununa riayət edilmədiyindən, eyni zamanda ərizəyə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilmədiyindən xüsusi icraat qaydasında ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 149-152-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçi doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə ərizəsi geri qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Xızı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(068)-157/2022
Xızı Rayon Məhkəməsi Qərardad — İş №2(068)-157/2022
24.08.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver