Azərbaycan Respublikası adından QƏRARDAD Xızı rayonu İş № 2(068)-53/2021 22.04.2021 XIZI RAYON MƏHKƏMƏSİ X2 Ramiz oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakları ilə iddiaçı “Mətanət A” şirkətinin Cavabdeh qarşı “borcun və dəymiş ziyanın ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “Mətanət A” şirkəti Cavabdeh qarşı “borcun və dəymiş ziyanın ödənilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 512,35 manat əsas borcun, 1024,70 manat dəbbə (penya) pulunun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Bu Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 30-cu maddəsinə əsasən bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır. Qeyd olunan Məcəllənin 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Məhkəmə iclasında müəyyən edildi ki, mülki iş məhkəmə aidiyyəti üzrə Xızı Rayon Məhkəməsinə aid deyildir. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən, o cümlədən Vergi İdarəsinin internet səhifəsindən çıxarılmış vergi uçotuna alınmış vergi ödəyiciləri və kommersiya qurumları barədə məlumatlardan, eləcə də elektron məhkəmə informasiya sistemindən edilmiş çıxarışdan göründüyü kimi mülki iş aidiyyəti üzrə ümumi məhkəməyə, yəni Xızı Rayon Məhkəməsinə aid deyildir. Çünki, Cavabdeh (VÖEN **********) xx xxxx 2009-cu il tarixdə hüquqi şəxs yaratmadan, xx xxxxxxxx 2018-ci il tarixdən isə hüquqi ünvanı Xızı şəhəri, T.Ozal küçəsi, ev 11 olan “xxxx” MMC-nin (VÖEN **********) qanuni təmsilçisi kimi sahibkarlıq (kommersiya) fəaliyyəti ilə məşğuldur və mübahisə onların sahibkarlıq (kommersiya) fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmış borcun mübahisələndirilməsi ilə bağlıdır. Habelə, cavabdehin iddiaçı ilə xx xxxxxx 2018-ci il tarixli alqı-satqı müqaviləsinin fiziki şəxs kimi bağlamasına baxmayaraq, məhkəmə iclasında, cavabdehin iddiaçıdan sement tikinti materialı almaqla, “28 Mall” Ticarət Mərkəzinin təmirtikinti işləri ilə məşğul olaraq sahibkar kimi qazanc əldə etdiyi müəyyən edilmiş, o cümlədən bu hal məhkəmə iclası zamanı mübahisələndirilməmişdir. Beləliklə, sonradan təqdim edilmiş, eləcə də iş materiallarında olan mötəbər sənədlərə əsasən hazırkı işə Xızı Rayon Məhkəməsində baxılması üçün əsaslar yaranmamışdır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxxxx 2020-ci il tarixli, 10 nömrəli qərarının 12-ci bəndinə əsasən məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Bütün bunlar isə hazırkı mübahisənin aşkar şəkildə kommersiya fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olduğunu göstərir. Məhkəmə iclasında iştirak edən tərəflər məhkəmə aidiyyətinin dəyişdirilməsi məsələsi müzakirə edilərkən, iddiaçının nümayəndəsi cavabdehin müqaviləni fiziki şəxs kimi bağladığını əsas gətirməklə, işin aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə verilməsinə etiraz etsə də, cavabdeh sahibkarlıq (kommersiya) fəaliyyəti ilə məşğul olmaqla, həmin sement tikinti materiallarını gəlir əldə etmək məqsədilə “28 Mall” Ticarət Mərkəzinin təmir-tikinti işlərinə işlətdiyini bildirib, işin aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə verilməsinə etiraz etmədi. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçı “Mətanət A” şirkəti ilə Cavabdeh arasında yaranmış mübahisəyə baxılması məqsədi ilə mülki iş aidiyyəti üzrə baxılması üçün başqa məhkəməyə, yəni aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26.1, 39.9, 44.2.2, 45.1, 45.2, 45.3-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı m: İddiaçı “Mətanət A” şirkətinin Cavabdeh qarşı “borcun və dəymiş ziyanın ödənilməsi” tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Xızı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(068)-53/2021
Xızı Rayon Məhkəməsi Qərardad — İş №2(068)-53/2021
22.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver