Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Xızı rayonu İş № 2(068)-2/2022 20.04.2022 XIZI RAYON MƏHKƏMƏSİ X6 Ağamusa oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh və X2 qarşı pul tələbinə dair mülki işə Xızı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh və X2 (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi və iddia tələbi həcminin artırılması barədə ərizə ilə Xızı Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən 450 manat əsas borcun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 20 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı usta kimi fərdi qaydada fəaliyyət göstərir və ünvan 1 ünvanında cavabdehlərlə qonşuluqda yaşayır. 2019-cu ilin noyabr ayının əvvəllərində cavabdeh İmaməli Məhərrəmov ona yaxınlaşaraq atasına məxsus evi təmir etdirmək üçün usta lazım olduğunu bildirmiş və iddiaçı evə baxdıqdan sonra həmin cavabdehlə atasının evini təmir etmək barədə razılığa gəlmişlər. Bundan sonra, iddiaçı tanışı Ramin Orucovla birlikdə 01 noyabr 2019-cu il tarixdən həmin evin təmirinə başlamış və cavabdehlərə məxsus evdə 12 gün işləmişlər. Həmin müddət ərzində onlar 5 otaqlı həmin evin 3 otağını, yəni 25-26 kv.metr olan 1 zal otaqda alçipanla fiqur yığaraq, emussiya çəkmiş, 15 kv.metr və 16 kv.metr olan 2 otaqda isə şpaklovka və paduqa vuraraq, emussiya çəkmişlər. Həmin işlərin zəhmət haqqısı olaraq cavabdehlərlə cəmi 950 manata razılaşmışlar. İşlədikləri müddət ərzində cavabdehlər iddiaçıya 500 manat zəhmət haqqı vermiş, qalan 450 manatı isə oğlunun toyundan sonra ödəyəcəyini bildirmişdir. Lakin, toydan sonra iddiaçı pulu istədikdə cavabdehlər müxtəlif bəhanələr gətirərək, işi tam görəndən sonra pulun qalanını verəcəklərini bildirmişdir. İddiaçı həmin vaxtadək görülən işlərin dəyərini cavabdehlərdən tələb etsə də, cavabdehlər işlərin tam görülməsini və bundan sonra zəhmət haqqısını ödəyəcəyini bildirmişlər. İddiaçı da cavabdehlərin pulu ödəməyəcəyinə əmin olduğundan əlavə işləri görməkdən imtina etmişdir. Beləliklə, iddiaçının etdiyi çoxsaylı müraciətlər nəticəsiz qaldığına, eləcə də cavabdehlər vəd olunan vaxtda pulu verməkdən yayındığına görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirdi ki, cavabdehlərin məhkəmə iclasından xəbərləri olduğu təqdirdə qəsdən iştirak etməmişlər. Belə ki, cavabdehlər onun qonşularıdır. O, cavabdehlərə borcunu hissə-hissə ödəməyi təklif etsə də, heç bir nəticə əldə etməmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlərə lazımi qaydada məhkəmə bildirişi göndərilsə də, cavabdehlər məhkəmə iclasında iştirak etməmişlər. İddiaçı ərizə təqdim edərək işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 238.1-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BPQMİ-nin MAPS şöbəsinin arayışına, şəxsiyyət vəsiqəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Elektron Məhkəmə İnformasiya sistemində olan məlumata əsasən iddiaçı xx.xx.1974-cü ildə Gədəbəy rayonu, Çaldaş kəndində anadan olmuş, hazırda Gədəbəy rayonu, Çaldaş kəndində qeydiyyatdadır, Cavabdeh xx.xx.1963-cü ildə Ermənistan, Vardenis rayonunda anadan olmuş, hazırda Xızı rayonu, Yeni Yaşma kəndində qeydiyyatdadır, digər cavabdeh X3 31.08.1992-ci il tarixində Şəmkir rayonu, Dağ Cəyir kəndində anadan olmuş, hazırda Xızı rayonu, Yeni Yaşma kəndində qeydiyyatdadır. Sumqayıt şəhər Polis İdarəsinin 16.12.2019-cu il tarixli məktubundan görünür ki, iddiaçıya ərizəsində göstərilən xüsusatların mülki xarakterli olduğu üçün məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. 01.04.2022-ci il tarixdə məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03.03.2022-ci il tarixli, 10/4813 saylı ekspert rəyində göstərilmişdir ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi üzrə iddiaçılar tərəfindən yerinə yetirilmiş təmir işlərinə sərf edilmiş zəhmət haqqının dəyəri təqribən 1082 manat məbləğində müəyyən edilmişdir. İşdə olan Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. İşdə olan mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsinin verilməsi üçün 20 manat dövlət rüsumu ödəmişdir. İşin məhkəmə baxışı zamanı şahid kimi ifadə vermiş X4 öz ifadəsində bildirmişdir ki, 2019-cu ilin noyabr ayının əvvəllərində iddiaçı ona yanına çağıraraq ünvan 2 ünvanında cavabdehlərə məxsus evi təmir etmək üçün ona kömək etmək lazım olduğunu bildirmiş, o da, razılaşmışdır. Bundan sonra o, iddiaçı ilə birlikdə 01 noyabr 2019-cu il tarixdən həmin evin təmirinə başlamış və cavabdehlərə məxsus evdə 12 gün işləmişlər. Həmin müddət ərzində onlar 5 otaqlı həmin evin 3 otağını, yəni 25-26 kv.metr olan 1 zal otaqda alçipanla fiqur yığaraq, emussiya çəkmiş, 15 kv.metr və 16 kv.metr olan 2 otaqda isə şpaklovka və paduqa vuraraq, emussiya çəkmişlər. Həmin işlərin zəhmət haqqısı olaraq cavabdehlərlə cəmi 950 manata razılaşmışlar. İşlədikləri müddət ərzində onlara 500 manat zəhmət haqqı verilmiş, qalan 450 manatı isə sonra ödəyəcəklərini bildirmişlər. Lakin, sonradan iddiaçı pulu istədikdə cavabdehlər müxtəlif bəhanələr gətirərək, işi tam görəndən sonra pulun qalanını verəcəyini bildirmiş, onlar cavabdehlərin pulu ödəməyəcəyinə əmin olduqlarından əlavə işləri görməkdən imtina etmişlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür (752.1). İşdən göründüyü kimi iddiaçı ilə cavabdehlər arasında olan münasibətlər mahiyyət etibarilə podrat münasibətləridir. Bu səbəbdən mübahisəyə mülki qanunvericiliyin podrat müqaviləsi ilə bağlı məsələri tənzimləyən müddəaları tətbiq edilməlidir. Mülki Məcəllədə həmçinin göstərilmişdir ki, sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır (753.1.). Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir (759.1.). Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırkı mübahisə üzrə sübutetmə yükü də istinad etdikləri hallara münasibətdə həm iddiaçının, həm də cavabdehlərin üzərinə düşür. Belə ki, sübutların tədqiqatı zamanı iddiaçı cavabdehlərin ona 450 manat borclu olmasını sübut edə bilmişdir. İşin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən göründüyü kimi cavabdehlər iddiaçı qarşısında üzərlərinə götürdükləri öhdəliklərini lazımınca icra etməmişlər. Bununla da, iddiaçı cavabdehlərə məxsus fərdi yaşayış evində yerinə yetirilmış təmir işlərinə sərf edilmiş zəhmət haqqının ödənilməsi ilə bağlı tələb etmək hüququ yaranmışdır. Mülki Məcəllədə göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1). İşdən göründüyü kimi iddiaçı cavabdehlərə məxsus fərdi yaşayış evini təmir etmiş, bunun nəticəsində cavabdehlərin zəhmət haqqı olaraq iddiaçıya 450 manat borcu qalmış və cavabdehlər öhdəliklərini yerinə yetirməyərək həmin pulu iddiaçıya ödəməmişlər. Cavabdehlər məhkəmə iclaslarında iştirak etməmiş və iddiaçının dəlillərini təkzib edən hər hansı sübut təqdim etməmişdir. Buna görə də iddia təmin edilməli, 450 manat məbləğində pul cavabdehlərdən tutularaq iddiaçıya verilməlidir. İddia təmin edildiyi üçün iddiaçının iddia ərizəsi verilməsi üçün ödədiyi 20 manat dövlət rüsumu, həmçinin 100 manat ekspertiza xərci də cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 238-244 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. 450 (dörd yüz əlli) manat pul və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu cavabdehlər Cavabdeh və X1 müştərək qaydada tutularaq İddiaçı verilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat cavabdehlər Cavabdeh və X1 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilsin. Cavabdehlər qiyabi qətnamənin onlara rəsmi qaydada verildiyi gündən 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxarmış məhkəməyə ərizə verə bilərlər. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Xızı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(068)-2/2022
Xızı Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(068)-2/2022
20.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver