Məhkəmə qərarları › İş №2(068)-54/2022

Xızı Rayon Məhkəməsi Qətnamə — İş №2(068)-54/2022

27.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xızı rayonu İş № 2(068)-54/2022 27.04.2022 XIZI RAYON MƏHKƏMƏSİ X9 Ağamusa oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi doğumun qeyd edilmə faktının müəyyən edilməsi (maraqlı şəxs Sumqayıt Maraqlı şəxs qeydiyyat şöbəsi) barədə ərizəsinə dair mülki işə Xızı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizə ilə Xızı Rayon Məhkəməsinə müraciət edərək (Sumqayıt Maraqlı şəxs qeydiyyat şöbəsini maraqlı şəxs kimi göstərməklə) onun 14.02.1967-ci ildə, Ermənistan Respublikasının Amasiya rayonunun Təpəkənd kəndində doğulmasının, atasının X5, anasının X6 olmasının qeyd edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi 14.02.1967-ci ildə, Ermənistan Respublikasının Amasiya rayonunun Təpəkənd kəndində anadan olmuş, doğumu barədə Amasiya rayonunda vətəndaşlıq vəziyyəti aktlarının qeydləri kitabında 20.02.1967-ci ildə, 9 nömrəli qeydiyyat aparılmış və həmin akt qeydi əsasında ərizəçiyə doğum haqqında şəhadətnamə verilmişdir. X1, anası isə X3r. Onun həm atası, həm də anası vəfat edib. Hazırda doğum haqqında akt qeydini məhkəmədən kənar bərpa etmək mümkün olmadığından, ərizəçi şəxsiyyətini təsdiq edən sənəd ala bilmir. Belə ki, doğum haqqında şəhadətnaməsi olsa da, həmin arxiv sənədləri Ermənistan Respublikasında olduğundan doğum haqqında akt məlumatları qeydiyyat şöbəsinin elektron sisteminə daxil etmək olmur. Ərizəçi bu barədə Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş və 17.09.2021-ci il tarixli qərarla onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmışdır. Şəxsiyyətini təsdiq edən sənədin olmaması və doğum haqqında akt qeydini bərpa edə bilməməsi ona hüquqlarını realizə etmək üçün ciddi çətinliklər yaradır. Sumqayıt Maraqlı şəxs qeydiyyat şöbəsinin cavab məktubu ilə doğum haqqında akt qeydinin bərpasından imtina edilmişdir. Həmçinin, Sumqayıt Maraqlı şəxs qeydiyyat şöbəsindən ona izah olunmuşdur ki, doğum haqqında akt qeydinin bərpası üçün məhkəməyə müraciət etsin. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət edir. Doğum haqqında akt qeydinin bərpası ona yeni şəxsiyyət vəsiqəsi alması ilə bağlı lazımdır. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq maraqlı şəxs məhkəmə iclasında təmsil edilməmiş və iş yükünün çoxluğu ilə əlaqədar olaraq məhkəmə iclasına nümayəndələrinin iştirakı olmadan baxılmasının xahiş etmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını və ərizənin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Doğum haqqında şəhadətnamənin surətinə əsasən ərizəçi 14.02.1967-ci ildə, Ermənistanın Respublikasının Amasiya rayonunun Təpəkənd kəndində anadan olmuşdur. Onun X1, anası X3r. İş materiallarına əlavə edilmiş nikah haqqında şəhadətnamədə ərizəçinin təvəllüdü 14.02.1967-ci il kimi qeyd edilmişdir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında 17.09.2021-ci il tarixli, ******* nömrəli qərarından görünür ki, ərizəçinin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmışdır. Həmin qərar ərizəçinin təvəllüdü 14.02.1967-ci il kimi qeyd edilmişdir. Xızı RİHB-nin Yeni Yaşma kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 20.10.2021-ci il tarixli, 227 nömrəli arayışdan görünür ki, ərizəçi həqiqətən 1995-ci ildən hazıradək Xızı rayonu, Yeni Yaşma kəndində yaşayır. Ərizəçi doğum akt qeydinin bərpa edilməsi haqqında ərizə ilə Sumqayıt Maraqlı şəxs qeydiyyat şöbəsinə müraciət etmişdir. Maraqlı şəxs 26.10.2021-ci tarixli, 05/Q-1880/76 nömrəli məktubunda bildirmişdir ki, doğum akt qeydinin bərpa edilməsi üçün həmin qeydin əvvəllər olmasını təsdiq edən sənəd təqdim edilməlidir. Həmçinin, araşdırma zamanı şəxsiyyətini təsdiq edən sənədin olmaması müəyyən edilmişdir. Bu səbəbdən ərizəçiyə məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 05.07.1955-ci ildə, Ermənistanın Respublikasının Amasiya rayonunun Təpəkənd kəndində anadan olmuşdur. Onun X1, anası X3r. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, ərizəçi onun qardaşıdır və yaşca ondan balacadır. Onların atalarının adı X4r. Ərizəçi həqiqətən 14 fevral 1967-ci ildə Ermənistanın Respublikasının Amasiya rayonunun Təpəkənd kəndində anadan olmuşdur. Analarının adı isə X3r. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 bildirdi ki, ərizəçi onun əridir. Onlar 15 aprel 1997-ci ildə rəsmi nikaha daxil olmaqla, ailə qurmuşlar. Ərizəçi həqiqətən 14 fevral 1967-ci ildə anadan olmuşdur. Onun atasının adı X5, anasının adı isə X3r. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra - MPM) əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir (307.1.). Məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır (307.2.3.). Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın (308). Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir (310.1.). Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır (310.1.). İşdən göründüyü kimi ərizəçi onun doğumun qeyd edilməsi faktının müəyyən edilməsini xahiş edir. O, həmin faktı təsdiq edən sənədi almaq üçün müvafiq qeydiyyat orqanına müraciət etmiş, lakin qeydiyyat orqanı ona məhkəməyə müraciət etməsini tövsiyyə etmişdir. Məhkəmə hesab edir ki, işdə olan sənədlər əsasında ərizəçinin 14.02.1967-ci ildə, Ermənistan Respublikasının Amasiya rayonunun Təpəkənd kəndində anadan olması, atasının X5, anasının X6 olması sübuta yetirilir. Həmin faktları təkzib edən hər hansı sübut iş materialları ilə müəyyən edilmir. Bu səbəbdən ərizə təmin edilməli və ərizəçinin doğumunun qeyd edilmə faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 216-220, 307-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi 14.02.1967-ci ildə, Ermənistan Respublikasının Amasiya rayonunun Təpəkənd kəndində anadan olması, atasının X5, anasının X6 olmasının qeyd edilməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə həmin fakt üzrə müvafiq qeydiyyatın aparılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Xızı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar